Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   17   18   19   20   21   22   23   24   25

66 

 

III.3.Azərbaycanın Avropa Birliyinə inteqrasiya strategiyası prioritet istiqamətdir 

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin 

yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın 

prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, 

bu  yöndə  aparılan  bütün  fəaliyyətini  müstəqilliyin  möhkəmləndirilməsi  və 

Azərbaycanın  dünyada  özünütəsdiqinə  nail  olması  bu  gün  hamı  tərəfindən  qəbul 

olunmuş gerçəklikdir. 

XX  əsrin  sonu  -  XXI  əsrin  əvvəlləri  dünya  elmi  ictimaiyyətinin  qlobal 

proseslərə,  onun  mahiyyətinə,  nəzəri  əsaslarına  və  konseptual  modellərinə  get-gedə 

artan  diqqəti  ilə  müşayiət  olunmuşdur.  Müasir  dünyada  bütün  ölkələri  əhatə  edən 

inteqrasiya  fenomeni,  onun  suveren  milli  dövlətə  təsirinin  nəticələri,  yaxın  və  uzaq 

ölkələrlə əməkdaşlığın qarşılıqlı faydalı modellərinin axtarışı bu proseslərin obyektiv 

elmi  əsaslarının,  hərtərəfli  konsepsiyasının  müəyyənləşdirilməsinə  böyük  ehtiyac 

yaratmışdır. 

Ölkə prezidenti  lham Əliyev demişdir: “Azərbaycanın beynəlxalq mövqeləri 

mökəmlənir, beynəlxalq imici güclənir. Azərbaycan etibarlı tərəfdaş, dost ölkə kimi 

beynəlxalq təşkilatlarda və dünyada öz yerini möhkəmləndirir.” 

Azərbaycan  dövlətinin  Avropaya  və  Avrasiyaya  inteqrasiyasının  siyasi 

prinsip  və  əsasları  ulu  öndərin  alternativi  olmayan  qalibiyyət  kursunun  ayrılmaz 

tərkib hissəsidir. Heydər Əliyevin inteqrasiya xəttinin siyasi, iqtisadi, mədəni, sosial, 

hüquqi aspektlərinin kompleks elmi təhlili, onun dövlətçiliyin möhkəmləndirilməsinə 

xidmət  edən  optimal  əməkdaşlıq  modelinin  hərtərəfli  dərk  edilməsi  mühüm 

vəzifələrindən biridir. 

Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, 

qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün əlverişli və sərfəli 

olan ən optimal modellərini müəyyənləşdirən ulu öndərin siyasi irsinin geniş tədqiqi 

daim dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları kontekstində daha 

da  aktuallıq  kəsb  edir.  Postsovet  məkanında  inteqrasiya  proseslərinin  spesifikası, 

ikitərəfli  və  çoxtərəfli  əməkdaşlığın,  regional  inteqrasiyanın  intensivləşməsi  ulu 

öndərin  siyasi  irsinin  Azərbaycan  və  dünya  ölkələri  arasında  münasibətlərin 



67 

 

təkmilləşməsi  baxımından  yenidən  dərin  təhlilini  gündəmə  gətirir.  Dövlət 



müstəqilliyinin  ilk  illərindən  etibarən  dünya  birliyinə  inteqrasiya  istiqamətində 

kompleks  tədbirlər  həyata  keçirən  ümummilli  lider  Heydər  Əliyevin  məqsədyönlü 

siyasətinin  prinsipial  məqamları  Azərbaycan  üçün  böyük  nəzəri-təcrübi  əhəmiyyətə 

malikdir. 

Müasir  dövrdə  siyasi  və  iqtisadi  inteqrasiya  prosesləri,  dövlətlərin  regional 

birlik və ittifaqlarının formalaşması geniş vüsət almışdır. Bunun ən parlaq nümunəsi 

Avropa  Birliyidir.  Avropada  inteqrasiya  məsələsinin  dünya  dövlətləri  arasında 

çoxtərəfli əməkdaşlığın optimal forması olduğunu bu quruma üzv olmaq istəyənlərin 

sayının artması da sübut edir. Siyasi inteqrasiyanın Avropa modelinə bütün dünyada 

müşahidə  olunan  maraq,  bu  proseslərin  nəinki  sadəcə  şərhini,  həm  də  dərin  elmi-

konseptual əsaslarının tətbiqini gündəmə gətirir. 

Ə

vvəla,  ona  görə  ki,  kinci  Dünya  müharibəsindən  sonra  Qərbi  Avropada 



meydana  gələn  inteqrasyia  prosesləri  XX  əsrin  sonlarına  doğru,  müasir  dünyanın 

ə

ksər  bölgələrinə  yayılmağa  başlamışdır  və  hazırda  dünya  inkişafının  səciyyəvi 



cəhətlərindən  birini  təşkil  edir.  Bu  proseslərin  dərinləşməsi  nəinki  müasir  dövrdə 

elmin  mühüm  vəzifələrindən  birinə  çevrilir,  həm  də  dünya  ölkələrinin  XX  əsrdə 

təkamül proseslərinin ümumi qanunauyğunluqlarını anlamağa kömək edir. 

kincisi,  bu  gün  Azərbaycan  dövləti  dünya  birliyinə  inteqrasiyanı  milli 

inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Yeni dünya düzənində öz yeri və 

rolunu müəyyən etməyə səylə çalışır. Azərbaycan XXI əsrdə dünya iqtisadiyyatı və 

siyasətində özünün optimal təsərrüfatlarını müəyyənləşdirmək istiqamətində intensiv 

siyasi təlimini ardıcıl həyata keçirir. 

Ölkəmizdə  dövlətin  xarici  siyasətinin  ən  mühüm  istiqamətlərindən  birini, 

ş

übhəsiz  ki,  Avropa  ilə  əməkdaşlıq  təşkil  edir.  Bu  məkanda  unikal  dövlətlərarası 



inteqrasiya modeli - Avropa Birliyi təşəkkül tapmışdır. 

Üçüncüsü, Azərbaycan həm qlobal, həm də regional iqteqrasiyanın çoxşaxəli 

şə

bəkəsində  yaxından  iştirak  etməyə  çalışır.  Bu  baxımdan  beynəlxalq  təcrübənin 



öyrənilməsi, xüsusilə də inteqrasiyanın Avropa modeli öz zənginliyi və çox maraqlı 

xüsusiyyəti ilə diqqəti cəlb edir. 




68 

 

nteqrasiya prosesləri ən müxtəlif səpkilərdə - siyasi, iqtisadi, mədəni və digər 



cəhətlərdən  tədqiqatçılar  tərəfindən  öyrənilir.  Keçən  onilliklər  ərzində  inteqrasiyaya 

münasibətdə çoxlu baxışlar, mövqelər formalaşmışdır. Bunların sistemləşdirilməsi və 

ümumiləşdirilməsi 

inteqrasiya 

proseslərinin 

nəzəri-konseptual 

ə

saslarının 



müəyyənləşdirilməsi vəzifəsinə daxildir. 

Digər  tərəfdən,  bu  illər  ərzində  inteqrasiyanın  dinamik  inkişafı  ilə  əlaqədar 

onun  praktiki,  real  tərəfinə  dair  faktiki  materiallarla  nəzəri  təhlili  arasında  bir  növ 

uçurum formalaşdırılmışdır. 

Müasir dünyanın regional və qlobal inteqrasiya proseslərinin yeni konseptual 

səviyyədə  təhlilinin  zəruriliyi,  hesab  edirik  ki,  ən  azı  iki  müntəzəm  şərt  üzərində 

qurulmalıdır: 

1.  ctimai inkişaf fasiləsiz, dinamik, obyektiv-tarixi prosesdir; 

2.  nteqrasiya ümumi sivilizasion, sosial-siyasi, iqtisadi, geosiyasi, mədəni və 

digər çoxçalarlı faktların qarşılıqlı təsiri nəticəsində inkişaf edir. 

nteqrasiya  proseslərinin  istər  qlobal,  regional,  istərsə  də  lokal  aspektlərinin 

təhlili  göstərir  ki,  burada  hər  üç  səviyyənin  əlaqələndirilməsi,  ortaya  çıxan 

problemlərin beynəlxalq hüquq və münasibətlər çərçivəsində həlli konsepsiyasının və 

mexanizminin müəyyənləşdirilməsi gündəmdə duran ən mühüm problemdir. 

Avropa  daxili  inteqrasiya  ilə  Avropa  məkanına  inteqrasiya  səviyyələri 

arasında  fərqlər,  problemlər  təbii  ki,  olmamış  deyil.  Məhz  bu  məqamda 

inteqrasiyanın  konseptual  əsası  ola  biləcək  müddəaların  müəyyənləşdirilməsi 

önəmlidir. 

Konseptual baxımdan, “Avropada siyasi inteqrasiya təcrübəsinin hansı prinsip 

və cəhətlərindən bəhrələnmək olar” sualına belə cavab vermək olar: 

Ə

vvəla,  Avropada  inteqrasiya  proseslərinin  universal  və  spesifik  cəhətlərini 



ayırd etmək lazımdır. Birincisi, tarixin bütün mərhələlərində, istənilən ölkədə özünü 

göstərən  ümumi  inkişaf  qanunauyğunluqlarını  ifadə  edir.  kinci  aspekt  isə  hər  bir 

ölkənin  reallığına  xas  olan  konkret  xüsusiyyətləri  nəzərə  almağı  tələb  edir.  Avropa 

inteqrasiyasının təcrübəsində universal məqam öyrənilə və tətbiq edilə bilər. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə