Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   2   3   4   5   6   7   8   9   ...   14

Buludxan Xəlilov 

 

26



genişləndirmək, Qarabağ xanlığının inkişafını 

mütərəqqi istiqamətə yönəltmək, mühafizəkar 

İranla müqayisədə Rusiyanı daha etibarlı hima-

yədar hesab etmək və s. Ancaq M.P.Vaqif Rusi-

yanın himayəsinə keçməklə Qarabağ xanlığının 

müstəqilliyini də  məhdudlaşdırmaq istəmirdi. 

M.P.Vaqif Qarabağ xanlığının müstəqilliyini 

məhdudlaşdırmaqla heç cür barışmırdı.  

5)  Y.V.Çəmənzəminli M.P.Vaqifi xalqa ya-

xın, uzaqgörən diplomat kimi səciyyələndirirdi. 

O, M.P.Vaqifi sarayda xalqın təmsilçisi kimi, 

xalq müdrikliyinin təcəssümü kimi xarakterizə 

edirdi. 

6)  Y.V.Çəmənzəminli Mirzə Camal Cavanşi-

rin Qarabağ tarixinə dair yazdığı  əsəri nadir əsər 

hesab edir. Bu əsəri Vaqifin tərcümeyi-halını öy-

rənmək üçün mötəbər mənbə kimi qiymətləndirir. 

Y.V.Çəmənzəminli “Molla Pənah Vaqif haqqında” 

məqaləsində yazır: “Mirzə Camalın Qarabağ 

tarixinə dair yazdığı  əsər də nadir olaraq ələ 

keçməyən və yanlış  təfsirə  uğrayan materialdan 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

27

biridir. Bu kitab Vaqifin tərcümeyi-halını öy-



rənmək üçün ən mötəbər mənbə sayılır”. [1, 320] 

7)  Y.V.Çəmənzəminli M.P.Vaqifin tərcüme-

yi-halını öyrənmək üçün mötəbər mənbə sayılan 

Mirzə Camal Cavanşirin Qarabağ tarixinə dair 

əsər yazmasının hansı məqsəd daşımasını da onun 

sözləri ilə verir. Daha doğrusu, Mirzə Camal 

Cavanşirin öz kitabının müqəddiməsində bu barə-

də yazdığını təqdim edir. Yəni Mirzə Camal Ca-

vanşirin kitabı nə məqsədlə yazdığını diqqət mər-

kəzində saxlayır. Bu mənada Y.V.Çəmənzəminli 

“Molla Pənah Vaqif haqqında” məqaləsində Mir-

zə Camal Cavanşirin Qarabağ tarixinə dair əsəri 

nə məqsədlə yazdığını olduğu kimi verir: “Çünki 

mən, Mirzə Camal Qələbəyi Məhəmmədxanbəy 

oğlu Cavanşirin müsəlman elmlərinə və təvarixinə 

(tarixlərinə – B.X.) ittilaim olub (xəbərdar olub, 

agah olub – B.X.). Qarabağın cəmi əhvalatına və 

hər növ nağıl və hekayətinə xah görmək və xah 

müsin (qoca – B.X.) və kardan (iş bilən, iş anla-

yan, işdən xəbəri olan – B.X.) kəslərdən diqqətlə 

təhqiq edib (həqiqəti axtarıb meydana çıxarma – 



Buludxan Xəlilov 

 

28



B.X.) eşitmək vasitəsilə bələdiyyəti-tamım var idi 

və həm əlli sənə miqdarı mərhuman İbrahim xan 

və Mehdiqulu xan Qarabaği xidmətlərində mirzə-

lik edib və Qarabağ vilayətində dəxi vəzarət qılıb 

(vəzirlik edib – B.X.) və xanların  əyyami-höku-

məti münqəzir olandan sonra (xanların hökuməti 

bitəndən sonra – B.X.) müddəti-mütəmadi yenə 

dövləti-Rusiyyəyə xidmətkar və  sədaqətsüvar 

(sədaqətli at minmiş, minici – B.X.) idim. Bana 

binaən (görə – B.X.) 1847-ci ildə  cənab sərdari 

məmaliki-Qafqaziyyə (Qafqaz məmləkəti – B.X.) 

qraf Mixail Semyonoviç Voronsovun fərmayişinə 

(buyuruğuna,  əmrinə – B.X.) binaən  əhvalati-

Qarabaği və hökumət və iqtislali-xəvanini-mərhu-

min: Pənah xan və İbrahim xan və Mehdiqulu xan 

və hakəza. Dövləti-Rusiyyə ilə dövləti-İranın 

mabeynlərində (aralarında – B.X.) vaqe olan cəng 

və ədavətləri və münasib məqam və günçayiş olan 

(tutum olan – B.X.) sair vəqayeyi-mütəfərriqəni 

26 fəsil və bir xatimə (xülasə, son – B.X.) üzrə 

cəm və tərtib edib, sərdari-müəzzəmileyliə (böyük 

canisinə, baş komandirə – B.X.) ərz və pişnihad 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

29



elədim (təqdim elədim – B.X.). Bu qərar zil (bö-

yük, yan – B.X.) üzrə ki, zikr (yada salmaq – 

B.X.) olunur”. [1, 320] 

Beləliklə, Mirzə Camal Cavanşirin Qarabağ 

tarixi ilə bağlı yazdığı kitabın yuxarıda qeyd 

olunan müqəddiməsindən aşağıdakı  məsələlər 

bəlli olur: 

a)  Məlum olur ki, Qarabağ tarixi ilə bağlı 

kitabın müəllifi Mirzə Camal Cavanşirdir. 

b)  Mirzə Camal Cavanşirin kimliyi barədə 

müəyyən qədər məlumat  əldə olunur. Məlum 

olur ki, Mirzə Camal Cavanşir Qarabağa aid 

müxtəlif məlumatları bu işdən xəbərdar olanlar-

dan, qocalardan toplayıb və  həqiqəti meydana 

çıxarmaq istəyibdir. 

c)  Mirzə Camal Cavanşir əlli il müddətində 

İbrahim xana, Mehdiqulu xana Qarabağda mir-

zəlik edibdir. O, Qarabağda vəzirlik etdikdən 

sonra bir müddət Rusiya dövlətinə sədaqətlə xid-

mət etmişdir. 1847-ci ildə Qafqazın sərdarı qraf 

Mixail Semyonoviç Voronsovun buyruğuna, əm-

rinə əsasən Qarabağa, eləcə də Pənah xana, İbra-




Buludxan Xəlilov 

 

30



him xana, Mehdiqulu xana dair məlumatları top-

lamış, müqəddimədən, 26 fəsildən və xülasədən 

ibarət kitab yazmışdır. Yazdığı bu kitabı qraf 

Mixail Semyonoviç Voronsova təqdim etmişdir. 

8)  Mirzə Camal Cavanşir öz kitabında Mol-

la Pənah Vaqifin kimliyi barədə  də yazmışdır. 

Onun Molla Pənah Vaqifin kimliyi barədə 

yazdıqlarını Yusif Vəzir Çəmənzəminli “Molla 

Pənah Vaqif haqqında” məqaləsində belə verir: 

“Molla Pənah bir sahib kamal və müdəbbir (təd-

birli, uzaqgörən – B.X.) və təcrübəkar və xoşgöf-

tar (şirin danışan – B.X.) adam idi. Və özü dəxi 

İbrahim xanın vəziri və çox mötəmədidi ki, hər 

ümur-hökumətdə (hökumətdə  işlər,  əmrlər – 

B.X.) Molla Pənah axundun tədbiri və müşavi-

rəsi ilə  rəftar edərdi və ona yaxşı inanıb etimad 

etmişdi ki, övladından artıq onun xatirini mənzur 

edərdi və ona çox-çox hörmətlər edib ixtiyari-

külli vermişdi. Xan Dağıstana və Car və Balakə-

nə gedən vaxtda Molla Pənah çün muğanlı Cəmil 

ağanın ittifaqı ilə ki, Təklə muğanlı  həm  əslən 

qədim Qazax elindəndirlər, ikisi Tiflis canibinə 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

31



(tərəfə – B.X.) getmişdilər, oradan Qarabağa 

müavidət (qayıdış, qayıtma – B.X.) edən zaman-

da və yainki bir rəvayətdə Qarabağda Ağa Mə-

həmməd  şahın xofundan qaçıb xanın dalınca o 

tərəfə  əzm (niyyət, məqsəd – B.X.) etdiyi halda 

Gəncənin dağlarının həvalisində  (ətrafında – 

B.X.) Gəncə hakimi Cavad xan onu özünə olan 

sovqat (qabağına qatma, aparma – B.X.) bilib tu-

tub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuru-

na gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə 

yetirməyə  şövqmənd (şövqlü, həvəsli, arzulu – 

B.X.) var idi...” [1, 321] Molla Pənah Vaqifin 

kimliyi ilə bağlı bu qeyd olunanları belə ümumi-

ləşdirmək olar: 

a)  Molla Pənah Vaqif ağıl, kamal sahibi, təd-

birli, uzaqgörən, şirin danışan bir adam olmuşdur.  

b)  Molla Pənah Vaqif İbrahim xanın vəziri 

olmuş, ona böyük etimad edilmiş, hökumətdəki 

hər bir iş,  əmr onun tədbiri və müşavirəsi ilə 

həyata keçirilmişdir.  İbrahim xan Molla Pənah 

Vaqifə etibar etmiş, ona inanmış, böyük hörmət 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə