2
Bakı-2009
Qarabağ Azadlıq Təşkilatı
Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix),
Bakı, «MBM-R», 2009.-112 səh.
Bu kitabda Qarabağ müharibəsinin kökləri, səbəbləri, gedişi,
müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər populyar
şəkildə şərh olunur, işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi
vəhşiliklər, talanlar, terror hərəkətləri konkret faktlar əsasında göstərilir.
Kitabda şərh edilən faktlar qədim dövrdən bu günə qədərki erməni xisləti,
qəsbkarlığı və işğalçılığına qarşı Azərbaycan xalqının mübarizə yolunu əhatə
edir.
Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 078-9952-29-045-3
© A.Nağı Bakı,
«MBM-R»
3
ÖN SÖZ
Allah... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən
kimsələrlə dostluq etmənizi qadağan edər.
(Qurani-Kərim, əl-Mumtəhinə surəsi, ayə 9)
Ermənilərin Dağlıq Qarabağı ələ keçirmək cəhdləri gəlmə və torpaqsız
xalqın ərazi iddialarının təkib hissəsidir. Müxtəlif ölkələr gəlmə xalqların bu cür
iddiaları ilə dəfələrlə rastlaşmışlar. Bu tarix üçün yeni bir hadisə deyildir.
Ermənilər də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu
ərazilərə sonradan və tədricən başqa ölkələrdən gəlmiş və yaxud gətirilmişlər.
Qarabağda həmişə Azərbaycan tayfaları yaşamış və bu ərazi Azərbaycan
dövlətlərinin təkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur.
"Dağlıq Qarabağ" ifadəsi isə XX yüzillikdə Sovet Rusiyasının rəhbərliyi tərəfindən
uydurulmuşdur. Qarabağ əraziləri qədim dövrdə "Arsax" adı ilə ("Arsax" sözü
qədim türk tayfası olan sakların adı ilə bağlıdır və "igid sak", "ər sak", "sak kişisi"
mənalarını verir). Albaniya dövlətinin (e.ə.lV-e.VIII əsrlər) təkibində olmuşdur.
Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi də daxil olmaqla daha
geniş torpaqlara malik idi. Albaniyanın qərb sərhədləri Göyçə gölündən
keçməklə indiki Ermənistan deyilən ərazilərin böyük hissəsini əhatə edirdi. O
dövrdə bu ərazilərdə erməni elementləri yox idi. Arsax-Qarabağ əraziləri daha
sonra Ərəb Xilafətinin, bu dövlətin süquta uğramasından sonra isə Azərbaycan
dövlətlərinin-Sacilər, Rəvvadilər, Eldəgizlər, Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvilərin və Qarabağ xanlığının təkibində olmuşdur. Qarabağ xanlığı 1805-ci
il may ayında Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Bu işğal kiçik fasilə ilə
(1918-1920-ci illər Azərbaycan Demokratik Respublikası dövrü istisna olmaqla)
1991-ci ilə qədər davam etmişdir. 1918-ci ildə yaranmış Azərbaycan Demokratik
Respublikasının müstəqilliyi, Qarabağ da daxil olmaqla ərazi bütövlüyü və
süverenliyi dünya birliyi, konkret olaraq, Paris Sülh Konfransı tərəfindən
tanınmışdır. O dövrdə Qarabağ bəzi mübahisəli ərazilərin içərisinə daxil
olmamışdır. Həmin vaxt Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qərb
sərhədləri 2300 il əvvəl Albaniya dövlətinin dönəmində olduğu kimi yenə də
Göyçə gölündən keçirdi. İndi ermənilər Azərbaycanın tarixi torpaqlarını zəbt
edərək Göyçəni daxili göllərinə çevirmiş, adını da dəyişərək "Sevan" qoymuşlar.
Ermənilərin Cənubi Qafqaza gətirilməsi tədricən baş vermiş və Kiçik
Asiyadan keçmişdir. İlk erməni (onlar özlərini hay adlandırırlar) dəstələri
e.ə.VII-VI əsrlərdə Balkanlardan Kiçik Asiyaya, müasir Türkiyənin şərq
vilayətlərindən birinə az miqdarda gətirilmiş və onlardan bir sıra təsərrüfat
4
işlərində, əsasən də tikintidə qul kimi istifadə olunmuşdur. Tanınmış ermənişünas
alim H.Adons yazırdı: "Kimmeri tayfaları b.e.ə. VIII əsrdə Balkanlara, Frakiya
vilayətinə gəldilər. Burada onlar ermənilərin əcdadları ilə rastlaşdılar və özləri ilə
götürüb Kiçik Asiyaya apardılar". Tədricən çoxalan ermənilər həmin ərazilərdə bir
neçə dəfə xırda dövlət qurumları yaratmağa cəhd etmiş, lakin davamlı bir qurum
yarada bilməmişlər. Ermənilər nisbətən yaxın və uzaq ərazilərdə Manna, Urartu,
Midiya, Assuriya kimi dövlətləri görür, onlara uyğun bir qurum yaratmağa çalışır,
lakin heç nəyə nail ola bilmirdilər. Ermənilərin gəlilə məskunlaşdığı ərazilər
müxtəlif vaxtlarda həmin dövlətlərin bu və ya digərinin təkibinə daxil edilirdi.
Azərbaycan Albaniyası və Atropatena dövlətlərinin meydana gəlməsindən (e.ə.
IV əsr) xeyli sonra, e.ə. II əsrdə ermənilər də Kiçik Asiyada, Van gölünün
sahillərində özlərinin kiçik bir dövlətlərini qura bildilər. Bu dövlət heç bir ciddi
rola malik olmamış, yalnız e.ə. I əsrin 80-ci illərində güclənmiş və bir sıra qonşu
əraziləri, o cümlədən, Atropatenanı və Azərbaycan Albaniyasının bir hissəsini zəbt
etmişdir. Bu vəziyyət təxminən 10 il davam etmişdir. Bu erməni dövləti e.ə. 66-cı
ildə Roma qoşunlarının zərbələri altında darmadağın oldu. Ermənilər zəbt etdikləri
əraziləri tərk edərək yenidən Van gölünün ətrafına qayıtdılar. Sonradan ermənilər
bu on illik işğal mərhələsini "Böyük Ermənistan" dövrü adlandırmağa
başladılar. Bu məntiqlə Azərbaycan varisi olduğu Manna, Midiya, Albaniya,
Atropatena dövlətlərinin on il yox, yüzillərlə əldə saxladığı geniş ərazilərə indi
iddia irəli sürə bilər. Və yaxud həmin dövrdə dövlətləri olan hər hansı xalq da bu
cür iddialarla çıxış edə bilər. Xoşbəxtlikdən xəstə təxəyyüllü ermənilərdən başqa
bu heç kəsin ağlına gəlmir. Bu hadisələrdən sonra ermənilərin öz dövlətlərini
yaratmaq cəhdlərinə son qoyulur. Ermənilərin yaşadıqları ərazilər bu və ya digər
dövlətlərin nəzarəti altında olur. Lakin bu müharibələrin digər nəticəsi olaraq
erməni tayfaları qonşu ərazilərə yayılmağa və həmin yerlərdə məskunlaşmağa
başlayırlar. Konkret tarixi faktlar olmasa da, istisna deyil ki, həmin dövrlərdə az
sayda erməni ünsürləri Azərbaycanda da məskunlaşmışlar. Yerli türk əhalisi
onlardan inşaat və digər işlərdə istifadə edirdilər.
Ərəb Xilafəti dövrünə, İslamın Azərbaycana gəlişinə qədər Arsax-
Qarabağ ərazilərində yalnız yerli əhali-Alban-Azərbaycan tayfaları yaşamışlar. VII
əsrdə Arsax-Qarabağ əhalisinin böyük əksəriyyəti islamı qəbul etmişdir. O vaxta
qədər burada xristianlıq və atəşpərəstlik mövcud idi. Xristian əhalisinin cüzi bir
hissəsi dağlara çəkilərək öz dinini saxlamışdır. Onlar alban və digər
tayfaların nümayəndələri idilər. Həmin dövrdə erməni dövləti mövcud deyildi,
lakin xristianlığın qriqorian məzhəbində olan erməni kilsəsi fəaliyyətini davam
etdirirdi. Arsax-Qarabağın dağlara çəkilmiş yerli alban-xristian əhalisi ilk vaxtlar
yalnız öz kilsələrində iləadət edir, dini baxımdan alban kilsə ənənələrini davam
etdirirdilər. Lakin qonşu xristian gürcülərlə məzhəb fərqləri olduğuna və