Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   73

 
21 
müqayisədə yüksəkdir (İsraildə 8, Misirdə 71, Yəməndə 75 nəfər). 
Təbii artım sürəti ildə 2,4 faizdir. Artımın yüksək olması region 
əhalisinin sayının son 20 ildə iki dəfədən çox artmasına səbəb 
olmuşdur. 
 Yaxın və Orta Şərq regionunun əhalisinin orta ömür müddəti 
bir neçə ölkədə (Türkiyə, İran körfəzi əmirlikləri, Kipr,İsrail, Misir, 
Ürdün) 70-74 yaşdır.  Əfqanıstanda, Yəməndə bu göstərici çox 
aşağıdır (45-50 yaş). Təbii artımın yüksək və orta ömür müddətinin 
aşağı olması  əhalinin yaş strukturuna təsir etmişdir. Regionun bəzi 
ölkələrində (İraq, İran, Suriya, Misir) əhalinin 40 faizindən çoxu 15 
yaşadək olanlardır (əlavə 5). Region ölkələri üzrə  əhalinin 4,5 faizi 
(Kiprdə 10 faizi) 65 yaşdan yuxarı olanlardır. 
Əhalinin sayına immiqrasiyalar da təsir göstərir. Küveyt, 
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İsraildə immiqrantların sayı daha 
çoxdur.  İsrailə immiqrantlar Avrasiya, Amerika ölkələrindən 
gəlmişlər. İran körfəzi sahilindəki əmirliklərdə (Küveyt, Qətər, BƏƏ, 
Bəhreyn və Səudiyyə Ərəbistanında) immiqrantların sayı neft «hay-
küyü» ilə əlaqədar artmışdır. Küveyt əhalisinin təqribən yarısını Ərəb 
ölkələri,  İran və digər müsəlman ölkələrindən olan immiqrantlar 
təşkil edir. Fələstin  ərəblərinin 4 milyonu qonşu (Livan, Suriya, 
Misir, Ürdün) və digər ərəb ölkələrində yaşayır. 
Regiondan emiqrasiya da mövcuddur. XIX yüzilliyin 
sonlarında Livandan, Fələstindən Amerika, Afrika və qonşu  ərəb 
ölkələrinə köçənlər çox olmuşdur. 
Yaxın və Orta Şərq əhalisinin ölkələr və ayrı-ayrı ərazilər üzrə 
paylanmasında regional fərqlər vardır.  Əhalinin orta sıxlığının 
yüksək olmasına görə  Bəhreyn, Livan, İsrail, Küveyt seçilir. 
Səudiyyə Ərəbisatnı, Oman, Əfqanıstanda əhali seyrəkdir. Regionun 
xeyli hissəsini tutan yarımsəhra və  səhralarda daimi yaşayış 
məskənləri yoxdur. Əksinə, Aralıq dənizi, Qara, Mərmərə, Xəzər, 
Qırmızı  dənizin sahilləri, Nil, Dəclə  və  Fərat, Araz, Kabul çayları 
vadiləri, həmçinin vahələrdə  əhali sıxdır. Belə yerlərdə  əhalinin 
sıxlığı 1 kv. km-də 500-1000 nəfərə çatır. İsrail əhalisinin 2/3 hissəsi 
ölkə  ərazisinin 10 %-də,  İraq  əhalisinin yarıdan çoxu ərazisinin 15 
%-də, Misir əhalisinin 98 %-i ölkə  ərazisinin cəmi 5 %-də yaşayır. 
Türkiyə  və  İranda  əhalinin yerləşməsində  kəskin regional fərqlər 
vardır. 
Yaxın və Orta Şərqin əhalisinin xeyli hissəsi kəndlərdə yaşayır 
 
22
(ötən əsrin 70-ci illərdə bu göstərici 60 faiz idi). Urbanizasiya prosesi 
sürətlə gedir. İsrail əhalisinin 80, BƏƏ, Qətər, Küveyt əhalisinin 85-
90, Türkiyə  əhalisinin 70 faizi şəhərlərdə yaşayır.  Əfqanıstan, 
Yəmən, Omanda şəhər  əhalisinin miqdarı 40 faizdən yüksək deyil. 
Şəhər əhalisi, təbii artım, daxili və xarici miqrasiya nəticəsində artır. 
Əhalinin sayına görə Yaxın və Orta Şərqdə orta və kiçik 
şəhərlər üstünlük təşkil etsə də, milyonçu (Qahirə – 13, Tehran – 12, 
İstanbul – 12, Ankara – 4, Bağdad – 3,5 milyon nəfər və b.) olanları 
da var. 
Yaxın və Orta Şərq ölkələrində  əmək ehtiyatlarının miqdarı 
ümumi əhalinin sayı ilə müqayisədə azdır. 15 yaşadək olanların sayı 
əhalinin 45 faizini təşkil edir, şəriət adətlərinə görə qadınlar ictimai 
istehsala cəlb olunmur, ixtisaslı kadrlar (texnik, mühəndis, həkim) 
çatışmır,  əmək qabiliyyətli  əhali arasında savadsız olanları vardır. 
Region ölkələrinin  əksəriyyətində  təhsilin ibtidai və orta pillələri 
mövcuddur. Universitet təhsili azaddır, ali təhsilə  tələbatı olanlar 
üçün maddi yardım da ayırılır. 
İbtidai təhsil regionun bütün ölkələrində məcburi olsa da, bəzi 
səbəblər ucbatından (daxili münaqişələr, bəzi  əyalətlərin  şəhər 
mərkəzlərindən uzaqlığı  və s.) buna hamı yiyələnə bilmir. Digər 
tərəfdən isə  məktəb yaşlı  qızlar ibtidai və orta təhsil alsalar da, 
onların çox az hissəsi təhsillərini universitetlərdə davam etdirə bilir. 
Səudiyyə  Ərəbistanı, Qətər, BƏƏ kimi daha çox mühafizəkar 
ölkələrdə isə  təhsilin bütün pillələrində (ibtidai, orta, ali) qızlar və 
oğlanlar üçün tədris ayrılıqda aparılır. 
XX  əsrin 60-70-ci illərindən etibarən  əhalinin savadsızlığının 
aradan qaldırılması  tədbirlərinə baxmayaraq, regionun bir sıra 
ölkələrində 15 və ondan yuxarı yaşda olan əhali arasında savadlıların 
sayı  Qərbi Avropa ölkələri ilə müqayisədə  aşağıdır (Yəmən – 38, 
Misir – 51, İraq – 58, Səudiyyə Ərəbistanı – 63, Suriya – 71, İran – 
72 %). Neft sənayesinin inkişafı  və bununla əlaqədar müasirləşmə 
regionun bir çox rayonlarında ənənəvi həyat tərzinə də təsir etmişdir. 
Məsələn, köçərilərin sayı azalmış  və hazırda region əhalisinin cəmi 
1%-ni təşkil edir. 
Suriya,  İran, Səudiyyə  Ərəbistanının geniş  səhralarında bir 
qrup əhali köçəri həyat tərzi sürür, bəzi kürd və fars tayfaları isə yay 
və qış otlaqları arasında miqrasiya edir. İstehsala yararlı əhalinin çox 
hissəsi işləməyə az meyllidir. Yerli əhali arasında yüksək milli gəlirin 


 
23 
bölüşdürülməsi onları heç bir zəhmət çəkmədən həyat tərzi sürməyə 
sövq etmişdir. Gənclərin digər hissəsi isə  Qərb dövlətlərində  təhsil 
almaq üşün ölkəni tərk edirlər. Ona görə  də Yaxın və Orta Şərq 
ölkələrinin bəzilərində işləyənlərin böyük əksəriyyəti immiqrantlardır 
(cədvəl 2). 
«Neft dollarları» hesabına  əldə edilmiş kapitalın bolluğu 
şəraitində bu ölkələr nisbətən yüksək  əmək haqqı verməklə immiq-
rant işçilər cəlb edə bilmişlər.  İmmiqrant işçilər təkcə neft 
mədənlərində deyil, həmçinin, istehsalın digər sahələrində  də 
çalışırlar.  İran körfəzi  əmirliklərində  nəhəng tikinti işləri immiqrant 
işçilər tərəfindən aparılmışdır. 
Əhalinin məşğuliyyət strukturundakı  dəyişikliklər sübut edir 
ki, neft çıxaran dövlətlərdə, həmçinin, Türkiyə, İsrail, Ürdun, BƏƏ, 
Kiprdə xidmət sahələrində çalışanların sayı sürətlə artmışdır (əlavə 
7). 
Cədvəl 2 
Yaxın və Orta Şərq ölkələrində immiqrant işçilərin sayı 
Ölkələr 
İmmiqrant işçilərin 
sayı min nəfərlə 
Ümumi məşğul 
olanların miqdarına 
görə  
%-ilə 
Səudiyyə Ərəbistanı 4560 
72 
Küveyt 1020 
81 
BƏƏ 930 
90 
Oman 210 
42 
Qətər 190 
82 
Bəhreyn 130 58 
 
 
1.4. Region təsərrüfatının ümumi icmalı 
 
İnkişaf etməkdə olan ölkələrdə olduğu kimi Yaxın və Orta 
Şərq regionunda XIX əsrin ortalarında iqtisadi inkişaf xarici bazar 
üçün istehlak malları və avadanlıqları istehsalına yönəldilmişdi. XIX 
və XX əsrin  əvvəllərində bunlar əsasən kənd təsərrüfatı  məhsulları 
idi: Misirdə pambıq, Livanda ipək, Türkiyə,  İraq, Suriya və onların 
qonşularında müxtəlif növ buğda və s. Sonralar regionda mühüm 
ixracat məhsulunu neft və həm də ucuz işçi qüvvəsi əvəz etdi. Artıq 
 
24
XX yüzilliyin ortalarında Yaxın və Orta Şərq dünyanın həm siyasi, 
həm də iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. XX 
əsrin ikinci yarısından başlayaraq dünyada gedən siyasi proseslər və 
regionun əksər ölkələrinin qeyri-sabit vəziyyəti nisbətən inkişaf etmiş 
region dövlətlərini (Türkiyə,  İsrail,  İran,  İraq, Səudiyyə  Ərəbistanı, 
Misir) hərbi sənaye sahələrinin və silah-sursat istehsalını inkişaf 
etdirməyə məcbur etmişdir. 
 Müasir  iqtisadiyyatın mühüm energetika xammalı olan neft 
ehtiyatlarına görə Yaxın və Orta Şərq regionu dünyada birinci 
yerdədir. Dünya neft ehtiyatının təqribən 65, təbii qaz ehtiyatının 26 
faizi Qətər, Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, Qətər və BƏƏ-
nin payına düşür. Dünyada istehsal olunan neftin 26, təbii qazın isə 5 
faizi bu ölkələrin payına düşür. 
Regionun neft çıxaran iri dövlətlərində (Səudiyyə  Ərəbistanı, 
İran,  İraq, Küveyt, BƏƏ) neft ixracatından gələn gəlir milli iq-
tisadiyyata sərf edilməklə yanaşı, çox saylı  əhali arasında bölüş-
dürülür. Neft gəlirinin milli mənimsənilməsi bir istiqamətə 
yönəldilmiş istehlak məhsulları idxalına sərf olunmuşdur. Bu sahədə 
digər addım tikinti «hay-küyü» olmuşdur: göydələnlər, inzibati və 
infrastruktur tikintilər, səhrada iri beynəlxalq təyyarə meydanları, 
avtomobil magistralları, enerji təchizatı sistemləri, su təchizatı 
qurğuları, hökumət və parlament binaları, böyük otellər, monarxlar 
üçün iqamətgahları inşa edilmiş və diplomatik məhəllələr salınmışdır. 
Ötən əsrin 80-ci illərində inkişaf etmiş Qərb dövlətləri 1973-cü 
ildə olduğu kimi neftin qiymətinin kəskin artması halları  təkrar 
olunmasın deyə kompleks tədbirlər hazırlayırlar. Regionun siyasi 
durumundan asılı olaraq neftin qiyməti dünya bazarında bəzən 
düşməyə, bəzən qalxmağa başlayır. Enerji xammalına  əvəz 
axtarılması  və enerji toplama texnologiyasına diqqət edilməsi neft 
ixrac edən dövlətləri narahat edə bilməzdi. Yaxın və Orta Şərqdə neft 
ehtiyatının çox olması sübut edilsə də (əlavə 3), onun tükənən sərvət 
olması da məlumdur. Neft «xoşbəxtliyinin daimi olmaması» ilk 
növbədə ehtiyatı az olan Bəhreyndə özünü göstərir. Onun ardınca 
neft ixrac edən digər əmirliklər neftdən sonrakı inkişaf əsrinə hazırlıq 
məqsədilə mövcud kapitaldan və  sərvətin tükənməsinədək qalan 
vaxtdan səmərəli istifadə etmək barədə düşünməyə başlayırlar. 
Beləliklə, Yaxın və Orta Şərq regionunda neft ixrac edən 
dövlətlərin gələcək iqtisadi siyasətinin  əsasını 3 istiqamət müəyyən 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə