Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   2   3   4   5   6   7   8   9   ...   14

Buludxan Xəlilov 

 

14



çivəsində xidmət edirdi. Bu cəhəti M.F.Axund-

zadə M.P.Vaqifdə  aşkar etdiyi üçün onu qiy-

mətləndirirdi. Deməli, M.P.Vaqif M.F.Axund-

zadənin  ədəbi-tənqidi görüşlərinin tələblərini bu 

baxımdan da ödəyirdi. Təsadüfi deyil ki, Məm-

məd Cəfər Mirzə  Fətəlinin  ədəbi-tənqidi görüş-

lərinə belə yanaşırdı: Axundova görə, sənət əsə-

rinin dili xalqın canlı dili üzərində qurulmalıdır 

və bu dilin zənginləşməsinə xidmət etməlidir. O, 

(M.F.Axundzadə – B.X.) ədəbi dildə yüksək üs-

luba və “izhari-fəzl üçün” işlənilən sözlərə zidd 

idi. O, (M.F.Axunzadə – B.X.) ədəbi-bədii dildə 

sadəliyi, aydınlığı  və reallığı müdafiə edirdi, 

göstərirdi ki: “Ləfzidən qərəz, ifadəyi-mənadır”. 

[3, 432] Beləliklə, bir daha qeyd etmək yerinə 

düşər ki, M.P.Vaqifin dili sadə, aydın və reallığı 

əks etdirən dil olmaqla M.F.Axundzadənin 

ədəbi-tənqidi görüşlərinin tələblərini ödəyirdi. 

d) M.P.Vaqifin dili şeir dili olmaqla yeknə-

səq, köhnəlmiş söz, ifadə və ibarələrdən uzaq idi. 

Həm də M.P.Vaqifin dili şeir dilinin (nəzm 

dilinin) tələblərinə cavab verirdi. Nəzm və  nəsr 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

15



dilinin hər birinin özünəməxsusluğu, təbii ki, 

M.F.Axundzadənin də ədəbi tənqidi görüşlərində 

özünə yer alırdı. Odur ki, Məmməd Cəfər 

M.F.Axundzadənin nəzm, nəsr  əsərlərinə  və on-

ların dilinə yanaşmasını nəzərə alaraq yazır: “O, 

(M.F.Axundzadə – B.X.) ayrı-ayrı ədəbi janrların 

da xüsusi dili olduğunu göstərir. Axundova görə, 

şeir dili nəsr dilindən ciddi fərqlənməlidir. Şeirin 

dili nəsrə görə  həyəcanlandırıcı olmalı,  şeir dili 

xalqın canlı dili və xalq ifadələrinin bütün incə-

liklərini, inkişafını, yeniliyini özündə  əks etdir-

məlidir. Yeknəsəq, zəhlətökən və köhnəlmiş söz-

lər, ifadələr, ibarələr  şeir dili üçün yaramaz. 

Axundov Siruşun öz qəsidəsində  işlətdiyi “əzzə 

və  çəllə”, “əleyhümüssəlavat”, “əqarib”, “həşə-

rat”, “dəhüdü” kimi sözləri misal gətirərək qeyd 

edir ki: “Bu kəlmələrin nəsrdə işlənilməsinə yol 

verilə bilər, lakin şeirdə  işlənilməsi məqbul de-

yildir. Məsələn, “əzzə”, “çəllə” vaizlərin minbər 

üstündə zikr etdikləri kəlmələrdəndir. “Əleyhü-

müssəlavat” çovuşların Xorasan və Kərbəla züv-

varlarının qabağında oxuduqları minacatlarında 




Buludxan Xəlilov 

 

16



olan kəlmələrdəndir”. [3, 432-433] M.F.Axund-

zadənin mövqeyi ilə M.P.Vaqifə yanaşsaq, 

görürük ki, onun dili oxucunu həyəcanlandırır, o, 

çəkinmədən, tərəddüd etmədən sözləri, ifadələri, 

ən başlıcası fikri oxucuya təqdim edir. Doğru-

dan-doğruya oxucu M.P.Vaqifin şeirlərinin təsiri 

altında həyəcanlanır. 

M.P.Vaqif lirik şeiri realist inkişaf yoluna 

saldı. Həmid Araslı yazır: “Vaqif yaradıcılığı li-

rik poeziyanın artıq müəyyən inkişaf yolu keçib 

formalaşmaqda olduğu bir dövrə  təsadüf edir. 

Vaqif isə formalaşmaqda olan lirik şeiri yeni rea-

list inkişaf yoluna salaraq, onu xalq ruhuna, xalq 

zövqünə yaxınlaşdırmış, özünə qədərki fərqli bir 

yolla istiqamətləndirmişdir”. [4, 5] M.P.Vaqif 

zamandan, dövrdən, həyatdan narazı  şeirlərində 

də, nikbin əhval-ruhiyyəli şeirlərində də olduqca 

real, zövqlü bir şairdir. Bunu onun şeirlərindən 

hər biri, o cümlədən “Bayram oldu, heç bilmirəm 

neyləyim”, “Kür qırağının  əcəb seyrangahı var” 

qoşmaları  təsdiq edir. Qoşmaların hər ikisində 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

17

M.P.Vaqifin narazılığı real olduğu qədər də o, 



nikbin əhval-ruhiyyədədir. Müqayisə edək: 

Bayram oldu, heç bilmirəm neyləyim, 

Bizim evdə dolu çuval da yoxdur. 

Dügiylə yağ hamı çoxdan tükənmiş, 

Ət heç ələ düşməz, motal da yoxdur. 

Yaxud:  


Kür qırağının əcəb seyrəngahı var, 

Yaşılbaş sonası, hayıf ki, yoxdur! 

Ucu tər cığalı siyah tellərin 

Hərdən tamaşası, hayıf ki, yoxdur! 

Beləliklə, M.P.Vaqif yaradıcılığı  ədəbiyyat 

tarixində  fərqli və özünəməxsus bir mahiyyətdə 

təsdiqini tapdı. 

Molla Pənah Vaqif yaradıcılığı vaqifşünas-

lıqda nə  qədər tədqiq edilsə  də, hələ  də onun 

əsərləri tam şəkildə bizə  gəlib çatmadığı üçün, 

tam sona qədər toplanmadığı üçün şairin bütün 

əsərlərini təfsilatı ilə öyrənib təsəvvürdə canlandır-

maq çox çətindir. Ancaq bununla belə, M.P.Vaqif 

o tipli sənətkardır ki, onun yaradıcılığı  əsasında 



Buludxan Xəlilov 

 

18



tərcümeyi-halının ən mühüm məqamlarını təsəv-

vür etmək mümkündür. Və tərcümeyi-halının ən 

mühüm məqamlarını yazmaq mümkündür. Yəni 

M.P.Vaqifin yaradıcılığı  ədəbiyyatşünaslar, təd-

qiqatçılar, tarixçilər və geniş oxucu kütləsi üçün 

əsas mənbələrdən biridir. Bu, Firudin bəy Kö-

çərlinin, Həmid Araslının, Salman Mümtazın, 

Mirzə Yusif Nersesovun (Qarabağinin), Mirzə 

Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin,  Əh-

məd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin, Rza-

qulu bəy Mirzə Camal oğlunun və digərlərinin 

xidmətlərinə kölgə salmaq deyil. Əksinə M.P.Va-

qifin yaradıcılığının, eləcə də özünün (dövlət xa-

dimi kimi) mükəmməlliyindən irəli gəlir. 

M.P.Vaqif yaradıcılığının və dövlət xadimi kimi 

özünün mükəmməlliyi hətta bir məqamı da öz 

kölgəsində saxlayır. Həmin məqam budur ki, 

M.P.Vaqifin özü qədər obrazını yaradan ikincisi 

yoxdur. Burada Y.V.Çəmənzəminlinin “Qan 

içində” (“İki od arasında”) romanını, S.Vurğu-

nun “Vaqif” dramını  nəzərdə tuturuq. Yenə  də 

Y.V.Çəmənzəminlinin, S.Vurğunun Vaqif barə-

dəki ədəbi-bədii yaradıcılıqlarına kölgə salmadan 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

19

qeyd etməli oluruq ki, M.P.Vaqifin yaradıcılığı 



onun obrazı barədə daha dərin təsəvvür yaradır, 

nəinki Y.V.Çəmənzəminlinin, S.Vurğunun  əsər-

lərindəki Vaqif obrazı. Ancaq Y.V.Çəmənzəmin-

lini də, S.Vurğunu da Vaqif obrazını  bədii  ədə-

biyyata gətirməyə  məcbur edən səbəb və yaxud 

səbəblər vardır. Həmin səbəb və səbəblər sırasın-

da olanlardan biri də milli bədii təfəkkürə  və 

etnoqrafik yaddaşa bağlılıqdır. Y.V.Çəmənzə-

minlini də, S.Vurğunu da milli bədii təfəkkürə 

bağlılıq, sədaqət, heç şübhəsiz ki, hörmət, ehti-

ram Vaqifin bədii obrazını yaratmağa imkan ya-

ratmış, kömək etmişdir. Başqa bir tərəfdən, 

XVIII  əsr tarixinin qaranlıq məqamlarını, icti-

mai-siyasi mənzərəsini açmaq təkcə siyasətçi-

lərin, tarixçilərin deyil, həm də tarixi mövzulara 

müraciət edən ədiblərin işi olmuşdur. Bu məsələ 

ədəbiyyat tarixində ənənəyə çevrilmiş bir hal ol-

maqla, təbii ki, Y.V.Çəmənzəminlini də, S.Vur-

ğunu da narahat etməyə bilməzdi. Ona görə  də 

hər iki sənətkar (Y.V.Çəmənzəminli, S.Vurğun) 

Vaqif obrazı ilə yanaşı, XVIII əsrin ictimai-

siyasi mühitini ictimailəşdirməyi özlərinə borc 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə