Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   2   3   4   5   6   7   8   9   ...   102

  B i b l i o q r a f i y a     
 
17
başlayıb. Bu səbəbdən onun bədii yaradıcılığı güclü publisistika 
xüsusiyyətləri, patetik intonasiya doğurub. X.R.Ulutürkün ictimai 
etirazlar 1980-ci illərin poeziyasında, əsasən, rus sovet imperiya-
sına, beynəlxalq imperializmə qarşı tuşlanıb.  
Humanizm və  vətənpərvərlik X.R.Ulutürk poeziyasının tər-
kib hissəsidir. Onun şeirlərinin kökü, mayası Vətən eşqi, Torpaq 
və Dünya ilə bağlıdır. Xəlil Rzanın humanist görüşləri milli mə-
kanla hüdudlanmayıb, sərhədləri aşaraq bəşəri məzmun qazanıb. 
Şair yazırdı: “Bizim birinci borcumuz Yer kürəsini qorumaqdır. 
Yer üzündəki sonsuz gözəllikləri, yer üzünün bütün Ermitaj və 
Luvr xəzinələrini, Titsian Veçellionun fırçasından çıxmış  sənət 
mirvarilərini, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşan-
larını, İbn-Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürə-
yindən, gözlərindən süzülən  əbədi işığı qorumaq bizim borcu-
muzdur... Biz öz qüdrətli  əllərimizi sərhədlər, okeanlar, mərzlər 
üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını 
qəti bildirməliyik: – Yaşasın xalqların Azadlıq idealı!”. X.R.Ulu-
türkün şəxsiyyət və yaradıcılığında “vətənpərvərlik kamil forma-
da əqidədir, elmi dünyagörüşün bir sahəsi, tərkib hissəsidir. Lakin 
o, eyni zamanda hissi həyatla bağlayır, vətənə  məhəbbət, sözün 
geniş  mənasında mütərəqqi milli mədəniyyətə  məhəbbət, ana 
dilinə  məhəbbət və  s.  kimi  nəcib hisslər  şəklində  təzahür edən 
mənəvi-əxlaqi keyfiyyətdir. Buna görə də həm hissi, həm də əqli 
idrakla bağlı olub, şəxsiyyətin hərtərəfli mənəvi zənginliyi, 
kamilliyidir”. 
1980-ci illərin  şeirlərindəki humanizm və  vətənpərvərliyin 
ideya qaynaqları  şəxsiyyət və tale mövqeyidir. X.R.Ulutürk 
vətəndaş  şair və  şəxsiyyət kimi 1980-ci illərin  şeirlərində milli 
idealını aydın ifadə edib. İstiqlal və onun uğrunda mübarizə! 
 
İlk Allahım, son Allahım – mübarizə! Mənə bənzə! 
Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə, 
Məramımdır mübarizə! Mənə bənzə! 
(“Mənə bənzə”) 
 
X ə l i l   R za   U l u t ü r k  
 
18 
“Səngər azuqəsi” (1980), “Şəhriyarım” (1980), “Çətin yol” 
(1981), “Mənə  bənzə” (1981) şeirlərində milli idealdan, Vətən 
taleyindən danışan şair 1980-1990-cı illərin poeziyasında özünün 
milli xarakterini canlandırıb.  Şairin mövqeyi yalnız sovet anti-
podları ilə mübarizədə deyil, həm də “onun köksünün ümmanla-
rı” “haqqı tapdanan xalqlardır”. Buna görə də Xəlil Rza Ulutür-
kün humanizmi milli və bəşəri humanizmdir:  
 
Bir şair köksündə Azərbaycan var! 
Bir şair qəlbinin şah damarında  
Bütün asiman var, bütün cahan var!  
(“Mərdləş, ürəyim”) 
 
X.Rzanın “Məndən başlanır Vətən” (1983), “Gözəl yaşamaq-
dan əl çəkmək olmaz” (1984), “Dözümlü ol, dəli könlüm” (1984) 
kimi  şeirlərində başlıca bəşəri məzmun insanın öz içinə baxışı, 
cəsurluq, cəsarət, ləyaqət, məslək, amal və  əqidəsindədir. Bunlar 
dərk ediləndə insanın mənəvi mübarizəsi doğulur. Mənəvi mübari-
zə X.Rzanı milli azadlığa, hərəkata doğru aparan başlanğıc olub.  
X.R.Ulutürkün 1980-ci illər şeirlərinin satirik ifşa və pafosu 
kəskin olub. Şair belə şeirləri “Ələkbər Sabir işığında” və “Maya-
kovski işığında” adları altında toplayıb. Bu illərin  şeirlərində 
Sabiranə realizm, həyat hadisələrinin təfərrüatları, ictimai yaraları 
göstərmək cəsarəti, xəlqilik, humanizm və vətənpərvərlik keyfiy-
yətləri güclü olub.  
Şairin nifrəti, kin-küdurəti güclü olduğundan şeirlərinin pub-
lisistik-ritorik intonasiyası da qüvvətli olub (“Bilmirsən, deyim 
öyrən” (1980), “Verin mənim haqqımı”, “Çılğınlıqdan dözümə 
keçid”, “Sənin ölümünü gözləyənlər var” (1986), “Sən inanma 
məddahlara” (1986), “Türk sözündən qorxan gəda” (1986)). 
Xəlil Rza Ulutürk 1988-1990-cı illərdə siyasi çağırışçı, 
təbliğatçı olub (“Azərbaycan-türk salamı”, “Azadlığım”, “Sarsıl-
mazdır qüdrətimiz” (1988), “Sumqayıt dastanı” (1988), “Silah-
lan” (1988), “Tonqallar meydanı”, “Azərbaycan”, “Qalx ayağa, 
Azərbaycan”, “Azadlıq meydanı”, “Tanklar Bakıya girən gecə”, 


  B i b l i o q r a f i y a     
 
19
“Şuşam” (1989), “Qara tabutlar gəlir” (1989), “Yaşasın Xalq 
Cəbhəsi” (1989), “Müstəqillik” (1989), “Qanlı  cəllada” 
(M.S.Qorbaçova) (1990), “Qovacağız” (1990) və başqaları). 
X.Rza 50-dən artıq poemanın müəllifidir. “Məhəbbət das-
tanı” poemasında Xəlil Rza bəşəri düşüncələrini S.Vurğun kimi 
lirik ricətlərdə verib, Çin, Polşa, Almaniya, Afrika, Macarıstan, 
Misir, Koreya, Cənubi Azərbaycanın inqilab hərəkatını xatırlayıb. 
Xirosima dəhşətlərinə etiraz edib. “Atalar-oğullar” poeması mü-
haribə mövzusunda olub, milli-bəşəri ideyaları, taleləri ifadə edib. 
Lirik poema olan “Bayatı-Şiraz”da (1964-1972) şair insan və 
dünyanı milli-bəşəri dəyərlərdə mənalandırıb. 
X.Rza “Əfsanəli bir ölkə” poemasında siyasi-ekoloji məsələ-
lərdən danışıb, O.Sarıvəlli kimi dənizlərin, dağların “şikayətləri-
ni”, hərbi bazaların “etirazlarını” oxucuya çatdırıb. Şair narahat-
dır ki, dünyanın nizamını pozmaqla bəşər həyatını təhlükələr qar-
şısında qoya bilərik: 
 
Hərarət çoxalır Yer kürəsində,  
Don vurmuş Arktika əriyə bilər. 
Nəhəng buz dağları min-min nəhr olub 
Bəşərin üstünə yeriyə bilər. 
 
“Həsrət” (1971) poemasının mövzusu Güneydir. Təbrizə, 
onun tarixi keçmişinə lirik münasibət bildirilən əsərdə yadelliyin, 
Təbrizə  qənimliyin ifadəsi də  təsirlidir.  Şairə görə  nə  qədər ki, 
səngərlər var, o qədər də azadlıq eşqi olmalıdır.  
1980-ci illərdə X.R.Ulutürk “Hara gedir bu dünya”, “İki 
qardaşın söhbəti”, “Qalx ayağa, Vətənim” poemalarını çap etdi-
rib. “Hara gedir bu dünya” poeması dünyanın ictimai-siyasi hadi-
sələrinə etirazın ifadəsidir. Sənətkar insan və mühit, tarix və 
cəmiyyət arasında olan təzadları göstərməyə çalışıb.  
“İki qardaşın söhbəti” poeması Güney mövzusunda olub, 
lirik əsərdir. Poema Xalq şairi Söhrab Tahirə müraciətlə yazılıb. 
Şairin tarixə siyasi müraciəti xalqın taleyinə  vətəndaş yanğısın-
dan irəli gəlib.  
X ə l i l   R za   U l u t ü r k  
 
20 
“Dənə  gələn toyuqlar” (1983) poemasında  şair Yer kürəsini 
nəhəng tora oxşadır, “təyyarələr, qatarlar harasa dən daşıyır”. 
Dünya ölkələrində bəşərin qanı göllənir. Poemada dünyəvi əmin-
amanlıq, azadəlik ideyası şairin idealı, bəşərin taleyi kimi dəyər-
ləndirilib. 
X.R.Ulutürk azadlıq hərəkatına qoşulduqdan sonra 1990-cı 
illərin sosial-siyasi hadisələri fonunda “Məftillə sarınmış yaralar” 
poemasını yazıb. 
“Qanım bayrağımdadır” poeması milli azadlıq mövzusunda-
dır, 20 Yanvar şəhidlərinə həsr olunub, 1991-1994-cü illərdə ya-
zılmış lirik parçalardan ibarətdir.  Şair çağdaş  şəhidliyi 1918-ci 
ilin Azadlıq şəhidliyinin davamı kimi dəyərləndirib.  
X.R.Ulutürk zəngin mədəniyyət və mental təfəkkür sahibidir. 
Şair sosial-siyasi ziddiyyətləri dərk etdikcə onun azadfikirlilik 
ideyaları da güclənib. Alim APİ-də müəllim işləyəndə, akademi-
yada elmi işçi olanda gənclərin siyasi tərbiyəsi, onların azadfikir-
lilik ruhunun formalaşması üçün gizli təbliğat aparıb. O, “Çənli-
bel” siyasi dərnəyinin iştirakçısı olanda da gəncliyi sosial haqsız-
lıqlara, imperiyaya qarşı mübarizələrə səsləyib. 
X.Rza 1988-ci ildən erməni  şovinizmi və rus imperiyasına 
qarşı mübarizəyə başlayıb. Azərbaycanın bütün bölgələrində 
siyasi çıxışlar edib, xalqı mütəşəkkil səfərbərliyə çağırıb. Onun 
qüdrətli çıxışlarının məğzində Azərbaycanın siyasi müstəqilliyi 
və demokratiya yolu ilə inkişafı ideyası dayanıb. Belə mövqe 
şairi “qara siyahıya” salıb, imperiyanın zindanlarına doğru aparıb 
çıxarıb. X.Rza 26 yanvar 1990-cı ildən 9 oktyabr 1990-cı ilə 
qədər, 8 ay 13 gün Lefortovo zindanının izolyatorunda saxlanılıb. 
O, Azərbaycan SSR Prosessual Cinayət Məcəlləsinin 67-ci mad-
dəsi ilə milli ədavəti qızışdırmağa görə SSRİ Baş Prokurorunun 
müavini  İ.Abramovun  əmrinə  əsasən həbs olunub, ona 3 aydan 
10 ilədək iş gözlənilib.  Şair 27 ocaq 1990-cı ildə Moskvanın, 
SSRİ DTK-nın Lefortovo zindanına gətirilib. İlk mühakiməsi 30 
yanvar 1990-cı ildə başlanıb. Lakin onun haqqnda ilk cinayət işi 
20 yanvar 1990-cı ildə Bakı Şəhər Prokurorluğu tərəfindən kütlə-
vi iğtişaşla əlaqədar olaraq qaldırılıb. Həmin iş 18 yanvarda SSRİ 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə