Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

73 
 
Berxtoldun  sonralar  Avstriya-Macarıstan  imperiyasının 
xarici  işlər  naziri  təyin  olunmasını  nəzərə  alsaq,  rus 
nazirin  şəxsi  incikliyinin  də  Birinci  Dünya  Müharibəsində 
bu  dövlətlərin  bir-birinə  düşmən  olan  hərbi  ittifaqlarda 
döyüşmələrinə təsir etdiyini söyləyə bilərik
25

 
Ünvan  sahibinin  adı,  soyadı  və  titulunu  düzgün  və 
dəqiq  (həm  orfoqrafik,  həm  də  ardıcıllıq  nöqteyi-
nəzərindən)  yazmaq  da  diplomatik  yazışmanın  önəmli 
tələblərinə  aiddir.  Bir  çox  xalqlarda  ad  və  soyadın  ilk 
baxışdan  düzgün  müəyyənləşdirmək  (xüsusən  də  digər 
millətin  nümayəndəsi  üçün)  heç  də  asan  deyil 
(Azərbaycanda  son  dövrlər  soyadların  sadəcə  atasının 
adından  ibarət  olan  vətəndaşların sayı  artıb  və bu  mənada 
bizdə  də  hərdən  soyadla  adı  düzgün  müəyyənləşdirmək 
çətin  olur)  və  buna  görə  diplomat  yalnız  öz  intuisiyasına 
arxalanmayaraq,  müvafiq  vəsaitlərə,  ensiklopediyalara, 
arayışlara və s. əsaslanmalıdır. 
 
                                                           
25
 Соловьев Ю. Я. Воспоминания дипломата. М., 1959. С. 141. 


74 
 
Tənəffüs 
Bir  ispan  xaricdə  mehmanxanada  yer  tutmaq 
istəyir.  Özünü  tam  şəkildə  təqdim  etdikdə    Xuan 
Karlos Emanuel de Silva Kruzeyro, mehmanxana işçisi 
bildirir: 
-  Bizim  mehmanxanada  cəmi  iki  nəfər  üçün 
nömrə  qalıb.  Qalan  iki  dostunuza  küçənin  sonundakı 
mehmanxanaya yollanmaqlarını məsləhət görürəm. 
 
Titullara böyük hörmət tarixi ənənə xarakteri daşıyır. 
Dövlətin  yüksək  vəzifəli  təmsilçiləri,  xüsusən  də  birinci 
şə
xsinə qarşı nümayiş etdirilən münasibət ümumən dövlətə 
göstərilən ehtiramın təcəssümü kimi qəbul edilir. Əvvəllər 
monarxlar  bir-birinə  acıq  verərək,  digərlərindən  üstün 
olduqlarını, qüdrətini nümayiş etdirmək üçün onlara uzun-
uzadı  titullarla  müraciət  etməyi  tələb  edirdilər.  Məsələn, 
Rusiya  hökmdarının  XVIII-ci  əsrin  birinci  yarısında 
sənədlərin  birində  Osmanlı  sultanına  müraciətinə  nəzər 
salaq: 


75 
 
«Qüdrətli Sultan Həzrətləri, Məkkə və Mədinə kralı, 
müqəddəs Qüdsün qoruyucusu, Avropa, Asiya, Ağ və Qara 
dənizlərindəki  ölkələrin  imperatoru,  Sultanlar  Sultanı, 
Krallar  Kralı,  Sultan  Mustafa  Xanın  oğlu  Sultan  Maxmud 
Xana»
26
.  Təbii  ki,  bu  cür  müraciət  formasına  yalnız  ən 
qüdrətli  hökmdarlar  layiq  görülürdü,  zəiflər  belə  iltifatları 
yalnız  xəyal  edə  bilərdilər.  Titullardan  düşmən  dövlətin 
hökmdarını  alçatmaq  üçün  istifadə  halları  da  baş  verirdi. 
Ə
srlərlə Osmanlı imperiyası ilə müharibə aparan Səfəvilər 
dövlətində  ən  kiçik  feodal  titullardan  birinin  sultan 
olmasını  osmanlı  hökmdarlarını  alçaltmaq  istəyi  ilə  izah 
etmək olar. 
 
XIX-XX əsrin əvvəllərində siyasi hakimiyyətə sahib 
yaxud  iddialı  olmayan  uzun  titullara  malik  şəxslərin  sayı 
artır.  Belə  ki,  rəsmi  qəbulların  birində  tanınmış  alim 
D.Mendeleyev 
çarın 
titulları 
oxunduqdan 
sonra 
təqdimatçıdan öz titullarını oxumamağını xahiş edir: onun 
titullarını  sadalamaq  daha  çox  vaxt  aparar  və    çarın  pərt 
olmasına səbəb ola bilərdi.  
                                                           
26
 Юзефович Т. Договоры России с Востоком. СПБ., 1869. С. 43 


76 
 
Müasir 
dövrdə 
dövlətlərin 
beynəlxalq 
münasibətlərdə  bərabərhüquqluğu  beynəlxalq  sənədlərdə 
təsbit  olunduğu  üçün,  ünvan  sahibinə  müraciət  forması 
ölkənin  qüdrətinə  deyil,  yerli  protokol  normalarına 
ə
saslanır.  Titulların  bir  çoxu  sadələşib,  müəyyən  qədər 
unifikasiyaya  məruz  qalıb,  hərçənd  indi  də  orijinal 
formalara  rast  gəlmək  olur  (Nümunə  olaraq,  Liviyanın 
keçmiş rəhbəri Müəmmar Qəddəfinin (yeri gəlmişkən, tam 
adı Müəmmar ben Məhəmməd Əbu Mənyar Əbdül Saləm 
ben Həmid əl-Qəddəfi) titullarını yada salmaq olar: Liviya 
nqilabi komandanlıq Şurasının sədri, Liviyanın baş naziri 
və  müdafiə  naziri,  Ümumxalq  konqressinin  baş  katibi, 
polkovnik,  ali  komandan.  Qəddafi  «sadəlik»  nümayiş 
etdirərək  bütün  vəzifələr  və  titullardan  imtina  etdikdən 
sonra  ona  rəsmən  Sosialist  Xalq  Liviya  Ərəb 
Cəmahiriyyəsinin  Böyük  bir  sentyabr  nqilabının  rəhbəri 
və  Qardaş  Rəhbər  deyə  müraciət  etmək  lazım  idi).  
stənilən  halda  dəqiqlik  və  düzgünlüyə,  ardıcıllığa  riayət 
edilməli, heç bir qısaltmalara yol verilməməlidir. 


77 
 
Unutmaq  olmaz  ki,  diplomatik  yazışmada  istifadə 
olunan kompliment və iltifatlar (zati-aliləri, şərəf duyuruq, 
ə
ziz  dost)  emosional  deyil,  təmtəraqlılıq  xarakteri 
daşıyırlar.  Yəni  söylənilən  komplimentlər  hissləri  deyil, 
ölkələrarası  münasibətləri,  statusu  bəlli  edir.  Sadə  dillə 
desək, tərifi Əli Vəliyə deyil, bir ölkənin rəsmi şəxsi digər 
ölkənin  rəsmi  şəxsinə  edir.  Bir  şəxs  kimi  diplomatlar, 
siyasi  xadimlər  bir-birinə  qarşı  kin,  nifrət  belə  bəsləyə 
bilərlər (Fransa imperatoru Napoleon Bonapartla rus çarı I 
Aleksandr  bir-birinə  «mənim  qardaşım»  -  deyə  müraciət 
etsələr də, bu, onların arasında genişmiqyaslı müharibənin 
baş verməsinə mane olmadı), lakin statusa qarşılıqlı hörmət 
beynəlxalq ünsiyyətin labüdd şərtlərindən biridir. 
Həyat  axınının  sürətinin  artması  diplomatik 
sənədlərin  hazırlanmasına  məsələsinə  də  təsirsiz  ötmədi. 
Sənədlər  vaxta  qənaet  etməklə  çevik  şəkildə  hazırlanmalı 
və müvafiq ünvanlara çatdırılmalıdırlar. Əgər əvvəllər hər-
hansı  bir  görüşlə  bağlı  məlumat  Mərkəzə  bir  neçə  gün, 
hətta  həftələr  sonra  çatırdısa,  hazırda  bunu  bir  neçə  saata 
icra etmək tələb olunur. Mükəmməl səviyyədə hazırlanmış, 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə