Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   25

17 
 
termini,  ifadəni  tapmaq  hərdən  uzunmüddətli  danışıqların 
uğurla  sonunclanmasına,  diplomatik  mübahisələrin  və 
gərginliklərin qarşısını almağa yardımçı olur. 
 
Maraqlıdır 
1)
  XVII  əsrin  əvvəllərində  Fransa  kralı  IV  Henrix 
diplomat Janneni Hollandiyaya vasitəçi missiyası ilə 
göndərir:  Birləşmiş  vilayətləri  və  spaniyanı  mülh 
danışıqlarına  sövq  etmək.  Şahzadə  Oranlı  və 
spaniya  kralı  üzdə  razılıq  versələr  də,  reallıqda 
danışıqları  mümkün  qədər  uzadır,  istənilən  bəhanə 
ilə  özünü  incimiş  kimi  göstərib  danışıqları 
dayandırırdılar.  Danışıqların  ikinci  ilində  sözün 
qüdrətini  yaxşı  bilən  Jannen  «sülh»  sözünü 
«uzunmüddətli  atəşkəslə»  əvəz  edir  və  nəticədə 
spaniya  ilə  Niderland  arasında  12  illik  sazişin 
bağlanmasına nail olur
7

2)
  1978-ci  ildə  Qərbi  Avropa  dövlətlərinin  liderləri 
Avropa Şurasının iclasında Avropa valyuta sazişinin 
                                                           
7
http://www.ling-expert.ru/conference/langlaw1/langdiplomat.html
 


18 
 
məzmununu müzakirə edirlər.  Saziş gələcək avropa 
pul 
vahidinin 
embrionu 
olacaq 
hesablaşma 
valyutasının  varlığını  ehtiva  edir.  Bəs  onu  necə 
adlandırmaq lazımdır? 
clasda  çaşqınlıq  hökm  sürür.  Böyük  Britaniyanın 
sistemdə  bilavasitə  iştirak  etmədiyinə  görə  ingiliscə  ad 
vermək bir o qədər də uyğun deyil. Fransız dilinə qarşı heç 
kim  açıq  çıxış  etməsə  də,  əksəriyyətin  bunu  fransız 
intellektual imperializm nümunəsi kimi dəyərləndirəcəkləri 
sezilir. 
Fransanın prezidenti Valeri Jiskar dEsten çıxış üçün 
söz  istəyir  və  valyutaya  konkret  ad  verməməyi,  elə 
məqsədinə uyğun olaraq ingilis dilində adlandırmağı təklif 
edir:  European  Currency  Unit  (Avropa  hesablaşma 
vahidi). 
Təklif  əvvəlcə  təəccüb  doğurur  (niyə  Fransanın 
nümayəndəsi  bu  güzəştə  gedir),  sonra  hamının  razılığına 
səbəb  olur.  Alman  kansleri  Helmut  Şmidt  Fransanın  inad 
göstərməməsinə,  Böyük  Britaniyanın  baş  naziri  Ceyms 
Kallagen adın ingilis dilində olmasına razılığını ifadə edir. 


19 
 
Ə
vvəlki gərginliyi ümumi rahatlıq  abu-havası  əvəz  edir və 
heç  adbaad  sorğuya  belə  ehtiyac  qalmır.  Protokolda 
təklifin qəbul olunduğu qeyd edilir. Və bu an Jiskar dEsten 
ə
lavə edir: 
-  Praktikada  biz  abbreviaturadan  istifadə  etməli 
olacağıq.  Buna  görə  sənəddə  European  Currency  Unit 
ifadəsinin  yanında  mötərizədə  onun  qısaldılmış  variantını 
qeyd etmək lazımdır: ECU. 
Kimdəsə daxilində buna qarşı etiraz olsa belə, artıq 
onu  nümayiş  etdirmək  yersiz  idi.  Və  beləliklə,  Fransa 
prezidentinin  diplomatik  söz  məharəti  nəticəsində  avropa 
valyutası ECU düz 1998-ci ilə həm tərəflərin hamısını razı 
salan,  həm  də  Fransanın  Valua  sülaləsi  dövrü  zamanı 
istifadə  etdiyi  ən  dəyərli  pul  vahidinin  adını  daşımağ
başlayır
8

 
Təbii  ki,  diplomatiyada  sözdən  əks  məqsədlərlə  də 
istifadə  olunur.  Diplomatik  söz  «oyunları»  ilə  bağlı  ən 
bariz  nümunələrdən  biri  tarixən  işğalçıların  işğal  faktını 
                                                           
8
 Валери Жискар д’Эстен. Власть и жизнь. М., 1990. С. 119-121.  


20 
 
ört-basdır  etmək  üçün  tətbiq  etdikləri  ifadələr  və 
terminlərdir.  Vaxtilə  Napoleon,  Hitler,  Stalin,  S.Hüseyn 
kimi  liderlər,  hazırkı  ABŞ  administrasiyası,  Rusiya, 
Ermənistan  hökümətləri  və  s.  hər  vəclə  «işğal»  sözünün 
istifadə  etməkdən  yayınırlar.  Anşlyus,  anneksiya,  könüllü 
birləşmə,  yardım,  müdafiə  məqsədi  ilə  müdaxilə, 
təhlükəsizlik  zolağı,  tarixi  ədalətin  bərpası–beynəlxalq 
qınaqdan, hüquqi məsuliyyətdən qurtulmaq üçün bunlardan 
geniş  istifadə  olunur.  Xalq  diplomatiyası  çərçivəsində 
Ermənistanın 
sülh 
quruculuğu 
sahəsində 
çalışan 
vətəndaşları  ilə  görüşlərim  zamanı  onların  bir  qismi 
çətinliklə  olsa  da,  ən  azı  keçmiş  Dağlıq  Qarabağ  Muxtar 
vilayəti  ətrafındakı  rayonları  dövlətlərinin  işğal  etdiklərini 
qəbul  etsələr  də,  rəsmi  şəkildə  bunun  nə  özlərinin,  nə  də 
hökümətlərinin etiraf edəcəklərini bildirirdilər. 
Eyni  şəkildə  hər  il  aprelin  sonlarında  ABŞ 
prezidentləri dırnaqarası erməni soyqırımı ilə bağlı hərəkət 
edirlər.  Hər  prezident  özünəməxsus  bir  ifadə  «kəşf» 
etməklə  həm  Ermənistanın,  həm  də  Türkiyənin  könlünü 
almağa  çalışır.  Və,  düzü,  bilmirəm,  insanı  daha  çox  nə 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə