Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   2   3   4   5   6   7   8   9   ...   102

____________________Milli Kitabxana______________________ 

17 


 

Fikri aydın və təsirli ifadə etmək, oxucuda güclü emosiya yaratmaq üçüıı şair 

əruzun axıcı bəhrini seçməklə bərabər həm də rədiflərdən məharətlə istifadə edir: 

 

Əhli-Kufə yetirər zülmünü itınamə, bacı,  



Bədənimdə dəxi qoymazla qala camə, bacı.  

Mizələrdə apararlar başımı Şamə, bacı,  

Bədənim yerdə qalar peykəri-üryanım ilən. 

 

Şamdə məclisi-işrət quralar, söz demərəm,  



Küçəvü bamdə səf-səf duralar, söz demərəm,  

Xeyzuran çübü nə qədri vuralar, söz demərəm,  

Bəzmi-əğyardə mən bu ləbü dəndamın ilən. 

 

Başqa mövzularda yazılan əsərlər kimi mərsiyə və təriqət şerinin yaradıcıları 



da öz əsərlərinin mərkəzinə insan, onun sosial mühitdə mövqeyi məsələlərini 

çəkir və öz dünyabaxışlarına uyğun  şəkildə izah edirdilər. Bu şerin mayasında 

dünyəvilik və tarixilik motivləri ilə yanaşı bir də humanizm pafosu vardı. 

Müəyyən məsələlərin bədii şərhində idealist səciyyə daşımasına baxmayaraq, bu 

şerin lirik qəhrəmanı zülmkarlıq və qəddarlığın əleyhinə çıxır, insan azadlığı və 

xoşbəxtliyi ideyalarını müdafiə edirdi. 

 

* * * 


 

XIX  əsr Azərbaycan  ədəbiyyatında epik şeir də inkişaf edirdi. A.Bakıxanov, 

M.Ş.Vazeh, M.B.Xalxali, M.M.Şükuhi, S.Ə.Şirvani, M.T.Qumri kimi şairlərin məsnəvi

təmsil və mənzum hekayələrində həyat, gerçəklik əhatəli, panoramlı təsvir, poetik təhkiyə 

üsulu ilə canlandırılır, obrazların xarakteri geniş  əhvalatlar və hadisələr fonunda inkişaf 

edir və açılırdı. 

Epik  şeirdə  əxlaqi-tərbiyəvi fikirlərin təbliği xüsusi yer tuturdu. Şairlər qoca Şərqin 

Sədi, Nizami və başqa qüdrətli sözustalarının  ənənələrini davam etdirərək, mənzum 

hekayə  və  təmsillərində müasirlərini qayğıkeş, səmimi olmağa, cəmiyyət işlərinə ayıq 

gözlə baxmağa, ağıl və düşüncə ilə hərəkət etməyə, bəşəriyyət üçün xeyirli işlər görməyə 

çağırırdılar. (A.Bakıxanov -"Hikmətin fəziləti", "Tədbirin gözəlliyi", "Yersiz minnət 

qoymaq"; Q.Zakir - "Zovci-axər", "Tərlanlar və elçilər", "Dərviş ilə qız" və s.). 

      Belə əsərlərin müəllifləri haqqı, ədaləti müdafiə edir, insan şüurunun qüdrətinə yüksək 

qiymət verir, həyatda ən xeyirli şeyin hünər və qabiliyyət, ən yaxşı şeyin xeyirxahlıq, ən 

lazımlı şeyin isə həqiqət olduğunu müasirlərinə bildirirdilər. Onların təbliğ etdikləri sadə 

əxlaq normalarına zəhmətkeşlik, əməksevərlik; düzlük, doğruçuluq, mehribanlıq, təmizlik 

kimi yüksək insani sifətlər daxildi. Yalançılıq, firıldaq, təkəbbür, lovğalıq, xudpəsəndlik 

kimi naqis cəhətlər isə bu əsərlərdə şiddətlə pislənirdi. 

  



____________________Milli Kitabxana______________________ 

18 


 

Klassik poeziya ənənələrini davam etdirən XIX əsr  şairlərinin epik yaradıcılığında 

əxlaqi-didaktik ideyalar geniş yer tuturdu. Orta əsr  ədəbiyyatının, xüsusilə  nəsihətamiz 

şerin möhkəm zəmini üzərində yetişən XIX əsrin didaktik poeziyası tamamilə yeni 

məzmun kəsb eləmişdi. Artıq quru nəsihətçilik, moizə və tərbiyə öz yerini "sağlam ağlın 

mühakiməsinə" (F.Engels) tərk edirdi. Hətta Seyid Əzim, Qasir, Sidqi, Hacı  Ağa Faqir 

kimi məktəbdar şairlər deyil, xalis məclis ab-havasında boya-başa çatan Məhəmməd Səfa, 

Mirzə Ələsgər Növrəs, Molla Məhəmməd Zövi, Məşədi Məhəmmad Bülbül və başqaları 

da qəzəl, qəsidə, rübai janrlarında yazdıqları  əsərlərində yaşadıqları  cəmiyyətin, onun 

əxlaqi və hüquqi qanunlarının köhnəldiyini, yeni zəmanə ilə bir yerə sığmadığını yüksək 

bədii intonasiya ilə bildirir, ağlın qüdrəti, elmin və  mədəniyyətin  əhəmiyyəti barədə 

danışırdılar. M.F.Axundzadə ideyalarını poeziya sahəsində davam etdirən bu şairlər 

özlərinin  ədəbi mühitlərindən, məclis ab-havasından tamamilə ayrılmasalar da, eyni 

zamanda   yeni tipli məktəbin təşkilatçısı, müəllim, humanist və beynəlmiləlçi kimi 

fəaliyyət göstərirdilər. Xüsusilə 80-90-cı illərin ədəbi-bədii prosesində maarifçi  realizmin 

geniş vüsət alması, başda M.F.Axundzadə  və H.Zərdabi olmaqla  "əkinçilərin" irəli 

sürdüyü estetik prinsiplərin bədii təcrübədə getdikcə qüvvətlənməsi onların yaradıclığına 

yeni məzmun gətirir. Dəyişən ictimai-tarixi şəraitin təsiri ilə  qəzəl və  qəsidə  ədəbiyyatı 

kimi əxlaqi-didaktik şeir də müasirliyin ideya-üslub mübarizələrində yeni estetik məzmun 

qazanır. 

Əxlaqi-didaktik şerin qəhrəmanı  dəfələrlə dünyanın isti-soyuğundan keçmiş müdrik

aqil bir insan - Atadır. Ömrunü dünya işlərinin gedişatını öyrənməyə sərf edən bu insan - 

Ata çox hadisələr görmüş, çox adamları  sınaqdan keçirmiş, zəngin həyat təcrübəsi 

qazanmışdır. Hansı sifətlərin yaxşı, hansıların isə pis olduğunu gözəl bilən insan - Ata öz 

övladlarına - gənc nəslə müraciətində doğruçuluq, səmimiyyət, xeyirxahlıq, böyüklərə 

hörmət, alicənablıq kimi nəcib insani sifətləri təbliğ edir, konkret həyati nümunələr 

əsasında həmin sifətlərin fəzilətlərini göstərirdi. Bunun əksinə olaraq o, sərxoşluq və 

oğurluq etməyi, qumar oynamağı, rüşvət yeməyi pisləyir, onların insana fayda yox, bəla 

gətirəcəyini bildirirdi. 

Əxlaqi-didaktik  şeirdə  təbliğ olunan əsas insani xüsusiyyətlər sadəlik, təvazökarlıq, 

mehribanlıq, vətənpərvərlik, beynəlmiləlçilik və əməksevərlik idi. Məsələn, Seyid Əzimin 

öyüdlərində zəhmət, əmək insanı ucaldan başlıca amillər       kimi göstərilir, gənc nəslə 

işsizlikdən, bikarçılıqdan uzaqlaşıb, müəyyən bir sənətə yiyələnmək tövsiyə olunurdu: 

 

Ey oğul, bil ki, adəmi-bikar,  



Xüşk olan bir odundu, layiqi-nar.  

Bunu bizdən deyibdilər əqdəm,  

Sənəti olmayan deyil adəm. 

 

 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə