Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   2   3   4   5   6   7   8   9   ...   25

11 

 

zəifləməkdədir.  Lakin,  bu  heç  də  o  demək  deyil  ki,  regional  iqtisadi  proseslər  tam 



bazar  mexanizmi  əsasında  gedir  və  dövlət  müdaxilsəi  həyata  keçirilmir.  Problem 

sadəcə  olaraq,  rəqabət şəraitinin  sağlam  əsaslarla  formalaşmasında dövlətin  adekvat 

müdaxilə üsul və metodlarının seçilməsindədir. 

-

  Struktur konsepsiyanın əsası Y.V.Şişkov tərəfindən formalaşdırılmışdır. Bu 



konsepsiya öz mahiyyəti etibarı ilə dirijist yanaşmanın təməl prinsipinə əsaslanır. Bu 

yanaşmada başlıca diqqət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə də 

onların fəaliyyəti nəticəsində meydana çıxan struktur problemlərə yönəldilir. 

-

  Marksist  konsepsiya  haqqında  isə  yalnız  retrospektiv  səpkidə  danışmaq 



mümkündür.  Belə  ki,  ifrat  ideologiyalaşdırılmış  yanaşmanın  bariz  nümunəsi  olan 

marksist 

konsepsiya 

inteqrasiya 

prosesinin 

mərkəzləşdirilmiş 

direktiv 

idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu təmamilə inkar 

edir.  Marksist  iqtisadçılar  inteqrasiyanın  əsas  prinsiplərindən  biri  kimi  proletar 

beynəlmiləlçiliyini  önə  çəkirdilər.  Bu  baxımdan  V. .Leninin  fikri  səciyyəvidir: 

“...Marksizm  -  ən  ədalətli,  təmiz,  incə  və  sivilizasiyalı  olsa  da  belə  milliyətçiliyin 

ə

lehinədir”. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhələsini 



–  region  ölkələrinin  əməkdaşlığının  ilkin  iqtisadi  və  təşkilati  strukturlarının 

yaradılması, struktur inteqrasiyası yəni qarşılıqlı iqtisadi tamamlanmanın planauyğun 

surətdə  genişləndirilməsi  və  inkişafı  və  funksional  inteqrasiya  başqa  sözlə 

regiondaxili  vahid  xalq  təsərrüfatı  kompleksinin  formalaşmasını  –  fərqləndirir. 

Marksist  konsepsiya  iqtisadi  inteqrasiyanın  yalnız  şaquli  istiqamətdə  getdiyi  fikrinə 

gəlir ki, bu da nəticədə region ölkələrinin milli müstəqilliklərinin itirilməsi və güclü 

partnyordan ifrat asılılığa gətirib çıxarır. 

-

  qtisadi  regionalizmin  dünya  iqtisadiyyatının  tarixi-təkamül  prosesinin 



nəticəsi  olduğu  heç  bir  şübhə  doğurmur.  Çünki  beynəlxalq  iqtisadi  münasibətlərin 

qlobal  sistem  formasında  qərarlaşması,  eyni  zamanda,  onun  regional  bölgüdə  daha 

fəal  və  sürətlə  inkişafı  ilə  üzvi  vəhdət  təşkil  edir.  Problemin  qoyuluşunda  maraq 

doğuran  cəhət  bir-birinə  zidd  olan  istiqamətlərin  uyğunlaşdırılması  məsələsidir. 

Ümumiyyətlə, sosial-iqtisadi inkişaf səviyyəsindən və dünya iqtisadiyyatında tutduğu 

mövqedən  asılı  olmayaraq  hər  bir  ölkə  xarici  iqtisadi  fəaliyyətin  həyata  keçirildiyi 




12 

 

müəyyən  tarixi  dövr  ərzində  iki  yanaşmadan  birinə  üstünlük  verməklə  vəziyyətdən 



çıxmağa  çalışır.  Belə  ki,  iqtisadi  regionalizmin  “açıq”  və  yaxud  “qapalı”  xarakter 

daşımasından  nəinki  ayrı-ayrı  ölkə  və  regionların,  eləcə  də  bütövlükdə  dünyanın 

rifahı  və  inkişaf  perspektivləri  funksional  asılılıqdadır.  Aydındır  ki,  bu  problemin 

qarşılıqlı  faydalılıq  konsepsiyası  bazasında  həll  edilməsi  ümumdünya  səviyyəsində 

iqtisadi münasibətlərin tənzimlənməsi ilə sıx surətdə bağlıdır. 

Müasir  qərb  iqtisadçıları  “qapalı  ticarət”  bloku  ilə  müqayisədə  çoxtərəfli 

ə

laqələrin  inkişaf  etdirilməsinə  daha  çox  üstünlük  verirlər.  Problemə  yanaşmada 



inkişaf  etmiş  ölkələrin  mövqeyindən  çıxış  edən  tədqiqatçılar  multiliteralizmin 

regionalizmə  nisbətən  əlverişli  olduğunu  dünya  iqtisadiyyatının  parçalana  bilmə 

təhlükəsi ilə əlaqələndirir və müasir dövrün spesifik xüsusiyyətləri baxımından yalnız 

“açıq” regionalizmin  məqsədə müvafiqliyi fikrini irəli sürürlər. 

 Bu  hal  iqtisadi  regionalizmin  “qapalı”  xarakter  daşıdığı  və  müqayisəli 

üstünlüklər prinsipi əsasında üzv ölkələrin qarşılıqlı iqtisadi tamamlama imkanlarının 

mövcudluğu  şəraitində  ola  bilər.  Lakin  “açıq”  regionalizm  ümudünya  rifahını 

dinamik  inkişaf  mövqeyindən  kəskin  surətdə  yüksəltmək  imkanındadır.  Beləliklə 

element-sistem  qarşılıqlı  münasibətlərinin  ümumi  inkişaf  qanunauyğunluqlarına 

ə

saslanması  və  mənafe  tarazlığının  mühafizəsi  obyektiv  zərurətdir.  Digər  tərəfdən 



“qapalı” regionalizmin statik üstünlüklər bazasında perspektiv inkişafından danışmaq 

sözün əsl mənasında yersizdir. Belə ki, əvvəla “qapalılıq” bütövlükdə sistemin fiziki 

mövcudluğunu müəyyən vaxt intervalı ilə məhdudlaşdırır. Göstərilən şərtlər daxilində 

sistemin fasiləsiz dəyişən şəraitə uyğunlaşması böyük çətinliklər törədir ki, bu da son 

nəticədə  “intiharla”  sonuclanır.  kincisi,  “qapalı”  inteqrasiya  blokunun  üzvü  olan 

ölkələr  həm  rəqabət  mühitinin  formalaşdırılması,  həm  də  qarşılıqlı  iqtisadi 

tamamlamanın  bazar  prinsiplərinə  uyğun  təşkilini(dövlət  müstəqilliyi  saxlanılmaq 

şə

rti ilə) həyata keçirə bilmirlər. Ümumiyyətlə qarşılıqlı iqtisadi tamamlama dedikdə 



ə

ksər  tədqiqatçılar  dinamik  rəqabət  üstünlüklərinə  əsaslanmaqla  formalaşdırılan 

iqtisadi  sistem  uyğunluğunu  deyil,  istehsal  amilləri  mövqeyindən  müqayisəli 

üstünlüklərə  müvafiq  gələn  qarşılıqlı  təchizatı  başa  düşürlər.  Yəni  müxtəlif  istehsal 

amilləri  ilə  təchizi  dərəcəsindən  asılı  olaraq  bir  ölkə  kapital  tutumlu,  digəri 



13 

 

ə



məktutumlu  məhsullar  və  sairə  ixrac  etməklə  daxili  tələbatların  blokdaxili 

ödənilməsini  həyata  keçirirlər  ki,  bu  da  nəzəriyyəçilər  tərəfindən  qarşılıqlı  iqtisadi 

tamamlamanın açıq-aydın təcəssümü hesab edilir. Ədalət naminə qeyd etməliyik ki, 

“qapalı”  inteqrasiya  bloku  şəraitində  başqa  cür,  yəni  ölkələrin  bir-birinə  qarşı  aktiv 

rəqib  kimi  çıxışı  qeyri-mümkündür.  Əks  təqdirdə,  ümümiyyətlə  inteqrasiya  prosesi 

baş  tuta  bilməzdi.  Üçüncüsü  məlumdur  ki,  hər  bir  ölkənin  həm  regional,  həm  də 

qlobal  səviyyədə  inkişafı  onun  beynəlxalq  rəqabət  mübarizəsinə  hansı  dərəcədə 

qoşulmasından birbaşa asılıdır. Rəqabət bazar iqtisadiyyatı şəraitində iqtisadi qanun 

kimi  çıxış  edir  və  onun  təşkili,  eləcə  də  mühafizəsi  səviyyəsindən  asılı  olaraq 

ümumsosial-iqtisadi  tərəqqinin  mümkün  variantları  haqqında  fikir  yürütmək 

mümkündür.  Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  “qapalı”  inteqrasiya  mühiti  üzv 

ölkələri  göstərilən  mühafizə  sferasından  kənarda  qoyur.  Dördüncüsü,  milli 

müstəqilliyin  itirilməsi  ilə  razılaşmayan  ölkələrin  “qapalı”  inteqrasiya  blokuna  üzv 

olması qeyri-mümkündür. Belə ki, bu halda ölkə iqtisadiyyatının regional səviyyədən 

asılılığı  maksimum  həddə  çatır  ki,  nəticədə  dövlət  suverenliyinin  hətta 

məhdudlaşdırılmış  formada  saxlanılması  belə  problematik  olur.  Beşincisi,  iqtisadi 

regionalizm və multiliteralizm ölkənin xarici iqtisadi fəaliyyətinin konsepsiyasından 

asılı olaraq seçilməlidir.  qtisadi fikir tarixində əsasən iki metodoloji prinsip istənilən 

səpkili  konsepsiyaların  fundamental  əsası  kimi  çıxış  edir:  müqayisəli  üstünlüklər 

prinsipi və rəqabət üstünlükləri prinsipi. Bunlardan hər hansı birinin seçilməsi nəinki 

yuxarıda  qeyd  edilən  dilemmanın  həllində,  eləcə  də  ölkənin  beynəlxalq  əmək 

bölgüsündə layiqli mövqe tutmasında əsas amil rolunu oynayır. 

Müasir  dövrün  ən  mühüm  əlaməti,  müxtəlif  ölkələrin  iqtisadiyyatlarının 

qarşılıqlı  asılılığının  güclənməsi,  makro  və  mikro  səviyyələrdə  inteqrasiya 

proseslərinin  inkişafı,  sivilzasiyalı  ölkələrin  intensiv  surətdə  qapalı  milli 

iqtisadiyyatdan  açıq  tipli  iqtisadiyyata  keçməsindən  ibarətdir.  Bütün  bunlar  dünya 

təsərrüfatının iqtisadi  inkişaf qanunauyğunluqlarından irəli gəlir. Dünyanın müxtəlif 

regionlarında inteqrasiya proseslərinin inkişafı üçün güclü stimul dünyanın bir-biri ilə 

mübarizə  aparan  iki  əks  qütbə  parçalanmasına  son  qoyulmasından  gəldi. 

qtisadiyyatın  idarə edilməsinin  inzibati-amirlik sisteminə  aid olan planlı  iqtisadiyat 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə