Dövlətçiliyimizin mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü0,6 Mb.
#52504


 

ˆ

Dövrümüzün ictimai-siyasi reallıqları, 



geopolitik məkanda baş verən  dəyişikliklər bütün 

bu təlatümlərin fövqündə dayanan müasir milli 

dövlətçiliyimizin  mükəmməl bir  məntiqdən – Heydər 

Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. 

Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, 

möhtəşəmliyini bir daha təsdiqləyir. Zaman Heydər 

Əliyevin siyasi baxışlarına daha dərin məna 

qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə 

çox möhkəm tellərlə bağlı olduğunu aydın göstərir. 

Dünya tarixinin ən həyəcanlı 

epizodlarını göz önünə gətirərək 

Heydər Əliyevin hakimiyyətə 

qayıdışını təbii və qanunauyğun 

hal kimi dəyərləndirmək olar. 

Çünki bütün xalqların tarixində ən 

ağır sınaq qarşısında birləşmək və 

təhlükəyə qarşı özünün ən böyük 

gücünü ortaya qoymaq instinkti 

vardır. Bir qayda olaraq, qarşısının 

alınması mümkün görünməyən 

real təhlükə ərəfəsində bu instinkt 

siyasi baxışlarından asılı olmaya-

raq cəmiyyətin bütün təbəqələrini 

yeganə ümid və dayaq  ətrafında 

birləşmək üçün sonuncu cəhdə 

səfərbər edir. Yenə də bir qayda 

olaraq, yeganə inam və ümid 

rolunda toplumun ən müdrik 

şəxsiyyəti çıxış edir və cəmiyyətin 

bir müdrik şəxs ətrafında kütləvi 

səfərbərliyi həlledici gücə çevrilir.

Belə bir monolit güc o 

zamanadək qeyri-mümkün 

görünən bütün sədləri aşır, 

çıxış yolları tapır, cəmiyyətin və 

dövlətin varlığını təhdid edən 

ən böyük təhlükəni bir an içində 

böyük məsafəyə uzaqlaşdıra bilir. 

Dünya tarixində buna bənzər 

bir sıra ibrətamiz hadisələr 

var. Məsələn, birinci dünya 

müharibəsində didilib parçalan-

mış və tamamilə məhv olmaq 

təhlükəsi qarşısında dayanan 

Türkiyə ən çətin sınaq məqamında 

öz ümidini türk dünyasının 

böyük şəxsiyyəti Mustafa Kamal 

Atatürkün zəkasına və məharətinə 

bağladı və məhz onun şəxsiyyəti 

ətrafında səfərbər olan ümum-

milli mübarizə əzmi Türkiyəni 

qələbəyə apardı.

İkinci dünya müharibəsində 

ingilis xalqının alman faşizminə 

qarşı mübarizə ruhu Uinston 

Çörçilin şəxsiyyəti timsalında öz 

təcəssümünü tapdı. Yenə də İkinci 

dünya müharibəsində işğal altında 

olan Fransada fransız xalqının 

azadlıq mübarizəsinin nüvəsində 

Şarl de Qoll şəxsiyyəti dayandı.

1990-cı illərin əvvəllərində 

Azərbaycanda yaranmış hərbi-  

siyasi vəziyyət sadaladığım 

hadisələrdən daha gərgin və 

daha təhlükəli idi. Zaman da 

dəyişmişdi. Mürəkkəb siya-

si texnologiyaların təşəkkül 

tapdığı, ifrat dərəcədə differensi-

allaşmış çoxqütblü qlobal siyasi 

məkanda hadisələrin axarını 

istənilən səmtə yönəltmək artıq 

o qədər də asan deyildi. Belə bir 

mürəkkəb vəziyyətdə ölkəmizdə 

xalqın azadlığını və dövlətin 

müstəqilliyini qoruyub saxlamaq 

missiyası Heydər Əliyevə nəsib 

oldu. Bu dövrün mürəkkəbliyi 

ondan ibarət idi ki, dünyanın 

təşkil olunduğu ikiqütblü qlobal 

siyasi sistem özü dağılmışdı. Bu 

dağıntılar içərisində xalqların 

öz azadlığına qovuşmaq və öz 

dövlət müstəqilliyini əldə etmək 

arzularıyla o zamanadək dünya 

siyasətində aparıcı rol oynayan 

güc sahiblərinin məqsədləri bir-

birinə tərs mütənasib idi. 

Böyük güc sahibləri üçün 

dünya siyasi xəritəsində çox-

saylı xırda dövlətlərin meydana 

gəlməsi və onlarla ayrı-ayrılıqda 

işbirliyi qurmaq və ya mübarizə 

aparmaq məcburiyyətində qalması 

böyük dövlətlərin marağında 

deyildi. Bir tərəfdən, xalqların 

azadlıq ideallarını, müstəqilliyə 

qovuşmaq arzularını təqdir 

edərək onların demokratik dünya 

birliyinə can atmasını alqışlasalar 

da, digər tərəfdən gündən-günə 

sayı çoxalan milli dövlətləri öz 

təsir dairələrində saxlamağın çətin 

olacağını bilərək böyük dövlətlər 

bu prosesləri dəstəkləməyə o 

qədər də tələsmirdilər. Başqa bir 

tərəfdən, sovet imperiyası hələ 

dağılma prosesinin içində ikən 

özündən qopan milli dövlətin 

yenidən hansı yolla itaət altına sa-

lınmasının yollarını düşünürdülər. 

Bu məqsədini heç olmasa 

gələcəkdə həyata keçirmək üçün 

son nəfəsində olan imperiya 

müstəqilliyə qovuşmaq arzu-

sunda və ərəfəsində olan gənc 

milli dövlətlər arasında süni 

ziddiyyətlər yaradır, onları imperi-

yadan asılı saxlaya biləcək bütün 

ipləri əlində saxlamağa çalışırdı. 

Bu ziddiyyətlər özünü SSRİ-

nin bütün periferiyasında baş 

verən lokal müharibələr şəklində 

göstərirdi. Sovet imperiyasının 

perifieriyasında yenicə yaranmaq-

da olan milli dövlətlərdə imperiya 

siyasətinin bütün bu incəliklərini 

anlayacaq qədər zəngin təcrübə, 

dərin siyasi düşüncə və iradə 

sahibləri isə çox az idi.

Moldovada, Gürcüstanda, 

Qazaxıstanda və Baltikyanı 

ölkələrdə baş verən hadisələrlə 

yanaşı, Azərbaycanda cərəyan 

edən dərin hərbi- siyasi böhran 

daha mürəkkəb, daha çoxgedişli 

və müstəqilliyimizi önləmək 

baxımından daha təhlükəli 

idi. Dağlıq Qarabağ ərazisinin 

tamamilə itirilməsi, ətraf 

rayonların mühasirə şəraitində 

hər cür kömək göstərilməkdən 

məhrum olduğu bir şəraitdə, 

xarici qüvvələr tərəfindən ölkənin 

müxtəlif hissələrində separatçılıq 

fəaliyyətinin qızışdırılması və 

dəstəklənməsi, qeyri-müəyyənlik 

məngənəsində imperiya casusları-

nın ölkəni vətəndaş müharibəsinə 

sürükləməsi Azərbaycan 

dövlətçiliyinin mövcudluğunu 

ciddi sual altına qoymuşdu.

Məhz belə bir təhlükə 

qarşısında bütün xalq və eləcə 

də bir-birinə kəskin müxalifətdə 

dayanan siyasi qüvvələr nəzərlərini 

xalqın yetişdirdiyi ən müdrik 

şəxsiyyətə – Heydər Əliyevə 

yönəltdilər. Xaosun miqyasından 

dəhşətə gələn və xalqın yekdil 

tələbi qarşısında başqa çıxış yolu 

qalmayan o zamankı hakimiyyət 

israrla Heydər Əliyevi hakimiyyətə 

dəvət edərək daşıya bilmədikləri 

yükün məsuliyyətindən yaxalarını 

qurtarmaq üçün hakimiyyəti bura-

xıb qaçdılar.

Beləliklə, möhtəşəm Qayıdış 

baş verdi. Əslində, 1993-cü ildə 

ümummilli lider Heydər Əliyevin 

ikinci dəfə hakimiyyətə gəlməsi 

bir qədər gecikmiş qayıdış oldu. 

İdeal vəziyyət o ola bilərdi ki, 

Heydər Əliyev sovet hökumətində 

tutduğu yüksək vəzifədən 

istefa verdiyi an Azərbaycan 

hakimiyyəti tərəfindən milli 

siyasətə – müstəqil Azərbaycan 

dövlətinin quruculuq proseslərinə 

cəlb olunaydı. Təəssüf ki, o 

zamankı Azərbaycan hakimiyyəti 

həmin dövrdə dünya siyasətinin 

nəhəng simalarından biri hesab 

olunan, xalqımızın qəlbində 

millət atası kimi yaşayan Heydər 

Əliyevin hadisələrə lap başlan-

ğıcında ikən müdaxilə etməsinə 

şərait yaratmadılar. Əksinə, 

siyasət nəhəngi Heydər Əliyevin 

Azərbaycanda aktiv siyasətə 

qayıtmasına əngəllər törətmək 

fikrinə düşdülər.

Lakin hadisələrin sonrakı 

gedişi onu göstərdi ki, belə bir 

mürəkkəb hərbi-siyasi şəraitdə 

hadisələri idarə etmək və ən 

başlıcası, Azərbaycanın yenicə 

bərpa olunmuş müstəqilliyini 

qoruyub saxlamaq xalqı 

birləşdirəcək yeganə şəxsiyyət 

Heydər Əliyevsiz mümkün 

olmayacaq. Məhz bunun dərk 

olunduğu bir zamanda ölkənin 

müxtəlif hissələrə parçalanaraq 

öz dövlətçiliyini itirmək təhlükəsi 

qarşısında Azərbaycan xalqı 

yekdil şəkildə Heydər Əliyev 

şəxsiyyəti ətrafında birləşdi. O 

zamankı hakimiyyətin Heydər 

Əliyevi Bakıya dəvət edib siyasi 

hakimiyyəti ona təhvil verməkdən 

başqa yolu qalmadı.

Bu prosesin özü də rahat 

keçmədi. Heydər Əliyevin qayıdı-

şından sonra onun hakimiyyətinə 

qarşı xarici və daxili qüvvələr 

tərəfindən törədilən təxribatlar, 

planlaşdırılan sui-qəsdlər diqqəti 

yayındırır, gərginlik vəziyyətini 

aradan qaldırmağa və ölkəni 

kritik vəziyyətə salan səbəblərin 

çözülməsinə ciddi maneə 

yaradırdı. Bütün bunlara bax-

mayaraq, Heydər Əliyev zəkası 

Azərbaycanın müstəqilliyinə 

qarşı yönəlmiş xarici və daxili 

təzyiqlərin, hərbi müdaxilənin 

qarşısını ala bildi. Xalq da məhz 

bunu gözləyirdi və buna inanırdı.  

Bu inamı yaradan Heydər 

Əliyevin Azərbaycan xalqının 

gözləri qarşısında keçən həyatı 

və fəaliyyəti olmuşdu. Hələ 

1969-cu ildə Heydər Əliyev 

Azərbaycanda hakimiyyətə gələnə 

qədər Azərbaycan Sovet İttifa-

qının tənəzzül içində boğulan 

geridə qalmış əyalətlərindən 

biri idi. Həmin ildən başlayaraq 

Azərbaycana rəhbərlik edən 

Heydər Əliyevin fəaliyyəti 

nəticəsində cəmi on il ərzində 

ölkə iqtisadi, mədəni, sosial 

inkişafına görə ittifaq daxilində ən 

yüksək pilləyə qalxa bildi. Məhz 

o dövrdə İttifaq çərçivəsində olsa 

da Azərbaycanın milli dövlətçilik 

strukturlarının təşəkkül tapması, 

onun vətəndaşının sovetlər birliyi 

çərçivəsində yüksək mədəni, in-

tellektual potensiala yiyələnməsi 

baş tuturdu.

Bütün bunları zamanın-

da həyata keçirən Heydər 

Əliyevin siyasi təcrübəsi yeni 

və çox mürəkkəb bir şəraitdə 

Azərbaycanı sonrakı inkişaf yo-

luna düzgün istiqamətləndirmək 

üçün kifayət qədər zəngin poten-

sial yaratmışdı. Həmin dövrdə 

Azərbaycan xalqının və dövlətinin 

mövqeyini doğru-düzgün 

müəyyənləşdirib ortaya qoymaq 

və bunu lazımi şəkildə dünya 

birliyinin diqqətinə təqdim etmək 

və dünya dövlətlərinin yaranmaq-

da olan Azərbaycan dövlətçiliyinə 

dəstəyini təmin etmək başlıca 

vəzifə idi.

Belə bir vəzifənin öhdəsindən 

ancaq Heydər Əliyev gələ bilərdi 

və 1993-cü ildə Heydər Əliyevin 

hakimiyyətə qayıdışı Azərbaycan 

xalqına bu nadir fürsəti verdi. 

Bu imkandan məharətlə, zərgər 

dəqiqliyi ilə istifadə edən Heydər 

Əliyev bu vəzifənin öhdəsindən 

layiqincə gəldi. O, qısa bir müddət 

ərzində atəşkəsin əldə olunması-

na, qüvvələrin səfərbər edilməsi 

üçün zəruri olan təşkilatlanma 

fəaliyyətinin həyata keçirilməsinə, 

iqtisadi tənəzzülün dayandırılma-

sına və ölkənin davamlı inki-

şafına yol açan sabitliyin təmin 

edilməsinə nail oldu.

Böyük siyasi mütəfəkkir 

kimi, Heydər Əliyevin keçdiyi 

həyat yolu və bütöv bir xalqın 

gələcəyini müəyyən edən uğurlu 

siyasi kursunun kökündə dayanan 

səbəblər haqqında çoxsaylı dəyərli 

əsərlər yazılır.  Bu araşdırmalar-

da Heydər Əliyev yeni tarixdə 

xalqımızın yetişdirdiyi ən böyük 

düha sahibi kimi xarakterizə 

olunur  və bu, şəksizdir. Lakin 

Heydər Əliyev şəxsiyyətinə təkcə 

Azərbaycan kontekstində deyil, 

daha geniş miqyasda – XX əsrin 

qlobal siyasi aynasında baxmaq, 

dünya siyasətinin formalaşma-

sında mühüm rol oynamış siyasi 

xadimlərlə bir sırada nəzər salmaq 

onun siyasi portretini daha önəmli 

cizgilərlə zənginləşdirmiş olar.

Məhz bu rakursda biz 

Heydər Əliyevi bütün ömrü 

boyu müasir dünya siyasətinin 

qaynar məkanında, onun yaradı-

cıları və yönləndiricilərinin ön 

sıralarında görürük. Xüsusən, 

sovet dövrünün son illərində, 

kommunist ideologiyasının 

tənəzzülü fonunda yürüdülən 

Qorbaçov siyasətinə qarşı 

çıxması və heç kim tərəfindən 

anlaşılmayan qeyri-müəyyən bir 

siyasəti dəstəkləməkdən imtina 

etməsi onu dövrün pozitiv siyasi 

perspektivlərini düzgün müəyyən 

edə bilən yeganə sovet siyasətçisi 

kimi tanıdır.

Hadisələrin sonrakı inkişafı 

da göstərdi ki, sovet liderləri 

arasında postsovet məkanında 

müstəqilləşmə epoxasının 

zərurətlərini duyan və siyasətdə 

yeni yolun trayektoriyasını 

dəqiqliklə cıza bilən, yeni dövrün 

qüsursuz siyasi-ideoloji kursunu 

ərsəyə gətirən yeganə siyasətçi 

məhz Heydər Əliyev oldu.  Məhz 

bu baxımdan, öz dövrünün ən 

xarizmatik dövlət xadimi və ən 

praqmatik siyasətçisi kimi tanınan 

Heydər Əliyev ümumbəşəri 

dəyərlərin daşıyıcısı missiyasına 

yüksələn universal şəxsiyyət kimi 

regionun coğrafi sərhədlərinə sığ-

mayaraq ümumdünya kontekstinə 

çıxır.


Heydər Əliyevin siyasi 

fəaliyyəti, əsasən, XX əsrin ikinci 

yarısı ilə bağlıdır. Bütövlükdə, 

XX əsr bəşər tarixində bir çox 

təlatümlü hadisələrin baş verdiyi, 

iki dünya müharibəsinin od 

ələdiyi, çoxsaylı milli dövlətlərin 

meydana gəldiyi, siyasi və iqtisadi 

böhranların qaçılmaz olduğu və 

eyni zamanda, dünya inkişafına 

təkan verən proseslərin yaşandığı 

qlobal ziddiyyətlərlə dolu dra-

matik yüzillik kimi tarixə düşdü. 

Baş verən bütün bu proseslər 

dünyanın bugünkü mənzərəsini 

ərsəyə gətirməklə yanaşı həm də 

siyasətdə aparıcı şəxsiyyətlərin 

dövlətlərin və bütövlükdə 

bəşəriyyətin taleyində nə qədər 

önəmli rol oynadığını göstərdi.

Məhz buna görə 

Azərbaycanın üzləşdiyi təcavüz 

və ermənilər tərəfindən milli 

ayrı-seçkilik zəminində etnik 

təmizləmə siyasəti artıq, sadəcə, 

milli təhlükəsizliyimizi deyil, eyni 

zamanda, bəşəri dəyərləri təhdid 

edən, beynəlxalq hüquqa zidd 

olan təhlükəli tendensiya xarak-

teri almışdı. Belə bir məqamda 

erməni faşizminə qarşı ümummilli 

cəbhəni formalaşdıra bilməsi 

məhz Heydər Əliyev şəxsiyyətinin 

qüdrəti idi. Xüsusilə, 1994-cü ilin 

aprelində düşmən hücumlarının 

kəskinləşdiyi məqamda Heydər 

Əliyevin xalqa müraciətini xatırla-

maq yerinə düşər. Ağdam, Tərtər, 

Füzuli rayonları istiqamətində 

erməni qoşun birləşmələrinin 

aramsız hücumlarını dəf etmək 

ümummilli səfərbərliyin ən 

yüksək şəkildə təşkili zərurətini 

yaratmışdı. 

Belə bir anda Heydər 

Əliyevin soyuqqanlı və bir 

o qədər də qətiyyətli, xalqın 

vətənpərvərlik hisslərini alov-

landıran müraciətindən sonra 

qısa zaman ərzində cəbhədə 

əhəmiyyətli dönüş yarandı, 

düşmən tapdağında olan bir neçə 

qəsəbə və kəndlərimiz işğaldan 

azad olundu. Cəbhədə yaranan 

dönüş tez bir zamanda düşməni 

atəşkəs sazişi imzalamağa məcbur 

etdi. Məhz bu tarixdən başlayaraq, 

Azərbaycanda daha sistemli və 

vahid mərkəzdən idarə olunan 

ordu quruculuğuna start verildi.

Zaman-zaman Azərbaycan 

dövlətçiliyinə qarşı qəsdlərin, 

dövlət çevrilişi cəhdlərinin 

müstəqilliyimizin və gənc 

dövlətimizin məhv olması 

təhlükəsini ortaya çıxardığı an-

larda Heydər Əliyevin fövqəladə 

çevikliklə öz qətiyyətli mövqeyini 

birbaşa xalqa ünvanlaması və bir 

anda bütün xalqı təhlükəyə qarşı 

birləşdirməyə nail ola bilməsi də 

onun siyasi cəsarətinin və xalqla 

rəhbər arasında qarşılıqlı inamın 

nadir nümunəsidir.

Heydər Əliyev şəxsiyyətinin 

özünəməxsusluğu da xüsusi 

əhəmiyyət kəsb edir. O, bir çox 

siyasətçi müasirlərindən fərqli 

olaraq təkcə öz dövrünün deyil, 

daha geniş zaman çərçivəsində 

baş verən ictimai-siyasi 

proseslərin axarını müəyyən edə 

bilən güclü siyasi iradə sahibi

yeni dünya tarixinin rasional 

siyasətçisi, uzaqgörən bir dövlət 

xadimidir. Heydər Əliyev təkcə 

gələcəyi görmür, həm də onu ya-

radırdı: sabaha doğru gedən yolu 

açır və insanları o yolla getməyə 

səfərbər edirdi.

Bütün siyasi karyerası boyunca 

Heydər Əliyevə qarşı qısqanc 

münasibətin, zaman-zaman edilən 

xəyanətlərin kökündə də məhz 

onun öz zəhməti ilə qazandığı 

böyük nüfuzun “təhlükəsi” daya-

nırdı. SSRİ-nin sonuncu rəhbəri 

olmuş Mixail Qorbaçovun Heydər 

Əliyevə qarşı qərəzli münasibəti 

bunun bariz nümunəsidir. Malik 

olduğu keyfiyyətlərlə tutduğu siyasi 

vəzifənin məsuliyyəti arasında 

dərin uçurum olan bu şəxsin parlaq 

zəkaya malik bir şəxsiyyətə – 

Heydər Əliyevə qarşı qərəzli 

münasibəti də məhz o “təhlükə” 

duyğusundan qaynaqlanırdı.

Nahaq yerə deyilmir ki, za-

man tarix boyunca əsl həqiqətləri 

üzə çıxaran, kimin kim olduğunu 

tam çılpaqlığı ilə göstərən ən 

dürüst mizan-tərəzidir. Tarixin 

üzə çıxardığı ədalət və reallıq 

isə bundan ibarətdir: Qorbaçov 

öz adını tarixə böyük bir dövləti 

dağıdan, əli qana bulaşmış 

cinayətkar bir şəxs kimi, Heydər 

Əliyev isə Azərbaycan adlı 

məmləkəti yenidən quran, onun 

müstəqilliyini əbədi və sarsılmaz 

edən şəxsiyyət kimi yazdırdı. Bu 

da tarixin mizan-tərəzisi!

Sovet İttifaqının süqutundan 

sonra müstəqilliyini bərpa edən 

dövlətlərin bugünkü siyasi-

iqtisadi durumu, regional və 

qlobal miqyasda tutduqları yer 

həmin dövlətlərə rəhbərlik etmiş 

şəxslərin seçdikləri siyasi xətlə 

birbaşa bağlıdır. Bunu post-sovet 

ölkələrinin keçmiş rəhbərlərinin 

fəaliyyətinə və həmin ölkələrin 

bugünkü siyasi-iqtisadi durumuna 

nəzər saldıqda daha aydın görmək 

mümkündür. Belə bir müqayisədə 

də Heydər Əliyev siyasəti öz 

möhtəşəmliyi ilə üzə çıxır. Həm 

də bir faktı nəzərdən qaçırmaq 

olmaz ki, Azərbaycanın yerləşdiyi 

geopolitik məkan digər postsovet 

ölkələrindən öz mürəkkəbliyi və 

həssaslığı ilə fərqlənir.

Heydər Əliyevdən başqa 

vaxtilə “Sovet Politbürosu”nun 

tərkibində olmuş bütün 

siyasətçilərin adlarını əlahəzrət 

tarix qısa müddət ərzində 

yaddaşlardan sildi. Onlardan 

heç birinin siyasi irsi və siyasi 

kursu yeni, müstəqil bir dövlətin 

həyat yoluna çevrilmədi. Dünya 

inkişafının perspektivini aydın 

görən, ona doğru addımlayan 

və ölkəsini, xalqını ona doğ-

ru istiqamətləndirən Heydər 

Əliyevin uzaqgörən siyasəti 

isə müasir Azərbaycanın dünya 

birliyinə təbii inteqrasiyasını 

təmin edərək  onun müstəqilliyini 

əbədi və dönməz etdi.

Bu siyasət, hər şeydən 

əvvəl, uzunmüddətli sabitliyin 

bərqərar olunmasına yönəlmişdir. 

Bu siyasət zaman çərçivəsi 

ilə məhdudlaşmır – gələcəyə 

hədəflənmişdir. Bu siyasət 

geopolitik maraqları toqquşdur-

mur, əksinə, həmin maraqların 

Azərbaycanın milli mənafeləri ilə 

uzlaşan ideal harmoniyasını ya-

radır. Məhz bu siyasət hələ uzun 

illər Azərbaycanın daxili və xarici 

siyasət doktrinasının özəyini, 

milli inkişafımızın təməlini təşkil 

edəcəkdir. Məhz bu cəhətləri 

Heydər Əliyev siyasətini qlobal 

siyasət səviyyəsinə yüksəldir və 

onun özünü isə dünya miqyaslı 

şəxsiyyətə çevirir.

Heydər Əliyev Azərbaycan 

xalqının rifahını, mil-

li dövlətçiliyimizin daha da 

güclənməsini hər şeydən 

üstün tutan vətənpərvər lider idi. 

Xüsusilə, ömrünün son on ilində 

ulu öndərin fəaliyyəti hətta bir 

insan ömrünə sığmayacaq qədər 

zəngin oldu. Xarici ölkələrə 

etdiyi davamlı səfərlərlə, daxili 

və xarici siyasətimizin dayaqla-

rını yaratmaqla, ümumən, bütün 

ölkənin yenidən qurulmasına 

rəhbərlik etməklə, Heydər Əliyev 

Yeni Azərbaycanın əsasını qoydu. 

İstənilən xarakterli böhrandan 

sabitliyə keçidin uzunmüddətli və 

ağrılı proses olduğu şübhəsizdir. 

Heydər Əliyevin siyasi dühası-

nın böyüklüyü isə onda idi ki, 

uzaqgörən siyasi gedişləri ilə 

bugünkü sürətli inkişafımızın 

kökündə dayanan sabitliyi qısa 

zaman kəsiyində bərqərar etməyə 

nail oldu.

Gərgin iş rejiminin 

səhhətində problemlər yaratma-

sına baxmayaraq, böyük rəhbər 

Azərbaycan uğrunda yorulmaz 

fəaliyyətini bir an belə dayan-

dırmadı. Yalnız Heydər Əliyevin 

güclü qətiyyəti, ölkəmizin 

maraqlarına xələl gətirə biləcək 

məsələlərdə tutduğu prinsi-

pial mövqeyi Azərbaycana 

beynəlxalq miqyasda yanaşmanı 

dəyişdi. Məhz onun yorulmaz 

səyləri nəticəsində Azərbaycan 

konservativ, tipik postsovet 

ölkəsi kimi deyil, beynəlxalq 

və regional müstəvidə sabit 

və davamlı inkişaf vəd edən 

bərabərhüquqlu tərəfdaş kimi 

tanınmağa başladı.

Ümummilli lider Heydər 

Əliyevin Azərbaycan xalqı 

qarşısında xidmətləri, regionda sa-

bitliyin bərqərar olunmasında oy-

nadığı rol bir çox tanınmış dövlət 

adamları tərəfindən də aydın 

şəkildə ifadə olunmuş və yüksək 

qiymətləndirilmişdir. ABŞ-ın 

keçmiş Prezidenti Corc Buş onun 

haqqında deymişdir: “Heydər 

Əliyev Cənubi Qafqazda uzun 

müddət ərzində ən əsas şəxsiyyət 

olmuşdur. Onun mövqeyi və 

göstərdiyi səylər Azərbaycanın iq-

tisadi inkişafını möhkəmləndirən 

böyük həcmli xarici sərmayələrin 

cəlb olunmasında əsas rol oyna-

mışdır. Bu nailiyyətlər milyon-

larla azərbaycanlının həyatını 

yaxşılaşdırmış və Azərbaycanın 

XXI əsrə müasir dövlət kimi daxil 

olmasına şərait yaratmışdır”. Bu 

fikirlər Heydər Əliyev tərəfindən 

yürüdülən siyasətin ölkə daxilində 

sabitliyə və iqtisadi inkişafa 

təkan verdiyini ifadə etməklə 

yanaşı, həm də onun bütövlükdə 

regional müstəvidə sülhyaradıcı 

və qlobal inteqrasiyaya yol açan 

fəaliyyətinin əhəmiyyətini bir 

daha təsdiqləyir.

Böyük Britaniyanın keçmiş 

Baş naziri Toni Bleyer də Heydər 

Əliyev haqqında fikirlərini 

bölüşərkən sabitlik faktorunu 

belə vurğulamışdır: “Heydər 

Əliyev Azərbaycanın böyük 

lideri idi. O, böhranlar dövründə 

öz ölkəsinə sabitlik gətirdi. 

Azərbaycan xalqı onun qoyduğu 

irs ilə fəxr edə bilər”.  

Türkiyə Prezidenti Rəcəb 

Tayyib Ərdoğan Heydər Əliyev 

şəxsiyyətinə Azərbaycan, region 

və ümumdünya kontekstində 

yanaşaraq bildirmişdir: “Heydər 

Əliyev Azərbaycanın xoşbəxtliyi 

və firavanlığı, bölgədə və 

dünyada sülh naminə göstərdiyi 

fövqəladə xidmətlərlə türk 

və dünya tarixində şərəfli yer 

tutmuşdur”. Doğrudan da, 

Heydər Əliyev öz xalqının 

tarixi köklərinə bağlı olan elə 

bir şəxsiyyətdir ki, o, bü-

tün siyasi fəaliyyəti ərzində 

türk dünyasının birliyinə, 

bütövləşməsinə və vahid güc 

mərkəzinə çevrilməsinə böyük 

inam bəsləmiş və bu prosesin 

davamlı inkişafına çalışmışdır.

Son 25 il ərzində 

Azərbaycanın həm beynəlxalq 

siyasətdə, həm də ölkənin 

iqtisadi, mədəni, sosial və 

humanitar inkişafında əldə 

etdiyi nailiyyətlər həmin dövrdə 

Heydər Əliyev tərəfindən atılan 

addımların yeganə düzgün çıxış 

yolu və bu xəttin də ən uğurlu 

yol olduğunu göstərir. Bu gün 

Azərbaycan qlobal siyasətdə öz 

müstəqil siyasətini yeridən, bütün 

istiqamətlərdə öz xalqının milli 

maraqlarını təmin edə bilən müa-

sir tipli mükəmməl bir dövlətdir. 

Bu dövlətin izlədiyi siyasi kurs 

məhz 1993-cü ildə ulu öndər 

Heydər Əliyev tərəfindən təməli 

qoyulmuş siyasi kursun – dövlət 

müstəqilliyimizin əbədiliyi və 

dönməzliyi kursunun davamıdır.

Heydər Əliyev şəxsiyyəti 

o qədər zəngindir ki, istənilən 

aspektdən yanaşdıqda onun 

intəhasız fəaliyyətinin ge-

niş okeanına çıxa bilirsən. 

Öyrənildikcə öyrənilən, heç 

zaman tükənməyən Heydər 

Əliyev irsi, onu müasiri olduğu 

digər dünya siyasətçilərindən 

fərqləndirən siyasi dühası, 

onun yaradıcı zəkası hələ uzun 

illər çoxtərəfli araşdırmaların 

mövzusu olacaq. Bu şəxsiyyətin 

tarixdə oynadığı əhəmiyyətli 

rol həmişə daha dərin və geniş 

məzmunda, konseptual şəkildə 

açılacaq. Amma bir həqiqət heç 

zaman dəyişməyəcək: Fe-

nomen insan Heydər Əliyev 

müasir Azərbaycanın quru-

cusu olmaqla yanaşı, tərəqqi 

və ədalət, sülhpərvərlik və 

humanizm ideyalarına, bəşəri 

dəyərlərə əsaslanan geniş 

spektrli fəaliyyəti ilə bəşər 

tarixinin yetişdirdiyi nadir 

şəxsiyyətlərdəndir.

Qüdrətli lider Heydər 

Əliyevin adı qələbə simvo-

ludur. O, özünün bütün yaş 

dövrlərində öz zəkası və 

əməksevərliyi ilə içərisində ol-

duğu cəmiyyətin ön sıralarında 

addımlayan, həmin cəmiyyətin 

qayğı və ehtiyaclarına həssaslıqla 

yanaşıb, cəmiyyət qarşısına çıxan 

problemlərin həllini öz üzərinə 

götürən fədakar bir Lider idi. 

Bu fədakarlıq onun öz xalqına 

olan məhəbbətindən, öz dövlətini 

həmişə qaliblər sırasında 

görmək arzusundan irəli gəlirdi. 

Onun həyat missiyası məhz 

bu qalibiyyəti təmin etməkdən 

ibarət idi.

Zamanın sınaq anında 

Heydər Əliyev bu missiyanı 

şərəflə və ləyaqətlə yerinə yetir-

di. Məhz onun sayəsində bu gün 

dövlətimizin müstəqilliyi dönməz 

və sarsılmazdır. Ümummilli lider 

Heydər Əliyevin parlaq obrazı 

isə Azərbaycanın əbədi Qələbə 



simvoludur.

Milli dövlətçilik tariximizdə 

möhtəşəm 

Qayıdış

Mənə bu gün böyük etimad göstərdiyinə görə 

Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə 

minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün 

imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir 

yükü aparmağa çalışacağam və  bu vəzifənin ləyaqətlə 

yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm 

ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb 

və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu 

vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram 

və bunların hamısını rəhbər tutaraq əlimdən gələni 

edəcəyəm.

Ulu öndər Heydər Əliyevin

 

Azərbaycan Respublikası Milli Məclisinin

 

15 iyun 1993-cü il tarixli iclasındakı çıxışından

Cavanşir FEYZİYEV, 

Milli Məclisin deputatı, 

fəlsəfə doktoru

5

15 iyun 2017-ci il, cümə axşamı

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə