Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   17   18   19   20   21   22   23   24   25

63 

 

heç  bir  ittifaqı  qəbul  etmir.  Onun  patronajlığı  altındakı  ittifaqlar  da  ətrafda  fırlanan 



orbit, bir növ müstəmləkə xarakteri daşıyır. Qanı bahasına qazanılmış Azərbaycanın 

müstəqilliyi  isə  dövlətimizin  ən  böyük  dəyəridir  və  bunu  heç  bir  vəchlə  itirmək 

olmaz.  

Avropa  ttifaqının  Assosiativ  sazişinə  Gömrük  ttifaqı  kontekstində  baxış 

Assosiativ razılaşma çərçivəsində A  indiyə kimi bir çox mallara tətbiq etdiyi bir sıra 

idxal  rüsumları  ləğv  edəcək.  Assosiativ  müqaviləni  imzalayan  ölkə  də  eyni  addımı 

Avropa malları üçün atacaq. Bu ölkə istehsalçıları üçün ixracın böyük perspektividir 

və daxili bazarda böyük rəqabət yaranacaq. Ən çox udan isə ölkə istehlakçısı olacaq. 

Belə  ki,  istehlakçı  aşağı  qiymətlərlə  ən  keyfiyyətli  malları  gözləyə  bilər.  Avropa 

ttifaqı Gömrük  ttifaqı ölkələri ilə müqayisədə yeddi dəfə çox mal idxal edir. AB-də 

ə

mək  haqları  isə  3,5  dəfə  Gömrük  Şurası  ölkələrindən  yüksəkdir.  Buna  görə  də 



potensial  olaraq  AB  ilə  azad  ticarətdən  götürüləcək  xeyir  daha  çoxdur.  Təbii  ki, 

Azərbaycan  istehsalçılarına  Avropa  bazarını  fəth  etmək  üçün  çox  çalışmaq  lazım 

olacaq.  Başqa  tərəfdən,  Azərbaycana  Gömrük  ttifqaı  ölkləri  ilə  ikitərəfli 

münasibətlər çərçivəsində  ticarət siyasətini keçirməyə  heç  nə maneə  olmur.  Avropa 

ttifaqında  alınacaq  ən  böyük  xeyir  ölkənin  korrupsiyaya  qarşı  mübarizə  ilə 

öhdəlikləri ola bilər. Bundan başqa dövlət idarəçiliyində islahatları tənzimləyən əlavə 

sənəd AB ilə razılaşmanın bir hissəsidir. Qərarların qəbul olunma mexanizmində də 

fərqlilik var. Gömrük Şurası Avrasiya iqtisadi cəmiyyəti çərçivəsində iki fövqəlmilli 

orqanın fəaliyyətini nəzərdə tutur: Gömrük Şurasının Komissiyası (KTS) və Avrasiya 

qtisadi  Komissiyası  (YEEK).  Hər  iki  komissiya  ölkələrin  daxili  və  xarici  iqtisadi 

siyasətinin  nizamlanmasında  geniş  səlahiyyətləri  alır.  Gömrük  siyasəti  KTS  ilə 

müəyyənləşdirilir və Rusiyasız  qərar qəbul  etmək  mümkün deyil.  Amma  başqa  üzv 

ölkələrin  iştirakı  olmadan  isə  qərarlar  qəbul  oluna  bilər.  Gömrük  Şurası 

çərçivəsindəki  müqavilələrdən  fərqli  olaraq  Avropa  Birliyi  ilə  assosiativ  razılaşma 

hansısa  fövqəlmilli  orqanın  yaradılmasını  nəzərdə  tutmur.  Avropa  ttifaqı  ilə 

assosiativ  razılaşma  Gömrük  Şurasıyla  razılaşmasından  fərqli  olaraq  eynihüquqlu 

münasibətlər  nəzərdə  tutur  və  heç  bir  tərəf  öz  iradəsini  ortaya  qoymaq  imkanlarına 

malik deyil.  




64 

 

Avropa  ttifaqından  fərqli  olaraq  MDB  məkanındakı  münaqişələr  üzv 



ölkələrin Gömrük  ttifaqı daxilində inteqrasiyasına imkan vermir. Bu ittifaq ən yaxşı 

halda  regional  qurum  kimi  iqtisadi  deyil,  daha  çox  siyasi  vasitə  olacaq.  Avropa 

ttifaqında münasibətlər şaquli deyil, üfüqidir. Bu təşkilatda diktə edən tərəf yoxdur, 

konsensus var. Ən nəhayət, gözardı edilməyəcək qədər daha bir əhəmiyyətli məqam: 

ABŞ-ın  təşəbbüsü  ilə  Avropa  ölkələriylə  aralarındakı  ticarəti  sərbəstləşdirəcək 

Transatlantik  Ticarət  və  Yatırım  ortaqlığı  anlaşması  yönündə  müzakirələr  gedir. 

Türkiyənin  də  5  ildən  sonra  bu  anlaşmaya  daxil  olması  gözlənilir.  Amerika  Latın 

Amerikasından Avropayadək dünya iqtisadiyyatının 75 faizini tək bir bazarda və tək 

bir  standartta  birləşdirmək  istəyir.  Və  bütün  yatırım  mənbələrini  də  bir  nöqtəyə 

götürür. Bu bölgənin xaricində qalanlar itirənlər olacaq. Çünki dünyanın istehsalının 

standartını  dəyişdirəcəklər.  ABŞ  qloballaşmanı  yenidən  şəkilləndirir.  Yəni 

qloballaşma  yerini  bu  dəfə  bölgələşməyə  verir.  Bu  bazara  girə  bilmək  üçün  çarə 

birdir.  Avropa  Birliyi  ilə  əlaqələrə  sürət  verməliyik  və  tez  bir  zamanda  assosiativ 

sazişə imza atmalıyıq. Əks təqdirdə Avropa Birliyi ilə iqtisadi və siyasi məkanda bir 

yerdə olmayanlar bu bazarın kənarında qalacaqlar.   

Müasir  dövrdə  ölkəmiz  Avropa  ttifaqı  ilə  münasibətlərində   öz  xarici 

prioritetlərinə  uyğun  olaraq  daha  çox  ikitərəfli  əlaqələrə  üstünlük  verir.  Avropa 

ttifaqının  regional  layihələrində  iştirak  etməklə  yanaşı,  Cənubi  Qafqazdakı  ümumi 

iqtisadi  tərəqqidəki  payına  görə  lider  dövlət  olan  Azərbaycan  ttifaqın  xarici 

ə

laqələrində  müəyyən  mövqe  tutmağa  çalışır.  Odur  ki,   Azərbaycan  dövləti  Avropa 



tifaqı  ilə  ikitərəfli  əlaqələrin  yeni  formatlarını  yaradır,  onunla  yaxınlaşmaq  üçün 

zəruri olan bütün təsisatları inkişaf etdirərək  ttifaqın ümumavropa iqtisadi, siyasi və 

təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir. 

Azərbaycan  Respublikasının  Avropa 

ttifaqı  ilə  əlaqələrinin  hüquqi 

çərçivəsini aşağıdakı xronoloji ardıcıllıqla göstərmək olar: 

 1996-cı  il  22  aprel  tarixində  imzalanmış,  1  iyul  1999-cu  il  tarixində 

qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS); 

  14  noyabr  2006-cı  ildə  imzalanmış  Avropa  ttifaqı-Azərbaycan  AQS 

Fəaliyyət Planı; 




65 

 

  2006-cı il 7 noyabr tarixində imzalanmış A  və Azərbaycan arasında Enerji 



üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu; 

 2008-ci  il  16  iyun  tarixində  imzalanmış  Azərbaycan  Respublikası 

Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi; 

 2009-cu il 7 may tarixində imzalanmış Şərq Tərəfdaşlığı Bəyannaməsi; 

 2011-ci  il  13  yanvar  tarixində  imzalanmış  Cənub  Qaz  Dəhlizinin  təsis 

edilməsinə dair “Birgə Bəyannamə”; 

 2011-ci  il  13  yanvar  tarixində  imzalanmış  Azərbaycan  və  A   arasında 

Cənub Qaz Dəhlizi üzrə  şçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu; 

 2011-ci  il  13  yanvar  tarixində  imzalanmış  A -nin  Avropa  Qonşuluq  və 

Tərəfdaşlıq  Aləti  çərçivəsində  Avropa  Komissiyası  və  Azərbaycan  Respublikası 

arasında  2011-2013-cü  illər  üzrə  Milli  ndikativ  Proqrama  (M P)  dair  Anlaşma 

Memorandumu; 

 2011-ci  il  13  yanvar  tarixində  imzalanmış  Şərq  Tərəfdaşlığı  çərçivəsində 

Azərbaycan  Respublikası  və  A   arasında  Hərtərəfli  nstitusional  Quruculuq  (H Q) 

Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu; 

 2013-cü  il  29  noyabr  tarixində  imzalanmış  “Azərbaycan  Respublikası  və 

Avropa  ttifaqı  arasında  vizaların  rəsmiləşdirilməsinin  sadələşdirilməsi  haqqında” 

Saziş; 


 2014-cü  il  28  fevral  tarixində  imzalanmış  “Azərbaycan  Respublikası  ilə 

Avropa  ttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”; 

 2014-cü il 14 iyun tarixində “Avropa  ttifaqı ilə Azərbaycan Respublikası 

arasında  Azərbaycanın  ttifaq  proqramlarındakı  iştirakının  ümumi  prinsipləri 

haqqında Çərçivə Sazişi üzrə, bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, 

digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə 

ə

lavə Protokol”. 



Avropa  ttifaqının yaranması, onun ilk uğurlu addımları, keçdiyi  mərhələlər, 

genişlənmə  meylləri  bu  proseslərin  daha  da  dərinləşməsindən  xəbər  verir  və  ən 

başlıcası  budur  ki,  müstəqil  Azərbaycan  qlobal  dünyanın  ayrılmaz  hissəsi  kimi  bu 

birliyə doğru istiqamətlənmişdir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə