Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   17   18   19   20   21   22   23   24   25

69 

 

kincisi,  Avropada  siyasi  inteqrasiya  prosesləri  bir  neçə  mərhələdən 



keçmişdir.  lk əvvəl bu proseslərin gedişində ən zəruri məsələlərin həlli önə çəkilmiş, 

beynəlxalq  siyasi  və  hüquqi  münasibətlərin  ümumi  əsasları  müəyyən  edilmiş, 

inteqrasiyanın ilkin bazası təmin edilmişdir. 

Belə yanaşıldıqda Avropada inteqrasiyanın prinsip və normalarının universal 

səviyyəsi aydın nəzərə çarpır. Bu norma və prinsiplər dünya dövlətləri tərəfindən son 

yarım  əsrdə  formalaşdırılmış,  demək  olar  ki,  bütün  dövlətlər  tərəfindən  qəbul 

edilmişdir. 

Yalnız  iqtisadi  amilə,  iqtisadi  fayda  və  marağa  üstünlük  verilməsi, 

inteqrasiyadan  irəli  gələn  obyektiv  və  subyektiv  meyillərin  beynəlxalq  miqyasda 

tənzimlənməsinin  arxa  plana  keçirilməsi  bütün  səyləri  təhlükə  altına  alan,  qlobal 

sabitliyi pozan vəziyyətin yaranmasına səbəb ola bilər. 

nteqrasiya  müasir  dövrün  obyektiv,  labüd  xarakterli  inkişaf  meyillərindən 

biridir. Belə qlobal xarakterli prosesə qoşulan hər hansı bir dünya dövləti ilk növbədə 

təbii  ki,  müstəqil,  suveren  respublika  olmalıdır.  Azərbaycanın  məhz  bu  cür  başa 

düşülən inteqrasiya münasibətlərinə qoşulması, dünyanın siyasi xəritəsində müstəqil 

dövlət kimi öz adını əbədi həkk etməsindən, buna ümummilli lider Heydər Əliyevin 

tarixi  xidmətləri  sayəsində  qlobal  cəmiyyətin  bərabərhüquqlu  subyekti  statusunu 

aldıqdan  sonra  mümkün  olmuşdur.  Suveren  Azərbaycan  dövlətinin  dünya  birliyinə 

strateji  inteqrasiya  kursunun  müəyyənləşdirilməsi,  ən  qısa  zamanda  həyata 

keçirilməsi  və  bu  sahədə  bütün  dünya  tərəfindən  etiraf  edilən  tarixi  uğurların 

qazanılması  -  bütün  bunlar  o  qədər  möhtəşəm,  misilsiz  xarakterli  proseslərdir  ki, 

onların  təhlili,  dərk  olunması,  milli  dövlətin  dünyada  inteqrasiyasının  ulu  öndər 

Heydər  Əliyev  tərəfindən  həyata  keçirilməsi,  strateji  xəttinin  özünəməxsus 

cəhətlərinin  aşkar  edilməsi  və  təbliği  hələ  uzun  müddət  tədqiqatların  mövzusunu 

təşkil edəcəkdir. 

Azərbaycanın  beynəlxalq  aləmlə  münasibətlərinin,  dünyanın  müstəqil 

dövlətlər ailəsinə inteqrasiyasının aparıcı istiqamətlərini, milli maraqlara xidmət edən 

suveren  inkişaf  yolunu  müəyyənləşdirərkən  ümummilli  lidierin  hansı  prinsiplərə, 

ə

məkdaşlığın  hansı  forma  və  mexanizmlərinə,  inteqrasiyanın  mövcud  olan  nə  kimi 




70 

 

nəzəri  və  praktiki  modellərinə  üstünlük  verməsi,  onun  alternativi  olmayan  siyasi 



kursunda inteqrasiya  amilinin  yeri və  rolu,  dünya  siyasəti  üçün  nümunə ola biləcək 

xüsusiyyətləri - bütün bunlar politologiya elmimizdə, ictimai elmin başqa sahələrində 

də öz dərin təhlilini və təbliğini gözləyən məsələlərindəndir. 

Ulu öndərin inteqrasiya  xəttinin  real nəticələrlə,  möhtəşəm  uğurlarla  bu gün 

daha yüksək səviyyədə davam etdirilməsini təmin edən amillər ölkəmizin dünyada və 

regionda inkişaf və inteqrasiya proseslərinin şəksiz liderinə çevrilməsi kimi danılmaz 

fakt kontekstində geniş araşdırılmasına böyük ehtiyac vardır. 

Akademik  Ramiz  Mehdiyev  yazır:  “Heydər  Əliyevin  ölkənin  mənafeyinə 

xidmət  edən,  dövlətin  strateji  maraqları  üzərində  qurulmuş,  hərtərəfli  düşünülmüş, 

özünün vəzifə və prinsipləri ilə seçilən bitkin, ardıcıl siyasəti bütün istiqamətlərdə bu 

gün  də  özünü  doğrultmaqdadır.  Azərbaycanın  dünya  birliyinə  inteqrasiyası  üçün 

apardığı  çoxşaxəli  fəal  xarici  siyasətin  nəticəsidir  ki,  indi  ölkəmiz  dünyada  gedən 

siyasi  proseslərdə  özünə  layiqli  yer  tutmuş,  nüfuzlu  mövqe  qazanmış,  bütün 

dövlətlərlə  bərabərhüquqlu  və  qarşılıqlı  faydalı  əməkdaşlığa  nail  olmuşdur. 

Qloballaşma  dövründə  biz  inteqrasiyanın  əlverişli  meyillərindən  istifadə  etməli, 

ardıcıl  siyasət  yeritməliyik.  Dövlətlərarası  inteqrasiya  məkanına,  ölkəmizin 

inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının 

təkmilləşməsinə  kömək  edən  bütün  qüvvələri  səfərbər  etməklə  daxil  olmalıyıq.  Bu 

gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq 

qurumlarının diqqətini bizə yönəltmişdir”.  

Siyasi  inteqrasiya  iki  və  ya  daha  çox  siyasi  subyektin  qarşılıqlı  əlaqə  və 

ə

məkdaşlığı  genişləndirməsi,  intensivləşdirməsi  prosesidir.  nteqrativ  prosesin  son 



nəticəsi bir arzu olaraq, yaxud da məntiqi olaraq siyasi birlik, ittifaq və başqa şəkildə 

təşkilatlanmadır.  Siyasi  inteqrasiya  prosesi  birgə  qərarların  qəbul  edilməsi  üçün 

formal, yaxud da qeyri-formal təşkilatların mövcudluğunu tələb edir. Bundan əlavə, 

inteqrasiya siyasi subyektlər arasında daha sıx əməkdaşlığın qurulmasını, ən başlıcası 

isə ümumi maraq və dəyərlərdən çıxış edilməsini nəzərdə tutur. 

nteqrasiyanı  həm  proses,  həm  də  vəziyyət  kimi  səciyyələndirilən  baxışlar 

mövcuddur.  Siyasi  inteqrasiyanın  əsas  əlaməti,  onun  iştirakçısı  olan  dövlətlərin 



71 

 

qarşılıqlı  münasibətlərdə  məsuliyyət  daşıdıqlarını,  baş  verən  hər  hansı  münaqişəli 



vəziyyəti sülh yolu ilə həll etməyi nəzərdə tutur. Belə götürüldükdə inteqrasiya həm 

proses, həm də vəziyyət kimi mövcud olur.  nteqrasiya həm dünya təcrübəsi, həm də 

proses  kimi  fərqli  təhlil,  müxtəlif  rakurslardan  nəzər  salmağı  tələb  edir.  Konkret 

müddəalara  gəldikdə  isə,  aşağıdakıların  diqqət  mərkəzində  saxlanılması  vacibdir: 

inteqrativ  təsisat  kimi  Avropanın  təməlində  duran  prinsiplər  və  dövlətlərarası 

münasibətin normaları; 

 inteqrasiyanın strateji oriyentirləri; 

 inteqrasiyanın  institusional  və  konstitusional  əsasları,  qərarların  qəbul 

edilmə mexanizmi və reallaşdırılması üsulları; 

 inteqrasiya siyasətinin başlıca istiqamətləri və sahələri; 

 bazar  iqtisadiyyatı  subyektlərinin  inteqrasiya  prosesində  davranışının 

ümumi mexanizmləri; 

  nteqrasiyanın ictimai-siyasi, sosial mədəni bazası; 

 ictimai rəyin və sosial təşəbbüsün səfərbər edilməsi üsulları. 

Azərbaycan Respublikasının Prezidenti  lham Əliyev, 2004-cü il mart ayının 

19-da  Slovakiyada  “Genişlənən  Avropaya  doğru:  günün  yeni  mövzusu  adlı 

beynəlxalq  konfransdakı  çıxışında  qeyd  etmişdir:  “Yeni  layihələr  və  əməkdaşlıq 

proqramları, milyardlarla dollar dəyərə malik olub müstəqil ölkələrin həm bir-biri ilə, 

həm də bütövlükdə dünya məkanı ilə daha sıx əlaqələr qurmasına şərait yaradacaqdır. 

Bu  bizim  istəyimiz  və  strateji  məqsədimizdir.  Azərbaycan  öz  gələcəyini  dünya 

məkanına  daha  geniş  inteqrasiya  edilməsində  görür.  Biz  bu  istiqamətdə  həlledici 

addımlar  atırıq  və  mən  Avropa  və  beynəlxalq  strukturlarla  əlaqələrin  daha  da 

möhkəmlənəcəyinə əminəm”. 

Ümummilli  lider  Heydər  Əliyevin  başçılığı  ilə  xarici  siyasətimizdə  əldə 

olunan  uğurlardan  ən  böyüyü  beynəlxalq  ictimai  rəyin  Azərbaycanın  xeyrinə 

dəyişdirilməsi,  Ermənistanın  işğalçı  dövlət  kimi  rəsmi  sənədlərdə  tanıdılması  və 

dünya  birliyini  Azərbaycanın  milli  maraqlarına,  ərazi  bütövlüyünə  və  müstəqil 

siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olmuşdur. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə