Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

54 

 

müəyyən Avropa  ttifaqı proqramlarında daha çox iştirak və texniki yardım imkanları 



təqdim etmişdir. 

2004-cü  ilin  may  ayında  Avropa  ttifaqı  Qonşuluq  Siyasətinin  həyata 

keçirilməsi  üçün  255  milyon  avro  vəsait  ayıraraq,  Cənubi  Qafqaz  dövlətləri  ilə  bu 

istiqamətdə  məqsədyönlü  iş  aparır.  Adı  çəkilən  proqrama  qoşulan  ölkələr  ttifaq 

institutlarına insan hüquqlarına hörmətlə yanaşmaq, qanunların aliliyini təmin etmək, 

səmərəli  və  şəffaf  idarəçilik  yaratmaq,  bazar  iqtisadiyyatı  tələblərinə  hörmət 

bəsləmək  və  xarici  siyasət  sahəsində  beynəlxalq  hüquq  normalarına  əməl  etmək 

ə

zmində olduqlarını nümayiş etdirməlidirlər. 



Azərbaycan  Respublikası  da  bu  sahədə  qarşıda  duran  vəzifələrin  həlli 

istiqamətində  ardıcıl  addımlar  atmaqla  öz  mövqeyini  ifadə  etmişdir.  Bu  məqsədlə 

Azərbaycan  Respublikasının  Prezidenti  lham  Əliyev  2005-ci  il  iyunun  1-də 

“Azərbaycan  Respublikasının  Avropaya  inteqrasiyası  üzrə  Dövlət  Komissiyasının 

yaradılması  haqqında”  imzaladığı  sərəncamda  Azərbaycan  ilə  Avropa  ttifaqı 

arasında  əlaqələrin  daha  da  gücləndirilməsi,  ttifaqın  Azərbaycan  üzrə  Fəaliyyət 

Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin 

edilməsi  məsələləri  öz  əksini  tapdı.  Bununla  yanaşı,  qəbul  edilmiş  sənəddə  Avropa 

ttifaqı ilə siyasi, iqtisadi, hüquqi, nəqliyyat və enerji, təhlükəsizlik, insan hüquqları 

və  demokratikləşmə,  humanitar  elm-təhsil  və  digər  əməkdaşlıq  sahələri  üzrə  işçi 

qrupun yaradılması nəzərdə tutulmuşdur.  

Hazırda Avropa  ttifaqının regionda həyata keçirdiyi “Yeni qonşuluq siyasəti” 

layihəsinin  əsas  məqsədi  Cənubi  Qafqaz  dövlətlərinin  siyasi,  iqtisadi  cəhətdən 

Avropa  dəyərlərinə  yaxınlaşmasını  sürətləndirməkdən  ibarətdir.  Təbii  ki,  Cənubi 

Qafqaz  ölkələri  də  bu  məsələdə  maraqlıdırlar  və  Avropa  ttifaqı  ilə  ikitərəfli 

münasibətləri genişləndirməyə çalışırlar. 

Bu  mənada  Prezident  lham  Əliyevin  2006-cı  il  oktyabrın  6-8-də  Brüsselə 

rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Avropa  ttifaqı Nazirlər Şurasının Baş katibi, 

xarici  və  təhlükəsizlik  siyasəti  üzrə  ali  nümayəndəsi  Xavyer  Solana  ilə  keçirdiyi 

görüşdə  Azərbaycanla  Avropa  ttifaqı  arasında  əməkdaşlığın  yeni  mərhələsinin 

başladığını  bildirən  dövlət  başçısı  lham  Əliyev  bu  səfərin  ttifaqın  Cənubi  Qafqaz 



55 

 

regionuna  dair  yeni  qonşuluq  siyasətinin  gələn  beş  il  ərzində  ölkəmizdə  siyasi  və 



iqtisadi inkişaf meyarlarının Avropa  ttifaqındakı göstəricilərinə uyğunlaşdırılmasının 

ə

sasını  qoyacağını  bəyan  etdi:  “Avroatlantik  məkana  inteqrasiya  sahəsində 



Azərbaycanın  neçə  illər  ərzində  apardığı  siyasət  həm  ölkəmiz,  həm  də  bütövlükdə 

regional əməkdaşlıq üçün çox böyük nəticələr vermiş və verəcəkdir”. 

Azərbaycan  Prezidenti  lham  Əliyev  və  Avropa  Komissiyasının  sədri  Joze 

Manuel  Barrozu  2006-cı  il  noyabrın  7-də  Brüsseldə  Azərbaycan  Respublikası  və 

Avropa  ttifaqı  arasında  enerji  məsələləri  üzrə  strateji  tərəfdaşlığa  dair  anlaşma 

memorandumu  imzaladılar.  Bununla  da,  Azərbaycan  ilə  Avropa  ittifaqı  arasında 

enerji  dialoqunun  genişləndirilməsi  istiqamətində  yeni  imkanlar  açılmışdır.  Bu 

Memorandumun  əsas  məqsədləri  Avropa 

ttifaqının  enerji  təchizatının 

diversifikasiyası  və  təhlükəsizliyi,  həmçinin  Azərbaycanın  enerji  infrastrukturunun 

inkişafı  və  müasirləşdirilməsi,  enerjidən  səmərəli  istifadə,  enerjiyə  qənaət  və  bərpa 

olunan  enerji  mənbələrinin  istifadəsidir.  Bu  sənədin  imzalanması  Azərbaycanın 

Avropa  ttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, 

Xəzərin enerji daşıyıcılarının nəqli nəticəsində  ttifaqın enerji təhlükəsizliyi daha da 

güclənəcəkdir.  Bunun  regional  təhlükəsizlik,  eləcə  də  əməkdaşlıq  və  ümumiyyətlə, 

Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları 

və  ölkəmizin  gələcək  inkişafı  üçün  böyük  əhəmiyyəti  vardır.  Dövlət  başçısı  lham 

Ə

liyevin  Belçika  Krallığına  səfəri  həm  Avropa 



ttifaqı  ilə  əməkdaşlığın 

genişləndirilməsi, həm də münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir. 

Azərbaycan  Respublikası  ilə Avropa  ttifaqı  Fəaliyyət  Planı 2006-cı  il 

noyabrın  14-də  Brüsseldə  Azərbaycan  Respublikası  –  Avropa  ttifaqı  Əməkdaşlıq 

Ş

urasının  iclası  zamanı  qəbul  edilmişdir.  Bununla  da,  1999-cu  ildən  Tərəfdaşlıq  və 



Ə

məkdaşlıq  sazişi  ilə  tənzimlənən  Azərbaycan  –  Avropa  ttifaqı  münasibətlərinin 

gələcək inkişafının istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan 

– Avropa  ttifaqı Fəaliyyət Planı ilə müəyyənləşdirilmişdir. 

1992-2006-cı  illərdə  Avropa  ttifaqının  TAS S  və  digər  yardım  proqramları 

çərçivəsində  Azərbaycana  414  milyon  avrodan  çox  məbləğdə  humanitar,  texniki  və 

ə

rzaq yardımı göstərilmişdir. 




56 

 

2007-ci  il  yanvarın  1-dən  etibarən  TAC S  proqramı Avropa  Qonşuluq  və 



Tərəfdaşlıq  Aləti(AQTA) ilə  əvəz  olunmuşdur.  Bu  alət  çərçivəsində  2007-2009-cu 

illər  üçün  Azərbaycan  üzrə  illik  Fəaliyyət  Proqramları  çərçivəsində  61  milyon  avro 

məbləğində  yardım  ayrılmışdır.  Daha  geniş  mandat  və  əhatə  dairəsinə  malik  olan 

AQTA  Avropa  Qonşuluq  Siyasətinin  Fəaliyyət  Planlarının  həyata  keçirilməsi  üçün 

ə

sas  maliyyə  alətidir.  AQTA  3  başlıca  strateji  məqsədi  ehtiva  edir:  demokratiya  və 



insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı 

inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı. 

AQTA  çərçivəsində  2007-2013-cü  illər  üçün  nəzərdə  tutulmuş  Azərbaycan 

üzrə Strategiya  Sənədi Avropa 

ttifaqının  yardım  məqsədlərini  və  siyasət 

məsuliyyətini  əks  etdirərək  prioritet  olan  əməkdaşlıq  sahələrini  dəqiqləşdirir.  Bu 

prioritetlər Azərbaycanın bazar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə 

yardım, Fəaliyyət Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir. 

Bundan  əlavə,  2008-ci  il  mayın  26-da  Avropa  ttifaqının  Xarici  şlər 

Nazirlərinin  Brüsseldə  keçirilmiş  görüşü  zamanı  Polşa  və  sveç  tərəfindən Şərq 

Tərəfdaşlığı təşəbbüsü  irəli  sürülmüşdür.  Şərqi  Avropa  Qonşuluq  Siyasəti  ölkələri 

üçün  vahid  formatın  təsis  edilməsini  nəzərdə  tutan  bu  təşəbbüs  Azərbaycan, 

Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə 

edir. 


2008-ci il dekabrın 3-də Şərq Tərəfdaşlığı təşəbbüsü üzrə məlumat sənədi və 

onu  müşayiət  edən  işçi  sənəd  Avropa  Komisiyyası  tərəfindən  Avropa  Parlamentinə 

və  Avropa  ttifaqının  dövlət  və  hökumət  Başçılarının  Şurasına  təqdim  olunmuşdur. 

Bu iki sənəd Şərq Tərəfdaşlığına dair Avropa Komissiyasının mövqeyi və təkliflərini 

ə

ks  etdirərək,  Avropa  Qonşuluq  Siyasəti  çərçivəsində  Avropa  ttifaqının  Şərq 



tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmişdir. 

2009-cu  il  mayın  7-də  Praqada  Şərq  Tərəfdaşlığı  üzrə  Zirvə  görüşü 

keçirilmişdir.  Zirvə   görüşündə  bu  təşəbbüsün  əsas  məqsədləri  və  prinsipləri, 

həmçinin   gələcək  əməkdaşlıq  prosesinin  ümumi  konturlarını  müəyyən  edən Birgə 

Bəyannamə   qəbul  edilmiş  və  bununla  da  Şərq  Tərəfdaşlığı  rəsmi  səviyyədə 

başlanılmışdır. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə