Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə3/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   2   3   4   5   6   7   8   9   ...   102

____________________Milli Kitabxana______________________ 

10 


 

  

Nişimənin ki sənin huriyadır, ey vaiz,  



Qəsəm ol xaliqə ki, bu riyadır, ey vaiz.  

Yetim malına goz dikməyin nədir daim,  

Həlali-kəsb məgər narəvadır, ey vaiz?! 

 

Başqa bir qəzəlində  şair vaizi insan yox, "aləmə fitnə salan" şər mədəni, 



cəhənnəm xəbərçisi, atası məlum olmayan bic uşaq adlandıraraq yazır; 

 

Aləmə fitnə salan mədəni-şərdir vaiz,  



Haşalillah demərəm mən ki, bəşərdir vaiz.  

Anası daməni-mehrabə atıb qımdağın.  

Eyləmə cəhl ki məchuli-pədərdir vaiz. 

 

Xalqı aldadan yalançı ruhanilərin, xüsusilə mollaların mənəvi-əxlaqi 



çirkinliyini açıb ifşa etməkdə Molla Ağa Bixud və  İskəndər ağa  Şair daha 

barışmaz mövqe tuturdular. Riyakarlıqda və hiyləgərlikdə mollaları iblis və 

şeytanla müqayisə edən  İskəndər ağa  Şair  şcirlərinin birində "baltanı dibindən 

vurub" (F.Köçərli) qəzəbini ən acı sözlərlə ifadə edirdi: 

 

Bitəkəllüf, eşşək kimi girirsən hər evə,  



Soxulursan tula tək her qapıdan, ay molla!  

Sən ki Quranda özün "əlhəqqü mürr" oxumusan,  

İncimə, acı olur həqqi-süxən, ay molla!  

Qapacaqsan mənı də it kimi bir gün bilirəm,  

Qapdırır itə özün, iti vuran, ay molla! 

 

Şəxsi və  mənəvi azadlıq, işıqlı bir əxlaqi-ictimai ideal arzusu, humanizm, 



insanlıq fəlsəfəsi, XIX əsr şairlərinin çoxunun yaradıcılığından qırmızı xətt kimi 

keçir. Onların yaradıcılığında təsvir olunan bədii surətlərin dünyagörüşü, həyata 

münasibəti, təbliğ etdikləri ideya ilə bağlı olaraq, şeirdə bir-birinə zidd mövqedə 

dayanan iki poetik məkan diqqəti cəlb edirdi: Meyxana və  Məscid. Bunlardan 

birincisi zövq əhli olan Arifin, ikincisi isə Zahid vo Vaizin dolaşdığı yerlərdir. 

Poeziyada lirik konflikti kəskinləşdirən bir də ayrı-ayrı surətlərin bu 

məkanlara münasibəti idi. Vaiz məscidin əzəməti, axirət dünyada behişt xülyası 

barədə danışırdı, Zahid xalqı, camaat məscidə - ibadətə  və itaətə  səsləyırdi. 

Onların  əksinə olaraq Arif meyxananı üstün tuturdu. Onun fikricə meyxana - 

düzlük, sədaqət, mehribanlıq və insanlığın məkanıdır; yalan, həsəd, paxıllıq və 

xəyanət oraya yaxın düşə bilmir. Humnist şair Ə.Raci yazırdı: 

  



____________________Milli Kitabxana______________________ 

11 


 

  

Bilmərrə, yolu canibi-meyxanəyə yoxdur,  



Hər kimsənədə büxtü riyavü həsəd oldu.  

Xoş halına hər kimsənə meyxanədə öldü,  

Xişti-xum o şuridəyə səngi-ləhəd oldu.  

Mən eyləmədim zahidi özbaşına rüsva,  

Bu işdə mənə piri-muğandan mədəd oldu.  

Zahidlərə ixbar eləyin: xirqeyi-Raci – 

Meyxanədə rindani-xərabə nəmad oldu. 

 

Yalan vəzləri ilə avam camaatı aldatdığına görə ikiüzlü ruhaniləri bayquş adlandıran 



görkəmli şair Bixud da xudbin zahiddən kənara çəkilib "rindlər yanında" etibarlı olmağı 

fəxarət sayırdı: 

 

Nə qəm, ülfətimdən ar edərsə zahidi-xudbin,  



Mənim də zahidi görməkcliyə, vallahi, arım var.  

Məni kafər sanıb bizar isə məndan əgər zahid,  

Xoşam kim, rindlər yanında qədrü etibarım var.  

Məni binamlərdən sanmayın aləmdə Bixud tək,  

Xərabət əhliyəm mən, rindlikdə iştihanın var. 

 

Seyid  Əzim isə meyxananı  məscidə qarşı qoyur, eşq odunda yanmağı  Məkkə 



ziyarətindən üstün tutaraq yazırdı: 

 

Zahid, çağıma Kəbəyə meyxanədən məni,  



Yüz Kəbədən səfalıdı meyxanənin biri.  

Min həccdən şərafəti əfzun olur, əgər  

Şəmə dolanıban yanə pərvanənin biri. 

 

Məscidlə müqayisədə meyxanaya üstünlük verən, oradakı  həyatı daha yüksək 



qiymətləndirən  şairlərin yaradıcılığında  şərabın tərənnümü də xüsusi yer tutur. Bnuun 

səbəbini konkret şəkildə izah edən  ədəbiyyatşünas M.Quluzadə  məşhur" fransız 

şərqşünası C.Darmsleterə istinadan yazır: "Şərq  ədəbiyyatında  şərab Quran əleyhinə, 

müqəddəsat  əleyhinə, dini qanun tərəfindən  əqlin təbiətinin  əzilməsi  əleyhinə üsyandır. 

Şair üçün şərab içən adam azad olmuş insanın rəmzidir" 

Beləliklə, Şərq ədəbiyyatında olduğu kimi, Azərbaycan şairlərinin də şeirlərində şərab 

- fikir azadlığı, etiqad sərbəstliyi, dini ehkamların  əsarətinə etiraz ifadəsi,  şadlıq, 

firavanlıq və səadətin timsalı kimi göslərilir. 

İçkini günah sayıb, onu insanlara qadağan edən Vaiz və Zahidin əksinə çıxaraq, Seyid 

Əzimin müdrik Arifi deyir: 




____________________Milli Kitabxana______________________ 

12 


 

Vaiz, demə kim zail edir əqli piyalə,  

Badə yetirir mərdümi hüşyan kəmalə.  

Sən özgə günah eyləmə, iç badeyi-gülfam  

Ondan nə günah olsa, mənə eylə həvalə. 

 

XIX  əsr  şairlərinin yaradıcılığında  şərab - real həyat və dünyəvi məhəbbət 



rəmzi kimi tərənnüm olunur. Dini mövhumat, fanatizm və cəhalət əleyhinə bədii 

etirazın bir forması kimi ondan şeirdə tez-tez istifadə edilir. Onun tərkidünyalıq, 

dinin uydurma "abikövsər" "dirilik suyu" ilə heç bir əlaqəsi yoxdur. 

Şeirdə  məhəbbət, dünyavilik, zamanədən  şikayət motivləri ilə yanaşı  təbiət 

movzusu, peyzaj lirikası da müəyyən yer tuturdu. Bu dövrdə  şairlərin təbiətə 

müraciəti, ondan bəhralənmə yolları müxtəlif idi. Çox vaxt onlar klassik poeziya 

ənənələrini davam etdirərək, təbiətdəki  əşyaları lirik qəhrəmanların zahiri 

görünüşü ilə qarşılaşdırır, gözəlin üzünü - gülə, boyunu - sərvə, gözünü nərgizə, 

qaşlarını - qövsi-qüzehə (göy qurşağına), ağzını -qönçəyə. yanağını - laləyə 

bənzədirdilər. Belə müqayisələrdə insan - sevgili öz gözəlliyi və  məlahəti ilə 

təbiət gözəlliklərindən üstün tutulur; sərt sevgilinin boyunu görəndə öz boyundan 

utanır, lalə  qırmızılığını onun yanağından alır, bağban gözəlin ağzını görəndə 

bəslədiyi qönçələri yandırır, günəş nuru, ziyanı onun camalından alır və s. 

Təbiət gözəllikləri insanın həyatı, mənəvi aləmi, ruhi vəziyyəti, sevgi hissləri, 

vüsal arzuları, sevinc və  kədəri ilə  əlaqələndirilir. Təbiət insanla daha da 

xinətlənir, güllər, çiçəklər insanla əlaqədə daha gözəl olur. İnsansız təbiətin 

gözəlliyi heçdir. Bu şeirlrin bir qismində aparıcı  xətt ayrı-ayrı  fəsillərin 

təsviridir. Belə şeirlərdə bahar - ürəkləri tezələyən, ruha fərəh, nikbinlik gətirən, 

həyatı yeniləşdirən, payız - bütün gözəllikləri uçunıb-dağıdan insan qəlbini 

kədarləndirən bir mövsümdür. Qış ömrün sonudur. Yay isə bədii surət kimi XIX 

əsr şerinclə yox dərəcəsindədir. 

Lirik qəhrəmanla təbiətin qarşılıqlı münasibətlərinin bədii təqdimi də əsasən 

ənənəvi idi; yəni əgər insan şaddırsa, o öz istəyinə yaxınndırsa, məqsədinə nail 

olursa, bu zaman təbiat də cilvələnir, gözəllik göz oxşayır.  Əgər qəhrəman 

kədərlidirsə, öz arzusuna çata bilmiş, onda təbiət də tutqundur: gülüstan solmuş, 

xəzan yarpaqlar tökülmüş, hər tərəf üryan qalmışdır. 

Lakin bəzən bunun əksi də olur. Şairlər təbiət hadisələri ilə insanın daxili-

mənəvi  əhvali-ruhiyyəsini qarşılaşdırmaqla qüvvətli bədii təzad yaradırlar. Bu 

cəhətdən Natəvanın "Sənsiz" rədifli qəzəlləri yaxşı bir nümunədir. Bahar gəlmiş

güllər açılmışdır. Ancaq bu gözəllik şairəyə sevinc yox, hədsiz kədər və iztirab 

gətirir. Çünki bu gözəllik insansızdır.  şairənin sevimli övladı  həyatda yoxdur. 

Ona görə  də  təbiət cah-cəlala buründüyü halda, lirik qəhrəmanın qəlbi xəzan 

görmüs bülbül kimi nalə edir, fəryad qoparır: 

  

 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə