Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

69 
 
cəhətdən  mətnin  düzgün  yerləşdirilməsi,  düzəliş  və 
pozmalara yer verilməməlidir, zərfin müvafiq formatı və s. 
 
 
Bir qayda olaraq, diplomatik sənəd cavab tələb edir. 
Təbii  ki,  sənədə  tələsik  cavab  verilmir,  məktubun 
Бу  эцн  дипломатийа  сащясиндя  чалышан  вя  сяняд-
сцнцд  ишинин  чохлуьундан  шикайят  едян  бязи  эянжляримиз 
мцасир  дюврдя  дипломатийанын  бу  сащясинин  ХЫХ-ХХ 
ясрин  яввялляри  иля  мцгайисядя  ня  гядяр  асанлашдыьыны 
билмялидирляр.  Бир  сяняд  дяфялярля  йенидян  ялля  йазылырды. 
Бязян  карйера  пилляканы  иля  ирялилямяк  цчцн  садяжя  йахшы 
хяття  сащиб  олмаг  кифайят  едирди  вя  яксиня,  рящбярлийин 
эюзцндян дцшмяк цчцн анлашылмаз хяттля йазмаг йетярли 
иди. Инди гябуледилмяз олан дцзялишляр дябдя иди вя бунун 
цчцн  ичи  сяндяряк  гятраны  иля  долдурулмуш  йастыгжадан 
истифадя олунурду. 
Каьыз  дювриййяси  индикиндян  йцз  дяфялярля  чох  иди. 
Щятта  ейни  шюбянин  ямякдашлары  арасында  цнсиййят 
йазышма  васитясиля  апарылырды  вя  щяр-щансы  ислащатлара 
бцрократик апарат имкан вермирди. 
Бах:  Григорьев  Б.  Повседневная  жизнь  царских 
дипломатов 
в 
19 
веке. 
М., 
2010.
 

http://www.likebook.ru/books/view/199693/
 


70 
 
məzmununa  müvafiq,  dövlətin  mövgeyini  əks  etdirmək 
məsuliyyətini 
anlayaraq 
sənəd 
hazırlanır. 
Lakin 
gecikmələrə  də  yol  vermək  lazım  deyil,  çünki  cavabın 
gecikdirilməsi  yaxud  ümumiyyətlə,  verilməməsi,  yalnız 
diplomatik  protokolun  pozulması  deyil,  artıq  mənfi  cavab 
kimi  qiymətləndirilir  və  bundan  çıxış  edərək  növbəti 
addımlar  atılır.  Diplomatik  sənədə  cavab  verməmə 
hallarına müasir dövrdə az rast gəlinir və bu üsuldan xarici 
işlər  qurumları  istisna  hallarda  istifadə  edir.  Tarixdə 
diplomatik sənədə cavab verməmə hallarına daha çox qarşı 
tərəfi  beynəlxalq  ünsiyyətin  subyekti  kimi  tanımama 
mövgeyini  nümayiş  etdirmək  məqsədi  ilə  rast  gəlinir. 
Məsələn,  spaniya  ilə  mübarizədə  azadlıq  əldə  edən 
Kolumbiyanın  elçisi  Seanın  XIX  əsrin  əvvəllərində 
Müqəddəs  ttifaqa  daxil  olan  ölkələrə  rəsmi  müraciətləri, 
məktubları  cavabsız  qalmışdı.  spaniya  ilə  münasibətlərini 
pozmaq  istəməyən  avropa  liderləri  müraciətləri  cavabsız 
qoydular,  çünki  cavab  vermək  artıq  Kolumbiyanı 
beynəlxalq  münasibətlərin  aktoru  kimi  tanımaq  mənasına 
gəlirdi.  Həmin  vaxt  yeni  dövləti  Cənubi  Amerikada  öz 


71 
 
maraqları  olan  ABŞ  tanıdı
24
.  Qərbi  Avropa  dövlətlərinin 
liderləri  oxşar  reaksiyanı  Sovet  Rusiyasının  rəsmi 
məktublarına qarşı nümayiş etdirmişdilər. 
Diplomatik  sənədlərə  qarşı  digər,  vacib  bir  tələb  – 
sənəd  növünün  dəqiq,  düzgün  seçimidir.  Seçim  konkret 
vəziyyət,  sənədin  məzmunu  nəzərə  alınaraq,  diplomatik 
yazışma  texnikasını,  diplomatiya  və  beynəlxalq  hüquq 
terminlərini  tətbiqi  ilə  edilməlidir.  Bir  qayda  olaraq,  eyni 
tipli sənədə eyni növ sənədlə cavab verilir: verbal notaya – 
verbal nota ilə, şəxsi nota – şəxsi nota ilə və s. Əgər qarşı 
tərəf  sizə  əllə  imzasını  qoyduğu  sənəd  göndərirsə,  ona 
sonda  kompyuterdə  yazılmış  soyad  olan  sənədlə  cavab 
vermək  ədəbsizlik  kimi  qəbul  edilir.  Bir  sözlə,  burada 
diplomatiyanın  ənənəvi  prinsipləri  öz  qüvvəsini  saxlayır: 
qaydaları  daha  böyük  nəzakətlilik  istiqamətində  pozaraq 
verbal  notaya  şəxsi  nota  ilə  cavab  verə  bilərsiniz,  lakin 
ümumən qarşılıqlıq prinsipinə riayət edilir. 
 
Maraqlıdır 
                                                           
24
http://www.tinlib.ru/istorija/diplomatija_simona_bolivara/p8.php
 


72 
 
Qeyd  edək  ki,  Yeni  dövrdə,  hətta  XX  əsrin  birinci 
yarısında  diplomatik  yazışmanın  hansı  sənəd  formasında 
aparılması  dövlətlərarası  münasibətlərin  göstəricisi  kimi 
dəyərləndirilirdi.  Yəni  şəxsi  notalarla  yazışma  müsbət, 
verbal  notalarla  ünsiyyət  münasibətlərdəki  soyuqluğun 
ə
laməti  hesab  edilirdi.  Görünür,  buna  müəyyən  mənada 
həmin  dövrdə  diplomatik  münasibətlərdə dövlət  maraqları 
ilə  yanaşı  şəxsi  amilin  də  böyük  rol  oynaması  təsir 
göstərirdi. 
Ə
ksəriyyəti 
monarxiya 
quruluşlu 
olan 
dövlətlərdə  monarxın  şəxsi  imzası  olmayan  sənədin 
legitimliyi  və  sanballığı  şübhə  altına  alınırdı.  Eyni 
zamanda,  sənədin  növünü  dəyişməklə  hələ  nəinki 
ümumdünya,  ümumavropa  diplomatik  protokol  normaları 
tam  formalaşmamış  bir  dövrdə  bəzi  diplomatlar  dövlə
maraqlarını  «unudaraq»  öz  şəxsi  incikliklərini  nümayiş 
etdirirdilər.  Məsələn,  1909-cu  ildə  Rusiyanın  xarici  işlə
naziri  A.P. zvolskinin  Peterburqdakı  Avstriya-Macarıstan 
imperiyasının  səfiri,  qraf  Berxtolda  qarşı  incik  münasibəti 
X N  və  səfirlik  arasında  məktublaşmanın  şəxsi  notalardan 
verbal nota səviyyəsinə endirilməsinə gətirib çıxardı. Qraf 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə