Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   73

 

ehtiyatı (71,7 trilyon kub m.) da çoxdur. Dünya qaz ehtiyatının 
(175,8 trilyon kub m.) 40,8, istehsalının 9,8 faizi bu regionun payına 
düşür. 
Yaxın və Orta Şərqdə xromit, dəmir filizi, mis, qurğuşun, 
manqan, sink, molibden, sürmə, boksit, təbii kükürd, kalium və xörək 
duzu, tikinti materialları yataqları  aşkar edilmişdir. Bu faydalı 
sərvətlərin bəzilərinə görə region dövlətləri dünya bazarında mühüm 
yer tutur. Məsələn, Türkiyə xromit ehtiyatlarına görə dünyada 
dördüncü (Zimbabve, CAR, Filippindən sonra) yerdədir.  İsrail və 
Ürdün kalium duzu ehtiyatı ilə  zəngindir.  İraq və Suriyada zəngin 
fosforit yataqları vardır. 
Yaxın və Orta Şərq regionu aqroiqlim sərvətlərilə də zəngindir. 
Təbiət buraya bol istilik və günəş  işığı, regionun əksər dövlətləri 
üçün həyati  əhəmiyyətə malik olan zəngin yeraltı su sərvəti bəxş 
etmişdir. 
Region dövlətləri tropik və subtropik qurşaqda yerləşir. 
Ərazisinin genişliyi, relyefin müxtəlifliyi, hava kütlələrinin 
sirkulyasiyası regionda istilik və rütubətin kəskin fərqinə  səbəb 
olmuşdur. Türkiyənin Aralıq və Egey dənizləri sahillərində isti yayı, 
yağmurlu qışı ilə səciyyələnən Aralıq dənizi iqlimi regionun qərbi və 
cənubu istiqamətində quru tropik iqlimlə  əvəz olunur. Yalnız 
Ərəbistan yarımadasının ucqar cənub-qərbi musson küləklərinin 
təsirinə  məruz qaldığından nisbətən çox rütubət alır. Regionda və 
həmçinin ayrı-ayrı ölkələrdə yağıntı və temperatur fərqi mövcuddur. 
Məsələn, İranın şimalına Xəzər dənizi sahillərinə il ərzində 2000 mm 
yağıntı düşdüyü halda, ölkənin səhra rayonlarına illərlə yağıntı 
düşmür. 
Türkiyənin mərkəzi  əyalətlərində yanvarın orta temperaturu 
0°C, iyulunku 23°C təşkil edir. Ərəbistan yarımadasının düzən sahil 
əyalətlərində, Aralıq dənizi sahillərində mülayim qış temperaturu 
hakimdir: Səudiyyə Ərəbistanının qərb hissəsində - Ciddədə yanvarın 
orta temperaturu 24°C, iyulunku isə 31°C-dir. Ərəbistan yarımadası, 
İran,  İraq və Misirin daxili əyalətlərində yayda çox yüksək 
temperatur ( 45°C-dən artıq ) mövcud olur. 
İqlim şəraiti kənd təsərrüfatının yerləşdirilməsinə, əkinə yararlı 
sahələrdən səmərəli istifadə olunmasına, aqrar istehsalın sahəvi 
strukturuna təsir göstərir. Bu baxımdan mülayim qurşaq böl-
gələrindən fərqli olaraq Yaxın və Orta Şərq termik sərvətlərlə yaxşı 
 
10
təmin olunduğundan eyni ərazidən il ərzində 2-3 dəfə  məhsul 
götürmək imkanlarına malikdir. Aqroiqlim amillərdən  ərazinin 
rütubətlə yaxşı  təmin olunmaması mühüm xüsusiyyətlərdəndir. 
Türkiyənin sahillərinə, Levant ölkələrinə yağıntı ilin əsasən qış 
fəslində düşür. Lakin qışın isti keçməsi bu ərazilərdə həm taxıl, həm 
də tropik bitkiləri (şəkər qamışı, xurma və b.) becərilməsinə imkan 
verir. 
Regionun müasir iqlim şəraiti onun ərazisinin xeyli hissəsini 
əhatə edən səhra və yarımsəhralarda çay şəbəkəsinin inkişafı üçün 
yararsızdır. Lakin burada uzunluğu 100 km-lə olan quru çay dərələri 
– uedlər(vadi) vardır ki, bunlar güclü yağışlardan sonra belə suyunu 
hövzəyə çatdıra bilməyib, səhranın qumları arasında itib-batır. Yaxın 
və Orta Şərq ölkələri yerüstü axınlarla zəngin olmasalar da, Nil, 
Dəclə, Fərat, Araz, Səfidrud, Harun regionun mühüm çayları hesab 
edilir. 
İsrailin  şimalında  İordan çayı ilə qidalanan Qaliley dənizi 
(Tiberiad gölü) ölkədə yeganə şirin su mənbəyidir. Yerüstü axından 
məhrum olan ərazilər yeraltı sularla zəngindir. Dağətəyi rayonlarda 
yeraltı sular Yaxın və Orta Şərq regionunda ənənəvi sayılan 
kanallarla (kəhrizlərlə) səthə  çıxarılır. Yeraltı suların dərin quyular 
qazaraq səthə çıxarıldığı ərazilər də çoxdur. Uedlər və yeraltı suların 
səthə çıxdığı səhralarda vahələr (oazis) mövcuddur. 
Su ehtiyatlarının məhdud olması, içməli su qıtlığı, suvarma və 
su enerji mənbələrinin kasadlığı regionun bir sıra ölkələrində daha 
kəskindir. İçməli su problemi Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanında 
təmizləyici qurğular tikilməklə  həll edilsə  də, region dövlətlərinin 
böyük əksəriyyəti bu problemin həlli yollarını hələ də axtarır. 
Regiondakı siyasi münaqişələr su sərvətləri üzərində 
nəzarətdən də kənarda qalmamışdır. 1967-ci ildə İsrail İordan çayının 
Qərb sahilini və 1982-ci ildə Livanın cənubunu zəbt etdikdən sonra 
İordan çayının yuxarı axını, Qaliley dənizi, Litani və Baniyas 
çaylarına nəzarəti də  ələ keçirir. Digər tərəfdən  İsrail hökuməti 
buraya köçmüş yahudilərə  Qərb sahildə yeni su quyuları qazımağa 
icazə verdiyi halda, bunu fələstinlilərə qadağa edirdi. Ərəblər və 
yəhudilər arasında hər hansı bir sülh müqaviləsi su təchizatına 
nəzarət problemi ilə də üzləşir. 
Fərat çayından istifadə olunmasında da mübahisəli məsələlər 
vardır. Türkiyə, Suriya və İraq ərazisindən axan Fərat çayından bu 3 


 
11 
ölkə irriqasiya və enerji məqsədləri üçün istifadə edir. 1984-cü ildə 
su təsərrüfatının inkişafı layihəsinin həyata keçirilməsi məqsədilə 
Türkiyə  tərəfindən Fərat üzərində 2 bənd inşa edildi. Bu, Suriya 
ərazisində axının azalmasına səbəb oldu. Suriyada bəndin tikilməsi 
isə öz növbəsində İraqın su təchizatında «əngəlliklər» yaratdı, bu ilk 
növbədə ölkənin kənd təsərrüfatına mənfi təsir göstərdi və 1975-ci 
ildə İraq və Suriya arasında kəskin münaqişəyə səbəb oldu. 
  
 
1.2. Regionun qısa tarixi və çağdaş siyasi problemləri 
 
Yaxın və Orta Şərq dünyanın qədim mədəniyyət ocaqlarından 
biridir. Hələ eramızdan  əvvəl IX-VIII minilliklərdə  Fələstində 
heyvandarlıq və 
əkinçiliklə 
məşğul olmağa başlamışlar. 
Mesopotamiya,  İran və Misirdə IV-III minilliklərdə suvarma 
sistemləri yaradılmışıdr. Kiçik Asiya, Şimali Mesopotamiya və 
regionun digər rayonlarında qədim metallurgiya ocaqları  aşkar 
edilmişdir. Eramızdan əvvəl IV-I minilliklərdə Yaxın və Orta Şərqdə 
quldarlıq dövlətləri yaranır: Mesopotamiyada qədim Babil çarlığı, 
Qərbi  İranda Elam, Kiçik Asiyada Hett, Misirdə Nom, Aşağı  və 
Yuxarı Misir padşahlıqları, Levantda finikiyalıların  şəhər-dövlətləri, 
Ərəbistanın cənub-qərbində Main, Səba, Ermənistan yaylasında 
Urartu dövlətləri və b. 
Yaxın və Orta Şərq dövlətləri orta yüzilliklərin mədəni hə-
yatında mühüm rol oynamışlar. Belə ki, Ərəb Xilafətininin yaranması 
ilə elm, texnika, incəsənət inkişaf etmiş, Avropa xalqları ərəb, İslam 
mədəniyyətinin təsirinə 
məruz qalmışdır. Uzun müddət 
sivilizasiyanın dayağı kimi inkişaf edən Yaxın və Orta Şərq ölkələri 
orta yüzilliklərin sonunda zəifləməyə başlayır. Buna səbəb bir 
tərəfdən köçəri tayfalarının dağıdıcı hücumları, digər tərəfdən Qərb 
dövlətlərinin təcavüzkar siyasəti idi ki, bunun da nəticəsində region 
dövlətləri müstəmləkə və yarımmüstəmləkələrə çevrilmişlər. 
Osmanlı-Türk imperiyasının yaranması  nəticəsində Aralıq 
dənizinin  şərqində «hərbi-siyasi sədd» formalaşır. Avropa və Asiya 
arasında yeni yolun kəşfi Məşriq dövlətlərini dünya iqtisadi magistral 
əlaqələrdən kənarda qoyur. 
XIX yüzillikdə  Qərbdəki texniki tərəqqi Osmanlı – Türk 
imperiyasının zəifləməsinə  səbəb olur və imperiya Avropanın 
 
12
qüdrətli ölkələrindən asılı vəziyyətə düşür. Avropa dövlətləri «Yaxın 
Şərq səddini» həm siyasi, həm də təbii-coğrafi cəhətdən keçməyə nail 
olur. Aralıq dənizinin  şərqində yerləşmiş Yaxın və Orta Şərq 
çıxılmaz vəziyyətdə çox qala bilməzdi. XIX yüzilliyin ortalarında 
Fransa diplomatı mühəndis Ferdinand Lesseps Misir və Türkiyə 
hökumətlərindən Aralıq dənizini Qırmızı  dənizlə birləşdirəcək 
kanalın tikintisi üçün imtiyaz alır. On ildən artıq davam edən tikinti 
1869-cu ildə başa çatır və  həmin ilin 17 noyabr tarixində  gəmiçilik 
üçün açılır. 
Kanalın açılması ilə  həm də dünya yəhudilərinin Fələstinə 
qayıtması  hərəkatı güclənir. 1948-ci ildə  İsrail dövlətinin yaranması 
regionda siyasi vəziyyəti gərginləşdirdiyindən Yaxın və Orta Şərq 
dünya dövlətlərinin bu regionu zəbt etməsi üçün daimi geosiyasi 
yarış meydanına çevrilir. 
Münaqişələrin «sıxlığına» görə Yaxın və Orta Şərq dünyada 
yeganə regiondur və  təsadufi deyil ki, onu həmişə partlamağa hazır 
olan «barıt çəlləyinə» bənzədirlər. Münaqişələrin ucbatından region 
dövlətləri əlverişli coğrafi mövqelərindən, gəlir imkanlarından lazımi 
səviyyədə istifadə edə bilmir. 
Fələstin problemi yeni mərhələdə. Yaxın  Şərqdə  Fələstin 
Mandatlığı ərazisində Ərəb və Yəhudi dövlətinin yaradılması BMT-
nin Baş  Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarı ilə 
qanuniləşdirilir.1948-ci il mayın 15-də  Fələstin torpağının bir 
hissəsində İsrail dövləti yaranır. 
Fələstin ərəbləri BMT Baş Məclisinin bu qərarını qəbul etmir. 
Fələstin xalqı azadlığı  uğrunda 50 ildən artıq müddətdə  İsrail 
təcavüzünə qarşı siyasi və silahlı mübarizə aparır. Nəhayət, 1988-ci il 
noyabrın 15-də  Əlcəzair  şəhərində  Fələstin Milli Şurasının 19-cu 
sessiyasında qəbul edilmiş siyasi bəyannamədə  Fələstin dövlətinin 
yaradılması elan edilir. O cümlədən, Qüdsün (Yerusəlimin)  şərq 
hissəsi daxil olmaqla 1967-ci ildə  işğal olunmuş bütün fələstin və 
ərəb torpaqlarını  İsrailin tərk etməsi, o müddətdə  İsrail tərəfindən 
salınmış yaşayış  məskənlərinin dağıdılması  tələbi irəli sürülür. 
Beləliklə, fələstinliləriin yaratmağa çalışdıqları dövlətin coğrafi 
sərhədləri  İordan çayının Qərb sahili (sahəsi 5879 kv.km), Qəzza 
bölməsi (sahəsi 378 kv.km), həmçinin paytaxt – Şərqi Qüdsü əhatə 
edir. Həmin vaxt bu ərazilərdə 2,8 milyon fələstinli  ərəb (İordan 
çayının Qərb sahilində – 1,5 mln.-dan artıq, Qəzza bölməsində – 1 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə