Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   73

 
17 
dərinləşdirir. 
Azərbaycan Respublikası  və  ŞKTC arasında münasibətlər 
yaradılmışdır. Bakıdan Levkoşaya təyyarə 
xətti açılmış, 
respublikamızın iş adamları Kiprin türklərin məskunlaşdığı 
ərazilərdə, kiprli türklər isə Azərbaycanda öz sərmayələri ilə biznes 
qurmağa başlamışlar. Azərbaycanda turizmin və subtropik 
meyvəçiliyin inkişafına kiprli türklərin yardımı böyükdür. 2007-ci 
ilin noyabr ayında Bakıda keçirilmiş Türk dövlətləri və 
cəmiyyətlərinin növbəti qurultayında kiprli türklərin rəhbəri çıxış 
edərək rəsmi Bakının onlara göstərdiyi yardımı müsbət 
qiymətləndirmişdir. 
Beynəlxalq ictimaiyyət Kipr probleminin həllinə  cəhd gös-
tərmişdir. BMT Təhlükəsizlik  Şurasının qətnamələrində adanın 
bölüşdürülməsinə imkan verməmək, xarici dövlətlərin adada hərbi 
iştirakına yol verməmək, respublikanın daxili işlərinə qarışmamaq 
göstərilir. 
BMT Baş Katibliyinin vasitəçiliyi ilə türk və yunan icmaları 
arasında danışıqlar aparılır. Kipr probleminin nizama salınmasının 
əsas məramını siyasi cəhətdən bərabərhüquqlu iki icmanın daxil 
olduğu vahid suveren dövlətin yaradılması təşkil edir. 
 
 
1.3. Regionun əhalisi və demoqrafik problemlər 
 
Yaxın və Orta Şərq regionunda 400,0 mln. əhali yaşayır. 
Demoqrafik göstəricilər regionun bir sıra ölkələrində  (Əfqanıstan, 
bəzi  əmirliklər, Yəmən) siyahıyaalma aparılmadığından BMT-nin 
təxmini məlumatlarına  əsaslanır. Yaxın və orta Şərq regionu 
əhalisinin 60 faizindən çoxu Türkiyə, İran və Misirdə yaşayır. 
Antropoloji cəhətdən region əhalisi avropoid irqinin cənub 
qrupuna aid edilir. Antropoloji və etnik mənsubiyyət bir-birinə uyğun 
gəlmir. Belə ki, türklər, oturaq həyat keçirən  ərəblər, kürdlər, 
yəhudilərin böyük qismi, Ön Asiya, Əfqanıstanın əksər xalqları Hind-
Pamir,  İran xalqları birinci qrupdan ikinciyə keçid müşahidə edilir. 
Aralıq dənizi bölgəsinin antropoloji xüsusiyyətləri qərbi türklər və 
köçəri  ərəblərdə daha parlaq əks olunur. Yaxın və Orta Şərq 
regionunda monqoloid (həzarələr, türklər və ərəblərin bir qrupu), zənci 
(Cənubi  Ərəbistanda  ərəblərin bir qismi) və avstraloid (İran və 
 
18
Əfqanıstandakı brahuilər) elementlərinin qarışığı var. 
Yaxın və Orta Şərq xalqlarının böyük əksəriyyəti sami, iran, 
türk dil qruplarına aid edilir. 
Sami dil qrupuna 13 ərəb dövləti (Bəhreyn, BƏƏ, Qətər, İraq, 
Ürdün, Yəmən, Küveyt, Livan, Misir, Oman, Səudiyyə  Ərəbistanı, 
Suriya, Fələstin)  əhalisinin böyük qismi, həmçinin  İsrail, Türkiyə, 
İranda yaşayan ərəblər aiddir. Geniş xalq kütləsinin işlətdiyi danışıq 
ərəb dili ilə ədəbi ümumərəb dili arasında mühüm fərq var. Yaxın və 
Orta  Şərqdə  ərəb dialektinin 3 – Suriya (Suriya-Fələstin),  İraq və 
Ərəbistan növü mövcuddur. Sami dil qrupuna İranın qərbində,  İraq 
və Suriyanın  şimal rayonlarında yaşayan assuriyalılar (aysorlar) aid 
edilir. Bu qrupa, həmçinin  İsrailin dövlət dili sayılan 
müasirləşdirilmiş  qədim yəhudi dili – ivrit aid edilir. Lakin ölkənin 
yəhudi əhalisinin əksəriyyəti bu dildən az istifadə edir və idiş dilində 
danışır. 
İran qrupu dillərində farslar, puştular, taciklər, kürdlər, 
bəluclar, lurlar, bəxtiyarilər, həzarələr, digər xalqlar və tayfalar 
danışır. Farslar və puştular  əsasən  İran və  Əfqanıstanda, taciklər 
Əfqanıstanın  şimal-qərbində,  İranın Xorasan əyalətində, kürdlər 
Türkiyə,  İran,  İraq, Suriyada, bəluclar  İran,  Əfqanıstanda, lurlar və 
bəxtiyarilər  İranda, həzarələr  Əfqanıstanda yaşayırlar. Fars və tacik 
(Əfqanıstanda bu farsi-kabuli və ya dəri dili adlandırılır) dilləri bir-
birinə yaxındır. 
Türk dillərində türk, azərbaycanlı , özbək, türkmən və digər 
xalqlar və etnik qruplar danışır. Türklər – Türkiyə, Kipr, 
azərbaycanlılar  İran,  İraq, özbəklər  Əfqanıstanda, türkmənlər  İran, 
Əfqanıstanda yaşayır. Türk dilləri bir-birinə çox yaxındır. Yaxın və 
Orta  Şərq regionunda ədəbi  ənənələrə malik türk və Azərbaycan 
dilləri üstünlük təşkil edir. 
Digər dil qruplarından olan xalqlar Kiprdə yaşayan yunanlar, 
regionun bir sıra ölkələrinə  səpələnmiş ermənilərdir. Regionda 
gürcülər, lazlar, Hindistan, Pakistan və  Şərqi Afrikadan olanlar da 
yaşayır. 
Yaxın və Orta Şərq regionu əhalisinin böyük əksəriyyəti (90 %-i) 
İslam dininə etiqad edir. İslam region ölkələrinin (İsrail və Kipr 
istisna olmaqla) dövlət dini olmaqla yanaşı, sosial-iqtisadi, siyasi və 


 
19 
mədəni həyatın müxtəlif sahələrinə təsir edə bilmişdir. Yaxın və Orta 
Şərq müsəlmanlarının əksər hissəsi sünni məshəbinə
*
 aiddir. 
İran müsəlmanlarının 90, İraqın 62, yəmənlilərin 50 faizi 
şiələrdir.  İran körfəzi  əmirliklərində  də  şiələr yaşayır. Dünya mü-
səlmanlarının müqəddəs saydıqları  Məkkə  və  Mədinə  Səudiyyə 
Ərəbistanında, Kərbəla və  Ən-Nəcəf  İraqda, Məşhəd və Qum 
şəhərləri İrandadır. 
Yaxın və Orta Şərq regionu əhalisinin 4 faizi xristianlardır. 
Xristianların böyük əksəriyyəti Misirdə yaşayır. Misir xristianları 
Qibti kilsəsinə aid edilir. İraq, Livan, Suriya, Kiprdə yaşayan xris-
tianlar iki: ortodoksal (erməni, yunan, suriya) və katolik (yunan, 
maronit və suriya) qruplarına bölünür. 
İudaizm region dövlətlərindən yalnız İsraildə hakim dindir. Üç 
dünyəvi dinin mərkəzi sayılan Yerusəlim (Qüds) İsraildədir. 
Yaxın və Orta Şərq regionu xalqlarının mədəniyyətində oxşar 
xüsusiyyətlər çoxdur. Bu təbii-coğrafi və sosial-iqtisadi şəraitin 
uyğunluğu, qarşılıqlı mədəni təsirlə izah olu. 
Region  ərazisində tarixən mədəni-təsərrüfat fəaliyyəti 
suvarmadan istifadə etməklə  əkinçilik və arid zonada köçəri və 
yarımköçəri heyvandarlıq üstünlük təşkil etmişdir. Təsərrüfatın bu 
növü sami, fars, türkdilli xalqlar arasında yayılmışdır. Bu xalqlar 
arasındakı qarşılıqlı  əlaqələr regionda mədəni xüsusiyyətlərin 
orijinallığını müəyyən edir. 
Yaxın və Orta Şərq xalqlarının mənəvi mədəniyyətinin sə-
ciyyəvi cəhəti – orta yüzilliklərdə  ərəblər və onlar tərəfindən işğal 
olunan xalqların qarşılıqlı münasibəti nəticəsində formalaşmış  ərəb 
mədəniyyətinin bu və ya digər xüsusiyyətlərinin saxlanılmasıdır. 
Region xalqlarının  əksəriyyətinin dilində  ərəb və fars terminləri və 
sözləri çoxdur. Türk və kurmanc dilində danışan kürdlərdən başqa 
                                      
*
 Bu məshəbin tərəfdarları özlərini  əhl – əs – sünnə (sünnə adamları) 
adlandırır və belə hesab edirlər ki, Məhəmməd (S) peyğəmbərin ənənələrinə 
məhz onlar əməl edir, şiələr isə həmin ənənələri təhrif edirlər. Teologiyada 
ərəbcə yol, nümunə  mənasını bildirən sünniliyi şiyəlikdən ayıran başlıca 
fərq budur ki, sünnilər Məhəmmədin vəfatından sonra Allahla insanlar 
arasında vasitəçiliyin mümkünlüyünü qəbul etmir, Əlinin xüsusi təbiəti və 
onun xəlifələrinin (ərəbcə varis, müavin) imam olmağa, icmaya rəhbərlik 
etməyə xüsusi hüquqi haqqında ideyanı inkar edirlər. 
 
20
islam xalqları  ərəb  əlifbasından istifadə edir. Bu xalqların təhsil 
sistemi, ədəbiyyatı, incəsənəti İslamın təsirinə məruz qalmışdır. 
Yaxın Şərqdə VII-XII yüzilliklərdə müsəlman hüquq normaları 
və dini qanunlarının məcmusu kimi yayılmış  şəriət
*
 bu gün də 
regionun müsəlman xalqlarının ailə-məişət həyatında dərin kök 
salmışdır. 
XX əsrin sonlarından etibarən İslamın sosial əxlaq və məişətdə 
təsiri bir qədər «yumşalır». Bunun müsbət təzahürlərindən  ən 
mühümü gender bərabərliyində  əks olunur. Belə ki, qadınlar təhsil 
almaq,  şəhər mərkəzlərində sosial tələbatlarını reallaşdırmaq və s. 
imkanlara nail olurlar. 
İslam fundamentalizmi mühitində  ərəb dövlətləri xalqlarının 
siyasi həyatında və mənəvi ideologiyasında Xilafət mənəviyyatı hələ 
də yaşayır. 
Region  əhalisinin 2 faizini təşkil edən yəhudilər mühüm 
mədəni qrupu təşkil edir. İsraildə yaşayan yəhudilərin təqribən 
yarısının burada doğulmasına baxmayaraq, onların valideynləri, baba 
və nənələri XX əsrdə dünyanın 100-dən artıq ölkəsindən gələnlərdir. 
Əhatəsində olduqları mühitin müxtəlifliyi səbəbindən onların dilləri 
də 2 qrupa (ənənəvi və müasir) bölünür. 
Yaxın və Orta Şərq xalqlarının müasir mədəniyyətində  də 
ümumi cəhətlər çoxdur. Bu yerli ənənəvi və müasir qərb 
elementlərinin yanaşı olduğu şəhərlərdə parlaq nəzərə çarpır. Qədim 
saraylar və  məbədlər, azan səsləri ucalan minarələrlə yanaşı 
çoxmərtəbəli binalar, mehmanxanalar təzad təşkil edir. Qoşqu qüv-
vəsi hərəkət edən yollar asfalt döşənmiş magistrallarla əvəz olunmuş 
və bu yollarda müasir, ən yeni markalı avtomobillər «şütüyür». 
Regionun sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində 
ədəbiyyat, incəsənət və memarlıq sahələrində müasirliklə milli 
ənənələrin qarışdırılması meyli parlaq nəzərə çarpır. 
Yaxın və Orta Şərq regionunun əhalisi yüksək təbii artımı ilə 
seçilir. Bununla yanaşı, həyat səviyyəsi aşağı olduğu şəraitdə region 
ölkələrində hər 1000 nəfərə ölənlərin miqdarı inkişaf etmiş ölkələrlə 
                                      
*
  Şəriət – ərəbcə  «şəraa» – istiqamətləndirmək deməkdir.  Şəriətə görə 
azyaşlılar arasında nigah, çoxarvadlılıq, boşanarkən yalnız kişinin hü-
quqlarının qorunması, nigahın satın alınması və s. qanuniləşdirilmişdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə