Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   ...   6   7   8   9   10   11   12   13   14

Buludxan Xəlilov 

 

50



M.P.Vaqif Rusiya padşahına da, İran pad-

şahına da eyni dərəcədə nifrət edir. Ona görə ki, 

onlar  ədalətsizlik edir, qan tökür, başqalarının 

torpağına göz tikirlər. Qacarın bu dedikləri: 



“Keçdi pəncəmizə gözəl Qarabağ, 

Öpsün qılıncımı hər qaya, hər dağ, 

Mən Qacar nəsliyəm, şahlar şahıyam, 

Mən də yer üzünün bir Allahıyam. 

Gərək biz qoymayaq daşı daş üstə, 

Atın yığın-yığın leşi baş üstə! 

Mənim vicdanım da, qəlbim də qandır, 

Dünya qan üstündə bir xanimandır!..” 

M.P.Vaqifi heç cür razı sala bilməz, rahat 

buraxmazdı. Ona görə  də M.P.Vaqifi Qacarın 

hüzuruna gətirəndə ona baş  əyməyir. Ona görə 

ki, o, xalqın təmsilçisidir. Xalqın təmsilçisi xalqı, 

el-obanı talan edəni qəbul edə bilməz. Onu qa-

ranlıq zindanla qorxutmaq da mümkün deyil. 

Odur ki, o, Qacarın hüzurunda azadlığın və mə-

həbbətin var olmasını söyləyir. M.P.Vaqif 

Qacara deyir: 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

51



“Sənsə həqiqətin ağzına daş bas! 

Mən az görməmişəm bu sarayları, 

Burda göyə çıxan ahü vayları... 

Görmüşəm şahların vəfasını mən, 

Xanların zülmünü, cəfasını mən. 

Görmüşəm zamanın min rüzgarını, 

Dustaq anaların göz yaşlarını. 

Nifrət! Qan çanağı taclara nifrət! 

Var olsun azadlıq, bir də məhəbbət...” 

Əslində M.P.Vaqif xalqın təmsilçisi kimi 

Qacara xalqın ürəyindən keçənləri deyir, xalqın 

nifrətini və  qəzəbini çatdırır. Bunu Qacar başa 

düşür və başa düşdüyü üçün hiddətlənərək 

M.P.Vaqifin arxasınca deyir: 



“Aparın, aparın onu zindana, 

Göz dağı çəkdirin Azərbaycana!” 

Qacar çox gözəl başa düşür ki, M.P.Vaqif 

dünya varına, mənsəbə və şöhrətə aldanan deyil. 

O, el-oba içində hörmət və izzət sahibidir. El-oba 

onu çox sevir. Ona görə də Qacar üçün M.P.Va-

qif el-obanın özü qədər təhlükəli və qorxuludur. 




Buludxan Xəlilov 

 

52



M.P.Vaqifin el-obaya, torpağa, vətənə, xalqa 

bağlılığı örnək, nümunə kimi hər bir kəsi düşün-

dürür, gələcəkdə  də düşündürəcəkdir. Hər bir 

kəsin vətənə, el-obaya, xalqa bağlılıq və məhəb-

bət məsuliyyətini artıracaqdır. Dünya nə  qədər 

dəyişsə də, siyasət və ideologiyalar maraqlar çər-

çivəsində  həyata keçsə  də, M.P.Vaqif tarixdə 

M.P.Vaqif olaraq qalacaqdır. O, yerli məmur-

ların zülmünə qarşı mübarizədə  də, yadellilərə 

qarşı mübarizədə  də xalqın, el-obanın təmsilçisi 

kimi özünü təsdiq edibdir. 

Bəzən ədəbiyyatşünaslıqda Səməd Vurğunun 

“Vaqif” dramındakı ideallarını məhdud bir çərçi-

vədə  və  məhdud bir dünyagörüşlə izah etməyə 

çalışırlar. Belə hesab edirlər ki, Səməd Vurğun 

Eldarın dəstəsində olan Kürd Musa, Arşak və 

eləcə də Qacar tərəfindən əsir alınmış gürcülər – 

Şaliko, Tamara, Kiçik gürcü vasitəsilə “xalqlar 

dostluğu”nu tərənnüm etmişdir.  Əslində isə 

məsələyə bu cür yanaşma sovet ideologiyasının 

təsiri ilə  ədəbi tənqidin yaratdığı münasibətdir. 

Yəni Səməd Vurğunun “Vaqif” dramına olan 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

53



siyasi-ideoloji münasibət  əsərdəki “xalqlar dost-

luğu” fikrinə geniş meydan açmışdır. Sovet ideo-

logiyası “xalqlar dostluğu”nun bədii ədəbiyyatda 

tərənnümünə xüsusi bir önəm vermişdir. Məhz 

bu önəmin təsiri altında Səməd Vurğunun 

“Vaqif” dramında Eldarın dəstəsindəki Kürd 

Musanın, Arşakın və Qacar tərəfindən  əsir alın-

mış Şalikonun, Tamaranın, Kiçik gürcünün obra-

zı “xalqlar dostluğu”nun tərənnümü kimi qələmə 

verilmişdir.  Əslində isə belə bir mövqe Səməd 

Vurğunun ideallarını  məhdudlaşdırmaq, dar bir 

çərçivəyə salmaqdır. Belə ki, Səməd Vurğun da-

ha böyük ideallar uğrunda mübarizə apararaq 

qeyd olunan obrazlar vasitəsilə regionda, Cənubi 

Qafqazda o vaxt mövcud olan narahatlığın ma-

hiyyətini açmaq istəmiş, yuxarıda qeyd olunan 

azərbaycanlı, gürcü, erməni, kürd obrazları vasi-

təsilə İranın, Rusiyanın bölgəyə gətirdiyi proble-

min xalq tərəfindən narazılıqla qarşılandığının 

mahiyyətini anlatmaq istəmişdir. Bununla da Sə-

məd Vurğun o vaxt bölgədə əmin-amanlığın, sül-

hün tərəfdarı kimi xalqın səsinə səs vermiş, bədii 




Buludxan Xəlilov 

 

54



ustalığı ilə buna nail olmuşdur. “Vaqif” dramına 

müraciət edək. Eldar kürd Musaya deyir: 



“İndi də dişini qıcamış Qacar... 

İranı talayan o qart canavar 

Gəlir sürusilə bizi soymağa, 

Tökdüyü qanlardan içib doymağa...” 

Qacarın niyyəti Cənubi Qafqazda yaşayan 

hər bir millət üçün eynidir: soymaq, talamaq, qan 

tökmək, ona qarşı çıxanları əsir götürmək, torpa-

ğı ələ keçirmək və s. Ona görə də Qacarın niyyəti 

Cənubi Qafqazdakı  hər bir milləti narahat edir, 

narazı salır. Yenə  də “Vaqif” dramına müraciət 

edək.  Şaliko, Kiçik gürcü və Tamara həyəcanla 

Eldarın yanına gəlirlər. Eldar soruşur: “Kimsiniz, 

qardaşlar? Danışın görək!” Şaliko deyir: 



“Zalım Məhəmməd Qacar, 

Bizi soyub taladı, 

Of... o qanlı hökmdar 

Bizi oda qaladı. 

Çox vuruşdu gürcülər, 

Bəzən basılır hünər. 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

55

Bu dəfə basdı Qacar, 



Bizi əsir aldılar. 

Qana döndü dağ, dərə...” 

Eldar isə: 



“Yaraşmayır basılmaq 

Qəhrəman gürcülərə!”  

deyir. O, Şalikoya: 



“Bura bax, qardaşım mindi şah Qacar –  

O sizi talayan dişi canavar 

İndi də göz dikib Azərbaycana” söyləyir. 

Eldarın başqa bir fikri: 



“Bəs biz? Biz neyləyək? – Yığışın, gəlin, 

Qüvvəti çox olar birləşən elin. 

Gəlin qardaş olsun tüfənglərimiz

İlanın başını ayaqlayaq biz!..” 

Əsərdən gətirilən bu nümunələr təsdiq edir 

ki, Qacarın hücumu el-obanın narazılığına səbəb 

olur. Ona görə də bütün el-oba rahatlıq istəyir. O 

dövrdə  İranın da, Rusiyanın da apardığı siyasət 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə