Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   17   18   19   20   21   22   23   24   25

57 

 

Şə



rq  Tərəfdaşlığı  Avropa  ttifaqı  və  Şərq  tərəfdaş  ölkələri  arasında 

münasibətlərin  daha  yüksək  səviyyəyə  qaldırılması,  mövcud  əməkdaşlığın  ikitərəfli 

və  çoxtərəfli  formatda  davam  etdirilərək  genişləndirilməsini  nəzərdə  tutur.  Belə  ki, 

Avropa  ttifaqı  və  hər  bir  tərəfdaş  ölkə  arasında  daha  sıx  əlaqələrin  yaradılması 

məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri 

ə

vəzinə  yeni,  Assosiasiya  Sazişlərinin  imzalanması,  tərəfdaş  ölkənin  Ümumdünya 



Ticarət  Təşkilatına  üzv  olduğu  təqdirdə  onunla  dərin  və  müfəssəl  azad  ticarət 

zonasının  yaradılması,  həmçinin  vizaların  tədricən  liberallaşdırılması,  tərəfdaş 

ölkələrin  və  Avropa  ttifaqının  enerji  təhlükəsizliyinin  gücləndirilməsi  məqsədilə 

daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır. 

Avropa  ttifaqı  ilə  əlaqələrin  genişləndirilməsi  baxımından  Azərbaycan 

Prezidenti  lham  Əliyevin  2009-cu  il  aprelin  28-29-da  Belçika  Krallığına  işgüzar 

səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Avropa Komissiyasının sədri Joze 

Manuel Barrozu ilə görüşündə dövlət başçısı  lham Əliyev Avropa  ttifaqı ilə ölkəmiz 

arasında  əlaqələrin  müxtəlif  sahələr  üzrə  uğurla  inkişaf  etdiyini  diqqətə  çatdıraraq 

Azərbaycanın  Avropaya  inteqrasiyasının  bundan  sonra  da  davam  etdiriləcəyini 

bildirdi. 

Dövlət  başçısı  lham  Əliyevin  Avropa  ttifaqı  Nazirlər  Şurasının  Baş  katibi, 

xarici  siyasət  və  təhlükəsizlik  siyasəti  üzrə  ali  nümayəndəsi  Xavyer  Solana  ilə 

keçirdiyi  görüşdə  Avropa  ttifaqı  ilə  ölkəmiz  arasında  əlaqələrin  qarşılıqlı  şəkildə 

faydalı  olduğunu  və  “Şərq  tərəfdaşlığı”  proqramı  çərçivəsində  yaranacaq  yeni 

formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini bəyan etdi. 

2009-cu  il  mayın  7-də  Praqada  Avropa  ttifaqının  “Şərq  tərəfdaşlığı” 

Sammitində iştirak edən Prezident  lham Əliyev bu proqramın Azərbaycanın Avropa 

ttifaqı  ilə  əlaqələrinin  daha  da  yaxınlaşmasına  və  genişlənməsinə  təkan  verəcəyini 

qeyd  edərək,  ölkəmizin  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  olunmasında 

ə

həmiyyətli rol oynadığını diqqətə çatdırdı. Mayın 8-də Praqada “Cənub dəhlizi-Yeni 



pək  yolu”  Sammitində  dövlət  başçısı  lham  Əliyev  Azərbaycanın  təşəbbüsü  və 

iştirakı  ilə  qlobal  enerji  layihələrinin,  neft  boru  kəmərlərinin,  sonra  isə  qaz 

kəmərlərinin  inşasının  uzaqgörən  bir  strategiya  olduğunu  və  ölkəmizdən  müxtəlif 



58 

 

istiqamətlərdə  neft-qaz  kəmərlərinin  fəaliyyət  göstərməsini  çoxşaxəliliyin  təmin 



olunmasına töhfə kimi qiymətləndirdi. 

 Avropa  ttifaqı  o  cümlədən,  Avropa  Parlamenti  də  Cənubi  Qafqazda 

təhlüksizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir. Belə ki, 2010-cu il mayın 

20-də  Avropa  Parlamenti  Avropa  ttifaqının  Cənubi  Qafqaz  strategiyasına  dair 

qətnamə  qəbul  etmişdir.  Qətnamədə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  nizamlanması  məsələlərinə  xüsusi  yer  verilmişdir.  Avropa 

Parlamentinin  Dağlıq  Qarabağa   dair  qəbul  etdiyi  qətnamədə  birmənalı  şəkildə 

göstərilir  ki,  Azərbaycan  torpaqları  işğal  altındadır.  Sənəddə  Avropa  ttifaqının 

Azərbaycanın  ərazi  bütövlüyünü  tanıdığı  və  Dağlıq  Qarabağ  probleminin  tezliklə 

beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasına tərəfdar olduğu öz əksini 

tapmışdır. 

Bununla  yanaşı,  sənəddə  Avropanın  enerji  təhlükəsizliyi  baxımından 

Azərbaycanın Avropa  ttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirilmiş və ölkəmizin  

enerji  resurslarının  Avropa  ölkələri  üçün  böyük  əhəmiyyət  kəsb  etdiyi  xüsusi  qeyd 

edilmişdir. 

2011-ci  il  yanvarın  13-də  Avropa  Komissiyasının  prezidenti  Xose  Manuel 

Barrozunun  Azərbaycana  səfəri  zamanı  bir  sıra  mühüm  sənədlərin  imzalanması 

ikitərəfli  əməkdaşlığın  genişləndirilməsi  istiqamətində  atılan  mühüm  addım  oldu. 

Azərbaycan  Respublikasının  Prezidenti  lham  Əliyev  və  Avropa  Komissiyasının 

sədri  Xose  Manuel  Barrozu  tərəfindən  “Cənub  qaz  dəhlizi  haqqında  Birgə 

Bəyannamə”  imzalandı.  Bununla  yanaşı,  “Azərbaycan  Respublikası  və  Avropa 

Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli  ndikativ Proqrama dair Anlaşma 

 memorandumu”  və  “Azərbaycan  Respublikası  və  Avropa  Komissiyası  arasında 

hərtərəfli  institusional  quruculuq  proqramının  çərçivə  sənədi  üzrə  Anlaşma 

memorandumu”nun  imzalanması  ölkəmizin  Avropa  ttifaqı  ilə  əlaqələrinin  müxtəlif 

sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. 



59 

 

III.2.Azərbaycanla Avropa Birliyi arasında iqtisadi əməkdaşğın hüquqi bazasının 



perspektivləri 

Müasir  dünyada  gedən  inteqrasiya  prosesləri  bütün  ölkələri,  Yer  kürəsinin 

bütün qitələrini əhatə edir.  nteqrasiyanın bir çox tədqiqatçıları onun yalnız zamanın 

tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Regional və 

qlobal əməkdaşlığın intensivləşməsi meyillərini Asiyada da, Afrikada da, Amerikada 

da  müşahidə  etmək  olar.  Lakin  ən  aşkar  və  əyani  inteqrasiya  nümunəsini,  gerçək 

tədqiqini  tapmış  inteqrasiya  modelini,  əlbəttə  ki,  hələlik  yalnız  Qərbi  Avropanın 

timsalında  tam  mənzərəsi  ilə  görmək  olar.  Son  əlli  ildə  dünya  birliyinin  bütün 

dövlətlərinə nüfuz edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əlli il əvvəl təsəvvürə 

belə gəlməyən nəticələrinə, bəhrəsinə məhz bu məkanda nail olunmuşdur. 

nteqrasiya  suveren  dövlətlərin  daxili  və  xarici  siyasətinə  korrektivlər  edən, 

xalqların  taleyində  dönüş  nöqtələrinə  təkan  verən  fenomenə,  dünya  inkişafının 

başlıca meyillərinə çevrilmişdir. 

2010-cu  il  iyulun  16-da  Azərbaycanla  Avropa  Birliyi  arasında  Assosiasiya 

Sazişi üzrə danışıqların birinci plenar iclası keçirilmişdir.  clasda çıxış edən Avropa 

Birliyinin  nümayəndə  heyətinin  rəhbəri  Con  Krayer  qeyd  etmişdir    ki,  saziş  onun 

təmsil  etdiyi  təşkilatın  Azərbaycanla,  eləcə  də  regionla  münasibətlərinin 

dərinləşdirməsində  nə  dərəcədə  maraqlı  olduğunun  göstəricisidir.  Avropa  Birliyinin 

bu  regionda  strateji  maraqları  var.  Bunlar  sabitlik,  demokratiyanın  inkişafı, 

iqtisadiyyatın güclənməsi kimi məsələlərdir. 2009-cu ildən başlayaraq Avropa Birliyi 

Şə

rq  qonşuları  ilə  yaxın  münasibətlərin  qurulmasına  mümkün  qədər  xüsusi  önəm 



verir:  

“Bu,  daha  dərin,  daha  geniş  əməkdaşlıq  formasıdır.  Odur  ki,  biz  müntəzəm 

qiymətləndirmə aparacağıq. Əlbəttə ki, danışıqlar öhdəliklərə ciddi əməl olunması ilə 

müşayiət ediləcək. Bura demokratiya, qanunun aliliyi və bazar iqtisadiyyatı qanunları 

kimi öhdəliklər də daxildir”. 

Con  Krayer  əmindir  ki,  ən  yaxşı  iş  qarşılıqlı  etimad  əsasında  olacaq.  Onun 

sözlərinə  görə,  Assosiasiya  sazişlərinə  dair  müzakirələrin  başlanmasına  Avropa 

Birliyi bütün şəraiti yaradır.  




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə