Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

____________________Milli Kitabxana______________________ 

22 


 

Vaiz bizə söylər şəri-Mustafa;  

Hərama mürtəkib olmayın əsla!  

Özü lüm-lüm udur batində, amma  

Zahirdə dediyi mənayə bir bax! 

 

İkiüzlü din xadimlərinin, məzhəb və  şəriət başçılarının,  əxlaqsız mollaların, 



rüşvətxor qazilərin tənqidi Vazeh, Bakıxanov, Nadim, Canıoğlu,  Şeyda, habelə 

aşıq  şeri tərzində  əsərlər yazan başqa  şairlərin də yaradıcılığında nıühüm 

yerlərdən birini tuturdu. Şübhəsiz, bu sənətkarların  əsərlərində satirik pafos, 

ictimai kəsər, ifşa gücü, hadisələrin mahiyyətinə nüfuz, həyatı tipik əks 

etdirmənin bədii dərəcəsi eyni deyildi. Dünyagörüşündən, ictimai-sosial 

mövqeyindən, yaradıcılıq metodundan və poetik istedadının gücündən asılı 

olaraq, onlardan, məsələn, Zakir, Vazeh. Nadim və  Şakirin yaradıcılığında 

tənqid, açıq ifşa daha güclü olduğu halda, o birilərdə qismən zəif idi. Bu şairlərin 

tənqidi hələ onları  əhatə edən dövrün, zamanın, bütövlükdə ictimai mühitin 

konkret milli problemlərinə, mətləb və ziddiyyətlərinə  dərindən nüfuz edə

cəmiyyətin ictimai əsasını sarsıda biləcək yüksək gülüş  səviyyəsinə qalxa 

bilmirdi. 

Əlbəttə, ayrı-ayrı realist-satirik təfərrüat "ictimai-həyat hadisələri, baş verən 

siyasi-iqtisadi dəyişikliklər üzərində real müşahidələr Zakirdə (əlavə edək: Şakir, 

Misgin və Nadimdə - Z.Ə.) çoxdur. Amma onları birləşdirən, izah edən 

qanunauyğunluq və proses kimi qavrayan konsepsial ictimai baxış zəifdir, daha 

doğrusu, suxiya şəklindədir"

1



Üz etiraz və narazılıqlarında "xalqın mənafeyi və mövqeyi ilə  ən geniş 

mənada birləşə bilmədiyi üçün" bu şairlərin həcvləri satiraya məxsus geniş 

ictimai vüsət və  dərinlik qazanmır. Onlar ümumiyyətlə "bəyliyə yox, ayrı-ayrı 

bəylərə, vaizliyə yox; islamı "xələldar edən" vaizlərə qarşı  çıxdığı üçün öz 

demokratizmində  və  xəlqiliyində ardıcıl görünə bilmir"

2

. Bu cəhəti Q.Zakirin 



yaradıcilığında izləyən F.Qasımzadə haqlı yazır ki, ictimai ədalətsizliyi obyektiv 

surətdə ifşa edən  şair "çar hakimləri  əleyhinə mübarizə apardığı zaman 

mütləqiyyətin başqa siyasi bir quruluşla  əvəz edilməsi məsələsini  əsla fikrinə 

gətirmirdi. O da Şakir və başqa müasirləri kimi güman edirdi ki, bütün ictimai 

bəlaları törədənlər ancaq ucqarlarda işləyən çar hakimləridir, guya canişinin və 

padşahın bu ədalətsiz işlərdən xəbəri yoxdur"

3



Əsrin ikinci yarısında satirik şeir M.B.Nadim, M.M.Şükuhi və Seyid Əzim 



Şirvaninin yaradıcılığında inkişaf edir. "Dövlətlilərin xəlvəti işi", "Sərrafiyyə", 

"Əttar", "Dər həcv ağa Əbdüşşükr Marağayi vəkili-marafiə", "Marağa 

                                                           

1

 



Yaşar Qarayev. Realizm: sənət və həqiqət. Bakı, 1980. s.56. : 

 

2



 

Yenə orada, s.57.

 

3

 



Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974. s.224. 

 



____________________Milli Kitabxana______________________ 

23 


 

bəzzazlarının yığıncağı", "Kənd əhli və qurd" kimi təmsil və həcvlərində Şükuhi 

müasiri olduğu insanlarda gördüyü mənəvi naqislikləri - sələmçilik, yalançılıq, 

saxtakarlıq kimi sifətləri bədii gülüşün hədəfinə çevirir. 

Nadim və Seyid Əzimin satiralarında isə yerli bəylərin ikiüzlülük və 

satqınlığı ilə yanaşı çar məmırlarının rüşvətxorluğu, soyğunçuluğu, ruhanilərin 

ictimai  əxlaqsızlığı  kəskin bədii intonasiya ilə  tənqid olunur. Xüsusilə Seyid 

Əzimin "Şirvanın təzə  bəyləri haqqında", "Şamaxının təzə  bəylərini həcv", 

"Köpəyə ehsan", "Allaha rüşvət" kimi satiralarında tənqid və ifşanın boyaları 

olduqca tünddür. Öldürücü gülüş, kəskin istehza, tənqid hədofinə qarşı nifrət və 

qəzəb hissi, xəlqilik ruhu bu satiraların başlıca məziyyəlləridir. 

Bütün bunlar göstərir ki, XIX əsr Azərbaycan poeziyası bizim çoxyaşlı 

şerimizin inkişaf tarixinə yeni bir mərhələ kimi daxil olur. Əsrin  əvvəllərindən 

ictimai-siyasi və  mədəni həyatda baş verən mühüm dəyişikliklər ümumiyyətlə 

bədii fikrin, o cümlədən poeziyanın yeni istiqamətdə inkişafın  şərtləndirir. 

Qədim və  zəngin  ənənələri olan lirik və epik şeir bu dövrdə  həm bədii-estetik 

məzmun, həm də poetika-sənətkarlıq, forma-janr və dil-üslub baxımından daha 

da zənginləşərək orijinal keyfiyyətlər qazanır. Satirik şeir təşəkkül tapır və 

getdikcə qüvvətlənir... 

"XIX  əsr Azərbaycan  şeri antologiyası" adlanan bu kitabda həmin dövrdə 

yaşayıb-yaratmış 60-dan çox şairin  əsərlərindən nümunələr toplanmışdır. 

Tərtibçi onları müxtəlif dövrlərdə çap olunmuş kitablardan seçmiş  və tarixi-

xronoloji prinsip əsasında düzmüşdür. Əvvəlki nəşrlərdə təsadüf edilən bir sıra 

imla xətaları aradan qaldırmış, kitabda əsərləri gedən sənətkarlar haqqında çox 

qısa məlumat verilmiş, nümunələrin götürüldüyü mənbələr göstərilmişdir. 

 

Zaman Əsgərli 

 

 



____________________Milli Kitabxana______________________ 

24 


 

 

XIX ƏSR 



AZƏRBAYCAN 

ŞERİ 


____________________Milli Kitabxana______________________ 

25 


 

MƏHƏMMƏD BƏY AŞİQ 

 

 

Məhəmməd bəy Aşiq XIXəsr şairlərinin yaşca ən böyüyüdür. O, 1776-cı ildə 



Şuşa şəhərində doğulmuşdur. Alası Behbud bəy Qarabağda məşhur olan Sarıcalı-

Cavanşir tayfasındandır. Onun Qarabağ xanlığının  ərazisində -Vərəndə  və 

Zəngəzur mahallarında çoxlu kəndləri və obaları vardı. Ömrünün sonlarında 

Behbud bəy ixtiyarında olan torpaqları iki oğluna Məhəmməd bəyə  və Böyük 

bəyə paylamışdı. Lakin Məhəmməd bəy atasının verdiyi torpaqları qardaşı 

Böyük bəyə bağışlayıb, özü yenicə aldığı  Zəngilan kəndində  məskunlaşdı. 

Burada onun həyatı narahat keçirdi; qayınları ilə onun arasında tez-tez baş verən 

torpaq çəkişmələri məhkəmə salonlarında davam edirdi. Belə  çəkişmələr 

nəticəsində Rusiya hökuməti Məhəmməd bəyi Ordubada sürgün etmiş  və o, 

həyaının axırına qədər Ordubadda yaşayıb, 1861-ci ildə orada dünyasını 

dəyişmişdir. 

Məhəmmədbəy şeirlərinin bir qismini öz adı, digər qismini "Aşiq" təxəllüsü 

ilə möhürləmişdir. Onun müxtəlif təzkirələrdə qalan əsərlərini Ənvər Çingizoğlu 

toplayaraq, 2000-ci ildə Bakıda "Şuşa " nəşriyyatında çap etdirmişdir. Buradakı 

şeirlər həmin kitabdan götürülmüşdür. 

 

 



QƏZƏLLƏR 

 

Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,  



Dili-zarımda nıənim qanlı ciyərparəsi var. 

 

Dili-əşkimi mənim salma nəzərdən, ey göz,  



Dut giranmayə onun səbəyi-səyyarəsi var. 

 

Yar xalına baxan gözdə qaradan qalmaz,  



Demə aşiq ona kim, gözlərin qarəsi var. 

 

Dami-təxsirə salır hər yetən azadələri, 



Qaşü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var

 

Sanma bikarə məni şahi-hünərməndanəm,  



Yığılıb başıma dəhrin nə ki avarəsi var. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə