Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

64 
 
Sənədlərdə 
Putin 
alfa-erkə
(orijinalda 
alfa-
dog)adlandırılır  və  avtoritar  idarə  üsullarına  görə  Silvio 
Berluskoni 
ilə 
müqayisə 
edilir. 
ABŞ-ın 
Dövlə
Departamentinin həmin dövrdəki rəhbəri Xillari Klintonun 
Argentinanın  prezidenti  Kristina  Kirşneri  prezident 
seçilməsi  ilə  bağlı  təbrik  etdiyi  an  eyni  vaxtlarda  Buenos-
Ayresdəki  əməkdaşlarına  prezidentin  ruhi  sağlamlığına 
dair  sorğu  göndərir.  Saytda  həmçinin  Azərbaycan 
Respublikasının  prezidenti  lham  Əliyevin  o  dövrdəki  rus 
həmkarı  Dmitri  Medvedevin  yüksək  vəzifəli  rus  məmurları 
arasında  liderlik  nüfuzuna  malik  olmaması  haqqında 
fikirləri  də  verilmişdi.Təbii  ki,  rəsmi  şəkildə  bu  məlumat 
inkar  edildi,  həənd  reallıq  bu  fikirlərin  düzgünlüyünü 
sübut  etdi  və  D.Medvedevin  Rusiyanın  mütərəqqi  lideri 
olacağına  ümid  bəsləyənlərin  arzularının  neçə  puç 
olduğunun biz hamımız şahidi olduq
22
.  
                                                           
22
http://www.warandpeace.ru/ru/news/view/53260/

http://lenta.ru/news/2010/11/28/leakit/

http://ruleaks.net/
və s. 
 


65 
 
 
 
ABŞ  administrasiyası  Vikiliksin  saytında  sənədlərin 
yerləşdirilməsini  ABŞ-ın  xarici  siyasəti  və  milli 
təhlükəsizliyinə  zərbə  vurduğunu  bəyan  etdi.  Fikirləri 
səslənən  bir  çox  siyasi  xadimlər  yazdıqlarını  yaxud  məxfi 
söhbətdə  bildirdiklərini  dönə-dönə  inkar  etsələr  də, 
beynəlxalq  ictimaiyyət  bunlara  bir  o  qədər  inanmış 
görünmür  və  Vikiliksin  səbəb  olduğu  diplomatik 
skandalırn bir sox siyasi xadim və diplomatların nüfuzana 
bərpaedilməz zərər vurduğunu söyləmək olar. 
Bəzi  ekspertlər  və  tədqiqatçılar  məxfi  məlumatların 
aşkarlanmasını  müsbət  dəyərləndirir  və  baş  verənlərin 
müasir  diplomatiyanı  daha  açıq  olmağa  vadar  edəcəyini 
bildirirlər.  Lakin  unutmaq  olmaz  ki,  məxfilik  bir  çox 
hallarda 
diplomatik 
fəaliyyətin 
uğurluluğun 
ə
sas 
şə
rtlərindən  biridir  (xüsusən  münaqişəli  vəziyyətlərdə 
danışıqların  aparıldığı  hallarda)  və  ona  daima  ehtiyac 
olacaq.  Adi  gündəlik  həyatımızda  da  biz  dəfələrlə  evdə 
başqaları haqqında öz fikir və mülahizələrimiz açıq şəkildə 
ifadə edirik və bu normaldır. Həmin fikirlərin hamıya aşkar 


66 
 
olunması  problemlərə  səbəb  olsa  belə,  daima  rəsmiyyətçi 
ola  bilməyən  insanlar  yenə  də  sərbəst  fikirlərini  ifadə 
etmək  üçün  «meydançalar»  tapacaqlar.  Ünsiyyət  sırf  quru 
rəsmiyyətçilikdən ibarət ola bilməz və ən əsası, praqmatik 
yanaşma  nöqteyi-nəzərindən  də  səmərəli  olmur.  Sadəcə 
olaraq, sürətlə dəyişən və texnologiyaların inkişaf etdiyi bir 
dövrdə  sənədlərin  məxfiliyinə  cavabdeh  olan  şəxslər, 
struktur  və  qurumlarda  öz  standartlarına  yenidən  baxmalı, 
işi  yeni  müstəvidə,  ən  müasir  texnologiyalar  və  kəşflərin 
tətbiqi  ilə,  daha  ehtiyatlı,  tədbirli  şəkildə  qurmağa 
məcburdurlar. 
 
Tənəffüs 
-  Azərbaycandan  xaricə  göndərilən  poçtun  ABŞ-
ın diplomatik poçtasından nə ilə fərqlənir? 
- Azərbaycan poçtunu MTN-in kuratoru oxuyur, 
ABŞ-ın diplomatik poçtu bütün dünya izləyir. 
****** 


67 
 
Vikiliks skandalından sonra ABŞ-dı yeni məxfilik 
qrifi  tətbiq  edilir:  «Vikiliksdə  nəşr  edildikdən  sonra 
məhv etmək». 
 
YOXLAMA SUALLAR: 
1.
  “Sənəd” və “diplomatik sənəd” anlayışlarının 
tərif edin. 
2.
  Diplomatik  sənədləri  hansı  meyarlar  üzrə 
qruplaşdırmaq olar? 
3.
  Səfirliklərlə  diplomatik  yazışma  praktikasının 
nəzəri tələblərdən fərqi nədədir? 
4.
  Sənədin statusuna görə diplomatik sənədləri 
hansı qruplara bölmək olar? 
5.
  Sənədin hazırlanması mərhələlərini göstərin. 
6.
  Müasir  dövrdə  diplomatik  sənədlərin 
məxfiliyi  probleminin  mahiyyəti.  Misallar 
gətirin. 
 
 


68 
 
 
 
 
 
5. Diplomatik sənədlərə qarşı ümumi tələblə
 
Ayrı-ayrı  diplomatik  sənədlərin  xüsusiyyətləri  və 
tərtib  qaydalarına  keçməzdən  öncə  ümumən  diplomatik 
sənədlərə  qarşı  tələbləri  nəzərdən  keçirək.  lk  növbədə 
diplomatik sənəd qüsursuz xarici görünüşə malik olmalıdır: 
yüksək  keyfiyyətli  kağız  (bəzən  diplomatik  fikir, 
münasibətin daşıyıcısı qismində orijinal əşyalar da istifadə 
oluna  bilər.  Məsələn,  1935-ci  ildə  Moskvada  Böyük 
Britaniyanın  lordu,  möhürdarı  A. denin  şərəfinə  verilən 
ziyafətdə  xarici  işlər  üzrə  xalq  komissarı  M.M.Litvinov 
maraqlı  bir  gediş  edir.  Qərb  dünyasının  hələ  də  bolşevik 
Rusiyası ilə münasibətlərdə təcridə meyilliyinə işarə etmək 
üçün  süfrəyə  üzərində  ingiliscə  «Peace  is  indivisible»  - 
«dünya  bölünməzdir»  həkk  olunmuş  tort verilir
23
),  texniki 
                                                           
23
Kovalyov A.Q. Göst. əsər. s. 35. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə