Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   2   3   4   5   6   7   8   9   ...   102

____________________Milli Kitabxana______________________ 

 



Müşgüldi, mən kənara düşəm kuyi-yardan,  

Dişvardır ki, ət üzəm o gülüzardan. 



(Natəvan)  

 

Klassik poeziyanın lirik qəhrəmanı həyat gözəlliklərindən alman zövqü axirət 



səadətindən üstün tutur, cənnət vədlərini mənasız hesab edirdi. Bu ideya-bədii 

keyfiyyət XIX əsr şerində də qorunub saxlanmışdı. Belə ki, sevgiyə münasibətdə 

özünü Yusif, Vamiq, Sənan, Məcnun kimi klassik məhəbbət qəhrəmanları ilə 

müqayisə edən XIX əsr Aşiqi də  məhəbbəti dini ibadətə, dünya gözəlini  şəriət 

ehkamlarına qarşı qoyaraq sevdiyi qızın bir telini cənnətin huri qılmanlarına 

dəyişmir; o, sevgilisini huri, onun yaşadığı küçəni isə behişt sayaraq, maddi 

dünyadakı gözəlin fikri ilə "künci-bəladə lal oturmağı" behişt mələklərinin 

söhbətlərinə vermir: 

 

Künçi-bəladə fikrin ilə lal oturmağı,  



Qəsri-behiştdə, söhbəti-hurayə vermərəm. 

(Raci) 

 

Aşıq kimi Məşuqə də özünün əsas tipoloji keyfiyyətləri ilə klassik poeziyanın 



lirik qəhrəmanına oxşayır; o, həm zahiri. həm də daxili-əxlaqi gözəlliyi ilə 

aşiqini heyran edir. Bəzən biganə olub, əğyara meyl göstərməklə dostunu incitsə 

də, ilqarım unutmur; onun kometinalığı  aşiqini sınamaq, onun dəyanət və 

sədaqətini yoxlamaq üçündür. Bunlarla bərabər XIX əsr şairlərinin təsvir etdiyi 

Məşuqə vahid ümumşərq koloritindən müəyyən qədər ayrılmış, orijinal milli 

xüsusiyyətlər qazanmış bir gözəldir. Günəş kimi parlaq, yaraşıqlı və dilurba olan 

bu gözəl səmimiyyəti, mehribanlığı, xoş ədası və rəftarı baxımından konkret bir 

məkanın yetirməsidir. Ayrı-ayrı şeirlərdə təsadüf olunan, "Səni də bu Üştibində, 

Bir mahi-taban yaradıb" (Nəbati), "Şirvanda əgər bu gözələ yar olasan" (Seyyid), 

"Gər yolun düşsə, səba, Ağdaşa, məndən sölə kim" (Zövi), "Cəzbeyi-şövqi-

cəmalın məni  Şirvanə  çəkər" (Bixud) "Mənə  əgərçi vətən  şəhri-Şişədir, cana", 

"Şişeyi-dil Şişədə səngi-cəfalərdən sınıb (Növrəs), "Sən, ey məhparə, Meşkindən 

bu Təbrizə gələn gündən" (Dilsuz), | "Hay Xəmsənin ol soyuq suları? Bə Hidəcin 

ol sərin həvası?" (Hidəci) kimi misralarda göstərilən yer adları da həmin 

gözəlləri ümumşərq regionundan çıxararaq, xalis Azərbaycan qızları kimi 

səciyyələndirməyə möhkəm əsas verir. 

Məhəbbət lirikasının ümumi pafosu nikbin, optimist ruhdadır. Onun 

qəhrəmanı bəzən məyuslaşsa da həyatdan əlini üzmür; həmişə maneələri aradan j 

qaldırmaq  əzmi, vüsal ümidi, yara qovuşub kama çalmaq arzusu ilə yaşayır. 

Əlbəttə, real zəmin üzərində yaranan Aşiqin təbiətinə kədər və məyusluq    yad 

deyil. Lakin bu kədər daimi deyil, Ötəridir; həsrət, hicran saatları qurtarıb, 

  



____________________Milli Kitabxana______________________ 

 



vüsal anı çalarda kədər, iztirab yox olur. Hətta Natəvanın  şeirlərinin birində 

mübtəla olanları yaşamağa çağıran nikbin aşiq həyatdan  əl üzməyi, 

bədbinləşməvi nöqsan sayır; 

 

Cahanı tərk eləməz, kim ki aşiqi-candır,  



Həyatdan üzüb əl, eyləməz cəban tərkin. 

 

Məhəbbət və gözəlliyin tərənnümünə həsr olunmuş qözəl və müxəmməslərdə 



aşiqin mənəvi aləmini açmaq, gözəlin canlı, bədii təsvirini vermək üçün şairlər

əsasən, klassik şeirdə çox işlənən bədii təsvir və ifadə vasitələrindən istifadə 

edirdilər. Məsələn, aşiqin məhəbbətindəki coşqunluq  ümmanın təlatümünə, ahı - 

alova, gözlərindən axan yaş - selə, güclü yağışa, rəngi -heyvaya, yaxud payız 

yarpaqlarına təşbeh edilirdi. Lakin bəzən şairlərin yaradıcılığında canlı həyatdan 

gələn real təsvir vasitələrinə  və ifadə formalarına da təsadüf olunurdu ki, bu 

cəhət XIX əsrdə Azərbaycan lirik şerində  həyatiliyə, realizmə meylin 

gücləndiyini göstərirdi. 

XIX əsrin lirik şerində dövrandan narazılıq, zəmanədən şikayət motivləri də 

geniş yayılmışdı.  Şairlər həm məhəbbətə dair qəzəl və qoşmalarında, həm də 

rübai, müxəmməs, gəraylı, bayatı janrlarında yazdıqları başqa əsərlərində tez-tez 

feodal cəmiyyətinin qanun-qaydalarını, sosial bərabərsizliyi pisləyir, bəzən də 

şəxsiyyət azadlığını  təbliğ edən humanist fikirlər irəli sürürdülər. Onların 

poeziyasında haqqın gücsüz, nahaqqın güclü olduğu, alimlərin cahil, cahillərin 

isə alim mərtəbəsində durduğu ürək ağrısı ilə göstərilirdi. Zakir və Bakıxanov, 

Vazeh və Nəbati, Salik və Arif cəmiyyətda baş verən qanunsuzluqları hökumət 

adamlarının nadanlığı, rüşvətxorluğu, dələduzluğu ilə əlaqələndirirdilər. 

Əsrin ikinci yarısında Seyid Əzim, Bahar Şirvani, Natəvan, Kominə, Bixud 

kimi  şairlərin yaradıcılığında həyatın  əzablarından, insanların vəfasızlığından 

giley-guzar, pərişanlıq əhvali-ruhiyyəsi, peşmançılıq duyğuları aşkar görünürdü. 

Sosial ziddiyyətləri, cəmiyyət üzvlərinin etibarsız və dönük olmasını çox vaxt 

məhəbbət hisslərinin tərənnümü fonunda əks etdirən bu şairlərin  əsərlərində 

bəzən həyatın təzadları, ictimai kontrastlar və fəlsəfi düşüncələr açıq şəkildə əks 

olunurdu. Məsələn, insan qəlbinin təbii hisslərini özünəməxsus bədii 

sənətkarlıqla göstərən Əbülhəsən Raci yaşadığı zəmanədə vəfa, mehribanlıq, düz 

ilqar kimi bəşəri keyfiyyətlərin yoxluğunu birbaşa deyirdi: 

 

İmtahan eylədim, ey dil, hamı xubanı dürüst,  



Tapmadın-bircə nəfər əhdilə peymanı dürüst 

Adı var mehri vəfanın özü yox, ənqə tək; 

Par açıb dövr, elədin aləmi-qəmkan dürüst 

  

 




____________________Milli Kitabxana______________________ 

 



XIX  əsr Azərbaycan  şerində dini fanatizmə qarşı etiraz motivləri, 

azadfikirlilik ideyaları mühüm yer tuturdu. Zahidliyə və asketizmə qarşı çıxan I 

şairlər real dünyanı mövhumi axirətə, həyat sevgisini ziyarətə, meyxananı 

məscicdə qarşı qoyur, mövhumat və  cəhaləti pisləyir, insan zehnini əsarətdə 

saxlayan dini ehkamların yalan və əsassız olduğunu göstərirdilər. Vazeh, Bahar, 

Seyid  Əzim, Bixud, Asi və Racinin əsərlərində islam fanatizmi, onun çürük 

zəhniyyəti cəmiyyəti mənəvi əsarətdə saxlayan qüvvə kimi göstərilir, ruhanilərin 

təbliğ etdiyi tərkidünyalığa qarşı həyatsevərlik ideyalan irəli sürülürdü. 

Orta  əsrlərin lirik poeziyasında olduğu kimi, XIX əsr  şairlərinin də ictimai 

məzmunlu  şeirlərində lirik qəhrəman - həyatsevər Aşiq öz yerini aqil  və 

mütəfəkkir Arifə  tərk edir və ideya mübarizələrində başlıca olaraq iki surətlə 

qarşılaşırdı; onlardan biri Zahid, ikincisi isə Vaiz idi. 

Lirik konflikt həmişə bu surəllər arasında davam edən ideya mübarizələri 

üzərində qurulurdu. Nikbin həyat və gözəllik vurğunu Arifdən fərqli olaraq 

Zahid sürəti həmişə insana, yaşamağa zidd meylləri, ruhani əsarəti, mistikanı, 

tərkidünyalığı təbliğ edir: Xalqı əsarət və cəhalətdə saxlayırdı. Məhz buna görə 

dini-əxlaqi normalarla qənaətlənməyən,  şəriət xadimlərinin insanları  qəzavü 

qədərə, itaətə, səbr və  təvəkkülə  təhrik edən məhdud sxolast fikirlərinə qarşı 

çıxan Seyid Əzim müasirlərini həyati fəaliyyətə çağırırdı. O, dini xurafatin, şəriət 

mərasimlərinin bəşəriyyətə sevinc, nikbinlik yox, məyusluq və kədər gətirdiyini 

yaxşı bildiyi üçün insanları  məscid yolundan çəkilib, zahiddən birdəfəlik 

uzaqlaşmağı, meyxana küncündə sakin olmağı məsləhət bilirdi: 

 

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut,  



Tutma əldə zahidin tesbihini, peymanə tut.  

Zahidü məscid təmənnasın çox etmə, ey könül,  

Zahidi bir cüğd bil, həm məscidi viranə tul.  

Girmə sən məscidlərə namərd zahidlər kimi  

Seyyida, meyxanədə peymanəni mərdanə tut. 

 

Eyni ideya-fəlsəfi fikri görkəmli Cənubi Azərbaycan şairi Məhəmməd Əmin 



Dilsuz da özünəxas bir bədii kəskinliklə deyirdi: 

 

Zahidin baxma kəlamdən yekə əmmaməsinə,  



Məscidi qəsb eləyib, qabili-bütxanə deyil.  

Saxlayıb hiyləvü təzvir kəməndin əldə,  

Sülacaq boynuna, bil, səbheyi-səddanə deyil. 

 

XIX  əsr  şerində Vaiz surəti daha kəskin tənqidə  məruz qalmışdır. Seyid 



Əzimin qəzəllərində o, yalançı, ikiüzlü, əsassız vəzləri ilə xalqı aldadan, yetim 

malina göz dikən bir riyakar, fırıldaqçı kimi göstərilir: 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə