Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

45 

 

 Bu  gün  GUAM  çərçivəsində  ən  prioritet  fəaliyyət  istiqamətləri  arasında 



“Ticarət və nəql etməyə yardım və azad ticarət zonasının fəaliyyəti haqqında” sənəd 

layihəsinin  yerinə  yetirilməsi  hesab  olunur.  Bu  sənədin  icrasının  nəticələri  2007-ci 

ilin  18-19  iyun  tarixlərində  Bakıda  keçirilmiş  GUAM-ın  Zirvə  Toplantısında 

müzakirə olunmuşdur.  

Sonucu dəfə Azərbaycan Respublikasının iştirakı ilə 2009-cu ilin 27-28 may 

tarixlərində Kiyevdə GUAM-ın iqtisadiyyat və ticarət üzrə 9-cu iclası keçirilmişdir. 

clasda  GUAM-ın  iqtisadiyyat  və  ticarət  üzrə  2009-cu  il  üçün  hazırlanmış  planının 

həyata keçirilməsi müzakirə edilmişdir. 

GUAM  üzv  dövlətləri  arasında  əqli  mülkiyyət  hüquqlarının  qorunması 

aspektləri  haqqında  saziş  layihəsi  müzakirəsi  üzrə  25  yanvar  2010-cu  il  tarixində 

Kiyev şəhərində iclas keçirilmişdir. 

Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsindən  verilən  məlumata 

ə

sasən, 2010-cu ilin 9 ayı ərzində Azərbaycan Respublikasının GUAM dövlətləri ilə 



ümumi  ticarət  dövriyyəsinin  həcmi  1  285,19  mln.  ABŞ  dolları,  o  cümlədən  idxalın 

həcmi 391,17 mln. ABŞ dolları, ixracın həcmi 894,02 mln. ABŞ dolları təşkil etmiş, 

xarici ticarət saldosu isə müsbət 502,85 mln. ABŞ dolları olmuşdur. 

2010-cu ilin 9 ayı ərzində GUAM dövlətlərinin Azərbaycan Respublikasının 

xarici  ticarət  dövriyyəsindəki  payı  6,36  %,  o  cümlədən  idxalda  8,61  %,  ixracda  isə 

5,71 % təşkil etmişdir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, bu dövrdə GUAM 

dövlətləri  ilə  ümumi  xarici  ticarət  dövriyyəsi  68,6  %  artmış,  o  cümlədən  ixrac  2,6 

dəfə çox olmuşdur. 

Azərbaycan  Respublikası  Qara  Dəniz  qtisadi  Əməkdaşlıq  Təşkilatı 

çərçivəsində  də  iqtisadi  inteqrasiya  proseslərində  iştirak  edir.  Azərbaycan 

Respublikası  QD ƏT-in  yaradılmasının  ilk  mərhələsindən  başlayaraq  təşkilatın 

fəaliyyətində, Bosfor Qətnaməsi və  stanbul Bəyannaməsinin hazırlanmasında iştirak 

etmişdir.  Azərbaycan  1992-ci  ildən  təşkilatın  üzvüdür.  Bu  günə  kimi  Azərbaycan 

Respublikası  QD ƏT  çərçivəsində  11-dən  çox  müxtəlif  rəsmi  sənədlərin 

hazırlanmasında  və  qəbul  olunmasında  iştirak  etmişdir.  Azərbaycan  Respublikası 

Təşkilatın bir sıra işçi qruplarında, o cümlədən regionda ticarətin liberallaşdırılmasını 




46 

 

təmin  edən  sənədlərin  hazırlanması  məqsədilə  toplanan  qrupların  iclaslarında  fəal 



iştirak  edir.  2005-2007-ci  illər  ərzində  Azərbaycan  Respublikası  enerji  üzrə  işçi 

qrupun fəaliyyətini koordinasiya etmişdir. 

Azərbaycan həmçinin, Qara Dəniz regionunun inkişaf etdirilməsi və regionda 

ə

məkdaşlığın  möhkəmləndirilməsi  məqsədilə  tərtib  olunan  Qara  Dəniz  dairəvi 



avtomagistral yolunun tikintisi layihəsində iştirak edir.  

QD ƏT-in  Xarici  şlər  Nazirləri  Şurasının  2009-cu  il  15-16  aprel  tarixində 

keçirilən  20-ci  toplantısının  qərarına  əsasən,  təşkilata  sədrliyi  2009-cu  ilin  1  may 

tarixindən altı ay müddətində Azərbaycan həyata keçirmişdir. 

Azərbaycanın  fəal  iştirak  etdiyi  və  onun  beynəlxalq  iqtisadi  inteqrasiya 

ə

laqələrində  mühüm  yer  tutan  regional  inteqrasiya  birliklərindən  biri  də  qtisadi 



Ə

məkdaşlıq  Təşkilatıdır  ( ƏT).  Azərbaycanın  qtisadi  Əməkdaşlıq  Təşkilatı  ilə 

münasibətləri 1991-ci ilin fevral ayında, hələ respublika SSR -nin tərkibində olarkən 

qurulmuşdur. 

Hazırda  ƏT  çərçivəsində  bir  sıra  proqramlar  həyata  keçirilir.  Əsas  məqsəd 

üzv-ölkələr  arasında  iqtisadi  əlaqələrin  möhkəmləndirilməsi  və  inteqrasiya 

proseslərinə  kömək  etməkdir.  Təşkilat  çərçivəsində  üzv  ölkələr  arasında  bir  sıra 

prioritet  sahələr,  o  cümlədən  kənd  təsərrüfatı,  nəqliyyat,  energetika,  ticarət  və 

investisiya  üzrə  əməkdaşlıq  aparılır.  Azərbaycan  qtisadi  Əməkdaşlıq  Təşkilatı 

daxilində  regional  iqtisadiyyatın  liberallaşdırılması  proseslərində  fəal  iştirak  edir. 

Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili 

ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif sazişə, o cümlədən “ ƏT üzv 

dövlətləri  arasında  Ticarət  Əməkdaşlığına  dair  Çərçivə  Saziş”,  “ ƏT  regionunda 

Tranzit  Nəqliyyatı haqqında  Saziş”ə qoşulmuşdur.  “ ƏT  regionunda investisiyaların 

təşviqi  və  qorunması  haqqında  Saziş”  Azərbaycan  Respublikası  tərəfindən 

imzalanmış, lakin ratifikasiya edilməmişdir. 

Təşkilat  çərçivəsində  Bakıda  bir  sıra  mühüm  tədbirlər,  o  cümlədən  5  may 

2006-cı ildə Bakıda  ƏT Dövlət və Hökumət Başçılarının 9-cu Sammiti keçirilmişdir. 

2008-ci il 14-16 dekabr tarixlərində Tehranda  ƏT üzv dövlətlərinin Maliyyə 

və  qtisadiyyat    nazirlərinin  3-cü  iclası  və  2009-cu  ilin  18-19  yanvar  tarixlərində 




47 

 

Tehranda  ƏT  üzv  dövlətlərinin  Ticarətin  Təşviqi  üzrə  Təşkilatlarının  1-ci  iclası 



keçirilmişdir. 

Hazırda  ƏT çərçivəsində 4-cü biznes forumun və  ƏT üzv ölkələrinin Ticarət 

Təşviqi  üzrə  Təşkilatlarının  rəhbərlərinin  2-ci  iclasının  2011-ci  ildə  Azərbaycan 

Respublikasında keçirilməsi istiqamətində işlər aparılır. 

Azərbaycan  slam  aləminin  tərkib  hissəsi  olaraq,  slam  Konfransı  Təşkilatı 

( KT) ilə sıx əməkdaşlığı inkişaf etdirməkdə davam etmiş, bu təşkilatın regional və 

qlobal  məsələlərin  həllində  siyasi  çəkisinin  və  nüfuzunun  artırılmasına  yardım 

etmişdir.  Müxtəlif  mədəniyyət  və  sivilizasiyaların  qovşağında  unikal  coğrafi 

mövqeyi,  dözümlülük  və  icmalararası  sülh  ənənələri,  mədəni  və  etnik  rəngarənglik 

Azərbaycanın  sivilizasiyalar  arasında  körpü  rolunun  oynamasının  etiraf  edilməsinə 

imkan  yaratmışdır.  KT-yə  üzv  dövlətlərin  Mədəniyyət  nazirlərinin  Tripolidə 

keçirilmiş  beşinci  konfransının  nəticələrinə  görə,  Bakı  2009-cu  ildə  slam 

mədəniyyətinin paytaxtı elan edilmişdir. 

Azərbaycan  Respublikası  KT  çərçivəsində  keçirilən  bütün  toplantı  və 

görüşlərdə fəal iştirak edir.  KT Azərbaycan Respublikasını siyasi arenada ən yüksək 

səviyyədə  dəstəkləyir.  Azərbaycanın  ərazi  bütövlüyü  məsələsi  təşkilatın  bir  sıra 

qətnamələrində öz əksini tapmışdır. 

Ölkəmizə  zəruri  yardımın  göstərilməsi  məqsədilə 

KT  çərçivəsində 

Azərbaycan  Respublikasına  qtisadi  Yardım  haqqında  bir  neçə  Qətnamə  qəbul 

edilmişdir.  Bu  sənədlərdə  üzv  dövlətlər  və  islam  qurumları  tərəfindən  Azərbaycan 

hökumətinə lazımi iqtisadi və humanitar yardımın göstərilməsi, beynəlxalq təşkilatlar 

tərəfindən  Azərbaycana  təcili  maliyyə  və  humanitar  yardımın  təmin  edilməsi  üçün 

tədbirlərin görülməsi kimi əməkdaşlığın prioritet istiqamətləri qeyd olunmuşdur. 

Yuxarıda  deyilənləri  ümumiləşdirərək  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 

Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  inkişafı  inteqrasiya  proseslərinə  aktiv 

surətdə  qoşulmaqla,  regional  inteqrasiya  birliklərində  səmərəli  iştirak  etməsilə 

mümkündür.  

 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə