Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

____________________Milli Kitabxana______________________ 

48 


 

Boyun tənə edər sərvü çinarə,  

Püstanların dəxi lirauvü narə,  

Məni bundan kim çıxarır kənarə,  

Nagah çahi-zənəxdanə düşmüşəm. 

 

Nuk-müjganın tökdü əşki-ahını,  



Zülfun pozdu cəmiyyəti-halımı,  

Görməmişəm sənin kimi zalımı,  

Çox davaya, çox divanə düşmüşəm. 

 

Salikdir ləqəbim, Kazımdır adım,  



Bilirsən ki, səndən sənsən muradım.  

Demə nədir bunca ahü fəryadım,  

Bir bülbüləm, gülüstanə düşmüşəm. 

 

* ** 



Ey ağalar, məni neyçün qınarsız,  

Nə müddətdir mən o yarı gormənəm.  

Mən ha qınayardım eşqə düşəni,  

Daxi eşq əhlini karı görmənəm. 

 

Mən gəzdiyim o bir şirin candadır, 



O da 

mənim kimi natəvandadır, 

İtirmişəm heç bilmənəm handadır. 

Şirin dilli xoşgöftarı görmənəm. 

 

Binəva Salikəm bağrımda zədə,  



Həq bilir ki, gözüm yoxdur kimsədə,  

Sözü bizimlədir, qəlbi özgədə 

Ol səbəbdən büqran görmənəm. 

  



____________________Milli Kitabxana______________________ 

49 


 

QASIM BƏY ZAKİR 

 

XIX əsrin birinci yarısı Azərbaycan şerində xüsusi yer tutan Qasım bəy Zakir 



miili realizmin ilk görkəmli nümayəndələrindən biridir. O, feodalizm 

Cəmiyyətinin eyiblərini ifşa edən, zəhmətkeş xalqa yaxınlaşıb onu müdafiə edən 

bir sənətkar olmuşdur. 

Zakir 1784-cü ildə  Şuşa  şəhərində varlı  bəy ailəsində doğulmuş, ömrünün 

çoxunu Qarabağ hakimi Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində 

keçirmişdir.  Şair xalqı istismar edən yerli bəyləri, ruhaniləri, çar məmurlarını 

əsərlərində daim tənqid etdiyi üçün özünə çoxlu düşmən qazanmışdır. Onlar 

ədavət hissi ilə  şairi dolaşdırmaq, həbsə aldırmaq üçün tədbirlər düşüınüb, 

fürsət axtarmış  və  nəhayət, bəhanə tapmışlar. Onlar Zakirin qardaşı  oğlu 

Behbudun qaçaqçılıq etdiyi və rəsmi idarələrdə gözdən düşmüş kürəkəni Əlibəy 

Fuladovla yaxından  əlaqə saxladığı barədə hökumətə  xəbərçilik edərək  şairi 

ailəsilə birlikdə həbsə aldırmışlar, 

1849-cu ilin oktyabrında Zakir Bakıya sürgün edilmişdir. Bir neçə ay 

həbsxanada qaldıqdan sonra yaxın dostlarının - M.F.Axundzadə, I.Qıılqaşınlı, 

Axund Əhməd Səlyani və başqalarının köməyi ilə həbsdən azad edilmiş, yenidən 

Şuşaya qayıdaraq ömrünün axırına qədər polis nəzarəti altında yaşamışdır. 

1857-ci ildə Şuşada vəfat etmiş və oradakı Mirzə Həsən qəbristanlığında dəfn 

olunmuşdur.  Şairin yaradıcılığından örnəklər onun 1964-cü ildə çap olunmuş 

"Əsərləri "ndən götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Sən onda elə zövqü səfa bağ arasında,  



Mən munda yanum piltə kimi yağ arasında. 

 

Peykanlarını sineyi-çakimdə görən der: - 



Bir qönçeyi-tərdir ki bitib bağ arasında. 

 

Könlüm quşunu seyd elədi qəmzəvü çeşmin,  



Qorxum budu qanlar düşə ortaq arasında. 

  



____________________Milli Kitabxana______________________ 

50 


 

Getmişdi saçı seyrinə, dil gəlmədi, bişək,  

Güm oldu şəbi-tardə sığnaq arasında. 

 

O1 guşeyi-əbruydə çeşminmidi, yoxsa,  



Yatrmş iki Xütən geyiki tağ arasında? 

 

Nasehlər edir mən məni mütribü meydən,  



Əfsus ki, qaldım neçə sarsaq arasında. 

 

Zakir, rəhi-eşqində diriğ eyləmə canı,  



Ta nami-nikuyin qala üşşaq arasında. 

 

* * * 



Gərçı tutub aləmı şunşu qovğayı-eşq,  

Yoxdu cahanda, vəli mən kimi rüsvayi-eşq. 

 

Canü dilü əqlü huş cüralə müsəlləm ona,  



İndi nədir bilməzəm daxi təmənnayi-eşq. 

 

Xuni-dili dişrəyə mərdümi-çeşmim tökər  



Kim, gərək ari ola mənzilü məvayi-eşq. 

 

Dur yola düş, ey təbib, çarə mənim dərdimə,  



Ləli-ləbi-dilbəri yazmış ətibbayi-eşq. 

 

Vaizi-əfsanəgu dün məni neyrəng ilə,  



İstər idi döndərib eyləyə tərsayi-eşq. 

 

İş mana qalsaydı gər, keçmiş idim badədən,  



Tale edib yarlıq, qoymadı danayi-eşq. 

 

Dərgəhi-piri-muğan - məlcəyi-əmnu əman.  



Xanəgəhi-meyfüruş - bəzmi-dilarayi-eşq. 

 

Zahidi-sahilnişin, bəhri-bəladan saqın,  



Kamə çəkər Yunisi mahiyi-dəryayi-eşq. 

  



____________________Milli Kitabxana______________________ 

51 


 

Sal təni-napakinə xirqeyi-sədparəni,  

Hər qədə layiq dögül xələti-zibayi-eşq. 

 

Qeyslə həmdərs idim, qaldı o "Vəllyl"də,  



Naqis imiş, olmadı vaqitı-mənayi-eşq. 

 

Badiyeyi-hicrdə Zakiri-gümgəştəyə,  



Oldu əcəb rahbər mürşidü mövlayi-eşq. 

 

* * * 



 

Can cilvələnir qaməti-mövzunu görəndə, 

Dil tazələnir arizi-dilcunu görəndə 

 

Zənciri-vünunə birə yüz rəğbətim artır, 



Rüxsari üzə pirəfsunu görəndə 

 

Pürpiç oluram, hərdəm oda düşmüş ilan təki 



Ol arizi-gülnardə qeysunu görəndə 

 

Dağıldı xiridari-qəmi-eşqin olanlar, 



Bu mərdümi-çeşmim tökən altunu görəndə. 

 

Gəlmişdim edəm mərdümi-çeşminlə müdara,  



Bildim ki, düzəlməz bu iş əbrunu görəndə. 

 

Xunxarəligi eyb degil nərgisi-məstin,  



Hər kim ola qaynar qanı gülgunu görəndə. 

 

Ey əhli-hünər, cəm degil Zakir həvası,  



Eyb eyləmə şerindəki məzmunu görəndə. 

 

* * * 



Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,  

Eylə bilsin ki, görüb dideyi-xunbarı görən. 

 

Munca kim zülm edər, insafü mürüvvət axır  



Salacaqdırmı onun könlünə bir tarı, görən? 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə