Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   25

12 
 
markalı avtomobillər qeydiyyata alınıb. Səfirlikdə 
kimlərinsə RF X N nömrə almaqla bağlı ərizələrə 
dair  bütün  sənədləri  məhv  etdiklərini  bildirə
Moldovanın  baş  naziri  Y.Lyanke  məsələnin 
diqqətlə araşdırılacağını vəd etdi. 
 
Bu  mənada  hazırkı  dövrdə  yazılı  sənədlərin  rolu  və 
ə
həmiyyəti 
qat-qat 
daha 
çoxdur, 
çünki 
müasir 
texnologiyalar,  internet  əsrində  istənilən  sənəd,  yazılı 
bəyanat, fikir, əbədi olaraq qalır və daima aidiyyatlı şəxsin, 
təşkilatın,  dövlətin  adı  və  nüfuzu  ilə  bağlı  xatırlanır 
(diplomatik  sənədlərin  böyük  bir  qismi    toxunduğu 
məsələnin  texniki  məna  daşıdığı  üçün  çap  edilmirlər  – 
məsələn,  vizaların  verilməsi  haqqında  nota).  Dövlət  sirri 
kimi qorunan məxfi materiallarla bağlı son zamanların bir 
neçə  səs-küylü  skandalları  (Vikiliksin diplomatik  arxivləri 
açıqlaması, Edvard Snoudenin ABŞ-ın məxfi materiallarını 
aşkar  etməsi  və  s.)  məxfilik  amilinə  güvənməyin  də  əbəs 
olduğunu  sübut  edir.  Ümumiləşdirsək,  müasir  dövr  daima 
sözünə  diqqətlə  yanaşmalı  olan  diplomatlardan  şifahi, 


13 
 
xüsusən də yazılı məlumatlarda istifadə etdiyi kəlmələrinə, 
sözlərinə  daha  da  böyük  tələbkarlıq,  ehtiyatlılıq  və 
həssaslıqla  yanaşmağı  tələb  edir  və  məntiqi  olaraq, 
diplomatın  müvafiq  keyyiyyətlər,  vərdişlər  və  peşəkarlıq 
səviyyəsinə qarşı da tələbləri artırır. 
Digər 
tərəfdən, 
diplomatik 
sənədlərin 
hazırlanmasında  dövlət  məsuliyyətliyi  və  hakimiyyətin 
varisliyi amillərinin rolu da günbəgün artmaqdadır. Qədim 
Dövrdə,  Orta  əsrlərdə  eyni  ərazidə  bir  il  ərzində  bir  neçə 
dövlət,  rejimin  dəyişməsi  adi  bir  hala  çevrilmişdi  və  belə 
bir  şəraitdə  hansısa  diplomat,  siyasi  xadim,  dövlət 
məsuliyyətindən  danışmaq  mümkün  deyildi.  Dövlət 
qərarlarının,  öhdəliklərinin  bir  an  içində  dəyişməsi 
beynəlxalq  münasibətlərin  vahid  sisteminin  yaranması, 
onun  hüquqi  təməli  olan  beynəlxalq  sənədlərin  etibarlılığı 
məsələsində  də  ciddi  maneə  rolunu  oynayırdı.  Bu  gün  II 
Yekaterianın  əmri  ilə  Cənubi  Qafqaza  soxulan  rus 
qoşunları  səhərisi  oğlu  I  Pavelin  göstərişi  ilə  geri 
çəkildikləri  halda,  hazırda  bu  proses  xeyli  mürəkkəb  və 
müəyyən,  uzunmüddətli  prosedurların  icrasını  ehtiva  edir. 


14 
 
Misal olaraq, kiçik Corc Buşun  rağı işğal siyasətini tənqid 
edən  ABŞ-ın  son  prezidenti  Barak  Obama  hələ  də 
tamamilə  ABŞ  qoşunlarını  raqdan  çıxarmaq  iqtidarında 
deyil. Bu günün siyasi xadimləri öz sələfləri kimi asanlıqla 
ə
vvəlki  hökmdarın  qərarlarının  icrasından  vaz  keçə, 
məsuliyyətini  boyunlarından  ata,  dövlətdə  hakimiyyət 
varisliyi  prinsipini  poza  bilməzlər  və  buna  görə  hər-hansı 
bir  beynəlxalq  sənədi  imzalamazdan  öncə  dəfələrlə 
düşünür,  məsləhətləşirlər.  Təbii  ki,  deyilənlər  sənədin 
hazırlanmasında  iştirak  edənlərin  hamısının,  o  cümlədən 
diplomatların  nə  qədər  böyük  məsuliyyət  yükünün  altına 
girdiklərini  göstərir.  Təsadüfi  deyil  ki,  ABŞ-ın  xarici 
xidməti  üçün  diplomatlar  hazırlamaqla  məşğul  olan 
Vaşinqtonda yerləşən Corctaun universitetinin «Diplomatik 
praktika  kursu»nda  «Diplomatın  məharəti  və  şəxsi 
keyfiyyətləri»  fəslində  birinci  olaraq,  diplomatın  əldə 
etdiyi  informasiyanın  təhlili  və  qiymətləndirməsi  bacarığı 
və ədəbi (yazı) qabiliyyətləri qeyd edilir. Məhz buna görə 
instituta qəbul və sonralar xaricə xidmətə götürmə zamanı 
namizədlər  çətin  yazılı  imtahanlardan  keçməli  olurlar. 


15 
 
Tələbələr  qarşısında  diplomatik  sənəd  nümunələrini 
hazırlayarkən «sənədi incəsənət əsərinə çevirmək bacarığı» 
tələbi  qoyulur.  mtahanlarda  iştirak  edən  təxminən  700 
nəfərdən    400  nəfəri  keçid  balını  yığa  bilir  və  yalnız  200 
nəfər  xarici  xidmətdə  işlə  təmin  olunmaq  səviyyəsinə 
çatırlar
6

YOXLAMA SUALLAR: 
1.
  Sözün diplomatiyadakı roluna dair hansı məşhur 
tarixi şəxsiyyətlərin fikirlərini xatırlaya bilərsiniz? 
2.
  Diplomatiyada  yazının  şıfahi  ifadədən  daha 
önəmli olmasını əsaslandırın. 
3.
  Bizim  dövrə  çatmış  ən  qədim  yazılı  beynəlxalq 
sənəd haqqında nə bilirsiniz? 
4.
  Müasir  dövrdə  diplomatik  yazışmaya  qarşı 
tələblərin artmasının səbəblərini göstərin. 
5.
  Diplomatik  yazışmanın  müasir  diplomatik 
kadrların 
hazırlanmasında 
yeri 
və 
rolu. 
Beynəlxalq təcrübədən misallar gətirin. 
                                                           
6
Popov V. . Göst. əsər. S. 411. 


16 
 
 
2. Diplomatın söz ehtiyatı və diplomatik dil 
anlayışı 
 
Ə
vvəlki  bölmədə  biz  yazılı  sözün  rəsmi  beynəlxalq 
ünsiyyətdə  nə  qədər  önəmli  olduğundan  bəhs  etdik.  Və 
bundan  çıxış  edərək,  söz,  dil,  üsluba  dair  diplomat 
qarşısında qoyulan tələbləri müəyyən etmək olar. 
  lk  növbədə,  diplomat  böyük  söz  ehtiyatına  malik 
olmalı  və  ən  əsası,  bu  ehtiyatdan  səmərəli  şəkildə  istifadə 
etməyi  bacarmalıdır.  Beynəlxalq  səviyyədə  təzyiqin, 
xahişin,  geri  çəkilmənin  və  s.  müxtəlif  səviyyələri  və 
çalarlarını  əks  etdirmək  üçün  çoxsaylı  sinonimlər 
ehtiyatından  (bura  həmçinin  mənaca  yaxın  olan  ifadələri 
ş
amil  edirik)  bəhrələnmək  lazımdır.  Bəzən  xırda  bir 
dəyişikliklik, diplomatiyadan kənar adam üçün fərqlilik və 
ə
həmiyyət  daşımayan  bir  sözün  digər,  sinonimsözlə,  ilk 
baxışda,  eyni  hissi,  münasibəti  əks  etdirən  ifadənin  digəri 
ilə əvəzlənməsi diplomatik uğura, yaxud, əksinə, skandala 
səbəb olur. Bütün maraqlı tərəfləri razı salacaq neytral bir 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə