Microsoft Word xelil rza son doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix31.10.2018
ölçüsü1,84 Mb.
#77277
1   2   3   4   5   6   7   8   9   ...   102

  B i b l i o q r a f i y a     
 
21
prokurorluğu tərəfindən SSRİ DTK-nın istintaq orqanlarına 
həvalə edilib. X.Rza “noyabr 1989 – yanvar 1990-cı il tarixlərdə 
Bakı şəhərində guya şəxsən və bir dəstə adamla çoxminli mitinq-
lərdə şəhərin mərkəzi meydanında qəsdən millətlərarası düşmən-
çiliyə, ayrı-seçkiliyə, erməni millətinin  şəxsiyyətini, ləyaqətini 
alçaldan və onların millətindən asılı olaraq konstitusiya hüquqla-
rını  məhdudlaşdıran hərəkətlər etdiyinə” görə ittiham edilib. 
Azərbaycanda 20 aprel 1990-cı ildə “Xəlil Rzanı müdafiə komitə-
si” yaradılıb. Başda Xalq yazıçıları İ.Şıxlı və Anar olmaqla Azər-
baycanın ictimai xadimləri,  şair və  ədibləri, mədəniyyət və elm 
nümayəndələri, bütün ictimaiyyət “Xəlil Rzaya azadlıq!” tələb 
edib. X.Rzanın azad edilməsi üçün xalqın topladığı kütləvi imza-
dan ibarət olan qovluqlar hazırda Azərbaycan Milli Dövlət Arxi-
vində saxlanılır.
*
 
Şair Lefortovo zindanında 2000 səhifədən artıq  əsər yazıb. 
Bundan 197 şeiri azadlığa buraxıldıqdan sonra “Qıfılı o üzdən 
olan qapılar” adı altında “Davam edir 37” kitabına daxil edilib. 
Həmin əsərlər içərisində A.S.Puşkin, M.Y.Lermontov, A.Blokdan 
tərcümələri və  həyat yoldaşı Firəngiz xanıma həsr etdiyi şeirləri 
vardır. X.Rzanın zindan əsərləri Azərbaycan ədəbiyyatında Xaqa-
ni və Fələkinin “Həbsiyyə” adı altında tanınmış şeir ənənələrinin 
XX əsrə gələnəyidir. Şairin həbsdən sonra yazdığı siyasi şeirləri 
şəxsi arxivində saxlanılır.  
Xəlil Rza filologiya elmləri doktoru, ədəbiyyatşünas-alimdir. 
O, Azərbaycan ədəbiyyatının həm nəzəri, həm də tənqidi məsələlə-
ri ilə məşğul olub. Məqalə və monoqrafiyalarında alimin xalq yara-
dıcılığı, klassik və müasir irs, habelə, Pribaltika, Slavyan və Qərb 
ölkələri ədəbiyyatının örnəkləri ilə bağlı fikirləri ifadə edilib. 
X.Rzanın “Qüdrətli sənətkar”, “Fikir və məna şairi” (1962), 
“Dəli Kür” romanı – Azərbaycan nəsrinin nailiyyəti kimi” 
(1962), “Səssiz güllələr” (1965), “Vətəndaş poeziyası  uğrunda” 
(1967) məqalələri 1960-cı illərin ədəbi nümunələridir. Bu məqa-
                                                 
*
S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat vəİncəsənət arxivi. Fond  
30. Xəlil Rza. Siyahı 2. 
X ə l i l   R za   U l u t ü r k  
 
22 
lələrdə milli poeziyadakı  fəlsəfi dərinlik, humanizm duyğuları, 
şairin vətəndaş mövqeyi, Vətən və xalq taleyi, dövrün ictimai-
siyasi mənzərəsi ifadə olunub. 
1970-ci illərin  ədəbi nümunələri olan “Şairin ikinci həyatı” 
(1970), “Üç milyard səs üçün kantata” (1970), “Vətəndaşlığın sə-
mimi tərənnümü”, “Vətəndaşlıq poeziyası” (1973), “Əbədi axta-
rış” (1976), “Çoxşaxəli yaradıcılıq”, “Ukrayna mədəniyyətinin 
günəşi” (1979) məqalələri xalqların, millətlərin tarixi-mənəvi bir-
liyi və faşizmə, imperializmə qarşı azadlıq mübarizəsi, R.Rza və 
B.Vahabzadə poeziyasının vətəndaşlıq məziyyətləri haqqındadır.  
X.Rza türk, slavyan xalqları poeziyasına geniş diqqət yetirib. 
O, “Çoxşaxəli yaradıcılıq” məqaləsini K.Simonova, “Ukrayna 
mədəniyyətinin günəşi” (1979) məqaləsini T.Şevçenkoya həsr 
edib. Məqalələrdə əsas ideya K.Simonov və S.Vurğunun şəxsində 
xalqların mədəni birliyi və onların bəşəri azadlığa çağırışıdır.  
Sənətkar tatar xalqları  ədəbiyyatından Abdulla Tukay və 
Musa Cəlil yaradıcılığı ilə yaxından maraqlanıb, onların əsərləri-
nin milli məzmunu, vətəndaşlıq qüruru və azadlıq ruhunu yüksək 
qiymətləndirib. X.R.Ulutürkün poetik görüşlərinə Kiçik və Orta 
Asiya xalqlarının ədəbiyyatı yaxın olub. O, türk qövmləri poezi-
yasını ədəbi proses olaraq izləyib, Azərbaycan-özbək ədəbi əlaqə-
lərini araşdırıb. Ömrünün 15 ilini (1969-1985) Məqsud Şeyxzadə 
və onun müasirlərinin yaradıcılığına həsr edib. “Qardaş xalqın 
mənəvi sərvəti”, “Sənətkar  şöhrətinin sirri”, “Mədəniyyət iftixa-
rı”, “Poeziya xalqın nəfəsidir”, “İki xalqın oğlu” məqalələri 
M.Şeyxzadə haqqındadır. 
Şairin türk ədəbiyyatından Tofiq Fikrət, Nazim Hikmət, Rza 
Tofiq, Məhmət Akif Ərsoy, Namiq Kamal, Yusif Ziya Şirvanlı, 
Yəhya Kamal Bəyatlı, Rauf Pərfi və başqaları haqqında yazıları, 
tərcümələri, qiymətli fikirləri vardır.  
X.R.Ulutürkün 1970-1980-ci illərdə yazdığı  əksər məqaləsi 
Azərbaycan sənətkarları, onların milli-bəşəri keyfiyyətləri haq-
qındadır. O, Nizami, Nəsimi, H.Cavid, S.Rüstəm, M.Araz, 
S.Tahir, H.Arif, B.Vahabzadə, T.Bayram, Ə.Kərim, F.Sadıq, 
S.Rüstəmxanlı və Z.Vəfa poeziyasının vətəndaşlıq keyfiyyətlərini 


  B i b l i o q r a f i y a     
 
23
əsas götürüb, onları daha çox millilik baxımından təqdim edib. 
“Şairliyin mahiyyəti” (1976), “Şairlik və  bədii tərcümə” (1976), 
“Qardaş xalqın sərvəti” (1979), “Səadət və döyüş poeziyası” 
(1981), “Ümid və məhəbbət poeziyası”, “Yaddaşa inam” (1988), 
“Sanki bir dağ  yıxıldı” (1988), “Poeziya cəsurluqdur, bir də...” 
(1988), “Həyata məhəbbət” (1988), “Vaxtdan uca dayanmağı 
bacaranlar”, “Musiqidən keçən ömür” (1988) məqalələrində tarixi 
mövzulara müasir baxış, Vətən və bəşər taleyinə münasibət, milli 
azadlıq və istiqlal düşüncələri, Azərbaycanın  ərazi bütövlüyü, 
ümumən, bəşəriyyətin müasir vəziyyəti ifadəsini tapıb.  
Xəlil Rza folklor, klassik və müasir irs, ədəbi metod və cərə-
yan, lirik, epik və dramatik növün janrları, üslub və forma, habe-
lə, teatr və tənqid məsələlərinə aid məqalələr yazıb.  
X.R.Ulutürk bədii tərcümə  məktəbinin görkəmli nümayən-
dəsidir. O, tərcüməçiliyə 1955-ci ildən başlayıb və onu ömrünün 
sonunadək davam etdirib. Şair,  əsasən, azadlıq, istiqlal, millilik, 
bəşərilik, xalq taleyi motivləri güclü olan əsərləri dilimizə çevirib 
ki, bu da onun öz ruhundan irəli gəlib. Xüsusilə,  şair tərcümə 
etdiyi əsərlərdə zəngin mental təfəkkürünü diqqətdə saxlayıb.  
“Fərhad və  Şirin” (S.Vurğun), “Babək” (İ.Selvinski), 
“Nəvai” (Aybək), “Əlişir” (Q.Qulam), “Cavanşir” (M.Hüseyn), 
“Əlişir Nəvai” (İ.Sultan və Uyğu), “Cəlaləddin Mənquberdi”, 
“Mirzə Uluqbəy” (M.Şeyxzadə) pyeslərinin yazılması müharibə 
vaxtı xalqı ruhlandırmaq, onun vətənpərvərlik eşqini gücləndir-
mək tələbindən irəli gəlib. X.Rzanın M.Şeyxzadənin “Cəlaləddin 
Mənquberdi”, “Mirzə Uluqbəy”  əsərlərini dilimizə çevirməsi də 
eyni səbəblə bağlıdır. Pyeslərdə X.Rzanın diqqətini çəkən  əsas 
ideya xalqın obrazlaşdırılması, onun əsas qəhrəmana çevrilməsi-
dir. Şairin tərcüməsində də xalq obrazı, xalq taleyi ideallaşdırılıb. 
Əsas ideya daşıyıcıları  Cəlaləddin və Teymur Məlikdir. Mirzə 
Uluqbəy həm tarixdə (o, Əmir Teymurun nəvəsidir), həm də 
bədii əsərdə faciə qəhrəmanıdır... 
X.Rza “Qardaşlıq çələngi” adlı tərcümə kitabında (1982) 111 
şairin əsərini dilimizə çevirib. Həmin əsərlərin ideyası, motivləri 
milli, bəşəri ideallarla, xalq mənəviyyatı  məsələləri ilə bağlıdır. 
X ə l i l   R za   U l u t ü r k  
 
24 
Milli və bəşəri tərəqqi uğrunda mübarizə, vətənpərvərlik, huma-
nizm və müstəmləkəçiliyə qarşı istiqlal əzmi həmin  əsərlərin 
başlıca leytmotivi olub. 
1984-cü ildə çap etdirdiyi “Dünyaya pəncərə” kitabında şair 
sülh, azadlıq, demokratiya, istiqlaliyyət, vətənpərvərlik və huma-
nizm ideyalarını əks etdirən əsərləri dilimizə çevirib.  
Tərcüməçinin “Turan çələngi” (1992;2005) kitabında Azər-
baycan, türk, özbək, qazax, qırğız, tatar, Krım türklərinin  ədəbi 
örnəkləri dilimizə uyğunlaşdırılıb, Turan dünyası, onun mədə-
niyyət qaynaqları bir məcrada birləşdirilib.  
X.Rza 53 türk sənətkarından qəzəl, qəsidə, rübai, qitə, radio-
pyes, faciə və başqalarını dilimizə çevirib. Şair bunları ortaq dil, 
ortaq məkan təfəkkürü və ideya-nəzəri qaynaqları kimi dəyərlən-
dirib. 
İ.Selvinski 1940-cı ildə “Babək” (“Çiynində qartal gəzdi-
rən”) faciəsini yazıb və 1946-cı ildə “Sovetski pisatel” nəşriyya-
tında çap etdirib. Əsərin azadlıq ideyası, yüksək romantikası, 
xarakter mükəmməlliyi X.Rzanın xüsusi marağına səbəb olub və 
o, 1970-ci ildə həmin əsəri əruzla dilimizə çevirib. Kitab 1975-ci 
ildə “Gənclik” nəşriyyatında çapdan çıxıb.  Şairin R.Rojdestven-
skidən etdiyi tərcümələrin səbəbi də azadlıq ideyasına görədir. 
1984-cü ildə çap olunmuş “Otuzuncu əsrə  məktub” kitabı da 
X.Rza və Rojdestvenskinin oxşar ruhunun poetik nailiyyəti kimi 
qiymətlidir. 
Musa Cəlilin “Moabit dəftəri” adlı şeirlər silsiləsinin dilimizə 
tərcüməsi tatarcadandır. X.Rza M.Cəlil vətənpərvərliyindən, 
onun azadlıq eşqindən ruhlanaraq əsərlərini dilimizə çevirib. 
X.R.Ulutürkün uğurlu tərcümələrindən olan “Qutadqu bilik” 
(1998; 2003) poeması (Y.Balasaqunlu) türkdilli xalqların ortaq 
sərvətidir. Həmin poema elmin və dövlətçiliyin təbliği baxımın-
dan əhəmiyyətlidir. Poemanın siyasi-ideoloji fikir məzmunu Ulu-
türkün diqqətini cəlb edib. Əsərin bəşəri ideyası ideal cəmiyyət 
quruculuğu ilə əlaqəlidir. 
X.Rza Ə.Xaqani, N.Gəncəvi, Q.Təbrizi, M.N.Tusi, S.Təbrizi 
və M.Ş.Vazehin bir sıra  əsərlərini farscadan dilimizə çevirib. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə