Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

____________________Milli Kitabxana______________________ 

26 


 

Rəngi-zərdim yox əcəb əşk ilə gülgünə dönüb,  

Cigərimdə acı müjgan oxunun yarəsi var. 

 

Küfri-zilltün sevəli kamil olub iymanım,  



Gərçi bu rəmzlərin şəridə kəffarəsi var. 

 

Bağlanmış silsileyi-kakilə könlüm möhkəm,  



Mən kimi yüz min onun Aşiqi-biçarəsi var. 

 

* * * 



 

Aldım qələmi namə yazam, yarə könüldən,  

Ya rəb, ola bir məhrəmi aparə könüldən. 

 

Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb,  



Bülbül kimi hər dəm gələ göftarə könüldən. 

 

Tez-tez qoyub ol sərvi-qədin payinə başın,  



Tabus qılıb tez ilə yəlvarə könüldən. 

 

Əvvəl alıb nitqi-Məsihadən icazət,  



Axır edə hər ərzimi sərdarə könüldən. 

 

Xünbaarlığın dideyi-giryanını bir-bir,  



Təqrir edə ol gözləri xunxarə kömüldən. 

 

Pərvanəsifət düşdügümü vadiyi-hicrə,  



Hər ləhzə deyə atəşi-rüxsarə könüldən. 

 

Naçarlığımı ərz edə ol şahi-cahar,  



Rəhm eyləyibən, bəlkə, edə çarə könüldən. 

 

Keyfiyyəti-əhvalı və həm qisseyi-hicri,  



Ərz eyləyə, bilgi verə dildarə könüldən. 

 

Aşiq , qəmi-hicrani yazıb eylədim irsal 



Ol zülfiu siyahə bu üzü qarə könüldən 


____________________Milli Kitabxana______________________ 

27 


 

* * * 


O qara tellərinə oğru deyim, ya rəhzən, 

Ya könlüm məmləkətin qarət edib badə verən. 

 

O münəvvər yüzini gördü məgər ay ilə gün,  



Düşdülər dağa-daşa, oldular avarə gəzən. 

 

O gözü qaşın olub qətlim üçün amadə,  



Biri şəmşir çəkib, biri yayə düzən. 

 

O xəttü xali-siyahın məxi-rüxsari,  



Ləşkəri-hindü həbəş türkə tapıb əl deyəsən. 

 

O qədü qamələ bax, gör nə qiyamət eylər,  



Rəşgdən bağə qaçıb, guşə tutub sərvi-çəmən. 

 

O hənalı əlinə, nola, mübarək deyələr,  



O ki şirin dilinə şəhdü şəkərdir deyilən. 

 

Ağzına qönçə deyən kəslərin ağzın yummasan,  



Görsə bir gəz onu yüz yerdən açar qönçə dehən. 

 

Şikəni-zulfdə dil naləsi keçdi həddən,  



O qarə gündən onu qurtarın, Allahı sevən. 

 

Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir.  



Həm bu dəhrdə bir dərdə yetib qədr bilən. 

 

QOŞMALAR 

 

Səndən ayrı işim mənim ey dilbər 



Gecə-gündüz ahu fəqan olubdur 

Tağafül rəhmindən zülmü sitəmi 

Bizim barəmixdə ehsan olubdur 

 

Ləhzə-ləhzə halın sorduğun könlüm 



Gündə min nəsihət verdiyin könlüm 

Daim şadü xürrəm gördüyün konlüm,  

İndi dərd əlindən viran olubdur. 

  



____________________Milli Kitabxana______________________ 

28 


 

Nə istərsən, zalım, mən binəvadan?  

Bir gün əl çəkməzsən cövrü cəfadan.  

Sanma indi, bil ki, qalü bəladan,  

Gözlərim hüsnünə heyran olubdur. 

 

Haçan almamışdın əqlimi sərdən,  



Oxudum məhdi-hüsnünə əzbərdən.  

O gündən ki saldın gözdən nəzərdən,  

Mənim halım çox-çox yaman olubdur. 

 

Heç yada salmırsan mən dilfikarı,  



Səni nə bimürvət yaradıb tarı,  

Dəhanın şövqündən Aşiqi-zarı  

Öldürən bu daği-pünhan olubdur. 

 

* * * 



 

Təzədən bir işə düşmüşəm genə,  

Ala gözlü bır şux gəlin sevmişəm.  

Mina gərdənini, tər sinəsini,  

Rəna qəddin, qulac qolun sevmişəm. 

 

Qədri-qiymət bilən bir əsilzadə,  



Namü nişanım demənəm yada,  

Sərasər əndamı oxşar şumşada,  

Nazik ayağların, əlin sevmişəm. 

 

Bəyənmirəm onun məcmui-karın,  



Şövqində var idim bir belə yarın,  

Xoş ədasın, xoş rəftarü göftarın,  

Danışanda şirin dilin sevmişəm. 

 

Görməmişəm belə zülfu dəhən tək,  



Yüz min əsiri var, əlbəttə, mən tək,  

Gülüstanə düşmüş zağü zəğən tək,  

Ay qabaqda siyəh telin sevmişəm. 

  



____________________Milli Kitabxana______________________ 

29 


 

Müşkin kakilinin sərgəştəsiyəm,  

Növki-mujganının dil xəstəsiyəm.  

Aşiqəm, zülffünün pabəstəsiyəm,  

Üzün, saçın, incə belin sevmişəm. 

 

*  * * 



Bilirsənmi könlüm, yar, səndən ayrı,  

Necə miskin-miskin, natəvan gəzir.  

Düşüb səhralara şeydalar kimi,  

Sübhü şam bilməz, hər zaman gəzir. 

 

Bir dilbəri-əla, çeşmi məstanə,  



Qüssəsindən könül oldu viranə,  

Bilmirəm ki, neynəmişəm cananə,  

Hər görəndə məndən belə yan gəzir. 

 

Bu dili-divanə, ey şuxi-ali,  



Canü dildən sevib ol xəttü xali,  

Kakili nıişkinə aşiq olali,  

Başın üçün, daim sərgərdan gəzir. 

 

Firqəlindən qara bağrım olub su,  



Alıbdır qərarım o zülfu geysu,  

Mən ölmüşəm ləli-ləbindən ayru,  

Deyirlər ki, cismində bəs can gəzir. 

 

Genə Aşiq unudubdur hər karı,  



Sevibdir bir şuxi, çeşmi-xunxarı,  

Ol yanağı mahı, lalə rüxsarı,  

Necə qıyır, zülfi pərişan gəzir. 

 

* * * 



 

Ey bivəfa, qədir bilməz dilbərim,  

Şikayətim səndən bir kitab olmuş.  

Yaza bilməz onu xameyi-qüdrət  

Çünki həddən keçmiş, bihesab olmuş. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə