Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

 
109 
etməsə də Kipr bayrağı altında əsasən Yunanıstana, Almaniyaya, Ru-
siyaya və Latviyaya məxsus irili-xırdalı 1500-ə qədər gəmi üzür. 
Kənd təsərrüfatının aparıcı sahələri.  Kənd təsərrüfatı Kipr 
sənayesinin həmişə aparıcı sahələrindən olub. Əmək qabiliyyətli 
əhalinin təqribən 20 faizi kənd təsərrüfatı sahələri ilə  məşğul olur. 
Suvarılan torpaqlarda 2-3 dəfə  məhsul götürmək mümkündür. 
Əkinçilik Kipr kənd təsərrüfatının başlıca sahəsidir. Əkilən qiymətli 
texniki, sitrus və başqa meyvələr yüksək əmtəəlik dərəcəsi ilə seçilir 
və toplanan məhsulun  əksər hissəsi ixrac edilir. Buna baxmayaraq 
kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. 
Kiprdə torpaqların 1/3-i dövlətin dini müəssisələrinin, eləcə də 
iri sahibkarların  əlində  cəmləşib. Adada böyük torpaq sahibkarı 
provaslav kilsəsidir. Türk icmasının dini təşkilatına məxsus olan vəqf 
torpaqları o qədər də çox deyil. Adada kənd təsərrüfatı istehsalının 
inkişafı üçün irriqasiya vacib əhəmiyyət kəsb edir. 
Hazırda bütün şumlanan torpaqların yalnız 15 faizi daima su-
varılır. Kənd təsərrüfatı daima güclü quraqlığa məruz qalır. Kiprin su 
təchizatı probleminə irriqasiyaya, meliorasiyaya hər iki icma çoxlu 
vəsait sərf edir. 
Kiprdə müxtəlif kənd təsərrüfatı bitkiləri yetişdirilir. Onları 2 
qrupa ayırmaq olar. Birinci qrupa dənli, paxlalı, zeytun və  tərəvəz 
bitkiləri daxildir ki, onlardan adanın əhalisi istifadə edir. İkinci qrupa 
sitrus, üzüm, giləmeyvələr və s. aiddir ki, onların əksər hissəsi ixrac 
olunur. Kipr əkinçiliyində sürətlə inkişaf edən sahələrdən sitrus 
meyvələrinin (portağal, mandarin, limon, qreyfrut) becərilməsidir. 
Ən əhəmiyyətli sitrus plantasiyaları adanın cənub hissəsində – Fama-
qusta dairəsində, Limasol ətrafında yerləşir. Elə bu şəhər-portlar va-
sitəsi ilə sitrus meyvələr ixrac olunur.  
Ölkədə yetişdirilən sitrus meyvələrinin təqribən 75 faizi ixrac 
olunur. Qalanı isə ölkə müssisələrində konservləşdirilir və onlardan 
kompotlar istehsal olunur. Kiprin digər ixracat bitkisi üzümdür. 
Üzüm adanın əksər hissələrində yetişdirilsə də əsas üzüm palntasiya-
ları adanın cənub qərb hissəsində yerləşir. Üzüm plantasiyalarının 
ümumi sahəsi 40 min hektardır. Istehsal olunan üzümün 1/3-i yerli 
müəssisələrdə emal olunur. Bir hissəsindən isə şərab istehsal olunur. 
Kiprin «Kommandarı» çaxırı çox məşhurdur.  Şərabla bərabər 
ölkədən kişmiş və üzümün süfrə sortları da ixrac olunur. 
Zeytun əkinlərinə adanın hər yerində rast gəlmək olar. Zeytun 
 
110
kiprlilərin əsas qida rasionunun tərkib hissəsidir. Ölkə zeytun yağına 
olan daxili təlabatını tam ödəyir. Kipr üçün heyvandarlıq kənd 
təsərrüfatının mühüm sahələrindən biri olsa da əkinçiliklə 
müqayisədə o bir qədər geridir. Ölkə heyvandarlığında xırda 
buynuzlu heyvanlar yetişdirilməsi üstünlük təşkil edir çünki təbii ot-
laqlar və  çəmənliklər azdır. Yemin çatışmaması ilə  xəstəliklər də 
heyvandarlığa böyük zərər verir. Baytarlıq xidməti lazımı səviyyədə 
deyil. Ölkənin böyük təbii imkanlarına baxmayaraq balıqçılıq lazımı 
səviyyədə inkişaf etməmişdir.  Əsas səbəbi balıq donanmasının zəif 
olmasıdır. 
 Nəqliyyat, Xarici ticarəti, maliyyə sistemi. Nəqliyyat baxı-
mından ölkə pis təmin olunmayıb. Adanın daxili yük və  sərnişin 
daşımalarında avtomobil nəqliyyatı  əsas yeri tutur. Amma adanın 2 
hissəyə parçalanması vahid nəqliyyat sistemini iflic vəziyyətə 
salmışdır. Xarici əlaqələrdə  dəniz və hava nəqliyyatının rolu bö-
yükdür. Nikosiyadan başqa ölkənin bütün böyük şəhərləri həm də 
dəniz limanlarıdır. Adada beynəlxalq və yerli əhəmiyyətli aeroportlar 
da fəaliyyət göstərir. Ölkənin iqtisadiyyatı üçün xarici iqtisadi 
əlaqələrin rolu böyükdür. 
Adanın yunanlar yaşayan hissəsinin xarici iqtisadi əlaqələri 
Böyük Britaniya, Yunanıstan və  Qərbi Avropanın digər dövlətləri 
istiqamətindədir. Kipr yunanlarının mal ixracat həcmi 1,3 mlrd. dol-
lar həcmində idi. Bu ixracatda əsas məhsullar sitrus meyvələri, üzüm, 
şərab, kartof, tikiş məhsulları və ayaqqabılardır. 
Adanın türklər yaşayan hissəsinin ixracat həcmi 100 mln. dol-
lardan bir qədər artıqdır. Bu bölgədən əsasən sitrus meyvələri, kartof 
və toxuculuq məhsulları ixrac olunur. Adanın yunanlar yaşayan 
hissəsində pul vahidi Kipr Funtudur. Türklər yaşayan hissədə pul va-
hidi kimi türk lirəsindən istifadə olunur. 
Son illərdə Kiprdə Azad İqtisadi Zonaların yaradılmasına və 
offşor fəaliyyətinə xüsusi fikir verilir. Bu işlər adanın hər iki 
hissəsində aparılır. Bu fəaliyyət adanın yunan payı hissəsində daha 
fəaldır. Bu ərazi Qərbi Avropa və Rusiya investorları üçün ən məşhur 
zonalardan biri kimi dəyərləndirilir. 
Offşor qanunvericiliyi 1975-ci ildə  qəbul edilmişdir. Offşor 
şirkətlər  əsasən beynəlxalq biznes-şirkətlər (İnternational Busines 
Company) statusuna malikdirlər. Burada qeydiyyata alınan offşor 
şirkətlər 4,25 faiz miqdarında gəlir vergisi ödəyirlər. Onlarda 


 
111 
nizamnamə kapitalı 1000 kipr funtundan az olmamalıdır.  Şirkətin 
katibi Kiprə  məxsus fiziki yaxud hüquqi şəxs olmalıdır. Ölkədə 
minlərlə offşor şirkəti qeydiyatdan keçmişdir. Onlardan cəmi 10 faiz-
inin adada ofisləri vardır. Həmin ofislərdə əsasən əcnəbilər olmaqla 5 
min nəfər çalışır. Ölkə ikiqat vergi tutmaqdan azad olmaq barədə 30 
ölkə ilə müqavilə bağlamışdır. 
İnvestorlar üçün çox güzəştli sayılan müqavilələr siyahısında 
Rusiya da vardır. Bununla belə Kiprin mərkəzi bankı çirkli pulların 
yayılması ilə mübarizə  çərçivəsində ölkədə Rusiya banklarının 
şəbəkələrinin açılmasının qarşısını almış  və 10 mln dollardan çox 
məbləğdə köçürmələrin ödənilməsinə qərar vermişdir. 
 
 
KÜVEYT DÖVLƏTİ
*
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe. Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri 
olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt 
cənub və  cənub-qərbdə  Səudiyyə  Ərəbistanı (250 km), şimal və  şi-
mal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 
km məsafədə  İran körfəzinin suları ilə  əhatələnir. Sərhədin ümumi 
uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən 
qərbə doğru isə  təqribən 170 km məsafədə uzanır.  İran körfəzinin 
Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, 
Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları 
ölkənin tərkibinə daxildir. 
Rəsmi məlumatlara görə ölkənin  ərazisi 17,8 min kv. km, 
əsasən  ərəb mənbələrinə görə isə 20,2–20,7 min kv. km təşkil edir. 
Belə  fərq Küveytin Səudiyyə  Ərəbistanı  və  İraq ilə  dəqiq 
sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına 
qədər Küveyt ilə  Səudiyyə  Ərəbistanı arasında sərhəd məsələsi 
üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir 
sıra sərhəd  ərazilərini özünün hesab edirdi. Məsələ ondadır ki, 
Küveyt və  Səudiyyə  Ərəbistanının köçəri  əhalisi bu mübahisəli 
                                      
*
 Ərəbcə adı Daulət əl-Küveytdir. 
 
112
ərazilərin otlaq sahələrindən və içməli su mənbələrindən daima 
birlikdə istifadə edirdilər. 
Hələ 1922-ci ildə Küveytin, İraqın və Nəcdin (indiki Səudiyyə 
Ərəbistanının bir əyaləti) nümayəndələri arasında sərhəd 
ziddiyyətlərinin nizama salınması  məqsədi ilə danışıqlar keçirilmiş-
dir. Bu danışıqlara görə Küveyt ilə  Səudiyyə  Ərəbistanı arasında 
sahəsi 5,7 min kv. km olan xüsusi «keçid» bölgəsi yaradılmışdır.  
1942-ci ilə  qədər bu bölgə «Bitərəf bölgə» adlandırılırdı. 
Bitərəf bölgədə  zəngin neft yataqları  aşkar edildikdən sonra bu 
ərazilər uğrunda mübahisələr yenidən qızışır. Yalnız 1969-cu ildə 
Səudiyyə  Ərəbistanı ilə Küveyt arasında çətin və uzun sürən dan-
ışıqlardan sonra hər iki dövlətin nümayəndələri «Bitərəf bölgə»nin 
bölüşdürülməsi qərarına gəlmişlər.  
Küveyt və  İraq arasında da sərhəd mübahisələri mövcuddur. 
Bu mübahisələr nəinki  İraq və Küveyt arasında münasibətləri 
kəskinləşdirmiş, hətta silahlı toqquşmalara səbəb olmuşdur. Məsələn, 
1973-cü ildə İraq qoşunları Umm-Qəsr limanı yaxınlığında yerləşən 
Küveyt ərazisinin bir hissəsini işğal etmişlər. İraq həm də Umm-Qəsr 
hərbi-dəniz bazasının girəcəyinə yaxın yerləşən Vərba və Bubiyan 
adalarının ona məxsus olduğunu iddia edir. Bu sərhəd münaqişələri, 
həm də  İraq ilə Küveyt arasında mövcud olan başqa problem 
məsələlər 1990-cı ilin avqustunda daha kəskin xarakter almış  və 
müharibə ilə nəticələnmişdir. 
Ərazi mübahisələri Küveyt ilə  İran arasında da mövcuddur. 
İran Auxa və Kubbar adalarının ona məxsus olduğunu iddia edir. 
Eyni zamanda qitə  şelfi və  məhəlli sulardan istifadə edilməsi 
məsələlərində də region dövlətləri arasında mübahisələr var. 
Səth quruluşu və faydalı qazıntıları. Küveytin səthi qumlu 
və daşlı (xüsusilə qərbdə) səhralarla örtülüdür. Çox da yüksək olma-
yan səhra yaylası  şərqə doğru getdikcə alçalır, sahil xəttində isə 
bataqlaşmış ovalıqlara çevrilir. Ovalığın ayrı-ayrı hissələri, dəniz su-
larının buxarlanması  nəticəsində  əmələ  gələn  şoranlıqlar ilə tutul-
muşdur. Səth quruluşuna görə ölkə  ərazisi materik yüksəkliyi, 
mərkəzi təpəliklər və sahil düzənliyi təbii bölgələrinə ayrılır. 
Materik yüksəkliyi təbii bölgəsi dəniz səviyyəsindən 200-300 m 
hündürlükdə olub, ölkənin cənub-qərbini  əhatə edir. Materik 
yüksəkliyi  şimal-qərbdə  İraq sərhəddinə  qədər uzanan əl-Batin 
vadisinə qovuşur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə