Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

40 

 

dövlətləri ilə ümumi xarici ticarət dövriyyəsi 37,60 % o cümlədən idxal 7,61 %, ixrac 



isə 91,07 % artmışdır. 

MDB çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur, o cümlədən: 

• MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyası; 

• MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyasının birinci 

mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planı; 

• 2003-2010-cu  illərdə  iqtisadi  sahədə  MDB  üzv  dövlətləri  arasında 

ə

məkdaşlığın səmərəliliyinin artırılması və inkişafına yönəlmiş tədbirlərin  cra Planı; 



• MDB-yə  üzv  dövlətlər  arasında  ticarət-iqtisadi  əlaqələri,  sosial-iqtisadi 

vəziyyəti əks etdirən, eyni zamanda inkişaf perspektivləri haqqında illik məcmuələr; 

• MDB-yə  üzv  ölkələrdə  MDB-nin  20  illiyinə  həsr  edilmiş  tədbirlərin 

keçirilməsi nəzərdə tutulur. 

Hal-hazırda, MDB çərçivəsində azad ticarət zonası haqqında saziş layihəsinin 

razılaşdırılmasına dair danışıqlar aparılmaqdadır. 

Qeyd olunan sənədlərə uyğun olaraq, Azərbaycanda müxtəlif tədbirlər həyata 

keçirilir,  zəruri  məlumatlar  tərtib  olunur.  20  noyabr  2009-cu  il  tarixində  “Müstəqil 

Dövlətlər  Birliyində  malın  mənşə  ölkəsinin  müəyyən  edilməsi  Qaydaları  haqqında 

Saziş” imzalanmışdır. 

Azərbaycanın üzv olduğu inteqrasiya birliklərindən biri də Avropa Birliyidir. 

Azərbaycan  ilə  Avropa  ttifaqı  arasında  hərtərəfli  münasibətlərin  hüquqi  əsasını  22 

aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış “Bir tərəfdən Avropa Birliyi və 

onun  üzvü  olan  dövlətlər,  digər  tərəfdən  Azərbaycan  Respublikası  arasında 

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir. 

TƏS  Azərbaycan  və  Avropa  ttifaqı  arasında  əməkdaşlığın  bütün  mümkün, 

xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir. TƏS Azərbaycan və Avropa  ttifaqı 

arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini 

təmin  edir.  Sazişin  əsas  məqsədlərindən  biri  də  Azərbaycan  qanunvericiliyinin 

Avropa hüquq sisteminə uyğunlaşdırılmasından ibarətdir. 

TƏS-in 2009-cu ildə müddətinin bitməsini nəzərə alaraq 2010-cu ilin 16 iyul 

tarixində  Avropa  ttifaqı  və  Azərbaycan  Respublikası  arasında  yeni  Assosiasiya 




41 

 

Sazişinin  imzalanması  üzrə  danışıqlar  başlamışdır.  Bunun  üçün  4  işçi  qrup 



yaradılmış,  bunlardan  ikisində  Xarici  şlər  Naziriliyi,  digər  ikisində  isə  qtisadi 

nkişaf Nazirliyi əlaqələndirici kimi çıxış edir. 

1992-2006-cı  illər  arasında  Avropa  ttifaqının  TAC S  Proqramı,  Fövqəladə 

Yardım  Proqramı,  ECHO  Humanitar  təşkilatı,  FEOGA  Ərzaq  Yardımı  Proqramı, 

Ə

rzaq  Təhlükəsizliyi  Proqramı,  Bərpa  Proqramı,  Fövqəladə  Humanitar  Yardım 



Proqramı çərçivəsində Azərbaycanda müxtəlif layihələr həyata keçirilmişdir.  

Azərbaycanın  Avropa  Qonşuluq  Siyasəti  ilə  bağlı  fəaliyyəti  davam  etdirilir. 

Belə  ki,  2007-2010-cu  illərdə  Avropa  Qonşuluq  Proqramı  (AQP)  çərçivəsində 

Avropa  ttifaqı  və  Azərbaycan  arasında  Fəaliyyət  Planı  (2006-cı  ildə  imzalanmış) 

həyata keçirilməkdədir. 

Avropa  ttifaqı  tərəfindən  yeni  “Şərq  Tərəfdaşlığı”  təşəbbüsü  irəli 

sürülmüşdür.  Bu  təşəbbüsə  əsasən,  Avropa  ttifaqı  2013-cü  ilə  kimi  6  ölkəyə 

(Azərbaycan,  Belarus,  Moldova,  Ukrayna,  Gürcüstan  və  Ermənistan)  600  milyon 

avro  məbləğində  yardım  göstərməyi  planlaşdırır.  Bu  məbləğdən  250  milyon  avro 

artıq  təsdiq  edilmiş  proqramların  yenidən  tərtib  olunması,  350  milyon  avronun  isə 

ə

lavə fondlardan ayrılması gözlənilir. 



“Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində 3 əsas məqsəd var: 

1.

 Hərtərəfli  nstitusional Quruculuq proqramları;  



2.

 Tərəfdaş ölkələr arasındakı iqtisadi qeyri-bərabərliyin və ölkələr daxilində 

sosial qeyri-bərabərliyin aradan qaldırılması üçün Pilot Regional  nkişaf Proqramları; 

3.

 Şərq Tərəfdaşlığı Çoxtərəfli Ölçüsü yerinə yetirilməsi.  



Hazırda Hərtərəfli  nstitusional Quruculuq proqramlarının həyata keçirilməsi 

mexanizmlərinin və ölkə üzrə əlaqələndiricinin müəyyən edilməsi üzrə işlər aparılır. 

Həmçinin,  Azərbaycan  dövlətlərarası  (regional)  proqramlarda  iştirak  edir  – 

bunlar  NOQEYT və TRASEKA proqramlarıdır. 

  NOQEYT  -  Avropa  Komissiyası  tərəfindən  neft  və  qaz  tədarükünün  idarə 

edilməsinə  yardım  göstərən  A -nin  texniki  yardım  proqramıdır.  Proqramın  məqsədi 

regional  neft  və  qaz  boru  kəmərləri  sistemlərinin,  infrastrukturunun  bərpa  edilməsi, 

müasirləşdirilməsi üzrə səylərə dəstək göstərilməsindən ibarətdir.  




42 

 

 TRASEKA – “Yeni  pək Yolu” adlandırılan Avropa-Qafqaz-Asiya nəqliyyat 



dəhlizi  Mərkəzi  Asiya,  Qafqaz  və  Avropa  arasında  nəqliyyat  əlaqələrini  inkişaf 

etdirən  proqramdır.  TRASEKA-nın  məqsədi  hazırda  mövcud  olan  yollara  əlavə 

olaraq  Avropadan  Qara  dəniz  və  Qafqaz  vasitəsi  ilə  Mərkəzi  Asiyaya  ən  tez  və  ən 

ucuz  ikitərəfli  yolun  yaradılmasından  ibarətdir.  1998-ci  ildə  TRASEKA  üzrə  Əsas 

Çoxtərəfli  Saziş  imzalanmışdır.  Azərbaycan  bu  layihədə  A -nin  əsas  tərəfdaşıdır. 

2000-ci  ildən  etibarən  TRASEKA  Hökumətlərarası  Komissiyanın  Katibliyi  Bakıda 

yerləşir. 

Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  məlumatına  əsasən, 

2010-cu ilin 9 ayında Azərbaycan Respublikasının Avropa Birliyi ölkələri ilə xarici 

ticarət  dövriyyəsinin  həcmi  8  434,9  mln  ABŞ  dolları,  o  cümlədən  idxalın  həcmi  1 

063,5 mln. ABŞ dolları, ixracın həcmi 7 371,4 mln. ABŞ dolları təşkil etmiş, xarici 

ticarət saldosu isə müsbət 6 307,9 mln. ABŞ dolları olmuşdur. 

2010-cu ilin 9 ayında Avropa Birliyi ölkələrinin Azərbaycan Respublikasının 

xarici  ticarət  dövriyyəsindəki  payı  41,7  %,  o  cümlədən  idxalda  23,4  %,  ixracda  isə 

47,1 % təşkil etmişdir. 

Diaqram II.2. 

 

 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə