Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   2   3   4   5   6   7   8   9   ...   14

Buludxan Xəlilov 

 

20



hesab etmişlər. Yeri gəlmişkən onu da qeyd edək 

ki, M.P.Vaqifin dövründə Azərbaycandakı icti-

mai-siyasi vəziyyəti açmaq, təhlil etmək üçün 

Y.V.Çəmənzəminlinin romanının, S.Vurğunun 

dramının böyük əhəmiyyəti vardır. Hər iki sənət-

karın yaradıcılığı əsasında geniş oxucu kütləsinin 

anlaya biləcəyi bir üslubda (bədii üslubda) o 

dövrün ictimai-siyasi mənzərəsi yaradılır. O dövr 

barədə  təsəvvürlər dərinləşir. Türkiyə  və  İran 

istilasından xilas olunaraq öz müstəqilliyini bər-

pa etmək üçün Rusiyaya meyilin güclənməsi, 

hakimiyyət iddiasında olan xanlıqlar arasındakı 

ziddiyyətlər (İbrahim xan, Fətəli xan) və s. mə-

sələlər geniş oxucu kütləsini XVIII əsrin ictimai-

siyasi mənzərəsi ilə tanış edir. Və bu məqamda 

Molla Pənah Vaqifin Rusiyaya meyilini bir-

mənalı  qəbul etmək olmaz. Molla Pənah Vaqif 

çox yaxşı bilirdi ki, Rusiya da imperiya 

maraqlarına uyğun olaraq, İran kimi Azərbay-

cana (o cümlədən Zaqafqaziyaya) münasibət bəs-

ləyir. Ancaq bununla belə, M.P.Vaqifin Rusiyaya 

meyilinin özündə  də bir siyasət olmuşdur. Bu 

siyasət M.P.Vaqifə görə, Qarabağ xanlığının 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

21

müstəqilliyini (o cümlədən Azərbaycanın) qoru-



mağa xidmət etmişdir. Odur ki, S.Vurğun 

“Vaqif” dramında Qarabağ xanı  İbrahim xanın 

dili ilə deyir: 

Bir yandan Türkiyə, bir yandan İran, 

Ordan da Rusiya göndərir fərman... 

Eləcə də Y.V.Çəmənzəminlinin “Qan içində” 

(“İki od arasında”) romanında Vaqifin yaşadığı 

dövrün reallıqları təsvir olunur. Həm də Vaqifin 

siyasi mövqeyinin xarakterini açır.  Ən azı onun 

siyasi mövqeyində  qətilik, birmənalılıq özünü 

göstərir. “İki od arasında” seçimi etmək, daha 

doğrusu, hansı  tərəfi seçməyin özü də bir siya-

sətdir. Bu cür siyasəti tarixin sınağından çıx-

maqda bir cəsarət, mövqe sahibi olmaq, sabaha 

inam və etibarın açarını tapmaq kimi də  qəbul 

etmək olar. Elə bu məqamda bir məsələni də ay-

dınlaşdrımağa ehtiyac var. Aydınlaşdırılmasına 

ehtiyac olan məsələ  nədir? Aydınlaşdırılmasına 

ehtiyac olan məsələ budur ki, İbrahim xanın da, 

Fətəli xanın da gücləri, qüdrətləri olsa da, vahid 




Buludxan Xəlilov 

 

22



və bütöv Azərbaycan düşüncələri, həmin düşün-

cəni həyata keçirə bilmək siyasətləri yoxuydu. 

Belə olan təqdirdə şərq elmlərini bilən, mükəm-

məl mədrəsə təhsili olan, Salahlıda məsciddə bir 

müddət məktəbdarlıq edən Molla Pənah, daha 

sonra Vaqif təxəllüsü ilə yazan Molla Pənah 

Vaqif dünyagörüşü, biliyi baxımından  İbrahim 

xandan da, Fətəli xandan da fərqlənirdi. M.P.Va-

qifin milli və azərbaycançılıq düşüncəsi, siyasi 

dünyagörüşü və biliyi İbrahim xandan, Fətəli 

xandan üstün görünürdü. Odur ki, M.P.Vaqifin 

mövqeyinə  təkcə Qarabağ xanlığının vəzirinin 

tutduğu mövqe kimi yox, həm də elmli, bilikli, 

dünyagörüşlü, siyasi cəhətdən yetkin olan bir 

siyasətçi-vətəndaşın mövqeyi kimi baxmaq lazım 

gəlir. Axı M.P.Vaqifin sarayda olması  təsadüfi 

deyil. Onu saraya xalqın istək və arzusu, özünün 

ağlı və istedadı gətirir. M.P.Vaqifi saraya nücum 

və mühəndislik elmlərini bilməsi gətirir. Onun 

istedadı, biliyi və elmi sayəsində xan bütün səfər-

lərdə onu özü ilə aparır. Deməli, təcrübəli, iste-

dadlı diplomat (M.P.Vaqif) Qarabağ xanlığının 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

23



taleyinə elə-belə yanaşa bilməzdi. Onun ya-

naşmasında böyük həqiqətin, gerçəkliyin ol-

duğuna şübhə ilə yanaşmaq olmaz. Bir daha qeyd 

etmək lazımdır ki, M.P.Vaqifin Rusiya ilə olan 

əlaqələrinin möhkəmlənməsi səbəbsiz olmamış-

dır. Belə ki, Ağa Məhəmməd şah Qacarın hücu-

mundan qorunmaq üçün, o zaman Azərbaycan-

dakı xanlıqların birləşməsinə nail olmaq üçün, 

bir müddət ölkədəki təhlükəsizliyi təmin etmək 

məqsədilə M.P.Vaqif Rusiya ilə olan siyasi əla-

qələri möhkəmlətməyə çalışmış  və bunu çıxış 

yolu hesab etmişdir. Öz dövrünün görkəmli dip-

lomatı M.P.Vaqif başqa bir yolu görə bilmə-

mişdir. Həm də başqa bir yol olmuşdurmu? Eyni 

zamanda M.P.Vaqifin mövqeyindən fərqli olan 

başqa bir yolun hansı üstün cəhətləri olmuşdur? 

Həmin üstün cəhətlərə (?!) Azərbaycan xanlıqları 

hazır olmuşdurmu? Çıxış yollarının (bəyənilən 

və bəyənilməyən) hansı reallıqla uyuşmuş, hansı 

reallıqdan uzaqda olmuşdur? Bu qəbildən olan 

çoxlu suallar M.P.Vaqifin mövqeyinə  bəraət 

qazandırır. 




Buludxan Xəlilov 

 

24



 

 

Yusif Vəzir Çəmənzəminlinin      

“İki od arasında” romanında     

Molla Pənah Vaqif obrazı... 

 

Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun 



Vaqif obrazını yaratmaqla tədqiqatçılar, eləcə  də 

oxucular üçün mənbə rolunu oynadı. Yusif Vəzir 

Çəmənzəminlinin 1937-ci ildə  qələmə aldığı  və 

ilk dəfə 1964-cü ildə “Qan içində” adı ilə çap ol-

unan “İki od arasında” romanında M.P.Vaqiflə 

bağlı aşağıdakı məqamlar diqqət mərkəzində sax-

lanılmışdır: 

1)  Romanın əsas qəhrəmanlarından biri olan 

M.P.Vaqif yalnız  şair kimi, özü də gözəllikdən 

ilham alan şair kimi səciyyələndirilməmiş, həm 

də Qarabağ xanlığında mühüm mövqeyi olan 

mahir bir siyasətçi, diplomat kimi xarakterizə 

edilmişdir. 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

25

2)  M.P.Vaqif bir şair kimi nə qədər gözəlli-



yə bağlıdırsa, nə  qədər həssas və xeyirxahdırsa, 

eşikağası kimi də bir o qədər məsuliyyətli, təd-

birli və təəssübkeşdir. 

3)  M.P.Vaqifin  şairliyi onun diplomat kimi 

fəaliyyətində köməyinə çatır. Yəni diplomat 

M.P.Vaqif  şair M.P.Vaqifdən bəhrələnir.  Şair 

M.P.Vaqifin həssaslığı  və xeyirxahlığı diplomat 

M.P.Vaqifin məsuliyyətli, tədbirli və  təəssübkeş 

olmasını tamamlayır. Təsadüfi deyil ki, M.P.Va-

qif  İrakli xanın sarayında keçirilən tədbirdə ona 

“padşah” deyil, “vali” kimi müraciət edir. Ona 

görə ki, Rusiyanın himayəsinə girmiş  İrakliyə 

padşah demək  İrana olan münasibəti pozmuş 

olardı. Nəticədə Qarabağ xanlığına ziyan gətirə 

bilərdi. Odur ki, şərq diplomatının, yəni M.P.Va-

qifin bu ehtiyatlı  hərəkəti Rusiya çarının nüma-

yəndəsi Burnasov tərəfindən təqdir olunur, başqa 

sözlə, onu heyran edir. 

4)  M.P.Vaqifin eşikağası kimi əsas missiya-

sı bunlardan ibarətdir: Qarabağ xanlığının müs-

təqilliyinə nail olmaq, qonşu ölkələrlə  əlaqəni 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə