Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
    Bu səhifədəki naviqasiya:
  • III F

48 

 

III FƏS L 



AZƏRBAYCAN RESPUBL KASININ AVROPA B RL Y   LƏ  QT SAD  

Ə

MƏKDAŞLIĞININ PR OR TET  ST QAMƏTLƏR  



III.1. Azərbaycanla Qərbi Avropa arasında iqtisadi əməkdaşlıqda inkişaf 

proqramları 

Avropa  ttifaqının (1993-cü ilədək Avropa Birliyi) əsası 1951-ci il aprelin 18-

də  Avropa  Kömür  və  Polad  Birliyini  təsis  edən  müqavilənin  imzalanması  ilə 

qoyulmuşdur. Müqavilə Avropanın altı dövləti – Fransa, Almaniya,  taliya, Belçika, 

Hollandiya və Lüksemburq tərəfindən imzalanmışdır. Belə bir qurumun yaradılması 

təklifi  1950-ci  il  mayın  9-da  Fransanın  o  zamankı  xarici  işlər  naziri  Robert  Şuman 

tərəfindən  irəli  sürülmüş,  ondan  bir  qədər  əvvəl  isə  Fransanın  Milli  Planlaşdırma 

nstitutunun  başçısı  Jan  Monne  tərəfindən  söylənilmişdir.  1957-ci  il  martın  25-də 

Romada imzalanmış müqaviləyə əsasən Atom Enerjisi üzrə Avropa Birliyi və Avropa 

qtisadi  Birliyi  təsis  edilmişdir.  1965-ci  ildə  Brüsseldə  yuxarıda  adları  çəkilən 

qurumların  vahid  orqanları  yaradılmaqla  bu  üç  təşkilat  Avropa  qtisadi  Birliyi  adı 

altında birləşdirildi. 

1979-cu  il  martın  13-də  valyuta  dəyişmə  mexanizmlərini  ümumiləşdirmək 

məqsədilə  Avropa  Valyuta  Sistemi  təsis  edildi.  1985-ci  ildə  Dövlət  və  hökumət 

başçılarının  Milan  sammitindən  sonra   Vahid  Avropa  Aktının  imzalanması 

inteqrasiya proseslərini sürətləndirdi və 1993-cü ilə kimi vahid daxili bazar yaratmaq, 

eləcə də  siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qarşıya qoyuldu. 

1992-ci  il  fevralın  7-də  Hollandiyanın  Maastrixt  şəhərində  Avropanın  12 

dövlət  başçısı  tərəfindən  Avropa  ttifaqının  yaradılması  haqqında  müqavilə 

imzalandı. Müqavilədə Roma müqaviləsinin müddəalarına bir sıra düzəlişlər olundu 

və bu sənəd 1993-cü il noyabrın 1-dən qüvvəyə mindi. Müqaviləyə Avropa  qtisadi 

və  Valyuta  ttifaqının  yaradılması,  eləcə  də  bu  qurum  çərçivəsində  vahid  valyutaya 

keçmə  prosesinə  dair  bir  sıra  maddələr  daxil  edildi.  Həmin  vaxtdan  Avropa  Birliyi 

Avropa  ttifaqı adlanmağa başlandı. 

2004-cü il may ayının 1-də Kipr, Malta, Polşa, Çex Respublikası, Slovakiya, 

Sloveniya,  Macarıstan,  Latviya,  Litva  və  Estoniya,  2007-ci  il  yanvarın  1-də  isə 




49 

 

Bolqarıstan  və  Rumıniya  ttifaqa  üzv  qəbul  edildilər.  Beləliklə,  Avropa  ttifaqının 



genişlənməsi nəticəsində təşkilatın üzvlərinin sayı 27-yə çatmış oldu. 

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti ölkədə islahatların həyata 

keçirilməsi  və  dünya  inteqrasiya  proseslərinə  daha  sıx  cəlb  olunması  istiqamətində 

 qısa  müddət  ərzində  bir  sıra  beynəlxalq  və  regional  təşkilatlarla  çoxtərəfli  əlaqələr 

yaratmışdır. 

Azərbaycan-Avropa 

ttifaqı  əlaqələri  xüsusi  proqramlar  çərçivəsində 

qurulmuş  və  müxtəlif  sahələr  üzrə:  iqtisadi  və  sosial  islahatlara  yardım,  Şərq-Qərb 

nəqliyyat-kommunikasiya  (TRASEKA)  dəhlizinin  yaradılması,  infrastrukturların 

inkişafı və s. istiqamətlərdə aparılır. 

SSR   süqut  etdikdən  sonra,  1991-ci  ildə  Avropa  ttifaqı  yeni  müstəqil 

dövlətlərə  texniki  yardım  və  ekspert  köməyi  vasitəsilə  demokratik  islahatlar 

keçirmək,  bazar  iqtisadiyyatı  infrastrukturlarını  yaratmaq,  ölkələr  arasında  ticarət, 

nəqliyyat,  gömrük  işlərini  inkişaf  etdirmək  üçün  xüsusi  TAS S  proqramı 

hazırlamışdır. 

TAS S  proqramının  Azərbaycanla  bağlı  hissəsində  əməkdaşlığın  üç  əsas 

istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. 

Bundan  başqa,  TAS S-in  Azərbaycanla  əlaqədar  əsas  çoxtərəfli  şəbəkə  layihələri 

mövcuddur.  Bunlar  1995-ci  ildən  başlayaraq  ali  təhsil  müəssisələrinə  və  onların 

ə

məkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin 



regional  inteqrasiyasını  təmin  etmək  məqsədilə  yaradılan  NOQEYT  proqramı, 

TRASEKA-dır. Bununla yanaşı bu əməkdaşlıq “humanitar yardım” (ECHO) və digər 

proqrmlar çərçivəsində də inkişaf etdirilmişdir. 

1993-cü  ilin  mayında  Brüsseldə  Avropa  ttifaqının  təşəbbüsü  ilə  “Avropa-

Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi irəli sürülmüş və 

8  təsisçi  dövlətin  (Azərbaycan,  Gürcüstan,  Qazaxıstan,  Qırğızıstan,  Özbəkistan, 

Türkmənistan,  Tacikistan  və  Ermənistan)  ticarət  və  nəqliyyat  nazirlərinin 

konfransında  təsis  edilmişdir.  “Brüssel  Bəyannaməsi”  adlanan  iki  rəsmi  sənəddə 

qədim  Şərq-Qərb  “ pək  yolu”  dəhlizinin  yeni  şəraitdə  bərpası,  nəqliyyat-



50 

 

kommunikasiya  infrastrukturlarının  yenidən  qurulması  və  inkişaf  etdirilməsi  qərara 



alınmışdır. 

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin 

təşəbbüsü  ilə  və  TRASEKA  proqramının  dəstəyi  ilə  “Tarixi  pək  yolunun  bərpası” 

 adlı  beynəlxalq  konfrans  keçirilmişdir.  32  ölkə  və  13  beynəlxalq  təşkilat 

nümayəndələrinin  iştirakı  ilə  keçirilən  konfransın  sonunda  “Avropa-Qafqaz-Asiya 

nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş” adlanan mühüm 

bir  sənədlə  yanaşı,  iştirakçılar  adından  Avrasiya  ölkələri  arasında  hərtərəfli 

ə

məkdaşlığı  və  regional  inteqrasiyanın  əsas  prinsiplərini  əks  etdirən  “Bakı 



Bəyannaməsi” də imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanla 25 texniki və 11 

investisiya  layihəsinin  həyata  keçirilməsini  dəstəkləyir  ki,  bu  layihələrin  26-da 

Azərbaycanın payı ümumilikdə 100 milyon avrodan artıqdır. 

Avropaya  dövlətlərarası  neft  və  qaz  ixracı  ( NOQEYT)  Avropa  ttifaqının 

yeni  müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional 

proqramlardan  biri  kimi,  1999-cu  ilin  iyulunda  Azərbaycan  da  daxil  olmaqla  15 

 dövlətin iştirakı ilə imzalanan Çərçivə Sazişi əsasında fəaliyyət göstərir. 

INOGATE  çərçivəsində  həyata  keçirilən  texniki  əməkdaşlığa  əlavə  olaraq, 

Avropa  ttifaqı  zəngin  təbii  ehtiyatlara  və  strateji  coğrafi  əraziyə  malik  olan  Şərqi 

Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrinin  enerji  təminatını  və  tranzit 

ehtiyatlarının  səmərəli  istifadəsinə  yönəlmiş  fəaliyyətində  Avropa  Qonşuluq 

Siyasətinə daxil olan ölkələr bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı 

prosesini  genişləndirməkdədir.  Bu  əməkdaşlıq “Bakı  Prosesi”təşəbbüsü  ilə  daha  da 

genişlənmişdir.  “Bakı  Prosesi”nə  2004-cü  il  noyabr  13-də  Bakıda  Enerji 

Nazirliklərinin  Konfransında  Avropa  ittifaqı,  Qara  Dəniz  və  Xəzər  dəniz  hövzəsi 

ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan siyasi 

dialoq şəklində başlanmışdır.   

1996-cı  il  aprelin  22-də  Lüksemburqda  Avropa  ttifaqı  və  Azərbaycan 

Respublikası  arasında  ticarət,  sərmayə,  iqtisadiyyat,  qanunvericilik,  mədəniyyət, 

immiqrasiya  və  qeyri-qanuni  ticarətin  qarşısının  alınması  sahəsində  əməkdaşlığı 

nəzərdə  tutan  “Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi”(TƏS)  imzalanmışdır.  Bu 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə