Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

 
97 
təmin olunduğundən onun hasilat sənayesi o qədər də inkişaf 
etməmişdir. Hasilat sənayesinin  əsasını Ölü dənizdəki natrium və 
brom duzları və Neqev səhrasındakı fosfor istehsalı təşkil edir. Çıx-
arılan fosfatın üçdə iki hissəsi Nxal-Sin yataqlarının payına düşür. 
İsrail nəinki fosfata olan daxili tələbatını tam ödəyir, hətta onu dünya 
bazarına da çıxarır. Bunun üçün Aşdod  şəhərində xüsusi liman ti-
kilmişdir. Ölü dənizdən çıxarılan müxtəlif duzların bir qismi ölkənin 
daxili tələbatını ödəmək üçün, bir qismi isə ixrac üçün istifadə ol-
unur. 
İsrail yanacaq sərvətləri ilə təmin olunmadığından onun ener-
getika sənayesi istilik elektirik stansiyalarının istehsal etdiyi enerjiyə 
əsaslanır. Ölkədə irili-xırdalı 60-a qədər istilik elektrik stansiyası 
mövcuddur. Bu stansiyalar il ərzində 30 mlrd. kvt saata qədər elektrik 
enerjisi istehsal edə bilirlər. Bu hasilatın 95%-ni idxal olunmuş ma-
zutla işləyən stansiyalar verir. 
Ölkədə arid iqlim mövcud olduğundan israillilər günəş 
enerjisindən də maksimum istifadə edirlər. Günəş batareyaları məişət 
cihazlarının enerjiyə olan tələbatlarının 40%-ni ödəyir.  İsraildə ki-
çikhəcmli bir neçə atom elektrik stansiyaları da fəaliyyət göstərir. 
İsraildə su təchizatı ayrıca bir sənaye sahəsi kimi fəaliyyət 
göstərir. Dövlətin nəzarəti altında olan bu sahə ilə 40-a qədər 
təmizləyici müəssisə məşğul olur. 
Emaledici sənaye  İsrailin inkişaf etmiş  sənaye sahələrindən 
biridir.Metal emalında müştərək kapitala malik yığma müəssisələri 
üstünlük təşkil edir. Belə müəssisələrdə elektron texniki cihazlar, 
tibbdə  işlədilən cihaz və avadanlıqlar, avtomobillər, kənd təsərrüfat 
avadanlıqları və maşınları, müxtəlif təyinatlı dəzgahlar və s. istehsal 
olunur. Akkoda şəhərində yerləşən metallurgiya müəssisəsində 
gətirilmə filizlərdən istifadə etməklə ildə 130-140 min tona qədər 
polad  əridilir və ölkənin polada olan tələbatını tam ödəyir.  Əlvan 
metallurgiya Təl-Əvivdəki alüminium prokatı istehsal edən zavodla, 
həmçinin Timna və  Təl-Əvivdəki iri mis əritmə zavodları ilə  təmsil 
olunur. 
Kimya sənayesi İsrailin dünya standartları səviyyəsində inkişaf 
etmiş  sənaye sahəsidir. Ölkənin kimya müəssisələrində yüzlərcə 
müxtəlif kimyəvi məmulatlar istehsal edən onlarca müəssisə var. İs-
railin kimya sənayesi məhsulların (mineral gübrələr, yağ-boya 
məmulatları, dərman preparatları  və s.) dünya bazarlarına ayaq aça 
 
98
bilmişlər. Məsələn, əczaçılıq sənayesi müəssisələrinin 75%-i ölkədən 
ixrac olunur. Son illərdə İsraildə şin istehsal edən iki böyük müəssisə 
tikilib istifadəyə verilmişdir. Ölkənin Xayfa və  Aşdod  şəhərlərində 
idxal olunan xam neftlə işləyən iki böyük neftemalı zavodu fəaliyyət 
göstərir. İsrail dünyada almaz və brilliant istehsalı ilə də məşhurdur. 
Dünyada cilalanan almazların 40 %-i İsrailin payına düşür. 
İsrail müstəqilliyinin ilk illərində hərbi sənaye sahələrinin ink-
işafına xüsusi fikir verir. Ölkədə olan hərbi zavodlarda tank, təyyarə, 
kater tipli hərbi gəmilər, raketdən müdafiə sistemləri və orta məsafəli 
raketlər istehsal olunur. Hazırlanmış silahların təqribən yarısı dünya 
bazarına çıxarılır. 
Ölkənin bütün yaşayış  məntəqələrində yüngül(əsasən toxucu-
luq, ayaqqabı  və gön dəri istehsalı) və yeyinti sənaye müəssisələri 
fəaliyyət göstərir. Yeyinti sənayesi  əsasən meyvə-tərəvəz və  ət 
konservləri müəssisələri ilə təmsil olunmuşdur. 
Kənd təsərrüfatının aparıcı sahələri.  İsrailin kənd 
təsərrüfatını qonşu  ərəb ölkələrinə nisbətən yüksək dərəcədə 
mexanikləşdirilmiş  və avtomatlaşdırılmışdır. Torpaqlar gübrə ilə 
yaxşı  təmin olunmuşlar. Çatışmayan cəhət ancaq su problemidir. 
Bunu da işlənilmiş suları yenidən təmizləmək və ondan qənaətlə 
istifadə etmək hesabına ödəyirlər. 
Ölkənin əsas kənd təsərrüfatı məhsullarına (un, bitki yağları, ət 
və şəkərdən başqa) olan tələbatını ödəməklə yanaşı hər il orta hesabla 
600-700 mln. dollar dəyərində  kənd təsərrüfat məhsulları da ixrac 
edir.  İsraildə torpaq dövlət mülkiyyətindədir. Kənd təsərrüfatında 
aparıcı sahə yüksək məhsuldarlı heyvandarlıqdır. Təbii otlaqları olan 
uzaq  ərazilərdə, həmçinin  ərəb mənşəli  əhalinin təsərrüfatlarında 
qoyunçuluq geniş yayılmışdır.  İribuynuzlu qaramal əsasən tövlə 
şəraitində saxlanılır.  İsrail bu sahədə  Qərbi Avropa ölkələrinin 
təcrübəsindən maksimum istifadə edir. 
Ölkədə  əkin sahələrinin ümumi sahəsi 700 min hektardır. 
Bunun 250 min hektarı suvarılır, qalanlarında isə  dəmyə  əkinçiliyi 
inkişaf etmişdir. Taxılın məhsuldarlığı yüksəkdir. Orta hesabla hər 
hektardan 35 sentner taxıl məhsulu  əldə edilir. Texniki bitkilərdən 
yağverən bitkilərin (əsasən günəbaxan, yer fındığı, pampıq) 
becərilməsinə xüsusi fikir verilir. Bitkiçilikdən gələn gəlirin təqribən 
15%-i tərəvəz məhsullarının payına düşür. Ölkədə meyvəçilik, o 
cümlədən, sitrus meyvəçiliyinin inkişafına xüsusi fikir verilir. 


 
99 
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. İxracatında çay 
nəqliyyatı istisna olmaqla nəqliyyatın bütün növləri inkişaf etmişdir. 
Dəmir yollarının ümumi uzunluğu 610 km, avtomobil yollarının 
uzunluğu təqribən 16,0 min km, boru kəmərlərinin uzunluğu isə 998 
km-dir. Hava nəqliyyatı  əsasən beynəlxalq daşımalarla məşğuldur. 
Dəniz nəqliyyatı beynəlxalq yük və  sərnişin daşımalarına xidmət 
edir. Ölkədə Xayfa, Aşdod və Eylat kimi üç müasir port fəaliyyət 
göstərir. 
Xidmət sahəsində üstünlük turizm və bank sektorlarının 
əlindədir. Ümumdaxili məhsulun təqribən 3-4 faizini yaradan turizm 
sənayesi Tövrat və  İslam məbədlərinin ziyarətçilərinə  və kurort-
istirahət zonalarındakı turistlərə xidmət edir. 2005-ci ildə İsrailə 2,0 
mln. nəfər turist gəlmişdir. Onlardan əldə olunan gəlir isə 2,9 mlrd. 
dollara yaxın olmuşdur. 
Ölkənin xarici siyasətinin ən tutarlı cəhətlərindən biri ABŞ və 
Qərbi Avropanı strateji müttəfiq görməkdir. Bununla belə ötən əsrin 
90-cı illərinin ortalarından Cənub-Şərqi Asiyada, Latın Amerikasında 
və  Qərbi Avropada işgüzar fəallığın artması gözə çarpmağa ba-
şlamışdır. 
2003-cü ildə ölkədən ixrac olunan malların dəyəri 32 mlrd. 
dollar həcmində olduğu halda idxal, həmçinin dəyəri 36 mlrd. dollar 
təşkil etmişdir. 
İxracat potensialına malik əsas sahə yüksək texnologiya və 
hərbi sənaye məhsullarıdır. Elmi tutarlı ixracat göstəricisinə görə İs-
rail ancaq ABŞ-dan geri qalır. İdxal strukturunda yanacaq, cilalanmış 
almaz, nəqliyyat təyyarələri və vertolyotlar, sənaye avadanlıqları  və 
hərbi ləvazimatlar üstünlük təşkil edir. ABŞ ölkənin başlıca ticarət 
ortağı olaraq qalır. İsrailin xarici ticarət dövriyyəsinin təqribən 20%-i 
ABŞ-ın payına düşür. 
ABŞ  İsrailə  hər il orta hesabla əvəzsiz olaraq 3 mlrd. dollar 
həcmində maddi yardım göstərir. 2003-cü ildə ölkədə  cəmləşən 
xarici investisiyaların həcmi 52 mlrd. 2003-cü ildə ölkənin xarici 
borclarının miqdarı 71 mlrd. dollara çatmışdır. 
Son zamanlar İsrail Yaxın  Şərqin mühüm maliyyə 
mərkəzlərindən birinə çevrilməkdədir. Ölkənin milli pul vahidi yeni 
şekeldir. Məzənnəyə görə 1 yeni şekel 1 ABŞ dollarına bərabər tutu-
lur. Bir şekel isə 100 aqora bərabərdir. 
 
 
100
 
KİPR RESPUBLİKASI 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqeyi. Kipr (ölkənin adı latınca (kuprus) mis mə-
nasını bildirir. Adada hələ  qədim zamanlarda mis yataqları mövcud 
olmuşdur.Kipr Respublikası Aralıq dənizinin  şərq hissəsində, 
Türkiyənin cənubunda eyniadlı adada yerləşir. Kiprdən Türkiyə 
sahillərinə ən yaxın məsafə 65 km, Suriya və Livana 110 km, Misirə 
370 km-dir. Adanın sahəsi 9,2 min kv. km-dir. Adanın qərbdən şərqə 
maksimal uzunluğu 225 km, orta eni isə 60 km-dir. 
Adanın çox əlverişli coğrafi və hərbi-strateji mövqeyi var. Üç 
qitənin yaxınlığında yerləşmiş Kipr adası Avropadan Yaxın Şərqə və 
Şimali Afrika ölkələrinə gedən beynəlxalq dəniz və hava yolları 
üzərində yerləşmişdir. Ada iki hissəyə parçalandığından onun 
ərazisinin 3355 kv. km-i kiprli türklər, 5500 kv. km-i kiprli yunanlar 
tərəfindən idarə olunur. 
Səth quruluşu və faydalı qazıntıları.  Kipr füsunkar təbiətə 
malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma 
mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur. 
Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülmüşdür. 
Şimalda Kireniya ( hünd. 1000 m.) dağları uzanır. Bu dağlar çöküntü 
mənşəli suxurlardan, əhəng və qum daşlarından ibarətdir. Dağlar 
sahilə doğru maili və  sıldırımlıdır. Ancaq bəzi yerlərdə qumlu 
çimərliklərə  də rast gəlinir. Adanın cənub-qərb hissəsində Troodos 
adlanan daglar yerləşir. Adanın  ən hündür zirvəsi də elə burdadır 
(Olimp dağı 1950 m). Əsasən vulkanik suxurlardan ibarət Troodos 
dağlarının səthi cavan süxurlarla (əhəng və qum daşları, mergenlər) 
örtülmüşdür. Dağlar çox da yüksək olmadığı üçün hələ  qədim 
zamanlardan insanlar tərəfindən məskunlaşmışdır. Dağların hamar 
yamaclarında bağlar, üzümlükdər salınmış, mal-qara üçün otlaq kimi 
istifadə olunur. 
Dağlar arasında səthi dərə-təpəli Mesoariya düzənliyi yerləşir. 
Bu düzənlik ölkənin əsas kənd təsərrüfatı rayonu və Kiprin taxıl an-
barı sayılır. 
Troodos dağları bölgəsi Kiprin əsas faydalı qazıntılarının to-
plandığı  ərazidir. Burada ehtiyatı xeyli azalmış mis, dəmir, xrom 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə