Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   73

 
13 
mln.,  Şərqi Qüdsdə – 240 min nəfər) və 100 min İsrail mühaciri 
yaşayırdı. 
1991-ci ildə  Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi 
Yaxın  Şərq problemi üzrə Madriddə keçirilmiş konfransda Qərb 
sahildə  və  Qəzza bölməsində  fələstinlilərin yaşamasına icazə 
verildiyini bəyan edir. 
1993-cü ilin sentyabrında Vaşinqtonda Yaxın  Şərq sülh 
prosesləri çərçivəsi daxilində  İsrail dövləti və  Fələstin Azadlıq 
Təşkilatı arasında  İordan çayının Qərb sahili və  Qəzza bölməsində 
keçid dövrü müddətində  Fələstin üçün müvəqqəti özünüidarəni 
nəzərdə tutan bəyannamə imzalanır. Keçid dövrünün 1999-cu ildə 
başa çatdırılması  və bu müddət  ərzində danışıqlar yolu ilə  Fələstin 
ərazisinə tam siyasi status verilməsi göstərilirdi. 1994-cü il may 
Bəyannaməsinə müvafiq olaraq fələstinlilərin Qəzza bölməsi və 
İerixon rayonunda özünüidarə hüququ, 1995-ci ilin sentyabrında 
İordan çayının Qərb sahilində fələstinlilərin muxtariyyat hüquqlarının 
genişləndirilməsi və  fələstin torpaqlarında demokratik seçkilər 
aparılması haqda müqavilə imzalanır. 
1996-cı il yanvarın 20-də aparılmış seçkilərdə 88 nəfərdən 
ibarət Fələstin qanunverici şurası (Fələstin Muxtariyyat Şurası) 
seçilir. Bu orqan Fələstinin nəzarəti altında olan rayonlarda müəyyən 
qanunvericilik səlahiyyətlərinə malik idi. Fələstin milli 
muxtariyyətinin başçısı vəzifəsinə Y.Ərəfat seçilir. 
1998-ci il noyabr ayında Uay-Planteyşndə (ABŞ)  İsrail-
Fələstin danışıqları baş verir. İsrail tərəfdən  İordan çayının Qərb 
sahilində 764 kv. km ərazidən (ərazinin 13 faizi) 3 ay müddətində üç 
mərhələdə qoşunların çıxarılması  vəd edilir. Əvəzində Y.Ərəfat 
burada yaşayan yəhudilərin təhlükəsizliyini təmin etməyi vəd edir. 
Fələstin ərazisinə tam status verilənədək danışıqlara mane ola biləcək 
halları qaydaya salmaq nəzərdə tutulur. İsrailin nəzarəti altında olan 
ərəb torpaqlarında tikinti işlərinin saxlanılması, Fələstin Milli Şurası 
tərəfindən isə  İsrailə qarşı  qərarların ləğv edilməsi nəzərdə tutulur. 
Təəssüflə qeyd etməliyik ki, müqavilənin həyata keçirilməsi  İsrail 
tərəfindən  əlavə  tələblərin irəli sürülməsi ilə bağlı  çətinliklərlə 
üzləşir. 
2007-ci ilin noyabr ayının sonlarına yaxın ABŞ prezidenti 
C.Buşun təşəbbüsü ilə Birləşmiş Ştatların Anapolis şəhərində İsrail – 
Fələstin münaqişəsinin çözülməsinə dair Beynəlxaq sülh konfransı 
 
14
çağrılır. 40-dan artıq dövlətin iştirak etdiyi bu konfransda İsrail ilə 
Fələstin arasında 60 illik münaqişənin aradan qaldırılması yolları 
geniş müzakirə olunmuş  və belə  qərara alınmışdır ki, münaqişənin 
çözülməsinə dair İsrail və  Fələstin rəhbərliyi mövqeləri arasında 
yaxınlaşma meylləri var. 
Konfransın qərarına  əsasən  İsrail dövlətinin rəhbərliyi ilə 
Fələstin muxtariyyətinin rəhbərliyi arasında bu problemin həlli üçün 
2008-ci ilin sonlarına qədər danışıqlar aparılmalıdır ki, problem hər iki 
dövlətin mənafelərinə uyğun olaraq tam həll olunsun. 
Kipr problemi. Anadolu türklərinin Kiprə miqrasiyası XVI 
yüzillikdə adanın Osmanlı imperiyası  tərəfindən işğalı ilə başlayır. 
Kiprin müxtəlif rayonlarında xristianlarla əhatə olunmuş müsəlman 
kəndləri salınır. Kəndlərdə olduğu kimi şəhərlərdə  də türklər 
tərəfindən xüsusi məhəllələr salınır. Yunan dilinin üstünlüyü və 
gündəlik münasibətlərin mövcudluğu  şəraitində icmalar bir-birinə 
qaynayıb-qarışmır, bunlar arasında mədəni yaxınlıq baş vermir, 
qarışıq nigaha isə nadir hallarda rast gəlmək olurdu. 
Mədəni və sosial cəhətdən icmaların qapalı yaşaması 
iqtisadiyyata mənfi təsir edirdi. Osmanlı hakimiyyətinin Kiprin 
provaslav  əhalisinə etinasız yanaşması  və müsəlman hakimlərin 
zorakılığı kiprli yunanların narazılığının mənbəyi olur. 
1821-ci ildə kiprli yunanların türk qaydalarına qarşı silahlı 
mübarizəsi Nikosiya və digər  şəhərlərdə xristianların kütləvi qırğını 
ilə yatırılır. Baş keşiş Kiprianos və digər din xadimləri edam edilir. 
1878-ci ildə Kiprə ingilislərin daxil olması ilə etnik-siyasi 
vəziyyət dəyişir. Kiprli türklər hakim mövqelərini itirir, sayca 
onlardan çox (əhalinin təqribən 80 faizi) və iqtisadi cəhətdən güclü 
olan yunan icması ilə müqayisədə azlıq təşkil edən xalqa çevrilir. 
İcmalar arasındakı ziddiyyət onların birləşərək Böyük 
Britaniyaya qarşı mübarizəyə qalxmasına mane olurdu. Hər iki 
icmanın birləşməsinə mane olan səbəblərdən biri də yunanların 
yaşadıqları ərazilərin, o cümlədən, Kiprin Yunanıstana birləşdirilməsi 
(enozis)  şüarı oldu. Bu isə kiprli türklərin narahatlığına və onların 
Böyük Britaniya hökumətinə yaxınlaşmasına səbəb olur. 
Kiprin statusunun gec-tez dəyişməsini başa düşən ingilislər 
adada hərbi mövqelərini itirməmək məqsədilə enozis planını  qəbul 
etmir. Bu məqsədlə Türkiyə Böyük Britaniya ilə müttəfiq olaraq 
1955-ci ildə rəsmən bildirir ki, Anadolu sahillərindən 60 km aralıqda 


 
15 
yerləşmiş Kiprin Yunanıstana birləşdirilməsi Türkiyə dövlətinin 
təhlükəsizliyi baxımından yol verilməzdir. 
Əgər iki dünya müharibəsi arasındakı dövrdə kiprli türk 
liderləri enozis şüarına cavab olaraq adada ingilis hakimiyyətinin 
saxlanılması  və ya onun Türkiyəyə qaytarılmasını  tələb edirdilərsə, 
İkinci Dünya müharibəsindən sonra onlar adanın bölüşdürülərək 
(taksim) Türkiyə  və Yunanıstana birləşdirilməsini irəli sürürlər. Bu 
ideya Türkiyə hökuməti tərəfindən də müdafiə olunurdu. Yunanıstan 
hökuməti və kiprli yunanlar taksim planını rədd etdilər. Ona görə də 
türklər ingilislər tərəfindən onların (türklərin) marağının qorunması 
şərtilə adaya müstəqillik verilməsi ideyasını xoş qarşılayırlar. 
1959-cu ildə Böyük Britaniya, Türkiyə  və Yunanıstan 
arasındakı Kiprin gələcək statusu haqda saziş imzalanır. Sürix-
London müqaviləsinə  əsasən adada vahid müstəqil Kipr dövlətinin 
yaradılması  qərara alınır. Böyük Britaniya, Türkiyə  və Yunanıstan 
Kiprin müstəqilliyi,  ərazi bütövlüyü və  təhlükəsizliyinə  zəmanət 
verir. Yunanıstan və Türkiyə adada ordu saxlamaq, Böyük Britaniya 
isə Dekeliya və Akrotiri hərbi bazalarının yerləşdiyi 150 kv. km 
ərazini suverenliyi altında saxlamaq hüququ qazanır. 
Əfsuslar olsun ki, 1959-cu ildə imzalanmış müqavilə adanın 
vahidliyini təmin edə bilmir və onu etnik münaqişə ocağına çevirir. 
1974-cü il iyunun 15-də Kiprin mürtəce qüvvələri Afina hərbi 
xuntasına arxalanaraq adanın Yunanıstana birləşdirilməsi cəhdilə 
dövlət çevrilişi həyata keçirir. Çevrilişdən sonra adada vəziyyət 
gərginləşir. Kiprdə yaşayan türklərin hüquqlarını qorumaq və onları 
müdafiə etmək məqsədilə Türkiyə dövləti adaya ordu çıxarır və onun 
37 faizini zəbt edir. 
Yunanıstan və Türkiyə arasında ziddiyyət yaranır. NATO 
çərçivəsi daxilində Yunanıstan – Türkiyə arasında Cenevrə 
danışıqları baş tutmur. Türkiyə adada hərbi fəaliyyətini genişləndirir. 
1974-cü il avqustun 16-da türk ordusu özünümüdafiə qüvvələri ilə 
birgə ötən  əsrin 60-cı illərində  nəzərdə tutulan bölgü xəttinə çatır. 
Münaqişə zamanı adanın  şimalından cənubuna 200 yunan, 
cənubundan şimala 40 min türk köçməyə məcbur olur. 
1975-ci ilin fevralında kiprli türklər nəzarətləri altında olan 
ərazidə birtərəfli qaydada Kipr Federativ Türk Respublikasının 
(KFTR) yaradılmasını elan edir. Qanunverici məclis və hökumətin 
yaradılması elan olunur, konstitusiya qəbul edilir. Şimalda yaşayan 
 
16
yunanlar xarici vətəndaş sayılır. Mülkləri müsadirə edilir. Yunan 
mənşəli adlar (şəhər, küçə, kənd) dəyişdirilir, o cümlədən, 
Nikosiyanın türklərə  məxsus yaşayış  məhəllələri Levkoşa 
adlandırılır. 
Beynəlxalq cəbhədə mövqeyini möhkəmləndirmək və 
iqtisadiyyatın inkişafı  məqsədilə KFTR-nın türk liderləri «İslam 
həmrəyliyindən» istifadə edir.  KFTR İslam Konfransı  Təşkilatında 
müşahidəçi statusu alır. Ötən  əsrin 80-ci illərinin  əvəllərində 
Səudiyyə  Ərəbistanının məliki Məhəmməd  əl-Feysəl  əs Səudun 
təşəbbüsü ilə KFTR-da İslam Bankı  və iqtisadiyyatı Beynəlxalq 
İnstitutu, Feysəl adına Kipr İslam Bankı açılır. KFTR ilə Pakistan
İran, Ürdün və digər ölkələr arasında münasibətlər yaranır. 
1983-cü ilin iyununda KFTR qanunverici orqanı muxtariyyət 
hüquqları barədə qərar qəbul edir. 1983-cü il noyabrın 15-də Şimali 
Kıbrıs Türk Cümhuriyyəti dövlətinin (Şimali Kipr Türk 
Respublikası) elan olunur. NATO dövlətləri tərəfindən dəstəklənmək 
məqsədilə  Şimalda ABŞ  hərbi bazasının yerləşdirilməsinə imkan 
yaradılır. 1986-cı ildə Lefkoşada 500 mln. dollar vəsait sərf 
edilməklə ABŞ  tərəfi təyyarə limanını inşa etdirir. İqtisadiyyatına 
Türkiyə, ABŞ, Böyük Britaniya, AFR, Danimarka, Səudiyyə 
Ərəbistanı  və digər ölkələr sərmayə qoyur. Bu sərmayə  mənzil 
tikintisi, yollar çəkilməsinə (Levkoş-Girna), liman inşası (Girnada), 
məscidlərin bərpasına və d. sahələrə sərf edilir
*

Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti 
R.Denkdaşın müxtəlif ölkələrlə iqtisadi və  hərbi  əməkdaşlığı Kipr 
probleminin həllini mürəkkəbləşdirir.1986-cı ildə Türkiyə ilə ŞKTC 
arasında iqtisadi əməkdaşlıq, 1990-cı ildə pasport nəzarətinin ləğv 
edilməsi və gömrük əlaqələrinin genişləndirilməsi, siyasi və iqtisadi 
sahədə  əməkdaşlıq barədə deklarasiya imzalanmışdır. 1997-ci ilin 
iyununda Türkiyə  və  ŞKTC arasında iqtisadi, maliyyə, müdafiə, 
xarici siyasət və təhlükəsizlik sahələrində inteqrasiya tədbirləri haqda 
müqavilənin imzalanması isə Kipr probleminin həllini daha da 
                                      
*
 Türkiyə dövlətinin maliyyə yatırımına baxmayaraq, türk icması 
çətinliklərlə rastlaşır, sənaye istehsalı və kapital qoyuluşunun həcmi azalır, 
büdcədə kəsr mövcuddur. Ümumdaxili məhsulun 70 faizi xidmət sahəsi, 7,5 
faizi kənd təsərrüfatı, 13,5 faizi sənaye, 5 faizi turizmin payına düşür. Əmək 
qabiliyyətli əhalinin 10 – 12 faizi işsizdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə