Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə4/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   2   3   4   5   6   7   8   9   ...   102

____________________Milli Kitabxana______________________ 

13 


 

 

Bahar əyyamıdır, açıldı güllər, ey cavan, sənsiz!  



Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?  

Güli-röymdən ayrı neylərəm mən gülistan seyrin?  

Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz. 

 

Belə şeirlərdə bəzən təbiət hadisələri insanların maddi həyatı və dolanışığı ilə 



əlaqələndirilir, şairlər yağış, isti, qar, soyuq kimi təbii hadisələrin təsviri fonunda 

xalqın çətin, dözülməz yaşayışını əks etdirirlər. 

Təbiət şeirlərində əsas bədii obraz gülüstandır. Başqa surətlərin hamısı orada 

movcuddur. Gulüstan - gözəllik, məhəbbət məkanıdır. Baharın nəfəsi ilk dəfə 

orada duyulur. Şairlər cəmiyyətdə olmayan rahatlıq və gözəlliyi çox vaxt 

gülüstanda, bu kiçik bağçada arayıb tapırlar. Lakin XIX əsr  şerində  səhra

biyaban kimi yerlərində təsvirinə təsadüf edilir. Məhəbbət qəhrəmanları istək və 

arzularına çata bilməyəndə çölə, biyabana qoşur, cəmiyyətdən uzaqlaşırlar. 

Beləliklə, XIX əsr  şairlərinin yaradıcılığında təbiət həmişə  cəmiyyət həyatı 

və humanist ideyalarla əlaqələndirilir; poeziyada o, imanların zahiri gözəlliyini 

və mənəvi-əxlaqi keyfiyyətlərini dərindən səciyyələndirən bir vasitə kiıni işlənir. 

 

* * * 



 

XIX  əsr Azərbaycan lirikası  bədii məzmun, ideya-estetik ovqat baxımından 

zəngin olduğu qədər da keşməkeşli, enişli-yoxuşlu bir yolla inkişaf edirdi. 

Klassik poeziya üslubunda yazan şairlərin ictimai mənşəyi, mədrəsə təhsili alıb 

dini dünyagörüşə yiyələnməsi onların yaradıcılığına da müəyyən təsir göstərirdi. 

Bu  şairlər bir tərəfdən dünyəvi məhəbbəti tərənnüm edir, fanatizmə  və yalançı 

ruhaniliyə qarşı çıxaraq, elm və mədəniyyəti tərifləyir, məscidi "bayquş yuvası" 

adlandıraraq, arif adamları oradan uzaqlaşmağa çağırır, ikinci tərəfdən isə dini 

mərasimlərdə oxunan mərsiyə, növhə, sinəzən və mədhanələr yazırdılar. Özü də 

bu hal XIX əsr şairlərinin, demək olar, əksəriyyətinə xas olan bir xüsusiyyət idi. 

Hətta mövcud dini təəssübkeşliyi pisləyib, vaiz və zahidləri riyakar, ikiüzlü 

adlandıran  Əbülhəsən Raci. "Künci-meyxanəni məskən edib hər  şamü səhər, 

Vermə, Dilsuz, əlini zahidü molla əlinə" - deyə  xərabati  şeirlər yazan 

Məhəmmədəmin Dilsuz, habelə "Allaha rüşvət", "Köpəyə ehsan", "Yerdəkilərin 

göyə şikayətə getmələri" kimi satirik əsərlərin müəllifi olan Seyid Əzim Şirvani 

də dini mədhnamə. mərsiyə  və sinəzənlər yazmış, bu əsərlər camaat arasında 

geniş yayılmışdır. 

Əlbəttə, bu təsadüfi deyildi. Onun obyektiv səbəbləri vardı. Bu səbəblərin 

birincisi tarixi-ictimai şəriətlə bağlı idi. Ölkənin müəyyən yerlərində, xüsusilə 

cənub rayonlarında feodal idarə üsulunun, orta əsr qaydalarının, dini 

  



____________________Milli Kitabxana______________________ 

14 


 

fanatizmin və movhumi görüşlərin hələ qüvvətli olması, İran dövlətinin Osmanlı 

imperiyasına qarşı apardığı  rəqabətli mübarizələrlə  əlaqədar sünni-şiiə 

münasibətlərinin kəskinləşməsi bədii  ədəbiyyatda dini keçmişə marağı 

artırmışdı. 

XIX  əsrdə  mərsiyə  ədəbiyyatının geniş yayılmasına səbəb olan mühüm 

ictimai amilləridən biri də "çarizmin ucqarlarda apardığı müstəmləkəçilik 

siyasəti" və bununla əlaqədar olaraq, hökumətin "sünni-şiə ziddiyyətlərini 

kəskinləşdirməyə çalışması, Tiflisdə müsəlman uşaqları üçün ayrı-ayrılıqda  şiə 

və sünni məktəbləri açması" idi

1

. İkinci tərəfdən, bu, Azərbaycanda geniş ədəbi-



ictimai hərəkat səviyysinə qalxan maarifçiliyin yeni bədii-estetik çalarlar 

qazanması, dindarlaşması ilə  əlaqədar idi. Məlumdur ki, XIX əsrin 80-90-cı 

illərində Azərbaycan maarifçiləri sosial-mədəni həyatda nəyin necə olduğunu 

qiymətləndirmək üçün Ağılla yanaşı Allaha da əsaslanırlar. Onlar "dini 

fanatizmə qarşı mübarizədə dinin özünün ən müqəddəs silahı ilə -Quranla da 

silahlanırlar"

2

. Əxlaqi təmizlik, mənəvi ucalıq uğrunda mübarizə yollarından biri 



də "saf islama" qayıtmaq arzusu və  cəhdi olur. Məhz "saf din". "təmiz  şəriət" 

ideyasının tələbi ilə klassik poeziyanın lirik qəhrəmanı dini keçmişə müraciət 

edərək islam müqəddəslərinin igidliyi, ədalətli mübarizədə  şərəfli ölümü, haqq 

yolunda səhidliyi barədə mərsiyə və növhə oxuyur. 

Nəhayət, XIX əsr Azərbaycan  şerində  mərsiyənin intişarı, dini motivlərin 

geniş vüsət alması bir də  ədəbi gedişatın, mədəni-tarixi prosesin səciyyəsi, 

sənətkarların özlərinin ədəbi-ictimai mühitdə tanınmaq arzuları ilə bağlı idi. Belə 

ki, məhəbbət mövzusunda yazılan qəzəllər yalnız toy və bu kimi şadlıq 

məclislərində oxunduğundan onların müəllifləri də belə  məhdud yerlərdə 

tanınırdı. Həm də toy məclisləri uzun çəkmir,  ən yaxşı halda üç gün davam 

edirdi. Halbuki məhərrəmliklə bağlı təziyə və təkyə məclisləri hər ilin müəyyən 

vaxtlarında günlərlə, hətta həftələrlə və aylarla, özü də bir eldə, bir obada yox

bütün  şiə-müsəlman ölkələrində davam edirdi. Şübhəsiz, bu cür məclislərdə 

oxunan şeirlər öz müəllifini daha çox tanıdırdı. Bu cəhəti xüsusi nəzərə çatdıran 

ədəbiyyatşünas F.Köçərli yazır: "Beş-on sənə bundan əqdəm artıq hörmət və 

şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə  və  mərsiyə yazan 

şairlər idi ki, onların kəlamı  məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını 

eşidib, xalqın tərifü tövsifi ilə  sərəfraz olurdular ve növhə yazmağa dəxi də artıq 

şövqmənd olub, bütün vaxtlarını və qüvveyi-şedyyələrini bu yolda sərf edirdilər"

3



Təsadüfi deyildir ki, İranda Nəsrəddin  şahin (1848-1896) hakimiyyəti

 illərində 

"məhərrəmlik təziyədarlığına böyük əhəmiyyət verildiyi üçün 

  

                                                           



1

Azərbaycan ədəbiyyatı tarixi. II cıld. Bakı, 1960, s. 167-168.

 

2

 



Yaşar Qarayev . Realiz: sənət və həqiqət. Bakı. 1980, S. 129.

 

3



 

Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 1981, s.326. 

 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə