AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Məmmədli Nuran Natiq qızı
“AKP hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı:
060213 “Beynəlxalq münasibətlər”
İxtisaslaşmanın adı:
“Beynəlxalq münasibətlər və diplomatiya”
Elmi rəhbər:
Dos. Cəfərova D. H
Magistr proqramının rəhbəri:
Dos. Qurbanov R. M.
Kafedra müdiri:
Prof. Abdullayev B. M.
B A K I – 2015
MÜNDƏRİCAT
Giriş....................................................................................................................3
I FƏSİL
XXI əsrin ilk onilliyində Türkiyənin xarici siyasətində Cənubi Qafqaz
dövlətlərinin yeri
1.1.
Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP
xarici siyasətində yeri....................................................................................................7
1.2.
XXI əsrin əvvəllərində Türkiyə-Ermənistan münasibətləri....................22
II FƏSİL
2003-2013-cü illərdə AKP hakimiyyətinin Yaxın Şərq siyasəti
2.1. Türkiyə və ərəb dünyası.............................................................................44
2.2. İran Türkiyənin xarici siyasətində mühüm prioritet kimi........................53
2.3.
Yaxın Şərqin güclü dovləti olan İsraillə münasibətlər...........................62
III FƏSİL
AKP hakimiyyəti dövründə Türkiyənin böyük güclərlə münasibətləri
3.1. AKP xarici siyasətində ABŞ və AB əsas aktor kimi..................................74
3.2. Türkiyənin Rusiya və Çin siyasəti..............................................................88
Nəticə..............................................................................................................102
İstifadə olunmuş ədəbiyyat siyahısı.............................................................108
Resume
Referat
3
Giriş
Tədqiqat işinin aktuallığı. AK Partiyanın xarici siyasət yanaşmalarını ümumi
xəttləri ilə göstərməli olsaq,bu nəticəyə vara bilərik: a) Orta Şərqdə İslam şəxsiyyəti
üzərindən hərəkət etmək, b) Orta Asiyada Türk şəxsiyyətindən hərəkət etmək, c)
Avropa ilə təhlükəsizlik xəttindən hərəkət etmək. Buradan da aydın olacağı kimi, AK
Partiya yalnız müəyyən bir kimliyə ilişib qalmaq yerinə daha çox Türkiyənin təsirli
olacağı kimliyi bölgəyə görə dəyişdirməklə praqmatik bir çoxşahəlilik önə çıxardır.
Ədalət və İnkişaf Partiyasının xarici siyasət anlayışı "dəyərlər və maraqları"
uzlaşdırmağa, bir araya gətirməyə çalışan bir anlayışdır.
Türkiyə xarici siyasətinin gedərək genişlənən üfüqləri, ölkənin qlobal ölçüdə
bütün inkişafları izləməsini və artan imkanları ölçüsündə problemlərin həllinə
iştirakçı olmasını tələb edir. Türkiyə bir tərəfdən qonşu və bölgə ölkələriylə əlaqələri
inkişaf etdirib yeni coğrafiyalara açılaraq beynəlxalq təşkilat və platformlardakı
profilini yüksəldərkən, mövcud strateji əlaqələrini dərinləşdirmək və xarici siyasəti
baxımından əhəmiyyət daşıyan bütün aktorlarla dialoqu inkişaf etdirməyə səy
göstərir. Türk xarici siyasəti ənənəvi olaraq, ölkə təhlükəsizliyinin təmin edilməsini,
milli maraqların tarixdən gələn və gələcəyə uzanan bir perspektiv içində qorunub
inkişaf etdirilməsini, inkişaf və rifah üçün lazımi xarici resursların yaradılmasını,
Türkiyənin müasir dünya içindəki yerinin mühafizəsini və gücləndirilməsini
hədəfləmiş, bütün bu hədəfləri, başda qonşular olmaqla, bütün ölkələrlə yaxşı
əlaqələr və əməkdaşlığın təsisi, beynəlxalq sülh, sabitlik, təhlükəsizlik və rifaha töhfə
göstərilməsi yolu ilə reallaşdırmağı qarşı məqsəd kim qoymuşdur.
Türkiyədə AK Partiya hakimiyyətə gəldikdən sonra istər qonşu və region
dövlətləri, istərsə də fövqəl və maraq duyduğu ölkələrlə dABma münasibətlərin
normallaşmasına çalışmışdır.
Qlobal mühitdə Türkiyə dünyada və yaxın ətrafında sülhün qurulması və
qorunması ilə sabitlik və rifahın artırılması istiqamətində çox ölçülü, hədəf mərkəzli,
praqmatik, sağlam fikirli və insancıl bir xarici siyasət tətbiq edir. Bu çərçivədə
Türkiyə transatlantik bağlarına xüsusi əhəmiyyət verməkdə, üzvü olduğu NATO
İttifaqının beynəlxalq sülh və sabitliyin qorumağa istiqamətli işlərində fəal iştirak
4
etməkdə, inkişaf etmiş ölkələrlə əlaqələrini gücləndirməyə davam etməkdə, AB
üzvlüyü istiqamətində qətiyyətlə irəliləməkdə, üçüncü ölkələrə öz aralarındakı
problemləri aradan qaldırmaq üçün köməkçi olmaqda və yeni açılımlarla xarici
siyasət sahəsində fəaliyyəti getdikcə artan güclü bir profil çəkməkdədir.
Türkiyənin fərqli funksiya və coğrafi əhatə dairəsinə malik bir çox öncül
beynəlxalq və regional təşkilatlarla üzvlük, müşahidəçilik və ya dialoq ortaqlığı yolu
ilə qurduğu təşkilati əlaqələr, xarici siyasətinin çox ölçülü xüsusiyyətini ən yaxşı
şəkildə ortaya qoyur.
Mövzunun işlənmə dərəcəsi: Tədqiqat işi 2002-ci ilin noyabr ayında
hakimiyyətə gələn AKP hökumətinin yeritdiyi xarici siyasətdən bəhs olunmuşdur.
Bütövlükdə Türkiyənin həm qonşu, həm dünya ölkələri ilə arasındakı əlaqələr,
ikitərəfli v çoxtərəfli münasibətlərin inkişaf perspektivlərinin təhlili, bu əməkdaşlığın
beynəlxalq hüquq normalarına uyğun aparılması, onun müxtəlif tərəfləri barədə türk,
azərbaycan, əcnəbi alimlərin tədqiqat işləri diqqəti cəlb edir.
Tədqiqat mövzusu ilə bağlı yazının özəyini təşkil edən Baskın Oranın “Türk
dış politikası (2001-2012), III cild kitabı çox böyük əhəmiyyət daşıyır. Kitabda
Türkiyənin bütün dövlətlərlə xarici siyasətinin əhəmiyyətli nöqtələri, gələcək
perspektivləri və problemlər xüsusi məsuliyyətlə araşdırılmışdır. Digər önəmli kitab
olan Əhməd Davudoğlunun “Strateji dərinlik” kitabında Türkiyəni əhatə edən yaxın
quru, yaxın dəniz və yaxın qitə hövzələri, coğrafi olaraq dünya ana xəttinin
mərkəzini, tarixi olaraq da insanlıq tarixinin ana damarının formalaşdığı sahələri
əhatə edir. Türkiyənin strateji dərinliyinin əlaqələrinin yenidən təyin olunması və bu
dərinliyin geosiyasi, geoiqtisadi və geomədəni ölçülərinin xarici siyasət parametrləri
olaraq əhatəli bir şəkildə yenidən qiymətləndirilməsi lazım olduğu məsələlərinə
toxunmuşdur.
Tədqiqat işinin obyekti: Tədqiqatın obyektini Türkiyənin AKP hakimiyyəti
dövründə Türkiyənin əməkdaşlıq etdiyi, münasibətləri normallaşdırdığı bütün
dövlətlərlə arasındakı qarşılıqlı əlaqələrin təhlili, yaranma tarixi və keçdiyi inkişaf
yolunu təşkil edir.
Dostları ilə paylaş: |