Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   2   3   4   5   6   7   8   9   ...   25

14 

 

tipli  milli  iqtisadiyatların  aradan  çıxması  nəticəsində    dünyada  demək  olar  ki,  eyni 



iqtisadi  bazisə  əsalanan  ölkələrdən  ibarət  şərait  yarandı.  Bazar  mexanizmlərinin  

tətbiqi  və  neoliberal  islahatların  aparılması  zərurətinin  dərk  edilməsi  daha  da 

genişləndi.  Çox  böyük  həcmdə  vəsait  və  güc  tələb  edən  elmi-texniki  tərəqqi  də 

inteqrasiyanı  gücləndirdi.  qtisadiyyatın  beynəlmiləlləşməsinin  artdığı  şəraitdə, 

təsərrüfatçılıq  fəaliyyətinin  təşkilinin  milli-dövlət  forması  onun  səmərəliliyini 

məhdudlaşdırır.  

Avropa  Birliyində  onu  süquta  apara   biləcək  maliyyə-iqtisadi  disbalanslar 

yaranıb və güclənməyə davam edirlər. Bu haqqda məşhur amerikalı maliyyəçi Corc 

Soros xəbərdarlıq edir. 

O,  Londonda  “Avropa  Birliyininin  faciəsi”  adlı  kitabını  təqdim  edib.  Kitab 

Soros tərəfindən son illərdə yazılmış məqalə və müsahibə toplusundan ibarətdir. 

Soros qeyd edib ki: “Avro zonanın və Avropa Birliyinin əsas problemi AB-

nin borclu olan ölkələrinin və borc verən ölkələrinin arasında uçurum genişlənməyə 

davam  edir.  AB  uzun  davam  edəcək  durğunluğa  yaxınlaşır,  bu,  isə  disbalansın 

güclənməsinə səbəb olacaq. Əfsuslar olsun ki, AB-u bu gərgin təzyiqə tab gətirməyə 

bilər”. 


Onun  fikrinə  görə,  bu  vəziyyətin  ən  yaxşı  həll  yolu  Almaniyanın  avro 

zonadan çıxması olardı. 

Corc Soros: “Nəticədə, hal- hazırda Almaniya avronu saxlamaq üçün əlindən 

gələn  hər  şeyi  edir.  Və  valyuta  müqavimətə  tab  gətirəcək.  Avro  zonanın  problemi 

bundan  ibarətdir  ki,  Almaniya  avronu  saxlamaq  üçün  cuzi  tədbirlər  alır.  Avro  zona 

ölkələri arasında ödənişlər balansının profisit və defisit göstəriciləri üzrə uçurum isə 

genişlənməyə davam edir”. 

“AB artıq kəskin maliyyə böhranından keçib və indi siyasi böhrana daxil olur. 

Siyasi  böhran,  ilk  növbədə,  iki  müstəvidə  ifadə  olunur:  avro  ilə  çətinliklər  və 

həmçinin  Britaniya  ilə  AB  arasında  problemili  münasibətlər.  Nəticədə,  həddindən 

artıq  sağçı  partiyalar  AB  ölkələrində  seçicilərin  üçdə  iki  səslərini  ala  bilərlər.  Bu 

bütün AB-dakı vəziyyətə təsir edəcək və təhlükəli olaraq qiymətləndirilir”-deyə Corc 

Soros əlavə etmişdi. 



15 

 

I.2. Xarici iqtisadi əməkdaşlıqda priroritetlərin mahiyyəti və xüsusiyyəti 

kinci  dünya  müharibəsindən  sonra  dövlətlərasaı  iqtisadi  əlaqələri  yenidən 

qurmaq  və  inkşaf  etdirmək  üçün  yeni  iqtisadi  birliklərin  yaradılmasında  ehtiyac 

yaranmışdı. Müharibədən ziyan çəkmiş Avropa ölkələri öz iqtisadiyyatlarının bərpası 

üçün qonşu ölkələrlə iqtisadi diplomatik əlaqələrin qurulmasına başladılar.  Get-gedə 

Avropada vahid iqtisadi məkan formalaşmağa başladı. Bu məkanın formalaşmasında 

iqtisadi  diplimatik  fəaliyyətin  böyük  rolu  vardır.  Belə  ki,  dövlətlərarası  iqtisadi 

sahədə  diplomatik  münasibətlər  onlar  arasında  iqtisadiyyatın  bir  çox  sahələrində 

ə

məkdaşlıq əlaqələrinin qurulmasına gətirib çıxardı. 



Dövlətlərarası  iqtisadi  diplomatik  əlaqələrin  qurulmasında  iqtisadi 

inteqrasiyanın  da  rolu  danılmazdır.  Dünya  təsərüfatının  beynəlxalq  iqtisadi 

inteqrasiyası öz inkişafında, onun kəmiyyət və keyfiyyət göstəricilərindən irəli gələn 

müxtəlif mərhələlər keçmişdir. Bu təkcə ticarətin və yaxud digər iqtisadi fəaliyyətin 

həcmi  məsələsi  olmayıb,  həmçinin  milli  təsərrüfatlararası  əlaqələrin  sabitliyi,  əhatə 

etdiyi sferalar, qarşılıqlı əlaqələrin intensivliyi səviyyəsi və inteqrasiya proseslərinin 

dərinliyini də özündə birləşdirir.Təbii haldır ki hər bir mərhələnin əlamətləri tədricən 

qərarlaşır.  Müasir  beynəlxalq  iqtisadi  inteqrasiya  nəzəriyyəsində  və  praktikasında, 

inteqrasiya  proseslərinin  inkişafının  5  pilləsini  və  yaxud  da   ardıcıl  mərhələsini 

fərqləndirirlər:  azad  ticarət  zonası;  gömrük  ittifaqqı;  ümumi  və  yaxud  vahid  bazar; 

iqtisadi birlik; iqtisadi və valyuta ittifaqı.Qeyd etmək lazımdır ki,bu beş mərhələnin 

4-nü  keçib  və  beşinci  mərhələsində  olan  yeganə,ölkələrin    beynəlxalq  iqtisadi 

inteqrasiya  qrupu-Avropa  ittifaqıdır.Digər  beynəlxalq  iqtisadi  inteqrasiya 

qruplarından əksəriyəti ancaq birinci. bəziləri isə ikinci mərhələdədirlər. 

Avropa  ttifaqı  27  dövləti  birləşdirən  dövlətlərüstü  və  eyni  zamanda 

dövlətlərarası  iqtisadi  və  siyasi  təşkilatdır.  Formal  olaraq  1  noyabr  1993-cü  ildə 

Maastrixt  sazişi  ilə  təsis  edilmiş  bu  ittifaqın  təməli  18  aprel  1951-ci  il  tarixli  Paris 

Müqaviləsinə  əsasən,  Belçika,  Almaniya,  Fransa,  Niderland,  Lüksemburq  və  taliya 

tərəfindən  Avropa  Kömür  və  Polad  Birliyinin  (AKPB)  yaradılması  ilə  qoyulub. 

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. AB yeganə beynəlxalq təşkilatdır ki, 

özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal 



16 

 

olaraq  heç  biri  deyil.  Bəzi  məsələlər  birliyin  ümumi  institutları,  bəziləri  isə  üzv 



dövlətlərin  nümayəndələrinin  razılaşması  ilə  qəbul  edilir. Avropa  Birliyi  sülhü 

qorumaq,  iqtisadi  və  sosial  irəliləməni  təmin  etmək  məqsədilə  toplanmış  25  Üzv 

Dövlətdən ibarətdir. Birliyin içində ortaq qurumları olan üç  ttifaq yer alır. Birincisi 

1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad Birliyidir. Daha 

sonra  1957-ci  il  tarixində  Roma  Anlaşması  ilə  Avropa  qtisadi  Birliyi  və  Avropa 

Atom Enerjisi Birliyi (EURATOM) qurulmuşdur.  ttifaqlar bu müddətin sonunda üzv 

dövlətlər  arasındakı  bütün  daxili  sərhədləri  ləğv  edərək  vahid  bir  bazar  qurublar. 

1992-ci ildə Maastrixdə imzalanan Avropa Birliyi Anlaşması ilə iqtisadi və pul birliyi 

formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir 

Avropa Birliyi qurulmuşdur. Avropa Birliyinin əsas fəaliyyət prinsiplərini aşağıdakı 

kimi qruplaşdırılır: 

1.

 Milli  və  ümumi  maraqlar  arasında  balans  yaradan  dövlətlərarası  və 



dövlətüstü qurumların mövcudluğu; 

2.

 Avropa  Birliyi  institutu  ilə  milli  dövlətlər  arasında  dəqiq  səlahiyyət 



bölgüsü; 

3.

 Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyyəvi qərarlar, 



qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.); 

4.

 Birlik  qərarlarının  üstünlüyü  prinsipi  (bu  hər  sahə  üzrə  dövlətlərərarası 



müqavilələrlə təsdiqlənir); 

5.

  nteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi. 



qtisadi  Əməkdaşlıq  Təşkilatı  ƏT 1985-ci  ildə  ran, Pakistan və Türkiyə 

tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici  şlər Nazirləri Şurasından ibarətdir. 

Ş

ura  təşkilatın  fəaliyyət  siyasətini,  Regional  Planlaşdırma  Şurasını,  Müavinlər 



Ş

urasını  müəyyən  edir.  Mənzil-qərargahı  Tehranda  yerləşən  Müavinlər  Şurası  ƏT 

ölkələri səfirlərindən ibarətdir. 

Ə

T-in  kənd  təsərrüfatı  sahəsi;  sənaye  əməkdaşlığı;  nəqliyyat  və  rabitə; 



infrastruktur  və  ictimai  işlər;  elm,  təhsil  və  mədəniyyət;  energetika;  narkotik 

maddələrin  yayılmaması  məsələləri  üzrə  fəaliyyət  göstərən  8  texniki  komitəsi  var. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə