Həvar lər n şLƏR



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8000
  1   2   3   4   5   6   7   8   9   ...   26


HƏVAR LƏR N  ŞLƏR   

G R Ş  

«Həvarilərin  şləri»

 Lukanın nəql etdiyi Müjdənin davamıdır. Onun əsas 

mövzusu  sanın ilk ardıcıllarının Müqəddəs Ruhla dolduğunu və Onun 

haqqındakı Müjdəni «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, 

həmçinin yer üzünün qurtaracağınadək hər yerdə» yaydıqlarını danışmaqdır 

(1:8).  


Bu, Yəhudi xalqının arasında başlamış və sonralar bütün dünyaya yayılmış 

məsihçi imanının başlanğıcının tarixçəsidir. Bütün bu hadisələr imanlıların 

birlikdə yığıldığı yerdə, Əllinci Gün bayramı zamanı Müqəddəs Ruhun 

üzərlərinə enməsi ilə başlayır (2-ci fəsil). Müqəddəs Ruh kitabda təsvir 

olunmuş bütün hadisələr boyu imanlı cəmiyyətini, onun rəhbərlərini yönəldir 

və qüvvətləndirir. Müqəddəs Ruhun fəaliyyəti kitabı səciyyələndirən vacib 

mövzulardan biridir.  

Sonrakı mühüm fəsillər isə imanlılar cəmiyyətinin addım-addım böyüyüb 

ş

axələndiyini təsvir edir.  sa Məsihin həvariləri gəzib-dolaşaraq Müjdəni 



yayırdılar və Allahın möcüzələri onları müşayiət edib söylədikləri həqiqəti 

aşkar edirdi. Həvarilərin  şləri kitabında yazılmış hadisələr imanlıların 

həyatında  sa Məsihin Müjdəsinin qüdrətini nümayiş etdirir.  

Kitabın məzmunu:  

1:1-11  sanın son əmri və göyə qaldırılması  

1:12-26 Yəhudanın yerinə Mattiyanın seçilməsi  

2:1-8:3 Yerusəlimdə Müjdə yayımı  

8:4-12:25 Yəhudeya və Samariyada Müjdə yayımı  

13:1-28:31 Paulun xidməti  

13:1-14:28 Paulun ilk müjdəçi səyahəti  

15:1-35 Yerusəlimdəki məşvərət  

15:36-18:22 Paulun ikinci müjdəçi səyahəti  

18:23-21:16 Paulun üçüncü müjdəçi səyahəti  

21:17-28:31 Paulun Yerusəlimdə, Qeysəriyyədə və Romada 

həbs olunması  

 



sanın göyə qaldırılması  



1 *

Ey Teofil, birinci yazılarım  sanın göyə qaldırıldığı günədək başladığı 

işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. 

Göyə qaldırılmazdan 



ə

vvəl  sa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. 

Ölüm 


ə

zabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri 

olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı 

barədə danışırdı. 

4 *

sa onlarla duz-çörək kəsəndə bu əmri verdi: 



«Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin 

həyata keçməsini gözləyin. 

5 *

Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir 



neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».  

Həvarilər bir yerə toplaşanda  sadan soruşdular: «Ya Rəbb,  sraildə 



Padşahlığı indimi bərpa edəcəksən?» 

sa cavab verdi: «Atanın hökmü ilə 



təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. 

8 *


Amma 

Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, 

bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər 

yerdə Mənim şahidlərim olacaqsınız». 

9 *

sa bunları deyəndən sonra 



həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud  sanı götürüb 

onlardan gizlədi. 

10 

sa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an 



ağ libaslı iki kişi onların yanında peyda olub 

11 


soruşdu: «Ey Qalileyalılar, 

niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan 

sanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».  

Yəhudanın yerinə Mattiya seçilir  

12 


Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. 

Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu

a

 

qədərdir. 



13 *

Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. 

Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, 

Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu 

Yəhuda. 

14 


sanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə 

birlikdə dayanmadan dua edirdi.  

15 

Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı 



arasından Peter qalxıb dedi: 

16 


«Qardaşlar,  sanı tutanlara yol göstərən 

Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi 

                                                 

 

*



1:1-2 Luka 1:1-4 

 

*



1:4 Luka 24:49 

 

*



1:5 Mat. 3:11; Mark 1:8; Luka 3:16; Yəh. 1:33 

 

*



1:8 Mat. 28:19; Mark 16:15; Luka 24:47-48 

 

*



1:9 Mark 16:19; Luka 24:50-51 

 

a



1:12 Şənbə yolu – təqribən 1 km. 

 

*



1:13 Mat. 10:2-4; Mark 3:14-19; Luka 6:13-16 


Müqəddəs Yazı sözləri yerinə yetməlidir. 

17 


Yəhuda bizə qoşuldu, bu 

xidmətdən ona da pay düşdü. 

18 *

Bu adam etdiyi haqsızlığın haqqına bir tarla 



satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları 

töküldü. 

19 

Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində 



“Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı. 

20 *


Axı Zəbur kitabında 

yazılıb:  

“Məskəni viran olsun,  

Kimsəsiz, boş qalsın”  

və  

“Vəzifəsini başqası tutsun”.  



21-22 *

Buna görə də Rəbb  sanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni 

Yəhyanın vəftizindən başlayaraq Rəbb  sanın göyə qaldırıldığı günə qədər 

yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». 

23 

Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və 



Mattiyanı namizəd göstərdilər. 

24 


Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının 

ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, 

25 

qoy 


onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini 

tutsun deyə bu işi atdı». 

26 

Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, 



həvari sırasına – on bir nəfərin yanına keçdi.  



Müqəddəs Ruhun gəlməsi  

1 *


Ə

llinci Gün bayramı

b

 zamanı onların hamısı bir yerə yığılmışdı. 



Birdən 


güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini 

bürüdü. 


Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin 

üstünə düşür. 

Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun 



danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.  

Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin 



Yəhudilər Yerusəlimdə yaşayırdılar. 

Bu səs gələndə orada böyük izdiham 



toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. 

Mat qalaraq 



heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? 

Bəs necə 



olur ki, biz hamımız öz ana dilimizi eşidirik? 

Biz Parfiyalılar, Midiyalılar, 



                                                 

 

*



1:18-19 Mat. 27:3-8 

 

*



1:20 Zəb. 69:25; 109:8 

 

*



1:21-22 Mat. 3:16; Mark 1:9; 16:19; Luka 3:21-22; 24:51 

 

*



2:1 Lev. 23:15-21; Qanun. 16:9-11 

 

b



2:1 Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa 

bayramından sonra əllinci gün qeyd edilir. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə