Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   ...   6   7   8   9   10   11   12   13   14

Buludxan Xəlilov 

 

80



Vidadinin öpüşüb-görüşməsi, Vaqifin “Hələ de 

görüm, toxsan, acsan?” söyləməsi, qarşı-qarşıya 

oturub söhbət etmələri – bunların hamısı səmimi 

dostluqdan, yaxın münasibətdən, bir-birinə olan 

inamdan irəli gəlir. “İki od arasında”  əsəri vasi-

təsilə Vidadinin necə bir insan olması, Qazaxdan 

Qarabağa köçməsi haqqında da məlumat  əldə 

edirik. Bu barədə oxuyuruq: “Vidadi ortaboylu, 

çalsaqqal, arıqvücudlu və nurani sifət bir kişi idi: 

çox dindar və dünyadan əl üzmüş bir adam idi. 

Yeddi-səkkiz yaş Vaqifdən böyük, təbiətcə  şən 

və  nəşəli Vaqifin əksi olmağına baxmayaraq, 

aralarında bir dostluq var idi. Daima bir-birilə 

yazışar və biri digərinə öz şeirini göndərərdi. 

Vaqif dərin bir sevgi saçan gözləri ilə dos-

tunu oxşayaraq: 

–  Yaxşı, – dedi, – nə əcəb? Bilərsən ki, səni 

çoxdan gözləyirdim. 

Vidadi əllərini ovxalayaraq: 

–  Köçdüm, mən də köçdüm, – dedi. – Qa-

zaxda yaşamaq çətin olub, dedim, gedim bir Qa-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

81

rabağa bələd olum, sonra, mümkün olsa, arvad-



uşağı da yığışdırım. 

–  Yaxşı eləmisən, mənim kimi əvvəl Ca-

vanşir, sonra da “qızılbaş” olarsan! Ha-ha-ha!.. 

Vaqif şaqqıldayıb, istehza ilə güldü. 

Vidadi yumşaq gülümsəmə ilə dostunu süzüb: 

–  Pənah, – dedi, – neçə vaxtdır, səni gör-

mürəm: nə qocalmısan, nə nəşədən düşmüsən”. 

Vaqifin nikbinliyi, Vidadinin bədbinliyi, bu 

dünyanın gəliş-gedişi barədə  əsərdən oxuyuruq: 

“Vaqif təkidlə:  

–  Ay Molla Vəli, – dedi, – bu, insanın 

özündən asılıdır: insan gərək üzdən getsin, çox 

dərinə əl aparmasın. İnsana bir yaşayış bağışlan-

mışdır, doyunca yaşamaq lazımdır. “Öl!” – 

deyəndə də öləcəyik. Amma bu cür dünyanı gə-

rək elə keçirəsən ki, öləndə arxaya baxıb həsrət 

çəkməyəsən! Hikmət bundadır. 

Vidadi bu fikrə qane olmurdu: 

–  Bu sən deyənlər insanın özündən asılı ol-

masa? 



Buludxan Xəlilov 

 

82



–  Necə  yəni olmasa? İnsan faili – muxtar-

dır. Hər şeyi özünə tabe etməlidir. 

Vidadi Vaqiflə heç razılaşmayaraq dedi: 

– Ölkədəki bu davaları, nahaq qanları, baş-

kəsmə, gözçıxarmaları görüb də, rahat olmaq 

olarmı?” Deməli, M.V.Vidadidən fərqli olaraq 

M.P.Vaqif ömrün nəşəsindən sevinən,  əzabını 

toy-bayram sanan, hər  şeydən ləzzət almağı ba-

caran bir şairdir. M.P.Vaqifin diplomat olması, 

siyası dünyagörüşü, müxtəlif təbəqənin nüma-

yəndələri ilə olan əlaqəsi imkan verir ki, o, 

M.V.Vidadidən fərqli olaraq pis, yaxşı gördüklə-

rinin hər birində sabahkı günün xoş müjdəli işar-

tılarını axtarsın. Belə olmasa, o, şair kimi nikbin 

ruhlu  şeirlər yaza bilməz, diplomat, siyasət 

adamı kimi fəaliyyət göstərməyi bacarmazdı. Axı 

M.V.Vidadidən fərqli olaraq ona ümid, inam 

bəsləyənlər, etibar göstərənlər tək saray əhli de-

yil, həm də bütövlükdə Qarabağ və digər xanlıq-

ların əhlidir. 

Y.V.Çəmənzəminli Vaqif və Vidadi obrazını 

hər birinin özünəməxsusluğunu nəzərə alaraq 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

83



yaradıb. Bu baxımdan da Y.V.Çəmənzəminlinin 

“İki od arasında” əsəri mənbədir. Həm də hər bir 

kəsin oxuyub anlaya biləcəyi mənbədir. Bu mən-

bədən həm  ədəbiyyatşünaslar, həm də oxucular 

istifadə etməklə Vaqif və Vidadi obrazının özü-

nəməxsusluqları barədə geniş  məlumat  əldə edə 

bilərlər.  Əsərdəki çoxlu sayda bədii detallardan 

bəzilərinə müraciət edək: Vidadi deyir: 

“– A Pənah, insan yanı axırda ölməyəcək? 

Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər 

baş  ağrısı  çəkməyə  dəyərmi?  Şah da, gəda da 

ölüb, torpağa qoyulacaq. Axırı ki, ölümdür, bu 

fani dünyanı zöhd və  təqva ilə keçirmək daha 

yaxşı olmazdımı? 

Vaqif dostunun bu tərk-dünyalığına cavab 

olaraq gülümsədi, Vidadi məsələni anlayıb, cəld:  

–  Bilmirəm, – dedi, – zöhd və  təqva işinə 

gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu ca-

nına çökər, onda məsələnə Vaqif olarsan. Hələ 

Vaqif deyilsən, fəna dünyaya bel bağlayan Pənah 

oğlansan.  

Vaqif güldü: 




Buludxan Xəlilov 

 

84



–  Ay molla Vəli, – dedi, – axı ölümü də 

Tanrı yaradıb, eşqi də, nəgəni də, gözəli də. 

Tanrı axirətdə  mənə deməzmi, “Ay yassar, sənə 

ürək verdim – sevmədin, dodaq verdim – öpmə-

din, göz verdim – o yaşılbaş sonalara doyunca 

tamaşa etmədin?” Onda mən Tanrıya nə cavab 

verərəm? 

Vidadi güldü: 

–  Vallah, Pənah, toy-bayramsan! – dedi. – 

Sənnən danışanda adamın ürəyi açılır”. Bu bədii 

detaldan Vaqifin nikbinliyini, Vidadinin bədbin-

liyini aydın şəkildə görürük və hər iki sənətkarın 

özünəməxsus keyfiyyətləri barədə dürüst məlu-

mat əldə edirik. 



 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

85

 



 

Molla Pənah Vaqif yaradıcılığı milli 

intibah poeziyasının ən bariz 

nümunəsidir... 

 

Molla Pənah Vaqifin yaşadığı dövr Azərbay-



canda milli intibah dövrüdür. Milli intibah döv-

rünün göstəriciləri sırasına nikbinlik, gözüaçıq-

lıq, gerçəkçi olmaq, realist baxış  və s. daxildir. 

Bunların hər biri Molla Pənah Vaqifin həyat və 

fəaliyyətində özünü göstərmişdir. Onun ictimai-

siyasi xadim olmasında da az rol oynamamışdır. 

Heç  şübhəsiz ki, Qarabağ xanı  İbrahim xan 

M.P.Vaqifə inanmışdır.  İbrahim xan M.P.Vaqif-

dəki bütün müsbət keyfiyyətləri görmüş  və ona 

inanmış, etibar etmişdir. Əgər M.P.Vaqifdə han-

sısa qüsur görünürsə, yaxud hansısa qüsuru gör-

mək istəyənlər varsa, onda onlar bunu M.P.Vaqi-

fin natamamlığı kimi deyil, o dövr Azərbayca-



Buludxan Xəlilov 

 

86



nının xanlıqlar, mahallar, regionlar düşüncəsinin 

qüsuru kimi qəbul etməlidirlər. Sözün doğrusu, o 

vaxt xanlıqlar düşüncəsi ilə yaşayan Azərbay-

canda dünyagörüş natamamlığını anlamaq lazım-

dır. Belə olan təqdirdə diplomat Vaqifdən lazım 

olandan artıq nəyisə ummaq ədalətsizlikdir. Şair 

Vaqifə gəlincə qeyd edək ki, o, gözəlliyi mücər-

rədlikdən konkretliyə, daxildən zahirə  gətirdi. 

Bununla realist, gerçəkçi olduğunu təsdiq etdi. 

Molla Pənah Vaqif yaradıcılığı milli intibah 

poeziyasının ən bariz nümunəsidir. Onun yaradı-

cılığı intibah poeziyası ilə milli intibah poeziya-

sının sərhədini müəyyənləşdirdi. 

M.P.Vaqif yaradıcılığı bir məsələni də dəqiq-

ləşdirməyə kömək edir. Bunun sayəsində bilirik 

ki, Şərq intibahı, Azərbaycan intibahı bütövlükdə 

intibahın problemi kimi sistemli şəkildə  tədqiq 

edilib öyrənilməlidir. Həm də Azərbaycan intiba-

hı dedikdə XI-XII əsrlər yada düşür ki, bu 

məsələ hələ də öz izahını tələb edir. Belə ki, XI-

XII  əsrlər Azərbaycan mədəniyyəti  şərq mədə-

niyyətinin tərkib hissəsi kimi özünü göstərir. XI-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

87



XII  əsrlər  şərq mədəniyyəti isə milli intibah 

deyil. Məhz milli intibah deyil, müsəlman-türk, 

geniş  mənada  şərq intibahıdır. Düzdür, XI-XII 

əsrlərdə Azərbaycanda intibah hərəkatı başlan-

mışdır. Məsələn, Azərbaycanda  şəhərlərin inki-

şafı (Bərdə, Gəncə  və s.), iqtisadi inkişaf və s. 

Ancaq bunları  hələ milli intibah kimi qəbul 

etmək olmaz. Milli intibahda milliləşmə məsələsi 

aparıcı rol oynamalıdır. Bu mənada XVII-XVIII 

əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tari-

xində intibah dövrüdür. Ona görə ki, bu dövrdə 

milli özünüdərketmənin təzahürü güclüdür. Eyni 

zamanda bu dövrdə şifahi xalq ədəbiyyatı nümu-

nələri yazıya alınır, aydın və asan doğma ana di-

lində ədəbi-bədii nümunələr yaranır, mədəniyyət 

nümunələri realist xarakter alır. Söhbət ondan 

gedir ki, bu dövrün şairi kimi Vaqifin üslubu 

özündən  əvvəlki klassiklərin üslubundan fərqlə-

nir. Məsələn, o, Füzulidən fərqli olaraq nikbinlik, 

şeirləri  şux, dili isə  hər bir kəsin başa düşəcəyi 

üslubdadır. Vaqifin dili öz dövrünün dil normala-

rını tam şəkildə  əks etdirir. Ona görə  də Azər-




Buludxan Xəlilov 

 

88



baycan  ədəbi dilinin tarixində “Vaqif dövrü”, 

“Vaqif mərhələsi” qəbul olunur.  

XVIII əsr Azərbaycan ədəbi dilinin tarixində 

milliləşmə nöqteyi-nəzərdən fərqlənir. Bu dövrdə 

dilin fonetik, leksik, morfoloji və sintaktik quru-

luşunda gedən milliləşmə bir normaya çevrilir. 

Və bu normanın təzahür imkanları M.P.Vaqif ya-

radıcılığında bariz şəkildə özünü göstərir. Klas-

sik üslubla folklor üslubunun dialektik vəhdəti 

yaranır. Bu hal milli ictimai təfəkkürdə baş verən 

yeniləşməni M.P.Vaqif yaradıcılığında açıq  şə-

kildə nümayiş etdirir. Hətta bununla da iş qur-

tarmır, folklor üslubu klassik üslubun dominant-

lığına qalib gəlir. Bunu M.P.Vaqif öz yaradı-

cılığında həyata keçirir. Bədii  ədəbiyyatın qay-

naqlarından biri folklor olduğu kimi, folklor üs-

lubunu yüksəldən Vaqifin özü də özündən sonra-

kı  ədəbi-bədii nümunələr üçün mənbə rolunu 

oynayır. 

Azərbaycan ədəbi dilinin inkişafında M.P.Va-

qifin xüsusi bir mərhələ olduğunu xarakterizə et-

mək üçün dilimizin inkişaf yollarına diqqət yetir-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

89



mək vacibdir. Belə ki, “Kitabi-Dədə Qorqud” das-

tanlarından sonra ədəbi dilimizin inkişafında XIII 

əsr xüsusi bir mərhələdir. Bu dövrdə Azərbaycan 

dili ərəb və fars dilləri ilə mübarizəyə qalxır, elm, 

ədəbiyyat dili kimi özünə yol açır. Təbii ki, ərəb, 

fars dilləri ilə  bərabər, o dövrün ədəbi dili kimi 

işlənir. Daha sonra Nəsimi kimi şairin yetişməsi 

ədəbi dilimizin inkişafında Nəsimi mərhələsinin 

mövcudluğunu ortaya qoyur. Mirzə  İbrahimov 

yazır: “Bizcə, “Dədə Qorqud”dan sonra Azərbay-

can dilinin inkişafındakı xüsusi mərhələni Nəsimi 

dövrü adlandırmaq olar. Nəsimi Azərbaycan dilini 

əsrinin qabaqcıl fikir və arzularını ifadə edən yük-

sək bir dil səviyyəsinə qaldırdı. Nəsimi dilimizi 

ideallar uğrunda mübarizə dilinə, təbliğat və təşvi-

qat dilinə çevirdi. Nəsimi öz fəlsəfəsi və təfəkkürü 

ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli ge-

nişləndirdi. Ona tamamilə yeni təşbehlər, ifadələr, 

fikirlər gətirdi. Bəzən Nəsimini anlamaq çətinliyi 

onun dilinin qəlizliyindən deyil, ifadə etdiyi fəlsə-

fi fikirləri dərk etmək üçün müəyyən tarixi, elmi, 

fəlsəfi hazırlığın yoxluğundan irəli gəlir”. [5, 469] 




Buludxan Xəlilov 

 

90



Azərbaycan  ədəbi dilinin mövqeyi XVI əsrdə 

daha da güclənmişdir. Azərbaycan dili səfəvilər 

dövlətinin rəsmi dövlət dili olmuşdur. Xalq dili ilə 

yazılı dil bir-birinə yaxınlaşmış, bu da Şah İsmayıl 

Xətainin  şeirlərini xalis Azərbaycan dilində 

yazılması ilə bağlı olmuşdur. Bu dövrdə xalq dili 

ilə yazılı dil bir-birinə o qədər yaxınlaşmışdır ki, 

Qurbaninin dili ilə Şah İsmayıl Xətainin dilini bir-

birindən ayırmaq çətin olmuşdur. Belə bir bü-

növrə üzərində M.Füzuli yetişdi və o, Azərbaycan 

dilini  Şərq xalqlarının heç biri ilə müqayisə 

olunmayacaq dərəcədə olan qəzəl dilinə çevirdi. 

Bundan sonra XVII-XVIII əsrlərdə Azərbaycan 

ədəbi dilində  xəlqilik, sadəlik meyilləri gücləndi 

və dilimizin inkişafında Molla Pənah Vaqifin 

yaradıcılığı  əsasında yeni bir mərhələ başlandı. 

Əhməd Cəfəroğlu bu mərhələnin başlanmasını 

doğuran üç cəhəti daha səciyyəvi hesab edir: 

1)  Milli dilin ədəbi yaradıcılıqda hakim 

mövqe tutması; 

2)  Xalq yaradıcılığının inkişafı  və milli 

folklor janrının tam təşəkkülü; 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

91



3)  Klassik üslubda olan şeirin folklorla qar-

şılıqlı  təsiri zamanı keyfiyyət dəyişikliyinə  uğ-

raması. [6, 80-87] 

Məhz bu qeyd olunanlar M.P.Vaqif yaradıcı-

lığında dərin kök saldı, nəticədə onun yaradı-

cılığı ilə həm ədəbi dilimizdə, həm də ədəbiyyat 

tariximizdə yeni bir mərhələ başlandı. Bununla 

da M.P.Vaqif özündən  əvvəl  ədəbi dilimizin, 

ədəbiyyat tariximizin inkişafında rol oynamış 

ədiblərin ədəbi fəaliyyətini yeni bir yol açmaqla 

davam etdirdi. Bu yol sonra ədəbi dilimizin və 

ədəbiyyatımızın inkişafında XIX əsr mərhələsi-

nin yaranmasında təməl rolunu oynadı. Yəni 

M.P.Vaqif özündən  əvvəlki  ədiblərlə özündən 

sonra gələnlər arasında körpü rolunu oynadı. 

Beləliklə, M.P.Vaqif özündən  əvvəlki  ədiblərin 

ədəbi fəaliyyətini milli zəmində yekunlaşdırdı və 

özündən sonra gələn ədiblərin (xüsusilə XIX əsr 

ədiblərinin)  ədəbi fəaliyyətlərinin missiyasını 

müəyyənləşdirdi. Bu baxımdan XIX əsrdə Ab-

basqulu ağa Bakıxanovun, Mirzə  Şəfi Vazehin 

və Mirzə  Fətəli Axundovun milli ədəbiyyatı  və 

dili inkişaf etdirmək missiyasını aktuallaşdırdı. 



Buludxan Xəlilov 

 

92



Təsadüfi deyil ki, Əhməd Cəfəroğlu Abbasqulu 

ağa Bakıxanovu, Mirzə Şəfi Vazehi və Mirzə Fə-

təli Axundovu xarakterizə edərək yazır: “Abbas-

qulu ağa həqiqi Azərbaycan tarixçiliyini yaradarkən, 

Mirzə  Fətəli həqiqi realizmin təməlini təşkil edən 

ictimai tənqidi  ədəbiyyatı vücuda gətirmiş, Mirzə 

Şəfi isə Azərbaycan mədəniyyətinin ölkə xaricində 

yayılmasının bayraqdarı olmuşdur”. [6, 82] 

M.P.Vaqif həm də  ədəbiyyatı ictimailəşdir-

mək missiyasını yerinə yetirmişdir.  Ədəbiyyatın 

ictimailəşdirilməsi dedikdə onun hər bir kəsin 

tələbatında olmasını  nəzərdə tuturuq. Belə ki, 

M.P.Vaqifə qədərki ədəbiyyat hansısa bir təbəqə-

nin, zümrənin başa düşəcəyi anlayacağı  səviy-

yədə olduğundan onu hər bir kəs qəbul etmək 

iqtidarında deyildi. Ancaq M.P.Vaqif ədəbiyyatı 

ictimailəşdirməklə onu hər bir kəsin anlayacağı, 

qəbul edəcəyi, başa düşəcəyi bir səviyyəyə gətir-

məyə nail oldu. Ona görə də dilimizin və ədəbiy-

yatımızın tarixində XVIII əsr mərhələsi dedikdə 

ilk növbədə M.P.Vaqif yada düşür. Onunla 

yanaşı, M.V.Vidadi, Q.Zakir də diqqət mərkə-

zində dayanır. Hər bir ədəbiyyatşünas bu dövr-

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

93

dən bəhs edərkən onların heç birindən heç cür 



yan keçə bilmir. Bu mənada milli ədəbi dilimizin 

və milli ədəbiyyatımızın inkişaf tarixini müəy-

yənləşdirərkən  Əhməd Cəfəroğlu belə bir bölgü 

aparır: 1) X əsrə  qədərki dövr; 2) “Kitabi-Dədə 

Qorqud” mərhələsi; 3) XII əsr farsdilli Azər-

baycan  ədəbiyyatı; 4) XIII-XIV əsrlər; 5) XV-

XVI  əsrlər; 6) XVII əsr; 7) XVIII əsr; 8) XIX 

əsr; 9) XX əsrin birinci rübü (sovet hakimiy-

yətinə  qədər). Bu bölgünü davam etdirsək: 10) 

Sovet dövrü Azərbaycan  ədəbiyyatı; 11) Müs-

təqillik dövrü Azərbaycan ədəbiyyatı. [6, 76] O, 

XVIII  əsr mərhələsində M.P.Vaqifi şeirimizdə 

realist üslubun banisi, Zakiri isə realist üslubun 

davamçısı  və milli satirik ədəbiyyatın yaradıcısı 

kimi xarakterizə edir.  

Beləliklə, M.P.Vaqif ədəbiyyat tariximizdə 

XVIII  əsrə  qədərki  ədəbiyyatın yaratdığı tilsimi 

sındıran və XVIII əsrdən sonrakı ədəbiyyatı yeni 

istiqamətə yönəldən bir şair kimi özünü təsdiq 

etdi. 


 


Buludxan Xəlilov 

 

94



Ədəbiyyat: 

 

1.  Molla Pənah Vaqif haqqında. – Yusif Vəzir 

Çəmənzəminli.  Əsərləri, üç cilddə, III cild, 

Bakı, “Avrasiya Press”, 2005 

2.  M.F.Axundzadə. Nəzm və  nəsr haqqında. – 

Buludxan Xəlilov. Azərbaycan dilinin antolo-

giyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013 

3.  Məmməd Cəfər. Mirzə Fətəlinin ədəbi-tənqi-

di görüşləri. – Buludxan Xəlilov. Azərbaycan 

dilinin antologiyası. Bakı, “Bakı Çap Evi” 

nəşriyyatı, 2013 

4.  Həmid Araslı.  Şeirimizin fəxri. – Molla Pə-

nah Vaqif. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004 

5.  Mirzə  İbrahimov. Dilimizin inkişaf yolları 

haqqında. – Buludxan Xəlilov. Azərbaycan 

dilinin antologiyası. Bakı, “Bakı Çap Evi” 

nəşriyyatı, 2013 

6.  Elşən  Əbülhəsənli.  Əhməd Cəfəroğlunun 

ədəbiyyatşünaslıq irsi. Bakı, Azərnəşr, 2006 

7.  Mahmud Allahmanlı. Təxəllüsü Vaqif, nəzmi 

dürəfşan. Ləman Nəşriyyat Poliqrafiya, Bakı, 

2017 


 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

95

 



M Ü N D Ə R İ C A T 

 

Molla Pənah Vaqiflə bağlı həqiqət və  

yenə də həqiqət... ................................................3 

 

Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” 



romanında Molla Pənah Vaqif obrazı...  ..........24 

 

Səməd Vurğunun “Vaqif” dramında Molla  



Pənah Vaqif obrazı...  .......................................44 

 

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif 



arasındakı dostluq...  .........................................67 

 

Molla Pənah Vaqif yaradıcılığı milli intibah 



poeziyasının ən bariz nümunəsidir...  ...............85


Buludxan Xəlilov 

 

96



 

Buludxan Xəlilov 

 

Molla Pənah Vaqif:  

özü və tarixin sözü 

 

 

 

Çapa imzalanmışdır: 09.04.2018 



Kağız formatı: 70х100 1/32 

Həcmi: 3 çap vərəqi 

Sifariş: 171 

Sayı: 300 

 

 

 



_______________________________________ 

 

«Adiloğlu Çap Evi»nin mətbəəsində 



çap olunmuşdur. 

 

Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c 



 

 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə