Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə1/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
  1   2   3   4   5   6   7   8   9   ...   91





4
 
 
 
Dördüncü hakimiyyətin gücü 
 
Ümumiyyətlə, yazmaq, yaratmaq, dilsiz, boş  vərəqələri gözəl 
misralarla bəzəmək, könül oxşayan, üzdə  təbəssüm və eyni 
zamanda kədər hissi oyadan həyatdan mənzərələrə ədəbi dil ilə 
qulaq asmaq-bu, həm  şair, həm yazar, həm də dinləyici üçün 
başqa bir aləmdir.Sevinc də , kədər də, qüssə  də, qəm də 
hamısı insan üçündür. Kimisibu hissləri içində saxlayır, kimisi 
də bunları başqaları ilə bölüşür. Başqa sözlə desək, bu hissləri 
içərisində yaşayanlara işıq tutub tərcüman olurlar.Bu ilahidən 
gələn bir vəhdir. Hər kəsin istəsə də sahib ola bilməyəcəyi bir 
istedaddır. 
Siyasətdə, iqtisadiyyatda, təbiətdə baş alıb gedən böhranlar, 
aşınmalar xeyli vaxt idi ki, mənəvi dəyər olan əxlaqa da 
keçmişdi.  Şüurlu surətdə düşünülmüş imperiya siyasəti, 
nəhayət ki, Azərbaycan türkünün psixologiyasına, durumlu 
ailə-məişət  ənənələrinə  təsir etmişdi.Şərqliliyi özündə ehtiva 
edən xalqımızın demoqrafik vəziyyəti təhlükə qarşısında 
qalmışdı. Belə ki, ərsəyə çatan oğlanlarımız bir ucdan 
təbliğatın, bir ucdan da sosial təzyiqin vasitəsilə  şimala 
“repressiya” olunurdular. Onları getdikləri yerlərdə  gəlirli 
bazarlar, yüksək maaşlı  iş yerləri,  əcnəbi qızlarla ucuz başa 
gələn toy mərasimləri gözləyirdi. Qızlarımıza qismət olunasılar 
yad ellərdə beləcə əriyib “yoxa” çıxırdılar. 
Azərbaycandan başlanan və  hələ  də davam edən sosial 
münaqişələr qələm adamlarımız tərəfindən oxucuların nəzər-
diqqətinə çatdırılmışdır.Belə yazarlardan biri də hörmətli 
qələm dostumuz Camal Zeynaloğludur.Mən onun xeyli 


5
 
 
kitablarını çap etmişəm. Ümumi şəkildə bildirmək istəyirəm ki, 
onun bədii dili rəvan, canlı və səlisdir. O, təfərrüata, sözçülüyə 
uymaq azarından uzaqdır. 
Adətən  deyirlər  ki,  qəzetin  bir  günlük  ömrü  olur. 
Doğrudur,  hətta  elə  qəzetlər,  elə  məqalələr  var  ki,  heç  bir  
gün, bir  saat  yaşamır, oxucunun  diqqətini əsla  cəlb  eləmir.   
Ancaq  söhbət  əsil  jurnalistikadan, ictimai  məna  daşıyan,  
oxucuya  yol  göstərən,  cəmiyyəti  kamilliyə      səsləyən  
sanballı    məqalələrdən  gedir. Elə  məqalələr  olur ki, elin  
qayğılarından  yaranır,qəlblərə  yol  tapır, əsil  hadisəyəçevrilir, 
əldən-ələ  gəzir, müvafiq  qurumları    tərpədir, konkret  tədbir  
görülməsinə  yol  açır. Bax, belə  hallarda  mətbuat   dördüncü  
hakimiyyət  rolunu  görür və dördüncü hakimiyyət adlanır. 
Camal Zeynaloğlunun  “Ağrılı düşüncələrim” kitabında 
ölkənin  ictimai-siyasi  həyatına  fəal  təsir  edən,  müəyyən   
sahələrdə    sistem    halında  kök  salmış   qüsurları,   yanlış  
işüslubunu   açıb  göstərən  yazılar  geniş  rəğbət  qazanır   və  
bu  zaman  jurnalistika   əslində  dördüncü  hakimiyyət  rolunu  
oynayır.  
      Bəllidir  ki, üç   hakimiyyət  növü  mövcuddur. 
Qanunvericilik, icra  və  məhkəmə  hakimiyyəti. Onların  hər  
birinin  rəsmi    statusu,  konkret   təsir  sahəsi  vəüsulları  
vardır.  Dördüncü  hakimiyyət  saydığımız  jurnalistikanın  isə  
belə  statusu yoxdur. Mətbuatın   rolu    ictimai-siyasi  dəyəri  
və      cəmiyyətə    təsir   gücü  iləəsaslanır. Jurnalistikaya  
dördüncü  hakimiyyət  anlayışını  ilk  dəfəon  səkkizinci  əsrdə 
-1776-cı ildə    ingilis    filosofu    və  publisisti  Edmund  Bek  
gətirmişdir. E.Bek  dördüncü  hakimiyyət  deyiləndə   jurnalis-
tikanın  hakim  dairələrə    nəzarət  funksiyasını    nəzərdə   
tuturdu.  


6
 
 
      Sonralar  bu  barədə  bir  sıra   fikirlər  söylənilmiş,  hətta   
“xalqdan  sonra  birinci  hakimiyyət  mətbuatdır”   deyənlər  də  
var  idi. Mətbuata  dördüncü  hakimiyyət  funksiyası    rəsmi  
qaydada  verilmir,  dərin  ictimai məna  daşıyan  sanballı  yazı-
larla bu  mərtəbəni   özü  qazanır. Axı  mətbuat ictimai  rəyin  
formalaşmasına  ən güclü təsir  edən bir  qurumdur. Əbəs   
demirlər  ki,  mətbuat  həyatın  güzgüsüdür. Məhz  buna  görə  
də  müdrik  H.B.Zərdabi  yazırdı  ki, “hər  bir   vilayətin qəzeti 
gərək o vilayətin aynası   olsun... yaxşı-yamanlığın aşkar  
eləsin”,  xalqın  “hər   bir  dərdi  və  xahişi  o  qəzetdəçap  
olunsun  ki,  o  qəzetə   baxan  xalqı  aynada  görən kimi  
görsün”. 
 Hələötən  əsrin  əvvəlində, xüsusən     əsrin  ikinci  yarısında  
ictimai  mahiyyət  daşıyan  belə  yazılar  istər  oxucunun, 
istərsə  də  müvafiq  rəhbər  orqanlarının  diqqətini  cəlb  edir,  
bir qayda olaraq  irəli  sürülən   nöqsanların  aradan  
qaldırılmasıüçün konkret  tədbirlər  görülürdü. Bu  sahədə  ulu  
öndər  Heydər  Əliyev  çoxcəhətli  fəaliyyəti  ilə hamıya  
nümunə  göstərirdi.  
 Gözəl  bir  ənənə  var idi. Mətbuatın   dəyərli  çıxışları  
iləəlaqədar  konkret  tədbirlər  görülür,  müntəzəm  surərdə  
redaksiyaya cavablar  verilirdi.  Bu  kitabı    tərtib  eləməklə   
demək  istəyirik  ki, bizdə  jurnalistikanın  dördüncü  
hakimiyyət  dövrü  olub  və  bu  da  ölkəyə  heç  də az  fayda  
gətirməmişdir .   
Jurnalist  sadəcə    məqalə  yazan  mirzə  deyildi. Öz  dəyərli  
axtarışları  ilə    müəyyən  problemlərin  həllinəçalışır, məhz  
dördüncü  hakimiyyət   rolunda   ölkənin  ictimai-siyasi  
həyatında  fəal      iştirak  edir,  kitaba  toplanan  yazıları  
nəzərdən  keçirir, mövzuların,məqalələrin  istiqamətinəverilən  


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə