Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   2   3   4   5   6   7   8   9   ...   102

____________________Milli Kitabxana______________________ 

15 


 

Molla Məhəmmədbağır Məclisinin, Qumri, Dəxil, Raci və başqa mərsiyə  şairlərinin 

fanatizm yayan əsərləri tez-tez çap olunub yayılırdı1

1

". Belə kitab-lardan, məsələn, 



Qumrinin "Kənzül-məsaib"  əsəri mətbuat səhifələrində "Məcmueyi-mötəbər",  ədiblərin 

rəğbətlə qarşıladığı kitab kimi qiymətləndirilir, onun müəllifi xoş sözlərlə alqışlanırdı

2



Buna görə  də Mirzə  Məhəmməd Tağı Qumri (1819-1891), Mirzə  Kərim  Şüai (?-1894), 



Mirzə  Cəbrail Süpehri (?-1902), Mirzə  Həsib Qüdsi (1873-1908) kimi şairlər 

müasirlərinin çoxundan ayrılaraq, öz yaradıcılıqlarında növhə və sinəzənlərə daha çox yer 

vermiş, xüsusi mərsiyə  şeri, ruhani poeziya yaratmışlar. Bu şeir dini ədəbiyyat deyildi. 

Onun məzmununda, daxili mayasında həyatilik, tarixilik var idi. Şairlər hicri tarixin 61-ci 

il məhərrəm ayının 10-da (miladi 680-ci ilin oktyabr ayı) baş vermiş  Kərbəla 

müsibətlərini qələmə alsalar da bu hadisələri hələ mövhumiləşdirmir, ondan tarixi əhvalat 

kimi danışırdılar. Bu şeirlərdə  Məhəmməd peyğəmbər (570-632), onun əmisi oğlu və 

kürəkəni Əli ibn Əbu Talib (598-661) təriflənir, İmamların ölümü, ədalət, haqq uğrunda 

şəhidlik kimi mənalandırılır, tərənnüm olunurdu. 

Tarixi-dini şeirlər təkcə məsciddə oxunmurdu. O, xalqın məişətinə daxil olmuşdu; yas 

məclislərində, ölü yerlərində oxunan belə  şeirlər dinləyicilərin qəlbini riqqətə  gətirir, 

hisslərini və duyğularını kövrəkləşdirirdi. Dinləyicilər məğlub olanın  şəhidliyinə, onun 

dəstəsinin əsir düşməsinə təəssüflənir, göz yaşı axıdırdılar. Lakin mərsiyə şeri oxucularda 

bədbin  əhvali-ruhiyyə yaratmır,  əksinə, oxucunu mənəvi təmizliyə,  əxlaqi saflığa 

çağırırdı. Yezidin imamlara etdiyi zülmü gözləri qarşısında

3

canlandıran oxucu, yaxud 



dinləyici daxilən bu ədalətsizliyə qarşı çıxır, qəddarlığa və zalımlığa nifrin yağdırır, lənət 

oxuyur, hətta zülm və ədalətsizliyə qarşı etiraz və mübarizə ruhunda səfərbər olunurdu. 

Bədii kökləri və estetik təbiəti etibarilə də mərsiyə Azərbaycan ictimai gerçəkliyinə və 

ədəbi fikrinə yad deyildi. Məlumdur ki, ölən qəhrəmana, həyatdan köçmüş əziz bir adama 

sevgi, məhəbbət ifadə edən yanıqlı  nəğmələri daha təsirli  şəkildə ifadə edən xüsusi 

adamlar da olmuşdur. Rus ədəbiyyatında elegiyanın köklərini araşdıran  ədəbiyyatşünas 

L.Q.Frizman yazır: "Rus elegiyasının mühüm mənbəyi - folklor, o cümlədən xalq ailə-

məişət və məhəbbət lirikası, oxşama və ağılar olmuşdur"

4



Bu fikri Azərbaycan  ədəbiyyatına da aid etmək olar; yəni Azərbaycan mərsiyəsi öz 



mayasını Azərbaycan xalq ədəbiyyatından, ailə-məişət nəğmələrindən, oxşama və 

ağılardan götürmüşdür. Sonralar bu janrın yaxşı nümunələrini 

 

                                                           



1

 

Azərbaycan ədəbiyyatı tarixi. 11 cild, s.167



 

2

Bax: "Ziyayi-Qafqaziyyə". 1881, 12 dekabr.



 

3

Həsi Abdullayev. İslamın məhərrəmlik mərasimi. Bakı, "Azərnəşr", 1967, s.10.



 

4

Л.Г.Фризман  Жизнь лирического жанра. Изд-во "Наука"  M., 1973, c.12. 



 


____________________Milli Kitabxana______________________ 

16 


 

 Xaqani, Nizami, Füzuli, kimi klassiklər yaratmışlar. XIX əsr mərsiyələri də ilk 

növbədə xalq ədəbiyyatı, sonra isə klassik poeziya ilə bağlı idi; daha doğrusu 

mərsiyə  şeri dini ənənədən yox, ədəbi  ənənədən yaranmışdı. Bu mərsiyələrdə 

klassik  şerin ictimai kədər motivləri davam etdirilirdi. Onlar Sərg tarixi

keçmişdə olmuş qanlı hadisələr haqqında canlı  və ibrətli söhbətlər idi. Oradakı 

ideya-məzmun çox vaxt dini-şiə  təəssübkeşliyinin hüdudlarını asırdı.  Şairlər 

insani hissləri, mənəvi gözəlliyi,  əxlaqi təmizliyi, bəşəri kədəri hətta siyasi 

azadlığı  və  bərabərliyi təbliğ  və  tərənnüm etməklə yaşadıqları dövrün 

despotizminə, xüsusilə müstəmləkəçilik siyasətinə qarşı çıxırdılar. 

Mərsiyə  şerindəki dünyəvilik və tarixilik humanizm ideyaları ilə bağlı idi. 

Müəyyən məsələlərə münasibətdə dini səciyyə daşımasına baxmayaraq, mərsiyə 

şairləri də insanın azadlığı ideyasını müdafiə edirdilər. Bununla belə bu azadlıq 

ictimai mahiyyət qazana bilmirdi və  mərsiyə  şerinin başlıca ziddiyyəti, 

məhdudluğu da bu nöqtədə idi; Qumri, Raci. Dilsuz, Asi, Növrəs və başqalarının 

təsvir və  mədh etdiyi qəhrəmanlar - Məhəmməd,  Əli, liseyn tarixi şəxsiyyətlər 

olduğu halda şairlər onları mövhumiləşdirir, bu adamların guya ruhən 

ölmədiyinə inanır və  əfsanəvi məhşər günü onlardan kömək diləyirdilər. 

Məsələn. Növrəs Füzuliyə təxmislərindən birini belə qurtarırdı: 

 

Arizə qan yaşı gözdən cari eylər müttəsil,  



Növhəxandır Növrəsi-məhzuni-müztər ilbəil,  

Ya Əli, ruzi-cəzadə qoyma qalsın münfəil.  

"Arizuməndi-vüsa1ındır Füzuli xəstədil,  

Vəslin istər, dövləti-didarın eylər arizu". 

 

Mərsiyə  şeri Azərbaycan  ədəbiyyatında süjetli lirikanın inkişafına xeyirli 



təsir göstərmiş. insanın daxili dünyasının, subyektiv hisslərinin canlı  və  təsirli 

təcəssüm etdirilməsində, poetik dilin orta əsrlərə  məxsus qəliz  ərəb-fars 

tərkiblərindən təmizlənməsində  və sadələşməsində müəyyən qədər  əhəmiyyətli 

rol oynamışdır. Bu əsərlər poetik-struktur baxımdan bəzi keyfiyyətlər 

qazanmışdı. Növhə  və sinəzənlərin bir çoxu yüksək bədiiliyi və  şeriyyati ilə 

fərqlənirdi;  şairlər gözəl qafiyələr yaradır, poetik sözün imkanlarından 

sənətkarlıqla istifadə edə bilirdilər. Misal üçün, "həqq yolunda və eşq aləmində 

nə  qədər ağır cəfalara və böyük bəlalara giriftar" (F.Köçərli) olmağı  İmam 

Hüseynin səadət saymasını  və bunu öz bacısı Zeynəbə  fəxrlə bildirməsini 

Əbülhəsən Raci şeirlərinin birində belə ifadə edirdi: 

 

Bacı, əhdim budu bu çöldə gərək qanə batam.  



Qanımı Əkbərimin qanına şövq ilə qatam.  

Can verib təşnə, gərək isti qum üstündə yatam,  

Cismi-məcruhim ilə, sineyi-suzanım ilən. 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə