Mövzu döVLƏTİN İQTİsadi SİyasəTİNİn strategiya və taktikasi



Yüklə 35,03 Kb.
səhifə1/5
tarix11.12.2023
ölçüsü35,03 Kb.
#144128
  1   2   3   4   5
MÖVZU 8



MÖVZU 8. DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN STRATEGİYA VƏ TAKTİKASI


8.1. Dövlətin iqtisadi siyasətinin zəruriliyi və mahiyyəti
8.2. Dövlət müdaxiləsi üzrə mülahizələr
8.3. İqtisadi siyasətin məqsəd və vəzifələri
8.4. Dövlətin iqtisadi siyasətinin istiqamətləri
8.5. Azərbaycan dövlətinin iqtisadi siyasəti və perspektivləri
8.1. Dövlətin iqtisadi siyasətinin zəruriliyi və mahiyyəti
Dövlət ictimai əmək bölgüsü, izafi məhsul və xüsusi mülkiyyətin yaranması,
daha sonra isə cəmiyyətin ziddiyyətli İqtisadi maraqları olan siniflərə bölünməsi ilə
əlaqədar meydana gəlmişdir. F.Engelsin qeyd etdiyi kimi, qəbilə quruluşunu «Əmək bölgüsü və bunun nəticəsində cəmiyyətin siniflərə parçalanması dağıtdı.
Onun yerini dövlət tutdu».
Yəni xüsusi itaət və idarəetmə vasitələrilə İqtisadi cəhətdən hakim sinfin maraqlarını təmin etməklə siniflərin qarşıdurmasının qarşısını alan dövlət yaranır.
Dövlət xüsusi ictimai təşkilatdır və ibtidai işləri idarə etməklə daim məşğul olan xüsusi orqanlardan ibarətdir.
Böyük fransız mütəfəkkiri Deni Didro yazırdı: «Insanlar tez anladırlar ki, əgər onlar öz azadlıqlarından, müstəqilliklərindən istifadə etməyə davam etsələr, dayanmadan öz ehtiraslarına qapılsalar, onda hər bir ayrıca insanın vəziyyəti onun ayrı yaşadığı halda olacağından daha bədbəxt olacaqdır. Onlar dərk etdilər ki, hər bir insan öz təbii müstəqilliyinin bir hissəsindən imtina etməli və bütöv cəmiyyətin idarəsini təmsil edən idarəyə tabe olmalıdır: bu idarə bütün iradələrin və bütün qüvvələrin ümumi mərkəzi və birləşmə nöqtəsi ola bilərdi. Dövlət başçılarının mənşəyi belədir».
Dünyanın elm mütəfəkkirləri dövlətin əmələ gəlməsinin bir sıra nəzəriyyələrini irəli sürmüşlər. Onlardan əsasları: İqtisadi, hüquqi, psixoloji, üzvi və zorakılıq nəzəriyyələridir.
Dövlətin yaranma səbəbləri bir çox obyektiv amillərlə: İqtisadi, sosial, dini, milli, psixoloji, bioloji və başqa amillərlə izah olunur. Dövlət ictimai həyatın təşkilinin elə bir formasıdır ki, o, ayrı-ayrı fərdlərin pərakəndə cəhdləri ilə yaradıla bilməz. Dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıdır. Onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir.
Cəmiyyətdə dövlətlə yanaşı insanları müxtəlif (siyasi, İqtisadi, mənəvi, peşəkar və s.) maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur.
İctimai birləşmələr sistemində dövlətin xüsusi rolu vardır. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini
müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır.
Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətini mühafizə edir. Ictimai təşkilatların hüquq və mənafelərini isə məhkəmə, prokurorluq və başqa dövlət orqanları qoruyur.
Dövlət İqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütün təşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur.
Məhşur alman filosofu G.Hegel göstərir ki, «dövlət anlamı onun ümumi fəlsəfi sisteminə əsaslanır. Bu sistem isə dövləti insan varlığının xüsusi, ruhi əsaslarının məhsulu kimi izah edir. Dövlət – mənəvi ideyanın gercəkliyidir, mənəvi ruh göründüyü kimi öz - özünə aydın olan, düşünən, özünü bilən və bildiyinə görə icra edən substansional iradədir».
Marksistlərə görə, dövlət cəmiyyətin barışmaz siniflərə bölündüyünə görə sinfi cəmiyyətin məhsulu kimi yaranmışdır. «O, ümumi qaydaya görə, İqtisadi cəhətdən qüdrətli, hakim siniflərin dövlətidir. Həmin sinif dövlətin köməyi ilə siyasi cəhətdən də hakim sinfə çevrilir və beləliklə, istismar edilən sinfi əzmək və əsarətdə saxlamaq üçün yeni vasitələr əldə edir».
Dövlətin İqtisadi funksiyaları məsələsi müasir İqtisadi ədəbiyyatlarda daha da inkişaf etdirilmişdir. Məşhur amerika İqtisadçıları K.R.Makkonell və S.L.Bryu dövlətin əsas İqtisadi funksiyalarının aşağıdakılardan ibarət olduğunu göstərirlər:
1. Bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi.
2. Rəqabətin müdafiəsi.
3. Gəlir və sərvətlərin yenidən bölgüsü.
4. Milli məhsulun quruluşunu dəyişmək məqsədi ilə ehtiyatların bölgüsünü təkmilləşdirmək.
5. İqtisadiyyatın sabitləşdirilməsi.
Bazar İqtisadiyyatına keçid yeni İqtisadi mexanizmin yaradılması və hüquqi bazanın təmin edilməsini tələb edir. Sərbəst İqtisadiyyat yaratmaq, möhkəm İqtisadi sabitliyə nail olmaq, işsizlik və inflyasiyanın qarşısını almaq, sosial ədalətliyi, İqtisadi artımı, bazar infrastrukturunu təmin etmək üçün güclü hüquqi təminat yaratmaq lazımdır. İqtisadiyyatın normal tənzimlənməsi və səmərəli fəaliyyəti üçün dövlətin hüquqi təminatı və müdafiəsi sahəsindəki işi onun başlıca funksiyası kimi çıxış edir. Heç də təsadüfi deyildir ki, I.Kant göstərir ki, «İq­ti­sa­diyyat ədalətli yox, səmərəli olmalıdır». Dövlət səmərəli bazar İqtisadiyyatını təmin etmək üçün mülkiyyətinhisarçılığını aradan qaldırmaq, özəlləşdirmə, xüsusi sahibkarlıq, sosial-iqtisadi inkişafa stimul yaradan vergi sisteminin tətbiq edilməsi, maliyyə-kredit sisteminin normal tənzimlənməsi, bazar infrastrukturunun ya­ra­dıl­ma­sı, xarici-iqtisadi əlaqələrin düzgün təşkili, əhalinin sosial müdafiəsi, ətraf mühitin və ekoloji vəziyyətin sağlamlaşdırılması, idarəetmə sisteminin tək­mil­ləşdirilməsi və s. sahələr üzrə müvafiq qanunlar işləyib hazırlayır və qəbul edir.
İqtisadiyyat dövlət işindən vətəndaş cəmiyyətinin əsas işinə çevrilməlidir. Bazar İqtisadiyyatında dövlət İqtisadi münasibətlərdə artıq inhisarçı subyekt kimi yox, bazarın iştirakçılarından biri kimi çıxış edir.
Dövlət inhisarçılığını aradan qaldırmaq və sərbəst İqtisadiyyat yaratmaq məqsədi ilə İqtisadi həyatın tamamilə yeni və hərtərəfli normativ hüquqi bazasını yaratmaq lazımdır. Bazar İqtisadiyyatında dövlət xüsusi mülkiyyət hüququnu və bu mül­kiy­yə­tin istifadəsindən mənfəət əldə etmək hüququnu müəyyənləşdirir və təsbit edir. Dövlət tərəfindən xüsusi mülkiyyətin müdafiəsi torpaq, fabrik, dükanla yanaşı, intellektual mülkiyyətə də aiddir. Əks halda, şirkətlər vəsahibkarlar intellektual sa­hə­yə investisiya qoymazlar. Mülkiyyət hüququnu müəyyənləşdirib, onu qo­ru­maq­la, səmərəli hüquqi sistem yaratmaqla dövlət əmtəələrin və xidmətlərin xüsusi ba­zarlarının səmərəli fəaliyyətinə, onlara cəmiyyət tərəfindən yardım göstərilməsinə nail olur.

Yüklə 35,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə