Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   2   3   4   5   6   7   8   9   ...   14

Buludxan Xəlilov 

 

8



onun mənzumatı  mənim heyrətimə bais oldu. 

Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzu-

matında tapıldı. Mənim  əqidəmə görə, tarixi-

hicridən indiyədək türk arasında şair münhəsirdir 

məhz bu iki şəxsə. Bir də bir Məsiha var imiş, 

xəyalatı az tapılır”. [2, 89-90] 

M.F.Axundzadəyə görə, islam tarixindən indi-

yə  qədər, yəni M.F.Axundzadə dövrünə  qədər 

mövcud olan şairlər sırasında M.P.Vaqif və Q.Za-

kir fərqləndirilir. Təbii ki, Nəsimi, Nəvai, Füzuli və 

başqa türkdilli şairləri unutmaq olmaz. Bununla 

belə, M.F.Axundzadə yalnız M.P.Vaqifi, Q.Zakiri 

şair hesab etməklə şeirə, sənətə və onun qarşısında 

duranlara yeni tələblərlə yanaşmışdır. 

M.F.Axundzadə Molla Pənah Vaqiflə Qasım 

bəy Zakirin bir-birindən fərqinin incəliklərini də 

açıqlamışdır. O yazmışdır: “Bu iki şəxsin də 

fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah 

müqəddəm  ərsəyə  gəlib bu fənndə Qasım bəyə 

nisbət rəhnümadır və lakin ləzzət və  təsir və 

mühəssənati-nəzmiyyə Qasım bəyin xəyalatında 

çoxdur”. [2, 90] Deməli, M.F.Axundzadəyə görə, 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

9



M.P.Vaqif zaman etibarı ilə Qasım bəy Zakirdən 

öndə  gələn  şair olmaqla onunla müqayisədə yol 

göstərəndir, yəni bələdçidir. Ancaq dad, tam və 

iz buraxma, daxilinə işləmə və gözəl işlər, gözəl 

keyfiyyətlər (şeirdə) Qasım bəydə çoxdur. 

M.F.Axundzadə öz fikrini təsdiq etmək üçün 

yazır: “Məsələn: Qasım bəy qafiyatında öz məh-

bubəsi ilə bir növ müxatibə və mükalimə edir ki, 

adam valeh olur və  vəqaye və güzarişatı  və  əh-

vali-müasirini və ətvaripirü cavanı bir növ ilə bə-

yan edir ki, insan vəcdə və zövqə gəlir. Bunun xə-

yalatı binəzirdir. Ancaq bunun əşarını oxuyanda 

müstəme inana bilir ki, şeir vəqiən ləzzətə bais 

olurmuş”.  [2, 90] M.F.Axundzadəyə görə, Q.Za-

kir şeirlərində öz sevgilisi ilə elə danışır ki, adam 

valeh olur, hadisələri, baş verənləri və öz həməsr-

lərini, vəziyyəti elə  təsvir edir ki, insan cuşa və 

zövqə  gəlir. Bunun qiyməti misilsizdir. Onun 

şeirlərini oxuyanda dinləyici, həmən  şeirlərə 

qulaq asan inanır ki, şeir həqiqətən ləzzət verir. 

M.F.Axundzadə islam millətini xəbərdar edir 

ki, onlar şeirlə  nəzmin fərqinə vara bilsinlər. 




Buludxan Xəlilov 

 

10



Əslində M.F.Axundzadə zamanın şairini və zama-

nın şeirini anlatmağa çalışır. Bununla da özləri ba-

rədə bədgüman olanların diqqətinə çatdırır ki, onlar 

şair olmadıqlarını anlasınlar və “yavan nəzmlərin” 

yaranmasına vaxt sərf etməsinlər. Bu mənada 

M.F.Axundzadənin fikirlərini olduğu kimi təqdim 

edirik: “Lilaza (buna görə də – B.X.) milləti-islamı 

şeirlə  nəzmin fərqindən vaqif və bu iki şəxsin 

haqqında arif etmək üçün onların mənzumatını – o 

miqdarda ki, dəstgir oldu (ələ keçdi – B.X.), – bir  

mücəllədin içində basdırıb müntəgir edirəm. Taki, 

bundan sonra şeir maddəsi ilə zühura gələn vücud-

lara nümunə  və  əndazə olsun və bunların  əşarını 

görəndən sonra bir para öz haqlarında müştəbeh 

olan nəzm sənətkarları  şair olmadıqlarını anlayıb, 

bihudə özlərini zəhmətə salmaqdan və yavan 

nəzmlərin inşasına övqat şərf eləməkdən  əl çək-

sinlər”. [2, 90] Beləliklə, M.F.Axundzadənin 

“Nəzm və  nəsr haqqında” məqaləsində M.P.Va-

qifin  ədəbiyyat tarixində mövqeyi ilə bağlı fi-

kirlərini belə ümumiləşdirmək mümkündür: 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

11

a) M.P.Vaqif şairdir. Ona görə ki, o, təsviri 



realizmin banisi kimi qəzəlçilikdən uzaqlaşdı, 

ədəbiyyatı yeni istiqamətə yönəltdi.  

b) M.P.Vaqif zaman etibarı ilə Q.Zakirdən qa-

baqda olduğu üçün o, ədəbiyyatda yeni bir yol açdı.  

c) Mirzə  Fətəli Axundzadə çox yaxşı bilirdi 

ki,  ərəb, fars dillərinin Azərbaycan dilinin lüğət 

tərkibinə  təsiri olmuşdur. O, “Süavi Əfəndinin 

əqidəsinə qarşı kritika” adlı məqaləsində yazırdı: 

“Ərəblər bizə qalib gələrək öz dillərini bizə  qə-

bul etdirdilər və öz dillərini bizim dilimizə qarış-

dırdılar. Bizi əsl öz dilimizdə yazılan kitabları 

dərk etmək üçün ərəb dilini və qaidələrini bil-

məyə  məcbur etdilər. Buna görə fars dilində 

yazılan kitabları anlamaq üçün iki, türk dilində 

yazılan kitabları anlamaq üçün isə üç dil bilməyə 

məcburuq”. Bu mənada doğma ana dilini yabançı 

dillərin təsirindən təmizləmək M.F.Axundzadəni 

narahat etməyə bilməzdi. Axı M.F.Axundzadə 

millətinin, xalqının, dilinin tərəqqisi üçün əlin-

dən gələni  əsirgəməyən ictimai xadim idi. O, 

Azərbaycan balalarının məktəbdə  çəkdiyi  əziy-



Buludxan Xəlilov 

 

12



yətləri də başa düşürdü. Məmməd Cəfərin sözləri 

ilə desək, “Azərbaycan balası  məktəbdə öz ana 

dilinin qayda-qanunları əvəzində ərəb, fars dillə-

rinin qayda-qanunlarını,  ərəb, fars sərf-nəhvini 

öyrənməli olmuşdu. Odur ki, Axundov ədəbi dili 

sadələşdirməyi, yabançı  kəlmələrdən təmizlə-

məyi təklif edirdi”. [3, 432] Məhz bu  məqam 

M.F.Axundzadəyə imkan yaradırdı. Belə ki, 

M.P.Vaqif dilimizi sadələşdirməyə, milliləşdir-

məyə üstünlük verirdi. Bu üstünlük isə 

M.F.Axundzadənin tələblərinə cavab verir, onun 

istəklərini təmin edirdi. M.F.Axundzadə Azər-

baycan  ədəbi dilini hansı halda görmək istəyir-

disə, M.P.Vaqif də  həmin halda Azərbaycan 

ədəbi dilinə xidmət edirdi. Yenə  də  Məmməd 

Cəfərin sözləri ilə desək, “O, (M.F.Axundzadə – 

B.X.) Azərbaycan ədəbi dilini elə bir hala gətir-

mək istəyirdi ki, bir azərbaycanlı da rus və ya 

fransız kimi təkcə öz dilinin qayda-qanunlarını 

öyrənməklə öz kitablarını başa düşməyə qadir 

olsun”. [3, 432] Məhz  M.P.Vaqif yaradıcılığını 

Azərbaycan dilinin qayda-qanunlarını bilən hər 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

13



bir kəs oxuyub başa düşə bilməsi ilə bağlı olaraq 

M.F.Axundzadə onu təqdir edirdi. M.F.Axundza-

dəyə görə, hər hansı bir dil başqa dillərin hesabı-

na zənginləşə bilər və bu, məqsədəuyğun pro-

sesdir. Ancaq hər bir dil bu zaman başqa dillərin 

təsiri altında  əzilməməli, korlanmamalı  və  təsir 

altına düşməməlidir. Odur ki, M.P.Vaqif bu bax-

ımdan da Azərbaycan  ədəbi dilinin ruhunu, tə-

biətini qoruyur və bu dilin lüğət tərkibinin milli 

imkanlarına daha üstünlük verirdi. M.P.Vaqifin 

belə bir mövqe tutmasını M.F.Axundzadə  dəyər-

ləndirir nəzm ustadının (M.P.Vaqifin) özünəməx-

susluğu kimi qiymətləndirirdi. 

ç) M.F.Axundov belə hesab edirdi ki, hər bir 

xalq ədəbiyyatını, mədəniyyətini öz doğma dilin-

də yazmalıdır. Doğrudan da, bunun özü ən böyük 

siyasətdir. Həm də  ən böyük mədəniyyətdir.  Ən 

böyük siyasət də, ən böyük mədəniyyət də xalqa 

bağlılıqdan qaynaqlanır. Təsadüfi deyil ki, 

M.P.Vaqif canlı xalq dilinə bağlı bir sənətkar ol-

maqla şeir dilinin incəliklərini özündə əks etdirir, 

ədəbi dilin inkişafına xalq dilinin imkanları  çər-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə