Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   2   3   4   5   6   7   8   9   ...   25

 

olmasını  nəzərdə  tutur.  Təcrübədə  isə  real  şərait  əksər  hallarda  tamamilə 



fərqləndiyindən inteqrasiyada iştirak edən dövlətlərdən heç də hamısı eyni dərəcədə 

səmərə  götürə  bilmirlər.  Ticarət  siyasətinin  bir  modeli  kimi  gömrük  birliyinə 

beynəlxalq iqtisadiyyatda birmənalı müsbət hadisə kimi baxmaq olmaz. Azad ticarət 

siyasətindən sonra ikinci elə bir alternativ ticarət siyasəti yoxdur ki, onun beynəlxalq 

rifaha  təsiri  birmənalı  surətdə  müsbət  olsun.  ngilis  iqtisadçısı  C.Mid  tərəfindən 

1955-ci  ildə  irəli  sürülmüş  “ikinci  yaxşı”  ideyası  da  ele  bu  fikrə  əsaslanır.  “ kinci 

yaxşı”  nəzəriyyəsinə  görə,  məcmu  rifahın  birmənalı  surətdə  yüksəlməsinə  aparan 

azad  ticarətdən  başqa,  bu  cür  birmənalı  surətdə  məcmu  rifahın  artımını  təmin  edə 

biləcək heç bir ticarət siyasəti variantı mövcud deyildir.  nteqrasiya ticarət siyasətinin 

ə

n  yaxşı  variantı  olmasa  da,  inteqrasiyanın  çoxsaylı  tədqiqatları  göstərir  ki,  əksər 



hallarda  inkişaf  nəticəsində  meydana  gələn  müsbət  effektlər  mənfi  effektləri 

üstələyir.  

Digər  məktəbin  nümayəndələri  (L.Keohan,  P.Robson,  M.Dyuvatripon  və 

başqaları)  inteqrasiya  prosesində  hakim  mövqe  tutan  amil  kimi  qeyri-iqtisadi 

xarakterli amillərin üstünlüyünü əsas götürmüşlər. Bu konsepsiyaya görə inetqrasiya 

qrupu iştirakçı dövlətlərə daha inamlı müdafiə qabiliyyəti yaratmağa imkan verir ki, 

bu  “elit  qruplara”  daxil  olmaq  milli  qürur  hesab  olunur.  Siyasi  amillərə  üstünlük 

verilməsi, bu amillərin rolunu azaltmadan qeyd etməyə imkan verir ki, ölkələrin bu 

qruplara daxil olmağa can atmasının yeganə səbəbi deyildir.                                                       

Digər  yanaşmaya  görə  isə,  inteqrasiya  olunmuş  sistemlərin    yaradılması, 

ümumi məqsədlərin  müəyənləşdirilməsinə və onlara  nail olmağa imkan verir. Qeyd 

olunur  ki,  inteqrasiya  olunmuş  sistemlər  daxilində  dövlətin  rolunun  artırılması, 

onların  köməkliyi  ilə  ümumi  bazarların  yaradılmasına,  optimal  qərarların  qəbul 

edilməsinə  köməklik  göstərir  ki,  bu  da  əmtəə  istehsalının  səmərəliliyinin  artmasına 

gətirib  çıxarır.  Beləliklə,  onlar  sübut  etməyə  çalışırlar  ki,  inteqrasiya  olunmuş 

dövlətlərin    azad  ticarət  siyasəti  yeritməsindən  həmin  dövlətlərin  gömrük  birlikləri 

siyasətini  yürütməsi  daha  məqsədəuyğundur.  Bu  konsepsiyanı  tənqid  edənlər, 

göstərirlər  ki,  iştirakçı  dövlətlər  öz  ölkələrinin  mənafelərinə  daha  çox  üstünlük 




 

vermələrindən,  öz  ölkələrində  səmərəliliyin  daha  yüksək  olmasına  çalışmalarından, 



belə birliklərdə müəyyən narazılıqlarsız ötüşmək mümkün olmayacaqdır. 

Ümumiyyətlə  regional  iqtisadi  inteqrasiyaya  həsr  edilmiş  çoxlu  sayda 

konsepsiyalar  mövcuddur  ki,  bunların  da  təsnifatını  şərti  olaraq  aşağıdakı  kimi 

vermək olar: 

-

   Bazar konsepsiyasının tərəfdarları iqtisadiyyatın tənzimlənməsində bazarın 



ə

n səmərəli vasitə olması fikrini əsas götürürlər. Buna görə də, inteqrasiyanı bir neçə 

ölkənin  ərazisi  çərçivəsində  vahid  bazar  məkanının  yaradılması  kimi  başa  düşürlər. 

Bu  vəziyyətin  yaranması  üçün  da  xarici  ticarət  və  valyuta  sferalarında  dövlət 

müdaxiləsi  olmamalıdır.  nteqrasiya  blokuna  daxil  olan  ölkələr  arasında  bazar 

subyektlərinin fəaliyyəti üzərindən bütün məhdudiyyətlər götürülməli və nəinki hazır 

məhsul və xidmətlərin, eləcə də istehsal amillərinin blokdaxili sərbəst hərəkəti təmin 

olunmalıdır.  Beynəlxalq  ticarətin  neoklassik  nəzəriyyəsinin  prinsiplərini  rəhbər 

tutmaqla bazar konsepsiyasının tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin 

sərbəst  hərəkətini  təmin  edən  ən  əlverişli  vasitə  kimi  qəbul  edirdilər.  Buna  görə  də 

həmin  istiqamətdə  aparılan  nəzəri  tədqiqatlarda  əsas  mövqe  gömrük  ittifaqı 

konsepsiyasına məxsusdur ki, bunu da C.Vayner hazırlamışdır. 

-

 Bazar institutsional konsepsiya inteqrasiya prosesində bazarın öncül rolunu 



inkar etməməklə yanaşı, həmin prosesin səmərəli gedişi üçün fövqəl hökumət komitə 

və  komissiyaların  yaradılmasını  nəzərdə  tutur.  Blokdaxili  ölkələr  öz  milli 

müstəqilliklərini  saxlamaqla  yanaşı  iqtisadiyyatın  əlaqələndirilmiş  proporsiyalarına 

uyğun  idarəetmə  sferasında  bəzi  səlahiyyətlərini  həmin  qurumlara  həvalə  edirlər. 

Başqa  sözlə,  inteqrasiya  prosesi  nəinki  milli  bazarların  birləşdirilməsinə  gətirib 

çıxarır,  o  həm  də  təsərrüfat  siyasətinin  müxtəlif  cəhətlərinin  dövlətüstü  orqanlar 

tərəfindən  əlaqələndirilməsinə  də  səbəb  olur.  Bazar  institutsional  konsepsiya  bazar 

mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara – 

iqtisadiyyatda durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri 

qalmiş  rayonları  inkişaf  etdirmək,  milli  və  beynəlxalq  korporasiyaların  fəaliyyətini 

tənzimləmək və sairə. 



10 

 

-



  Dirijist  konsepsiyanın  tərəfdarları  kimi  tanınan  tədqiqatçıları  (R.Kuper, 

A.Marşall,  Q.Murdal,  Y.Tinberqen)  neoliberal  cərəyanın  əsası  kimi  istifadə  olunan 

beynəlxalq  ticarətin  neoklassik  nəzəriyyəsinə  kəskin  tənqidi  münasibət  birləşdirir. 

Onların  fikrincə,  birləşmiş,  inteqrasiya  olunmuş  bazarda  mal  və  istehsal  amillərinin 

sərbəst  hərəkəti  inteqrasiya  prosesinin  əsas  hərəkətverici  qüvvəsi  kimi  qəbul  edilə 

bilməz.  Bu  konsepsiyanın  görkəmli  nümayəndələrindən  olan  Q.Murdal  dünya 

bazarının  inkişaf  etməkdə  olan  ölkələrə  mənfi  təsirini  önə  çəkərək  siyasi  amillərin 

inkarına əsaslanan “xalis” iqtisadi nəzəriyyənin əlehinə çıxış etmişdir: “...Milli siyasi 

mənafelər  istehsal  amillərinin  real  surətdə  yerləşməsinə  təsir  göstərə  bilməz.  Bazar 

mexanizminin  tam  sərbəst  fəaliyyəti  şəraitində  bu  hal  regionun  inkişaf  etmiş 

ölkəsinin  surətli  tərəqqisinə  və  digərlərinin  iqtisadi-sosial  vəziyyətinin  pisləşməsinə 

gətirib  çıxaracaqdır”.  Başqa  sözlə  azad  rəqabətə  əsaslanan  birləşmiş  bazar  öz-

özlüyündə  resursların  səmərəli  yerləşdirilməsi  və  tarazlaşdırılmış  inkişafı  üçün 

kifayət deyildir. Bu fikrini davam etdirərək Q.Murdal belə bir nəticəyə gəlir: “...Real 

məzmunlu beynəlxalq inteqrasiya üçün dünya bazarında azad rəqabətin formalaşması 

deyil,  şansların  bərabərliyi  zəruridir  ki,  bu  da  dövlətin  bazar  proseslərinə  aktiv 

müdaxiləsi  olmadan  qeyri-mümkündür”.  Dirijist  konsepsiyanın  digər  nümayəndəsi 

Y.Tinberqen azad rəqabətli bazar mexanizmini həm sosial, həm də iqtisadi nöqteyi-

nəzərdən optimal inkişafa nail olmasının mümkünsüzlüyünü qeyd edərək “pozitiv” və 

“neqativ”  inteqrasiya  terminlərini  iqtisadi  leksikona  daxil  etmişdir.  Onun  fikrincə 

yalnız  məhdudiyyətlərin  ləğvinə  və  bazar  mexanizminin  sərbəst  fəaliyyətinə 

ə

saslanan inteqrasiya neqativ inteqrasiyadır. Tinberqene görə tam iqtisadi inteqrasiya 



yalnız  bloka  daxil  olan  ölkələrin  fövqəlmilli  səviyyədə  iqtisadi  siyasət  ünsürlərinin 

mərkəzləşdirilməsi  sayəsində  mümkündür.  Ən  ümumi  formada  yanaşdıqda,  dirijist 

cərəyanın  neoklassiklərə  münasibətdə  ifrat  sol  mövqe  tutduğunu  görərik.  Belə  ki, 

göstərilən istiqamət inteqrasiyanın subyekti kimi dövlətin özünü ön plana çəkməklə, 

onun  obyektini  son  dərəcə  daraldır.  Yəni  inteqrasiya  prosesi  yalnız  hüquqi 

normativlərə  uyğun  olaraq  dövlətlərarası  əməkdaşlıq  formalarını,  başqa  sözlə 

makrosəviyyəni  əhatə  edir.  Müasir  dövrdə  inkişaf  etmiş  ölkələrin  inteqrasiya 

qruplaşmalarının  təcrübəsi  göstərir  ki,  dirijist  konsepsiyanın  mövqeləri  getdikcə 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə