Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
  1   2   3   4   5   6   7   8   9   ...   14


Molla Pənah Vaqif: özü və tarixin sözü 

1

B



ULUDXAN

 X

ƏLİLOV

filologiya üzrə elmlər doktoru, professor 

Molla Pənah Vaqif:  

özü və tarixin sözü 

BAKI – 2018


Buludxan Xəlilov 

 

2



 

 

 

 

Buludxan Xəlilov. 

“Molla Pənah Vaqif: özü və tarixin sözü”. 

Bakı, “Adiloğlu” 2018, 92 səh. 



 

 

 

Kitabda Molla Pənah Vaqiflə bağlı  həqiqətlər diqqət 

mərkəzində saxlanılmaqla araşdırılır. Yusif Vəzir 

Çəmənzəminlinin “İki od arasında” romanında və  Səməd 

Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqif obrazı ilə 

bağlı  məqamlara xüsusi yer ayrılır. Molla Vəli Vidadi ilə 

Molla Pənah Vaqif arasındakı dostluq münasibətinin 

özünəməxsusluğu xarakterizə olunur. Eyni zamanda Molla 

Pənah Vaqif yaradıcılığı milli intibah poeziyasının ən bariz 

nümunəsi kimi səciyyələndirilir. 

 

 

İSBN 978-9952-25-106-7 

 

© Adiloğlu, 2018



Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

3



 

 

Molla Pənah Vaqiflə bağlı həqiqət 



və yenə də həqiqət... 

 

Molla Pənah Vaqifin yaradıcılığı həmişə təzə 

və  təravətli olacaqdır. Ona görə ki, M.P.Vaqifin 

şirin, anlaşıqlı, aydın dili vardır. Hər bir azərbay-

canlı oxucu M.P.Vaqifin yaradıcılığını oxuyur və 

asanlıqla başa düşür. Doğrudan da, M.P.Vaqifə 

qədər Azərbaycan dilində sadə, aydın və anlaşıq-

lı bir üslubda yazan şairimiz az olubdur. Bəlkə 

də, əsas səbəblərdən biri bununla bağlı olduğun-

dan, M.P.Vaqifin yaradıcılığı insanların hafizə-

sindən, yaddaşından ötürülərək bizim dövrümüzə 

qədər gəlib çatmışdır.  İnsanlar onun yaradı-

cılığını qəbul etməsəydi, onda onun şeirləri itib-

batar, dövrümüzə  gəlib çatmazdı. Ona görə ki, 

onun  əsərləri vaxtında itib-batmış,  əlyazmaları 

talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən 

insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini 



Buludxan Xəlilov 

 

4



yaddaşlarında yaşatmış, xanəndələr sözlərini 

məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar 

şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini 

qələmə almışlar.  

Bu cür real həqiqətlər bəzən Molla Pənah 

Vaqiflə bağlı uydurmaların da yaranmasına sə-

bəb olmuşdur. Nəticədə bəzən ədəbiyyatşünaslar 

Molla Pənah Vaqifə elmi yanaşmadan daha çox 

onun barəsində  təhrifli fikirlərə istinad etməklə 

tədqiqat aparmışlar. Odur ki, Molla Pənah Va-

qiflə bağlı müxtəlif dillərdə olan materialların 

toplanaraq çap olunması, kitabxanalarımızda 

özünə yer alması onun barəsində əsl həqiqəti üzə 

çıxarar və vaqifşünaslığın inkişafına xidmət edər. 

Bu mənada Yusif Vəzir Çəmənzəminli “Molla 

Pənah Vaqif haqqında” adlı  məqaləsində yazır: 

“İndiyə  qədər Vaqifin həyatına və dövrünə dair 

ətraflı olaraq bir əsər meydana çıxmamışdır. 

Yazılanlarda tarixi materiallarla bərabər bir çox 

uydurma  şeylər var. Bunun başlıca səbəbi  ədə-

biyyatçılarımızın tarixi materiala elmi olmayaraq 

yanaşması və tarixçilərimizin fəaliyyət göstərmə-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

5



məsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus 

və fars dillərində olduqca bol material var. Baş-

lıca qüsurlardan biri də materialların ayrı-ayrı 

əllərdə olub, istədikləri kimi şərh edilməsindədir. 

Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi ya-

naşanlar olmaz və ümumin yoxlamasına imkan 

verilərək həqiqət meydana çıxar”. [1, 320] De-

məli, Y.V.Çəmənzəminli vaqifşünaslıqda görülə-

cək işlərin istiqamətlərini aydın şəkildə göstərir: 

yazılanlarda tarixi materiallarla yanaşı, uydurma 

şeylərin olması  və bunun nəticəsində  ədəbiyyat-

şünasların tarixi materiallara elmi olmayaraq ya-

naşması, tarixçilərimizin vaqifşünaslıqla bağlı 

fəaliyyət göstərməməsi, Vaqifin dövrünə aid 

türk, rus və fars dillərində olan materiallardan la-

zımi səviyyədə istifadə olunmaması, Vaqiflə 

bağlı əldə olan materialların fərdi adamlarda ol-

ması  və ondan istədikləri kimi istifadə etmələri 

və s. Göründüyü kimi, Y.V.Çəmənzəminli vaqif-

şünaslıqla bağlı mövcud olan problemlərin 

müəyyən bir qismini dəqiq şəkildə göstərmişdir. 



Buludxan Xəlilov 

 

6



M.P.Vaqif öz dövrünün böyük şairi, mütəfək-

kiri və dövlət xadimi olmuşdur. “Hər oxuyan 

Molla Pənah olmaz” fikri sübut edir ki, Vaqif 

dövründə oxuyanlar, savad sahibləri çox olmuş-

dur. Ancaq onların içərisində heç kəs M.P.Vaqif 

səviyyəsinə yüksələ bilməmişdir. Atasının adı 

Mehdi ağa, adı  Pənah olan şairin Vaqif təxəllü-

sünü götürməsi də  təsadüfi deyildir. Belə ki, 

“Vaqif” sözü “xəbərdar”, “vəqf edən” mənaların-

da olmaqla Molla Pənah Vaqifin öz dövrünün 

mütəfəkkiri olduğunu təsdiq edir. 

Molla Pənah Vaqif yaradıcılığının özünəməx-

sus realist ədəbi-estetik mövqeyi olmuşdur. Bun-

dan başqa, onun yaradıcılığı  təsdiq edir ki, milli 

özünüdərk M.P.Vaqif yaradıcılığında daha güc-

lüdür. Onun yaradıcılığı azərbaycançılıq ideolo-

giyasının təşəkkülündə önəmli rol oynamışdır. 

Molla Pənah Vaqif saray adamı olmaqla 

yanaşı, vəzir kimi çalışmaqla yanaşı, həm də el-

obaya, xalqa yaxın adam olmuşdur. Xalqın içə-

risindən çıxıb dövlət səviyyəsinə yüksəlmək və 

yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

7



fəaliyyət qabiliyyətini, bacarığını qoruyub sax-

lamaq yenə də M.P.Vaqifə məxsus keyfiyyətdir. 

Məhz bu baxımdan da “Hər oxuyan Molla Pənah 

olmaz” zərb-məsəli M.P.Vaqifin kimliyinə veri-

lən yüksək qiymətdir. 

Vaxtilə M.F.Axundzadə “Nəzm və nəsr haq-

qında” məqaləsində M.Füzulinin nəzm ustadı, 

ancaq onunla müqayisədə Qasım bəy Zakirin və 

Molla Pənah Vaqifin şair hesab olunması  tə-

sadüfi deyil. Bunu M.F.Axundzadə  tərəfindən 

irəli sürülən təsadüfi fikir kimi hesab etmək ol-

maz və ədəbiyyatşünaslıqda belə də hesab olun-

mamışdır. M.F.Axundzadə nə dediyini və dediyi-

nin elmi-nəzəri əsasını yaxşı bilmişdir. O yazırdı: 

“Bəhər surət, türk arasında dəxi bu zamana qədər 

mütəqəddimindən  şair olmayıbdır. Füzuli şair 

deyil və xəyalatında əsla təsir yoxdur; ancaq na-

zimi ustaddır. Amma mən  əyyami-səyahətimdə 

səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para 

xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə 

onda göründü və  dəxi Qasım bəy Sarucaluyi – 

Cavanşirə düçar oldum ki, əlhət türk dilində 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə