Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

78 
 
lakin  artıq  gecikdirilmiş,  mənası  və  təsir  gücünü  itirmiş 
sənədin  əhəmiyyəti  varmı?!  ldən-ilə  bununla  bağlı  xarici 
işlər qurumlarında tələblər  sərtləşir,  çevikliyi  təmin  etmək 
üçün islahatlar, struktur dəyişiklikləri aparılmaqdadır
27

 
 
 
YOXLAMA SUALLAR: 
1.
  Diplomatik  sənədlərə  dair  ümumi  texniki 
tələbləri qeyd edin. 
2.
  Sənədlərin kağız dövriyyəsi dünən və bu gün: 
müqayisəli təhlil aparın. 
3.
  Sənədin  növünü  seçərkən  hansı  məqanlara 
xüsusi diqqət yqtirmək lazımdır? 
4.
  Diplomatik yazışmada titulların yerui və rolu. 
5.
  Diplomatik  yazışmada  kompliment  və 
iltifatların əhəmiyyəti nədən ibarətdir? 
 
                                                           
27
Bax Eyyubov A.K. Göst. Əsər. S. 94-95. 


79 
 
 
 
6. Diplomatik sənədlərin tərkib hissələri 
 
Diplomatik sənədlərə dair müxtəlif tələbləri, onların 
inkişaf tarixi və zəruri şərtlərini nəzərdən keçirəndən sonra 
diplomatik sənədlərin tərkib hissələrinə nəzər sala bilərik: 
 
 
 
 


80 
 
 
Gördüyümüz 
kimi, 
protokol 
formullarına 
müraciət,  giriş  və  yekun  komplimentlər  aiddir.  Bu  bir 
daha  göstərir  ki,  komplimentlər  emosional  deyil,  protokol 
elementi olaraq təmtəraqlılıq xarakteri daşıyırlar. Və, təbii 
ki,  bu  cür  yazı  üslubu  əsasən  qarşılıqlı  ehtiyatlılıq  və 
ehtiramı  tələb  edən  bilavasitə  diplomatik  yazışmaya,  yəni 
daxili deyil, xarici yazışma sənədlərinə aiddir. 
Müraciət  ifadələri  çoxəsrli,  daha  çox  qısalıq  və 
unifikasiyalaşma  istiqamətli  təkamül  yolunu  keçiblər. 
Beynəlxalq  münasibətlərin  aktorlarının  daxili  və  xarici 
siyasi,  iqtisadi,  mədəni  fərqlilikləri  (monarxiyaların 
sayının,  diplomatiyanın  sırf  zadəganlar  təbəqəsinin  peşəsi 
olmasından çıxması və, ümumiyyətlə, zadəganların sayının 
azalması  əlavə  titullarının  geniş  tətbiqi  zəruriyyətini 
minimuma  endirdi)  azaldıqca,  müraciət  kəlmələri  də 
sadələşir,  eyniləşir  və  bu  proses  davam  etməkdədir.  Hal-
hazırda  da  monarxiyaların,  müxtəlif  totalitar  və  avtoritar 
rejimlərin  tədricən  daxili  və  xarici  amillərin  təsiri  altında 
devrilərək  respublika  idarə  üsuluna  keçməsi  diktator  tipli 


81 
 
liderlərin özləri üçün «kəşf etdikləri» adlar və titulların da 
beynəlxalq  ünsiyyətdən,  diplomatik  yazışma  sənədlərinin 
səhifələrindən qalxmasına səbəb olur. 
 
Maraqlıdır 
XX  əsrdən  başlayaraq  demokratik  respublika 
idarəetmə  üsulu  tədricən  aparıcı,  nümunəvi  idarəetmə 
modelinə  çevrilməyə  başlayır.  Faktiki  olaraq,  hal-hazırda 
bu idarəetmə modelinə alternativ yoxdur və digər modellə
sıradan  çıxmaqdadır.  XX  əsrin  ilk  rübündə  6  iri  imperiya 
və  ondan  çox  kiçik  monarxiya  quruluşlu  dövlətlər  dünya 
xəritəsindən  «silindi».  XX  əsrin  ikinci  rübündə  kinci 
Dünya Müharibəsinin nəticələri və təsiri altında 10-a yaxın 
monarxiya  devrildi.  Təxminən  bir  o  qədər  də  monarxiya 
XX  əsrin  ikinci  rübündə  yox  oldu.    2007-ci  ildə  Samoa 
özünü  respublika  elan  etdi,  2008-ci  ildə  Nepal  krallığı 
devrildi
28
.
 
 
                                                           
28
http://telegraf.by/2012/03/monarhi-xxi-veka
 


82 
 
 
Və  XX  əsrin  ortalarında  E.Satou  əsərində 
monarxların titulları məsələsinə geniş yer ayırır (kral, onun 
qardaşı, bacısıoğlu, daha uzaq qohumları arasında müraciət 
fərqlərinə  belə),  onlar  arasında  incə  fərqləri  belə  xüsusilə 
vurğulayırsa,  daha  müasir  müəlliflər,  məsələn,  V. .Popov 
bir neçə ən vacib və geniş istifadə edilən müraciət ifadələri 
ilə kifayətlənir
29

 
Standart müraciət ifadələrinə nəzər salaq: 
Nazirə – cənab Nazir, zati-aliləri 
səfirə – cənab Səfir, zati-aliləri, 
elçiyə – cənab Elçi, 
işlər üzrə müvəkkilə – cənab işlər üzrə Müvəkkil
30

 
Müraciətdən  öncəki  ehtiram  bildirən  söz  yaxud  söz 
birləşməsi 
ölkələrarası 
yaxud 
şə
xslərin 
şə
xsi 
münasibətlərin  səviyyəsindən  asılı  olaraq  dəyişə  bilər:  bir 
qayda olaraq tətbiq edilən «hörmətli» sözündən başlayaraq 
«əziz dost», «əziz qardaşım» və s. qədər. 
 
                                                           
29
 Сатоу Э. Руководство по дипломатической практике. М., 1961; Попов В.И. 
Современная дипломатия. М., 2004. С. 417-418. 
30
 Борунков А.Ф. Дипломатический протокол в России. М., 2000. С. 68-69. 


83 
 
NÜMUNƏLƏ
 
1)
  Cənab Nazir, 
Zati-alilərinizə  aşağıdakı  məlumatı  çatdırmaqdan 
şə
rəf duyuram 
 
2)
  Əziz dostumuz,  Respublikasının prezidenti  
 
3)
  Hörmətli cənab Prezident 
Sizi  yenidən  Prezident  seçilməyiniz  münasibətilə 
təbrik edirə
 
4)
  Hörmətli Vladimir Vladimiroviç  
 
Giriş və yekun komplimentlər məktubdakı yerinə 
uyğun  olaraq,  müəyyən  fərqlərə  malik  olsalar  da, 
məzmunca oxşardırlar (bəzən işlədilən sözlər və ifadələrdə 
təkrarlıq  elementləri  də  sezilir).  Eyni  zamanda  müxtəlif 
dövrlərdə  yazılmış  diplomatik  məktublara  nəzər  salmaqla 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə