Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

  B i b l i o q r a f i y a     
 
29
X.Rza Qarabağ hadisələri başlayanda bir ideoloq, mücahid 
və azadxah olub. Onun siyasi-ideoloji fəaliyyətinin  əsasları 
“Lefortovo zindanında” adlı elmi-tarixi memuarda ifadə edilib. 
Kitab şairin 1988-1993-cü illər həyatının tarixi əksidir.  
Türk (o cümlədən Azərbaycan)  ədəbi-bədii təcrübəsində 
memuar janrının “tarixi xatirələr”, “siyasi xatirələr”, “mətbuat xa-
tirələri” (publisistik), “ədəbi xatirələr” (sənədli nəsr), “uşaq xati-
rələri”, “gənclik xatirələri” və başqalarından bəhs edilir. Elmi-
tarixi memuar janrı isə XX əsr Azərbaycan ədəbi-sosial fikrində 
(ümumən, türk qövmlərində) Xəlil Rza Ulutürkün adı ilə bağlıdır.  
Ümumiləşdiririk ki, Xəlil Rza Ulutürkün qüdrətli ictimai-
siyasi poeziyası, ədəbi-tənqidi görüşləri, bədii tərcümə və publi-
sistikası, elmi-tarixi memuarları  ədəbiyyatımızda, ictimai fikir 
tariximizdə orijinal ədəbi hadisə olub, milli-bəşəri idealları, Azər-
baycan dövlətçiliyi və xalq taleyi problemlərini daha yüksək 
səviyyədə  təcəssüm etdirib, görkəmli  şair, mütəfəkkir  şəxsiyyət, 
ictimai xadim və milli azadlıq hərəkatının mücahidi olan sənət-
karı daha çox fərdiləşdirib. 
    
 
Əlizadə Əsgərli, 
 filologiya elmləri doktoru, professor 
 
 
X ə l i l   R za   U l u t ü r k  
 
30 
 
 
Xəlil Rza Ulutürkün həyat  
və fəaliyyətinin əsas tarixləri 
 
Xəlil Rza Ulutürk 1932-ci ildə (bəzi mənbələrdə 1933) 
oktyabr ayının 21-də Salyan qəzasının Pirəbbə kəndində anadan 
olmuşdur. 
 
1948  
 
- “Abşeron” adlı ilk şeirini yazmışdır. 
 
1949-1954 
- ADU-nun filologiya fakültəsinin jurnalis-
tlika şöbəsində təhsil almışdır. 
 
1950-1960  

Azərbaycan Pedaqoji Universitetində baş 
müəllim işləmişdir. 
 
1954 - 
Azərbaycan Yazıçılar Birliyinə üzv seçil-
mişdir. 
 
1955-1957 -“Azərbaycan qadını” jurnalının redaksiya-
sında işləmişdir. 
 
1957 - 
İlk dəfə “Bahar gəlir” adlı  şeirlər kitabı 
nəşr olunmuşdur. 
 
1957-1959 
- Moskvada M.Qorki adına Dünya Ədəbiy-
yatı  İnstitutu nəzdində yazıçılar üçün açıl-
mış ikiillik Ali Ədəbiyyat kursunun müda-
vimi olmuşdur. 
 
1958 - 
V.Pasternakın “Doktor Jivaqo” əsərinə 
görə SSRİ  Ədəbiyyat Fondu üzvlüyündən 
çıxarılması  məqsədilə  əleyhinə  təşkil edil-
miş imzaatma komissiyasına etiraz etmişdir. 


  B i b l i o q r a f i y a     
 
31
1963 - 
“Müharibədən sonrakı Azərbaycan sovet 
ədəbiyyatında poema janrı (1945-1950)” 
mövzusunda dissertasiya müdafiə edərək 
fılologiya elmləri namizədi elmi dərəcəsinə 
layiq görülmüşdür; 
  
- N.Tusi adına Pedaqoji Universitetində 
dosent vəzifəsində çalışmışdır. 
 
1964-1994 - 
Azərbaycan Elmlər Akademiyası Nizami 
adına Ədəbiyyat İnstitutunda işləmişdir. 
 
1967 - 
Azərbaycan yazıçıları ilə birlikdə 
Türkiyədə olmuşdur. 
 
1985 
- “Məqsud  Şeyxzadənin bədii yaradıcılığı 
və Azərbaycan-Özbək  ədəbi  əlaqələrinin 
aktual problemləri” mövzusunda doktorluq 
dissertasiyası müdafiə edərək, filologiya 
elmləri doktoru alimlik dərəcəsi adını 
almışdır. 
 
1986 - 
Azərbaycanın “Əməkdar incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür. 
 
1990 
- 26 yanvarda Azərbaycan milli-azadlıq hə-
rəkatında fəal iştirakına görə 
 
SSRİ Dövlət 
Təhlükəsizlik Komitəsinin  əməkdaşları 
tərəfindən məhkum edilmiş, Bakı, Moskva, 
Rostov, Voronej zindanlarında 8 ay 13 gün 
həbsdə olmuşdur. 
 
1991 - 
Azərbaycan Ali Sovetinə seçkilərdə iştirak 
etmiş, millət vəkili seçilsə  də, deputatlıqdan 
məhrum edilmişdir. 
 
- “Türk milləti” milli mükafatına layiq 
görülmüşdür. 
X ə l i l   R za   U l u t ü r k  
 
32 
 
-“Davam edir 37” şeirinə görə M.F.Axundov 
mükafatı laureatı adına layiq görülmüşdür. 
 
1992  
-  Azərbaycan Respublikasının “Xalq şairi” 
fəxri adına layiq görülmüşdür. 
 
1994  
- İyun ayının 22-də vəfat etmiş, Fəxri Xiya-
banda dəfn edilmişdir. 
 
1995 - 
Ölümündən sonra, aprel ayının 15-də 
Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı ilə  “İstiqlal” ordeni ilə  təltif 
edilmişdir; 
- Anadan olmasının 60 illiyi dövlət səviy-
yəsində qeyd olunmuşdur
- “Türkiyə Respublikasının Milli şairi” 
adına layiq görülmüşdür. 
 
2001 - 
“Gənclik” nəşriyyatında “Seçilmiş əsərlə-
ri” capdan çıxmışdır.  
 
2002 
- Noyabr ayının 14-də Azərbaycan Respub-
likasının Prezidenti “Xəlil Rza Ulutürkün 
xatirəsinin  əbədiləşdirilməsi haqqında” 
Sərəncam imzalamışdır. 
 
2004 
- Anadan olmasının 70 illik yubileyi keçi-
rilmişdir. 
 
2012 - 
İyun ayının 4-də Azərbaycan Respub-
likasının Prezidenti “Xəlil Rza Ulutürkün 
80 illik yubileyinin keçirilməsi haqqında” 
Sərəncam imzalamışdır.  
- - 
Xatirəsinin  əbədiləşdirilməsi məqsədilə 
Bakı  və Salyan şəhərlərində küçə, Bakıda 
kütləvi kitabxanalardan biri şairin adını 
daşıyır.  


  B i b l i o q r a f i y a     
 
33
 
 
Xəlil Rza poeziyasından sətirlər 
 
Biz Türkləriz... Vətənimiz – başdan-başa Yer kürəsi. Bayra-
ğımız al günəşdir, çadırımız göy qübbəsi! 
  
Məslək silahımsan sən poeziya. 
  
Mən sənin üstündən qələm çəkərəm,  
Xalqa çörək kimi gərək olmasan. 
  
Misra işıqlanmır, yanmırsa ürək. 
  
Yazıldı “Gülüstan müqaviləsi”,  
Pozuldu yurdumun min gülüstanı. 
  
Bir yanda şahənşah, bir yanda da çar, 
Qan ilə yazdılar sülh qərarını. 
  
Kim ki, sevmir öz dilini,  
İtsin mənim gözlərimdən ilim-ilim. 
  
Bu Azəri torpağının günəşidir mənim dilim 
  
İllər ötdü, yaşa doldum, 
Anladım ki, ana dilim 
X ə l i l   R za   U l u t ü r k  
 
34 
Ürəyimdən çıxmaz mənim, 
Doğransam da dilim-dilim. 
  
Şərqin sənət bayrağıdır  
Füzulinin qəzəlləri. 
  
Min dünyaya dəyişmərəm, 
Sabirin bir sətrini mən. 
Anladım ki, mənim dilim, 
Ürəyimdən çıxmır mənim. 
  
Mənim uşaq lüğətimdə sevgi sözü yoxkən hələ 
Sevdim ana dilimi mən. 
  
Xəlil - ərəb dilində... Rza - ərəb dilində... 
Xəlil Rza Xəlilov-“ov”-da rus şəkilçisi... 
Qəhrəman türklüyümdən... 
Bircə nişanə varmı... 
  
Ərzun ən böyük çayı Nilə bənzəyən türkəm. 
Azərbycan türküyəm, bu soyun şah budağı. 
  
Köksümü əlimdə yarıb sökərəm, 
Zamanla birlikdə nəfəs almasam. 
  
Deyirsən, çətindir mərdlik, mətinlik 
Bəs necə, səadət gələrmi asan? 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə