Keyfiyyətli məsələt



Yüklə 50,41 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü50,41 Kb.
#22365


 

Konsaltinq xidmətinin keyfiyyətini neçə ölçməli və ya “keyfiyyətli məsələt” nədir? 

Əsas diqqət hüquq konsaltinqinədir, ancaq burada göstərilən prinsiplər digər sahələrdəki konsaltinqə aid 

edilə bilərlər 

 

 



Hüquqi məsləhətin müştəri üçün dəyəri olmalıdır 

 

Hərdən “mənə nə üçün pul verməlidirlər” sualını vermək məqəsədə uyğundur.  Bir çox 



inkişaf etməkdə  olan bazarlarda qeyri-maddi nemətlərə  dəyər  verən  çox olmur –  bu 

cəmiyyətlərdə  insanlar  düşünürlər  ki,  yalnız  maddə  əmlakın  dəyəri  vardır.    Ancaq 

bazar inkişaf etdikcə bu məsələ də öz həllini tapır.  Hüquqşünaslar “dəyər gətirirlər”.   

 

Ən  azından müştərini düzgün və  təhlükəsiz yola istiqamətləndirə  bilərlər.  Bu zaman  



hüquqi  məsləhətin  daha  yüksək  dəyəri  olması  üçün  aşağıdakıları  nəzərə  almağı 

tövsiyyə edərdik: 

 

(i)


 

Müştəriyə  verilən  məsləhət  konkret,  birmənalı  və  aydın  olmalıdır.    Bəzən 

görürük ki, hüquqşünas üzərinə risk götürmək istəmir, hüquqi təhlil aparır və 

müştəriyə bir neçə mümkün yoldan birini seçməyi təklif edir.  Çox hallarda bu, 

müştəri üçün məqbul deyil, çünki müştəri konkret və aydın bir cavab gözləyir.  

Əgər  müştəri  seçim  edəsi  olsaydı,  o  zaman  bəlkə  də  hüquqşünasa  müraciət 

etməzdi.   

 

Əlbəttə  konkret  və  aydın  məsləhət  vermək  daha  çətin  işdir.    Ancaq 



hüquqşünasa məhz ona görə pul verirlər ki, onlar yol göstərsinlər.    

 

Nadir  hallarda  suala  konkret  cavab  vermək  və  ya  konkret  yol  göstərmək 



olmur.  Bu hallarda konkret cavabın mümkün olmadığını müştəriyə çalışıb izah 

etmək lazımdır.    

 

(ii)


 

Bəzən  hüquqşünasların  verdikləri  məsləhətdə  nəzəri  təhlil  həddən  artıq  çox 

olur.    Müəyyən  qədər  nəzəri  təhlil  aparmaq  yaxşıdır  –  bu  o  deməkdir  ki, 

hüquqşünas  məsələ  barədə  kifayət  qədər  dərin  fikirləşir  və  məsələni  ciddi 

qəbul edir.  Ancaq bütün təhlillərin nəticəsi olaraq müştəriyə praktik, konkret 

və aydın cavab vermək lazımdır.   

 

Müştəriyə  verilən  məsləhəti  aysberq kimi  təsəvvür  etsək, nəzəri  təhlillər  çox 



vaxt  aysberqin  altıdır.    Üstü  isə  müştəriyə  təqdim  edilməli  olan  çox  sadə, 

anlaşılan  və  konkret  məsləhət  olmalıdır.    Yəni  müştəri  “bunu  et”  və  ya  “bu 

yolla get” məsləhətini gözləyir.   

 

Xüsusən müştəriyə təqdim edilən memorandumda və ya digər sənəddə qanun 



və  qaydaların  maddələrinə  istinad  çox  olur.    Bəzən  haqlı  olaraq  müştərilər 

bundan  narazıdırlar.    Çünki,  əksər  hallarda,  müştərilər  üçün  maddələrin  o 

qədər  də  əhəmiyyəti  yoxdur.    Əksər  hallarda  onlar  nəticəyə  baxırlar  və 

nəticəni görmək istəyirlər.    

 

(iii)


 

Məsləhət  icra  edilə  bilən  olmalıdır.    Bəzən  məsləhət  texniki  (hüquqi  və  ya 

riyazi və sair) cəhətdən düzgün olur, ancaq onu icra etmək mümkün deyil və 

 

Remells haqqında 

Biz  Azərbaycanda  fəaliyyət 

göstərən 

və 

təcrübəli 



hüquqşünaslardan 

ibarət 


müstəqil hüquq şirkətiyik.  Biz 

yerli və beynəlxalq müştərilərə 

korporativ  və  kommersiya 

hüququ 


sahəsidə 

xidmət 


göstəririk. 

 

 

rashid.aliyev@remells.com 



      Mobil: +99450.386.32.34

 

     www.remells.com 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

2



 

ya çətin olur.  Bu cür məsləhətlərin müştəri üçün faydası yoxdur.   

 

Hüquqi xidmət ilk növbədə müştəriyə xidmətdir   



 

Əksər  hallarda  hüquqşünas  müştəriyə  xidmət  edir  –  çox  nadir  hallarda  hüquqşünas 

“müstəqil  üçüncü  tərəf”  kimi  çıxış  edir.    Özəl  hüquq  şikətlərində  çalışanlar  adətən 

onlara sifariş verən və ödəniş edən şəxslərə xidmət edirlər.  İn-house hüquqşünaslar 

çalışdıqları  şirkətə  xidmət  edirlər.      Hər  hansı  işi  görməyə  başlamazdan  əvvəl 

müştərinin kim olduğu barədə əmin olmaq lazımdır.  Bəzi hallarda bu aydındır, ancaq 

bəzi hallarda bu məqam aydın olmaya da bilər:  

 

(i)



 

Hər müştərinin işi özünəməxsusdur.  Ona görə hər bir müştəriyə özünəməxsus 

qaydada  yanaşmaq  lazımdır.    Standart  fikirlər  və  hüquqi  mövqelər  ola  bilər, 

ancaq  standart  situasiyalara  nadir  hallarda  rast  gəlinir.    Fərqli  müştərilərin 

işlərinə  standart kimi  yanaşmaq  təhlükəlidir,  çünki mühüm  amillər  və  faktlar 

hüquqşünasın diqqətindən kənarda qala bilər.  

 

(ii)


 

Müştəriyə  yüksək  keyfiyyətli  xidmət  göstərmək  üçün  müştərinin  iqtisadi  və 

biznes maraqlarını nəzərə almaq zəruridir.  Hüquqşünas qanun və qaydalarla 

işləyirlər.    Ancaq  bu  qanun  və  qaydalar  müəyyən  iqtisadi  və  biznes  hallarına 

tətbiq olunur.   

 

(iii)



 

Müqavilə  hazırlayarkən,  xüsusən  də  müqavilənin  “operativ”  maddələrini,  siz 

müqaviləyə  bir  qayda  olaraq  öz  müştərinizin  maraqlarına  cavab  verən 

müddəaları daxil etməlisiniz.  Ən azından bu fakturou nəzərə almaq lazımdır.  

Əlbəttə  bir  çox  maddələr,  çox  zaman  standard  və  ya  ingilis  dilində 

“boilerplate”  maddələri,  “balanslaşdırılmış”  olur  və  adətən  belə  olması 

məqəsəduyğundur.    Biz  praktikada  görürük  ki,  xüsusən  gənc  hüquqşünaslar 

müqaviləyə  digər  tərəfin  hüquqlarını  təmin  edən  maddəni  daxil  etmək 

istəyirlər və bunu ədalətin təmin edilməsi ilə izah edirlər.  Əgər “ədalət” özü 

müştəri  deyilsə,  buna  ehtiyac  yoxdur.    Digər  tərəfin  hüquqlarının  qorunması 

digər tərəfin məsuliyyətidir.   

 

(iv)



 

İn-house  hüquqşünas  hüquqi  şəxs  (şirkət)  üçün  çalışdıqda,  onun  müştərisi 

hüquqi şəxdir, həmin hüquqi şəxsin direktoru və ya digər vəzifəli şəxsi deyildir.  

Müştəri  hüquqi  şəxsin  sahibləri  də  deyildir,  hərçənd  hüquqi  şəxsin  vəzifəli 

şəxsləri bir qayda olaraq “iştirakçılar (səhmdarlar) üçün dəyər” yaratmalıdırlar.  

Bəzən  hüquqi  şəxsin  özü,  sahibi  və  direktoru  arasında  olan  fərq  itir,  və  çox 

vaxt bu normal haldır.  Ancaq  müştərinin kim olması aspektini nəzərə  almaq 

çox vacibdir.  

 

Tapşırığa ehtiyyatla yanaşma 



 

Tapşırığı  aldıqdan  sonra  onun  üzərində  yaxşıca  düşünmək  lazım  olur.    Müştəri  çox 

zaman  sadəcə  son  nəticəni  görür  –  hansısa  malı  alır,  investisiya  qoyur  və  gəlir  əldə 

edir, şirkəti alır və sair.  Onun üçün son nəticə vacibdir.  Sırf hüquqi nöqteyi-nəzərdən 

həmin nəticənin əldə olunması prosesi çox vaxt müştəri üçün önəmli deyildir.  Müştəri 

tapşırıq  verərkən  hüquqi  detalları  çox  vaxt  nəzərə  almır  və  nəticədə  onun  tapşırığı 

hüquqşünası səhv istiqamətə apara bilər. 

 

(i)



 

Bəzən  ən  dərin  düşünən  və  ağıllı  müştərilərin  verdikləri  tapşırıqda  “hüquqi 

səhvlər”  ola  bilər.    Hüquqşünas  onu  əsas  götürməməlidir  ki,  müştərinin 



 

 

3



 

tapşırığını  olduğu  kimi  icra  etməsin.    Ona  görə  çox  vaxt  tapşırığın  üzərində 

düşünmək  lazımdır.    Əgər  sonradan  hər  hansı  səhv  olarsa,  çox  vaxt  müştəri 

demir  ki,  “mən  tapşırığı  düz  verməmişəm”.    Əksinə  onlar  deyirlər  ki, 

“hüquqşünas sənsən, sən bizə düzgün istiqamət göstərməli idin”.  

 

(ii)



 

Bəzən  ən  aydın  görünən  tapşırıqlar  belə  üzərində  bir  qədər  düşündükdən 

sonra ən qeyri-müəyyən tapşırıqlara çevrilir.   

 

(iii)



 

“Bir  zəhmət  olmasa  bu  məsələyə  tez  bax  və  mənə  tez  de...”  tapşırığına 

ehtiyyatla  yanaşmaq  lazımdır.    Çox  məsələlər  onların  düşündüyü  kimi  tez 

baxılıb və deyilməli olan məsələlər olmur.  

 

Araşdırma aparmadan hüquqi rəy 



 

Biz  çalışırıq  hər  hansı  məsələ  üzrə  araşdırma  aparmadan  hüquqi  rəy  verməyək.  

Araşdırma  aparmadan  hüquqi  rəy  vermək  bəzən  cəlbedici  bir  addım  kimi  gələ  bilər.  

Düşünə  bilərsiniz  ki,  bilikli  görünəcəksiniz.    Ancaq  burada  bir  təhlükə  vardır.    İnkişaf 

etmiş  dövlətlərdə  fəaliyyət  göstərən  hüquq  şirkətlərində  dar  ixtisaslaşma  gedir.  

Bunun  sayəsində  onlar  hər  hansı  bir  məsələ  üzrə  kifayət  qədər  bilik  və  təcrübə 

toplayırlar.    Bu  şəraitdə  çalışan  hüquqşünaslar,  həmişə  olmasa  da,  bəzi  hallarda 

araşdırma  aparmadan  hüquqi  məsləhət    verə  bilərlər.    Azərbaycanda  isə  bu  cür  dar 

ixtisaslaşma mümkün olmur.  

 

(i)



 

Bəzən  bir  araşdırma  aparmadan  hüquqi  rəy  söyləməyə  məcbur  oluruq.    Bu 

hallarda  adətən  əmin  olduğumuz  ümumi  qaydaları  söyləmək  və  müştəriyə 

təqribi bir rəy vermək olar.  Müştəri bilməlidir ki, bu rəy ilkin bir rəydir və daha 

dəqiq cavab vermək üçün araşdırma lazımdır. 

 

(ii)



 

Bəzən  ən  çox  əmin  olduğumuz  hallarda  belə  araşdırma  aparmadan  verilən 

hüquqi rəy yalnış ola bilər.   

 

(iii)



 

Hər bir müştərinin qarşılaşdığı hal çox zaman özünəməxsus olur.   

 

Bütün sahələrin “mütəxəssisi”   



 

Biz  praktikada  özlərinin  hüququn  bütün  sahələrində  eyni  dərəcədə  yaxşı  ekspert  ola 

biləcəyinə inanan hüquqşünaslara rast gəlirik.  Ancaq bu çətin bir işdir.  Əlavə olaraq 

müştəri üçün risk yaradır.  Hər hansı bir dar sahədə belə, mütəxəssis olmaq üçün uzun 

müddətli təcrübə lazımdır, qaldı ki, bütün sahələrdə. 

 

İşləri düzgün təşkil etmək vacibdir 



 

Praktikada biz görürük ki, hüquqşünasın işinin keyfiyyətinin mühüm bir hissəsini işlərin 

təşkili  tutur.    Yəni  hüquqşünasın  işləri  nə  qədər  yaxşı  təşkil  olunarsa,  həmin  işlərin 

nəticəsi bir o qədər daha keyfiyyətli olar.  İşin “təşkilinin” mühüm  hissəsi vaxtın təşkili 

ibarətdir. Vaxtın təşkili ilə bağlı material çoxdur və onlar hüquqşünaslara işlərin təşkil 

edilməsində yardımçı ola bilərlər.  Sırf hüquqi işlərin təşkilində bunları nəzərə almağı 

tövsiyyə edərdik: 

 

(i)



 

Bir  məsələ  üzərində  çalışan  zaman  “prosesin  sahibini”  müəyyən  etmək 

lazımdır.  Bəzən kimin konkret hansı iş üçün və ya hansı işin hansı hissəsi üçün 

məsuliyyət  daşıdığı  barədə  qeyri-müəyyənlik  olur.    Bu  da  sonda  probemlərə 




 

 

4



 

gətirib  çıxarır.    Bu  situasiyalar  xüsusən  in-house  hüquqşünasların  işlərində 

olur.    Adətən  bir  şəxs  gördüyü  işlərdən  də  əlavə,  koordinator  və  ya  layihə 

meneceri rolunu oynamalıdır.   

 

(ii)


 

Parkinson  qanunu  –  işin  nə  qədər  vacib  olması  həmin  işə  ayrılan  vaxtdan 

asılıdır.  Bilmirik bu qanun nə dərəcədə düz və ya səhvdir.  Ancaq bunu nəzərə 

almaq vacibdir və bizə çox kömək edər.   

 

İnzibati orqanlarla iş 



 

İnzibati orqanlarda faydalı məlumatlar olur: 

 

(i)


 

İnzibati  orqanlar  onların  sahələrinə  aid  olan  qanun  və  qaydaların  gündəlik 

tətbiqi  ilə  məşğuldurlar.    Bu  səbəbdən  onlarda  həmin  qanun  və  qaydaların 

tətbiqinə dair dəyərli məlumatlar olur.   

 

(ii)


 

Biz heç də hər zaman inzibati orqanın mövqeyi ilə razılaşmırıq.  Ancaq hər bir 

halda onların mövqeyini bilmək çox vacibdir.  

 

(iii)



 

Bəzən qəliz məsələləri araşdıran zaman biz inzibati orqanlarla əlaqə saxlamalı 

oluruq.    Biz  tövsiyyə  edirik  ki,  bu  cür  qəliz  məsələyə  dair  qəliz  sualı  birbaşa 

inzibati orqana verməyəsiniz.  Onlar da araşdırma aparmadan bu cür suallara 

cavab  verə  bilməzlər  və  əgər  versələr  də  cavabları  səhv  ola  bilər.  Qəliz  sualı 

onlar ya başa düşməyəcəklər, ya da onların verəcəkləri cavab da qəliz alınacaq 

və  bizə  aydın olmayacaq. Ona görə  adətən  biz qəliz  məsələni xırda hissələrə 

bölür və hissələrdən ən vacibini seçir və inzibati orqana bu vacib hissə barədə 

sadə sualı veririk.   

 

Beynəlxalq əqdlərdən doğuran məsələlər 



 

Beynəlxalq əqdlər üzərində çalışan zaman müəyyən çətinliklər əmələ gəlir.  Bir ölkənin 

hər hansı bir konkret məsələyə dair qanun və qaydaları digər ölkənin həmin məsələyə 

dair qanun və qaydalarından fərqlənə bilər.  Bunu nəzərə almaq lazımdır.   



 

 

 



 

Yüklə 50,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə