Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

 
85 
Köhnə yol şəbəkəsi ölkənin sürətlə inkişaf edən milli iqtisadiyyatının 
tələbatını 
təmin etmədiyindən onun yenidənqurmaya və 
genişləndirməyə böyük ehtiyacı var idi. 
Müstəmləkəçilik illərində bu işləri müəyyən dərəcədə  həyata 
keçirmiş İraq hökuməti ötən əsrin axırları və yeni əsrin əvvəllərində 
baş vermiş daxili münaqişələr və xarici müdaxilələr nəticəsində 
bütün nəqliyyat sisteminin dağılmasının və qismən sıradan 
çıxmasının şahidi oldu. 
Ölkədaxili yük və  sərnişin daşımalarında avtomobil 
nəqliyyatının rolu böyükdür. Ölkədaxili bütün daşımaların təqribən 
80-85 faizi avtomobil nəqliyyatının payına düşür. Avtomobil 
yollarının ümumi uzunluğu 40 min km-dən bir qədər artıqdır. Bu 
yolların üçdə iki hissəsi bərk örtüklü yollardır. Kərbəla və Ən Nəcəf 
dini mərkəzlərini Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri 
ilə birləşdirən «Zəvvar yolu» xüsusilə əhəmiyyətlidir. 
Əksəriyyəti dağılmış  vəziyyətdə olan dəmir yollarının ümumi 
uzunluğu 2032 km-dir. İlk dəmir yolunun (Bağdad dəmir yolu) 
çəkilişinə 1858-ci ildə almanlar tərəfindən başlanılmış, 1934-1941-ci 
illərdə isə  həmin yolun inşası Fransa və Böyük Britaniya şirkətləri 
tərəfindən tamamlanmışdır. Ötən  əsrin ikinci yarısında Bağdad-Əl 
Qasım, Bağdad-Bəsrə istiqamətində yeni yollar çəkilmişdir. 
İraqda böyük əhəmiyyətli boru kəmərləri (həm neft, həm qaz) 
də mövcud idi. İndi onların bəziləri sıradan çıxmışdır. İraq hökuməti 
bu kəmərlərin fəaliyyətini bərpa etməyə başlamışdır. 
Xarici ticarət. Ölkədə neft daşıyan gəmilərin donanması da 
yaranmışdı. Bəsrə, Fao, Umm-Qəsr ölkənin neft ixrac edən başlıca 
portlarıdır. Bağdad yaxınlığında beynəlxalq dərəcəli aeroport 
fəaliyyət göstərir. 
Müstəqillik illərində ölkənin xarici ticarətinin strukturunda 
dəyişikliklərə baxmayaraq, xarici ticarət bir tərəfli inkişaf edirdi. 
2001-ci ildə ölkə ixracatının dəyəri 15,8 mlrd. dollara bərabər 
olmuşdur. Bu da əsas etibarilə dünya bazarlarına çıxarılan neft 
satışından əldə olunmuş gəlir idi. Rusiya, Fransa, Çin və Türkiyə İraq 
neftinin  əsas alıcıları idi. İraq baykot olunana qədər neftlə yanaşı 
dünya bazarına xurma, gön-dəri, zərgərlik və xalça məmulatları 
çıxarırdı.  İraq idxalatının  əsasını  ərzaq, dərman və  əhali tərəfindən 
gündəlik işlədilən məmulatlar təşkil edir. Qoyulmuş qadağa 
(embarqo) ölkənin xarici ticarət coğrafiyasının genişləndirilməsinə 
 
86
imkan vermir. Ölkənin milli pul vahidi dinardır, 1 dinar 100 filəmə 
bərabərdir. 
 
İSRAİL DÖVLƏTİ 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe. İsrail Yaxın və Orta Şərq regionunda yerləşmiş 
iki qeyri müsəlman ölkəsindən biridir. 1947-ci ilin 29 noyabrında BMT-
nin Baş  Məclisinin keçmiş Britaniya müstəmləkəsi olmuş  Fələstin 
ərazisinin 14,1 min kv km-ni müstəqil Yəhudi dövlətini yaratmaqdan 
ötrü bu bölgədə yaşayan yəhudi xalqına vermişdi. Son 50-60 ildə İsrailin 
yerləşdiyi ərazi zəbt etdiyi torpaqlar hesabına xeyli dəyişkənliyə məruz 
qalmışdır. Beynəlxalq ictimaiyyət isə BMT tərəfindən müəyyən edilmiş 
ərazi və sərhədləri tanıyır. 
1948-49-cu illərdə  İsrail BMT tərəfindən müstəqil  ərəb dövləti 
yaratmaq üçün ayrılmış 11,1 min kv km ərazinin 5,7 min kv km-ni zəbt 
edib öz torpağına qatır. 1949-cu ildə İsrailə onun qonşuları Misir, Ürdün, 
Suriya və Livan arasında demarkasiya sərhədi barədə razılıq əldə olunsa 
da, sonrakı illərdə  İsrail bu razılığı tez-tez pozur. Beləliklə,  İsrailin 
ərazisi 20,8 min kv km-ə çatır. 1967-ci ildə  İsrail Ürdün çayının qərb 
sahilini, Qəzza bölgəsini və Suriyanın Colan təpəlikləri ərazisini də zəbt 
edir. 2005-ci ildə öz qoşunlarını Ürdün çayının qərb sahili və  Qəzza 
bölgəsindən çıxarır. 
Qurudan 4 müsəlman dövləti (əslində Fələstin də daxil olmaqla 
5 dövlət olmalı idi) ilə  həmsərhəd olan İsrailin qərbdən 188 km 
məsafədə Aralıq dənizinə,  şərqdən 56 km məsafədə Ölü dənizin 
cənub-qərb bölgəsinə, cənubdan 10 km məsafədə  Qırmızı  dənizin 
Əqəbə körfəzinə çıxışı var. 
Səth quruluşu və faydalı qazıntıları.  Təbiətinin mühüm 
xüsusiyyəti ölkənin dənizlər, dağlar və  səhralar arasında 
yerləşməsidir.  İsrailin  ərazisi ki-çik olsa da səth quruluşunda 
müxtəliflik hiss olunur. Qaliley yaylası adlanan hissə ölkənin  şimal 
və qərb bölgəsini tutur. Əslində bu yayla hündür düzənliyi xatırladır. 
Burada hündürlük 600-700 m-dən artıq deyil. Ölkənin şimali-şərqini 
Ürdün çayının dərəsi tutur. Mərkəzi hissə Aralıq dənizi sahili bo-
yunca yerləşmiş alçaq ovalığı xatırladır. Burada sahil xətti zəif 
parçalandığından ovalığın  şimal hissəsində yerləşmiş Xayfa körfəzi 


 
87 
istisna olmaqla təbii körfəz və buxtalar yoxdur. 
Ölkə  ərazisinin  əksər hissəsini Neqev yaylası tutur.Bu yayla 
şimalda alçaq dağ massivlərinə, şərqdə isə Qhor tektonik çöçəkliyinə 
yaxınlaşır. Bu çöçəkliyin ən dərin yerində okean səviyyəsindən 392 
m. aşağı olan Ölü dəniz yerləşir. Bu dənizlə  Qırmızı dəniz arasında 
qalan ərazidə Aqava dərəsi yerləşir. 
İsrailin  ərazisi faydalı qazıntılarla zəngin deyil. Əsasən 
mezazoy dövrünün çöküntüləri ilə örtülüdür. Nisbətən hündür 
yerlərdə karst hadisələrinə və mağaralarına rast gəlmək olar. Ölkədə 
qeyri-metal sərvətlər metal və yanacaq sərvətlərindən çoxdur. Qeyri-
metal faydalı qazıntılar içində Ölü dənizdəki kalium duzları, natrium 
və brom çoxdur. Neqev yaylasında fosforit, gips, tikinti materialları 
və kvars qumları aşkar edilmişdir. Müxtəlif yerlərdə ehtiyatı az olan 
dəmir və mis filizi, neft və  təbii qaz yataqları  aşkar edilmişdir. Ölü 
dənizdən əldə edilən təbii sərvət – potaş, xlorlu maqnezium, xörək və 
kalsium duzları, xüsusilə,  əhəmiyyətlidir. Bu bölgədə beynəlxalq 
əhəmiyyətli kurortlar yerləşir. 
 İqlimi və hidroqrafiyası. İsraildə Aralıq dənizi iqlim tipi ha-
kimdir. Ərazidə yay ayları quraq və isti,qış isə mülayim və rütubətli 
keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və  qışda isə 
mülayim enliklərin hava kütlələri hakimdir.Səth quruluşunun 
müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. 
Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin 
şəkildə azalır. Məsələn, qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 
1000 mm-ə  qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat 
bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 
mm-ə  qədər, Ölü dənizin sahillərinə isə 70-80 mm yağıntı düşür. 
Yanvar, fevral ayları ən çox yağış yağan aylardır. 
Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20 
dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə  dərəcə 
aşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin 
çimərliklərindən ilin 7-8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri 
onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağı 
düşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32-33 dərəcəyə 
çatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür 
ərazilərdə  qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun 
gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur 
müsbət 15 dərəcəyə bərabərdir. 
 
88
Ərazi üçün şimal və  qərb küləklərinin  əsməsi səciyyəvidir. 
Yazda və yayın  əvvəllərində  Ərəbistan yarımadasından quru və isti 
xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasında 
rast gəlinir. 
İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb 
hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çay-
ların  əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axar-
sızdar. Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan 
(Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay 
Ölü dənizə tökülür.Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan 
hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr 
alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km, 
maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından on-
dan içməli su mənbəyi kimi istifadə olunur. 
1000 kv. km ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km) 
250 kv. km-i İsrailə  məxsusdur. Bu kiçik ərazidən  İsrail hökuməti 
maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla 
yanaşı kurort təsərrüfatı inkişaf etdirilir. 
 Sənaye, kənd təsərrüfatı  və  əhalinin suya olan tələbatını 
ödəmək məqsədilə su təchizatı  və irriqasiyanın mərkəzləşdirilmiş 
sistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu 
150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xa-
Ayin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan 
Yarkon- Şimali Neqev xəttilə birləşir. 
Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub 
metr oldu-ğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik 
çayların və bulaqların 320 mln. kub metri Ürdün çayının İsrailə aid 
olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir. 
Ümumiyyətlə,  İsrail hökuməti içməli su təminatında böyük 
müvəffəqiyyətlər  əldə etmişdir. Onun bu təcrübəsindən başqa quraq 
ölkələr də istifadə edir. 
 Torpaq və bitki örtüyü. Ölkənin nisbətən çox yağıntı alan 
qərb hissəsində quru subtropik meşə  və kolluqların qəhvəyi tor-
paqları, mərkəzi və  şərq bölgələrində boz qəhvəyi torpaqlar, 
cənubunda isə subtropik səhra torpaqları yayılmışdır. Dağlıq 
ərazilərin bəzi yerləri torpaq örtüyündən məhrumdur. Sahil bölgələrin 
torpaqları nisbətən məhsuldardır. Belə torpaqlarda humusun miqdarı 
24 faizə çatır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə