Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   17   18   19   20   21   22   23   24   25

60 

 

Bəzi  iqtisadçılar  qeyd  edirlər  ki,  Assosiasiya  Sazişi  Azərbaycanın  Avropa 



Birliyi  ilə  münasibətlərinin  daha  da  dərinləşməsi,  gücləndirilməsi  işində  növbəti  və 

mühüm  addımdır.  1995-ci  ildə  Azərbaycanla  Avropa  Birliyi  tərəfdaşlıq  və 

ə

məkdaşlıq  haqqında  saziş  hazırlanmışdı.    “Saziş  siyasi  təhlükəsizlik  dialoqunun 



aparılması,  daha  yüksək  səviyyədə  iqtisadiyyatın  inteqrasiyası  və  sair  məsələləri 

nəzərdə  tutur.  Artıq  Azərbaycanın  iqtisadi  qanunvericiliyinin  Avropa  Birliyinin 

qanunvericiliyinə uyğunlaşdırılmasına baxılır, lazımi işlər görülür. Şübhəsiz ki, bütün 

sahələrdə  də  və  bu  sazişdə  də  Azərbaycan  qanunvericiliyinin  Avropa  Birliyinin 

qanunvericiliyinə uyğunlaşdırılması məsələsi duracaq”.  

Azərbaycanın  strateji  seçim  qarşısında  olduğu  danılmazdır.  Azərbaycan 

“nüvəsi  Rusiya  olan  Gömrük  ttifaqı,  Avrasiya  qtisadi  Şurasına,  yaxud  Avropa 

Birliyinə inteqrasiya xətti ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiativ birlik və Azad 

Ticarət Zonasınana üstünlük verəcək” sualı ilə üz- üzədir. Bu iki güc mərkəzini ona 

görə xüsusilə qeyd etdik ki, Azərbaycana təklif olunan başqa alternativ yoxdur. Ona 

görə də Azərbaycan özünün gələcək strateji inkişaf və təhlükəsizliyini nəzərə alaraq 

bu güc mərkəzlərindən birinə ciddi mənada inteqrasiya etməlidir. Bu isə Azərbaycan 

üçün taleyüklü məsələ olduğundan güc mərkəzləri ilə əməkdaşlıq bütün parametrlər 

üzrə ciddi təhlil olunmalı və risk faktorları nəzərə alınmaqla qərar verilməlidir.  

Rusiyanın dirçəliş dövrü təxminən 2001-ci ilə təsadüf edir. Bunadək Rusiyada 

daxili  münaqişələr,  dövlət  hakimiyyətində  boşluq  və  s.  kimi  məsələlər  baş  alıb 

gedirdi.  Rusiyada  Putin  erasının başlanması  ilə qısa  müddət ərzində  daxili stabilliyi 

və  dövlət  hakimiyyətini  möhkəmlətmək  mümkün  oldu.  Regionda  və  dünyada 

itirilməkdə olan nüfuzunu, təsirini qaytarmağa start verdi.  

Bu o vaxta təsadüf edirdi ki, Qərb, xüsusilə də ABŞ böyük sürətli Rusiyanın 

ə

nənəvi  təsir  dairəsində  olan  regionlara  böyük  ölçüdə  nüfuz  edə  bilmişdi.  Təbii  ki, 



belə bir vəziyyət heç bir halda Rusiyanı razı sala bilməzdi. Təəssüf ki, düşmüş olduğu 

situasiyadan  çıxmaq  və  öz  nüfuzunu  qaytarmaq  naminə  Rusiya  müasir  dünyanın 

qəbul  etdiyi  metodlardan  deyil,  özünün  ənənəvi  yanaşmalarına  üstünlük  verməyə 

başladı.  Bunlar  Qərbə  inteqrasiya  xətti götürən  region  ölkələrinə  müxtəlif təzyiqlər, 

iqtisadi  -  tranzit  və  enerji  layihələrinə  maneçilik  törətmək  və  s.  ibarət  idi.  Ancaq 



61 

 

müasir  dünyada  demokratik  dünya  birliyinin  üzvü  kimi  onunla  eyni  hüquqa  malik 



dövlətlərə,  öz  inkişaf  yolunu  sərbəst  seçmək  haqqına  sahib  olan  xalqlara  bu  və  ya 

digər formada təzyiq etmək yolverilməzdir. Adətən bu cür metodlar əks effekt verir.  

Rusiyanın  ABŞ  və  Avropa  ilə  rəqabət  aparmaq,  özünün  ənənəvi  nüfuz 

dairəsində  olan  regionlarda  onların  təsirini  azaltmaq  və  eyni  zamanda  öz  nüfuzunu 

artırmaq  məqsədi  ilə  son  dövrlər  daha  da  aktivləşdiyinin  şahidi  oluruq.  Rusiyanın 

Avropa  ttifaqına  alternativ  olaraq  Avrasiya  Birliyi  və  MDB  çərçivəsində  Gömrük 

ttifaqı kimi birliklər yaratması da bunun bariz nümunəsi hesab oluna bilər. Əslində 

bu  ideya  Rusiyanın  ayaqda  durmasını  təmin  etmək  və  gələcəyə  daşımaq  xarakteri 

daşıyır.  Təbii  ki,  çevrə  ölkələrin  hesabına.  Amma  MDB  dövlətləri  də  bu  gerçəyi 

bildiklərindən Gömrük  ttifaqına qoşulmağa o qədər də həvəsli görünmürlər. Bunun 

isə  obyektiv  və  subyektiv  səbəbləri  var.  Bu  addımlar  bir  daha  Rusiyanın  özünü 

dünyanın  sıradan  bir  dövləti  kimi  deyil,  fövqəldövlət  qismində  gördüyünü,  eyni 

zamanda  imperiya  ambisiyalarından  əl  çəkmədiyini  göstərir.  Lakin  burada  diqqəti 

çəkən  bir  məqam  var.  Maraqlıdır  ki,  MDB-yə  daxil  olan  bir  çox  ölkələrin  Avropa 

Birliyinə  daxil  olmaqdan  ötrü  ortaya  böyük  cəhdlər  qoyduğu  halda  Rusiyanın 

öndərliyində yaradılan Avrasiya Birliyi, Gömrük  ttifaqı kimi qurumlara üzv olmaqda 

tərəddüd  edilir...  Təbii  ki,  bu  da  səbbəsiz  deyil.  Çünki  Avropa  ttifaqına  daxil  olan 

dövlətlər  iqtisadi  cəhətdən  xeyli  üstünlüklər  əldə  etmiş  olurlar.  Düzdür,  Avropa 

ttifaqına  daxil  olmaq  üçün  çoxsaylı  kriteriyalar  da  vardır  ki,  üzv  olmaq  istəyən 

dövlətlər bunları qəbul etmək məcburiyyətindədirlər. Ancaq bu kriteriyalar da nəticə 

etibarilə  ölkələrin  strateji  inkişaf  xəttinə  müsbət  təsir  edəcəyi  üçün  onları 

reallaşdırmağa  canla,  başla  razılıq  verirlər.  Lakin  Gömrük  ttifaqı  və  Avrasiya 

Birliyinə könüllü daxil olmaq istəyən dövlətlərin sayı çox deyil. Müqayisələr göstərir 

ki,  iqtisadi  potensial  baxımından  Gömrük  ttifaqının  Avropa  ttifaqı  ilə  rəqabət 

aparması reallıqdan uzaqdır. Hesablamalara görə, əgər MDB üzvü olan bütün ölkələr 

bu  ittifaqa  qoşulsa  o  zaman  Gömrük  ttifaqı  dünya  üzrə  Umumi  Daxili  Məhsulun 

cəmi  4  fazini  təşkil  edəcək.  Avropa  ttifaqında  isə  bu  göstərici  26  fazidir.  Üstəlik, 

Avropa  ttifaqı  vahid  bazar  prinsipi  əsasında  fəaliyyət  göstərdiyi  halda,  Gömrük 

ttifaqında  bunu  tətbiq  etmək  mümkün  deyil.  ttifaqa  üzv  ölkələrin  heç  də  hamısı 



62 

 

Ümumdünya  Ticarət  Təşkilatının  üzvü  deyil,  onların  ticari  qaydaları 



uyğunlaşdırılmayıb.  

Reallıq  ondan  ibarətdir  ki,  Azərbaycanın  Qərb  ölkələri  ilə  iqtisadi 

münasibətləri üstünlük təşkil edir. Əgər Azərbaycana idxal olunan məhsulların yalnız 

15  faizi  MDB  ölkələrinin  payına  düşürsə,  qalan  85  faizi  Qərb  və  Asiya  ölkələrinə 

aiddir.  xrac olunan məhsullarda da vəziyyət eynidir.  xracımızı isə əsasən neft təşkil 

edir ki, burda onların payı 90 fazidən yuxarıdır. Təbii ki, bunun da bazarı MDB deyil. 

Bizim ixracın strukturunda da MDB ölkələrinin payı cəmi 6-7 faizdir.  

Təhlillər  göstərir  ki,  dəyər  baxımından  Gömrük  ttifaqı  üzv  ölkələrin  ixrac 

imkanlarının  artmasına  səbəb  olmayacaq.  O  baxımdan  bu  ittifaq  ən  yaxşı  halda 

regional  qurum  kimi  iqtisadi  deyil,  daha  çox  siyasi  vasitə  olacaq.  Bütün  bu 

deyilənlərin  fonunda  Gömrük  ttifaqı  ilə  bağlı  Azərbaycan  Prezidentinin  Rusiya 

televiziyasına  açıqlamasını  qeyd  etmək    istəyirəm:  “Biz  Gömrük  ttifaqı  və  Vahid 

qtisadi Məkana qoşulmağımızda hələlik elə bir xeyir görmürük. Bizim kifayət qədər 

valyuta  və  zəngin  təbii  ehtiyatlarımız  var.  Əgər  biz  bunun  real  perspektivlərini 

görsək, onda əlbəttə ki, hər hansı birliyə daxil olarıq. Bu planda bizim üçün heç bir 

qadağa, tabu yoxdur”. 

Azərbaycan  prinsipial  olaraq  Dağlıq  Qarabağ  münaqişəsi  ədalətli  həll 

olmayanadək  Ermənistanla  bir  qurumda  olmayacağını  elan  edib.  Kollektiv 

Təhlükəsizlik  Müqaviləsi  Təşkilatına  üzv  olmamağımız  da  məhz  bu  prinsipial 

mövqeyə əsaslanır. Bütün bunlara rəğmən, Azərbaycan bu qurumlara üzv olsa belə, 

Qarabağ  probleminin  ədalətli  həll  olacağını  düşünmək  sadəlöhvlük  olardı.  Çünki 

region  uğrunda  rəqabət  güc  mərkəzlərindən  birinin  xeyrinə  nəticələnməyənə  qədər 

Cənubi  Qafqazda  mövcud  olan  Dağlıq  Qarabağ,  Abxaziya  və  Osetiya  kimi 

münaqişələr  Rusiyanın  əlində  Azərbaycan,  Gürcüstan  və  Ermənistana  təzyiq 

mexanizmləri kimi qalmaqda davam edəcək.  

Bir başqa məsələ qurumlara üzvlüklə bağlıdır. Bu bir gerçəkdir ki, hər hansı 

ittifaqa  üzv  olan  ölkə  öz  müstəqilliyinin  bir  hissəsindən  vaz  keçmək 

məcburiyyətindədir.  Ancaq  söhbət  Rusiyadan  gedəndə  vəziyyət  tamamilə  dəyişir. 

Avropa dəyərlərindən fərqli olaraq Rusiya dəyərləri özünün nüvəsini təşkil etmədiyi 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə